İlham Əliyev:
Başlıca məqsəd insanların məşğulluq səviyyəsinin
artırılması, yeni iş
yerləri ilə təminatın gücləndirilməsidir
İşsizliyin
5 faiz səviyyəsində olması, əhalinin məşğulluq
strategiyası üzrə dövlət siyasətinin uğuru,
qeyri-neft sektorunun inkişafı ilə bağlıdır
Ayrı-ayrı ölkələrin deyil, bütünlükdə dünya iqtisadiyyatının inkişafının əsas göstəricilərindən olan əhalinin məşğulluq siyasəti iqtisadi və maliyyə böhranı illərində daha aktual və həllini gözləyən problemdir. Makroiqtisadi göstəricilərin dinamikasında müşahidə olunan sabit artım tempi, iqtisadiyyatın sosialyönümlü inkişafının təmin edilməsi, əhalinin həyat səviyyəsinin yüksəlməsi, yeni iş yerlərinin açılması, müasir texnologiya və avadanlıqların tətbiqi yeni istehsal mexanizmi ilə işləməyi tələb edir.
Zamanın qaçılmaz bu kimi tələbləri ilə ayaqlaşa bilməyənlər təbii ki, qarşıya qoyulan vəzifələrin həllində gücsüzlüklərini etiraf etməyə məhkumdurlar.
Xüsusilə Avropa ölkələrinin iqtisadiyyatına mənfi
təsir edən maliyyə böhranın yaratdığı ən
böyük fəsad iri
şirkətlərdə belə işçilərin ixtisara salınması, işsizlər ordusunun yaranması ilə nəticələnir.
Avropa İttifaqına daxil
olan 27 ölkədə hazırda 25 milyon işsizin olması
ürəkaçan mənzərə deyil.
İşsizliklə mübarizə humanitar, sosial xarakter daşıyır. Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramlarının
həyata keçirilməsi,
özəl bölməyə
göstərilən dövlət
dəstəyi nəticəsində
son illərdə 1 milyon
300 mindən çox iş yeri yaradılmışdır
və işsizlik də kəskin şəkildə aşağı
düşmüşdür. Artıq Azərbaycana başqa ölkələrdən
iş tapmaq üçün miqrantlar gəlir. Bütün bunların təməlində
düşünülmüş siyasət dayanır.
Dovos İqtisadi Forumunun 2014-cü il hesabatında qeyd olunduğu kimi inkişaf etmiş 40 qüdrətli dövlət arasında
(38-ci yer) mövqeyni qoruyan Azərbaycan iqtisadi baxımdan dünyada ən sürətlə inkişaf
edən ölkədir.
“Mən dəfələrlə
demişəm ki, əvvəlki illərdə
bizim əsas vəzifəmiz iqtisadi müstəqilliyimizi yaratmaq
idi. Bunu da yaratmışıq.
Biz iqtisadi cəhətdən
tam müstəqilik, heç
kimdən asılı
deyilik və bu bizə imkan
verir ki, siyasi sahədə də, o cümlədən
xarici siyasətdə də müstəqil siyasət aparaq söyləyən Prezident
İlham Əliyev əlavə edir ki, bizim əsas
istinad nöqtəmiz,
güc mənbəyimiz
iqtisadi müstəqilliyimizdir.”
Təsadüfü deyil ki, BMT-nin İnkişaf
Proqramının İnsan
İnkişafı Hesabatının
20 illiyinə həsr olunmuş sənəddə
insan inkişafı indeksinin orta illik tempinə görə Azərbaycan keçmiş ittifaq dövlətləri arasında
lider olmuşdur. Aparılan islahatların uğurlu nəticəsi kimi nufuzlu beynəlxalq reytinq agentliklərinin sənədlərində Azərbaycanın
iqtisadi göstəriciləri
yüksələn xəttlə
davam edən statistik rəqəmlərlə
açıqlanır. İqtisadi böhran ilində Azərbaycanın kredit reytinqinin artırılması
az-az ölkələrə
nəsib olan nailiyyətdir. Bu ondan irəli gəlir ki, ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması
daimi prosesdir. İnsanların işlə təminatı
davamlı prosesdir.
Azərbaycanda isə bu sahədə
vəziyyət çox
müsbətdir. Doqquz ayda 19 milyard
dollar investisiya qoyulub.
İlin sonuna qədər bu rəqəm daha da artacaq
və beləliklə,
bizim inkişafımız
daha da sürətlə
gedəcək” söyləyən
Prezident İlham Əliyev bildirir ki, sərmayələr çoxşaxəli iqtisadiyyatımızı
bütün sahələrinə-
sənayenin, kənd təsərrüfatının, turizm sektorunun, neft-qaz sənayesinin inkişafına yönəldilir.
Əsas məqsəd neft amilindən asılılığımızı
maksimum dərəcədə
azaltmaq və qeyri-neft sektoru hesabına gələcəkdə
Azərbaycanı inkişaf
etdirməkdir.
