Prezident İlham Əliyev:
Azərbaycan çoxmillətli, çoxdinli ölkədir
Gənclər
Siyasəti üzrə Birinci Qlobal Forumda ölkə gənclərinin
təhsil, idman, mədəniyyət sahəsində beynəlxalq
səviyyədə qazandığı uğurlardan
danışan dövlət başçımız bildirdi ki,
biz sıx əməkdaşlığa, daha çox
anlaşmaya, dəstəyə töhfə verməyə
çalışırıq
Düşünülmüş daxili və xarici siyasəti nəticəsində beynəlxalq əlaqələri möhkəmlənən, dünya siyasətinə təsir imkanları artan Azərbaycan öz prinsipial mövqeyinə sadiq qalaraq etibarlı tərəfdaş kimi tanınır, dəstəklənir. Azərbaycanın Qərb ilə Şərq arasında sivilizasiyalararası dialoq məkanı kimi seçilməsi də ölkədə davamlı olaraq qorunan siyasi sabitliyin, demokratik inkişafın nəticəsidir.
Son 10 ildə iqtisadi
uğurlarla bərabər siyasi islahatların aparılması
da ölkəmizin dəstəklənən mövqeyini şərtləndirmişdir.
Belə ki, Azərbaycanda son on il ərzində möhkəmlənən
ölkələrarası əməkdaşlıq, dinlərarası,
millətlərarası münasibətlər artıq dünya
dövlətlərində təcrübə kimi
yayılır, öyrənilir, nümunə göstərilir.
Ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq
tədbirlər, forumlar, konfranslar Azərbaycanı dünyada
tolerantlıq məkanı, dözümlülük,
mültikulturalizm mərkəzi kimi tanıdır. “Bu bizim həyat
tərzimizdir, eyni zamanda siyasətimizdir. Bizim siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşıdır” söyləyən
Prezident İlham Əliyev vurğulayır ki, respublikamız
dünya miqyasında bu istiqamətdə aparılan siyasətlə
seçilən, fərqlənən ölkələrdəndir.
Davos İqtisadi Forumu
kimi mötəbər bir təşkilatın növbəti
iclasının Bakıda keçirilməsi ölkəmiz
üçün böyük uğur olmaqla Azərbaycanın
dünyada tanıdılması baxımından da əhəmiyyətli
idi. Qafqaz və Orta Asiyada gedən proseslər, iqtisadi və
siyasi vəziyyətlə bağlı məsələnin
müzakirəsi üçün Azərbaycanın seçilməsi
bir daha göstərir ki, Azərbaycan nəinki coğrafi, həm
də siyasi, iqtisadi və mədəni mərkəzdir.
Dünya miqyasında
mötəbər təşkilat kimi tanınan, çox
böyük nüfuza malik siyasətçiləri, ictimai
xadimləri birləşdirən Madrid Klubunun
toplantısının, Amerika-Azərbaycan konfransının,
Birinci Qafqaz, Krans Montana Forumlarının Bakıda
keçirilməsi də çox əlamətdar hadisə kim
yaddaşlarda qaldı.
Bakıda keçirilən
Dünya Mədəniyyətlərarası Dialoq Forumu da Azərbaycanın
humanitar sahədə, yəni dinlərarası, mədəniyyətlərarası
dialoqun aparılması üçün bir mərkəz kimi
formalaşmasına öz xidmətini göstərmişdir.
Belə mühüm tədbirlər üçün Azərbaycanın
seçilməsi onu deməyə əsas verir ki, bu, artıq ənənəvi
xarakter daşıyacaqdır. Bakı Beynəlxalq Humanitar
Forumlarının keçirilməsi üçün Azərbaycana
üstünlük verilməsi ölkəmizə diqqət və
marağın ifadəsidir:
Bu yaxınlarda
işini yekunlaşdıran və Azərbaycana daha
böyük marağın ifadəsi olan dördüncü
Bakı Beynəlxalq Humanitar Forumundan sonra paytaxtımızda Gənclər
Siyasəti üzrə Birinci Qlobal Forumun keçirilməsi
daha bir tarixi hadisə dir. Forumda çıxış edən
və fəal inkişaf sahəsində gənclərin fəaliyyətinin
yüksəlməsinə başlıca amil kimi diqqət
yetirildiyini bildirən Prezident İlham Əliyev təhsil, mədəniyyət,
incəsənət və idman sahəsində qazanılan
nailiyyətlərdə gənclərin rolunu yüksək dəyərləndirdi:
“Gənclər siyasətinə gəldikdə, həmçinin
olduqca mükəmməl qanunvericilik bazası mövcuddur. Gənclər
siyasəti ilə bağlı qanun var. Azərbaycanda gənclərlə
bağlı iki Dövlət Proqramı qəbul olunub. Bu
yaxınlarda biz Gənclər Fondu yaratmışıq.
Dövlət büdcəsindən bu fonda ayrılan vəsaitlər
gənclərə özlərini cəmiyyətdə təqdim
etməyə şərait yaradır.”
Son illərdə Azərbaycan
gənclərinin idman sahəsində qazandığı
nailiyyətlərin xüsusilə diqqətəlayiq
olduğunu bildirən Prezident İlham Əliyev haqlı olaraq
vurğulayır ki, idman əsas prioritetlərdəndir. Azərbaycan
idmançıları beynəlxalq yarışlarda,
olimpiadalarda, dünya və