Bizim kifayət qədər valyuta ehtiyatlarımız
var. İlin əvvəlindən
maliyyə resurslarımız
3 milyard 600 milyon dollar
artıb. Bütövlükdə bizim 53 milyard
dollardan çox valyuta ehtiyatlarımız var ki, bu
da dünya miqyasında çox böyük göstəricidir.
Adambaşına düşən valyuta
ehtiyatlarımız isə,
hesab edirəm ki, dünya miqyasında ən yüksək səviyyədədir.
Biz əlbəttə
ki, neftdən əldə edilmiş gəlirləri şəffaf
saxlamaqla və ölkəmizin inkişafına,
o cümlədən sosial
layihələrin icrasına
yönəltməklə dinamik
inkişafımızı təmin
edirik.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində siması dəyişilən, ölkə əhalisinin yerli, daha keyfiyyətli ərzaq , sənaye , məişət malları ilə təmin edən edilmiməsində imkanları artan bölglərdəki emal müəssisələrində minlərlə insan iş yeri ilə təmin olunur. Yüz mindən çox yeni iş yeri açılmışdır, onlardan 80 mini daimi iş yerləridir.
Təbii resurslardan istifadə etməklə istehsala sahələrini genişləndirən iş adamları ölkədə yaradılan sağlam biznes mühitindən səmərəli istifadə etməklə daxili bazarımızı qoruyur və təmin edir, əlavə iş yerlərinin açılmasında mühüm rol oynayırlar.
Bəzi inkişaf etmiş ölkələrdə işsizlik 25, 30 faizdir, gənclər arasında isə 50 faizə çatır. Ancaq Azərbaycanda işsizliklə bağlı problemlər öz həllini tapır və burada əlbəttə ki, dövlət investisiyaları, gözəl sərmayə iqlimi, biznes mühitinin yaxşılaşdırılması faktorları öz rolunu oynayır.
Ona görə əsas hədəf qeyri-neft sektorunun inkişafıdır idi. O sektorda iş yerlərinin açılması əlbəttə ki, işsizliyin aşağı düşməsinə xidmət göstərmişdir.
Bu istiqmətdə həyata keçirilən ən önəmli islahatlar isə özəl bölmənin inkişafı, emal müəssisələrinin, fermer təsərrüfatlarının yaradılması ilə bağlıdır.
Xidmət sahələrində
elektron sistemə keçid
müsbət nəticələrini göstərməkdədir.
Bu statistika bir daha göstərir ki, Azərbaycanın uğurlu
dövlət siyasətinin əsasında insan
amili dayanır. Siyasi
və iqtisadi strategiya
vətəndaşların azad və bərabər
mühitdə yaradıcı düşüncələrini,
istedadlarını inkişaf etdirmələrinə
və onların qloballaşan müasir dünyaya
inteqrasiyasını təmin etməyə imkan
verir. “Bizim
siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı
dayanır” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, ənənəvi xarakter
daşıyan regionlarda aparılan quruculuq, abadlıq işləri ölkə əhalisinin
rahat yaşayışının təminatına
yönəldilir.
Yeni regional inkişaf
strategiyası olan “Azərbaycan-2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyasında qarşıdakı on ilin istiqamətləri müəyyənləşdirilir.
Ən əsası odur ki,
ölkəmizdə əhalinin rahatlığı üçün aparılan bütün
islahatlar kompleks şəkildə
həyata keçirilir. Bölgələrdə
aparılan abadlıq, quruculuq işlərinə
Prezidentin Ehtiyat Fondundan xeyli vəsaitin
ayrılması da insanların sosial təminatının müdafiəsi üçündür. Xarici
ölkələrin şirkətlər ilə müştərək
fəaliyyət göstərən “Holcim”,
“Norm” sement
zavodları kimi başqa
iri müəssisələr də əhalinin
məşğulluq səviyyəsinin yüksəldilməsində
mühüm rol
oynayırlar.
4 il ərzində Avropada davam edən iqtisadi böhran ilə əlaqədar ölkəmizin əmək bazarında artan miqrantlarla müqayisədə ilk növbədə Azərbaycan vətəndaşlarının işlə təminatına diqqət yetirilməsini başlıca vəzifə kimi tövsiyə edən Prezident İlham Əliyev vurğulayır ki, bu sahədə dəqiq sistem tətbiq olunmalı, nəzarət gücləndirilməlidir.
Tək paytaxtda deyil bölgələrdə, iri şəhərlərdə keçirilən “Əmək yarmarkaları”nda gənclərin ixtisaslarına uyğun işlə təmin edilməsi əhalinin məşğulluq səviyyəsinin artırılmasında əsas amillərdəndir.
Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsinin də əsasında insan amilinə diqqət və qayğı kimi humanist prinsiplər dayanır. Prezident İlham Əliyevin vurğuladığı kimi kampaniya xarakterli olmayıb davamlı proses kimi daim diqqətdə saxlanılacaq korrupsiya ilə mübarizənin nəticələri barədə ictimaiyyət mütəmadi məlumatlandırılır.
Xuraman İsmayılqızı
İki sahil.
- 2014.- 25 oktyabr.- S.4.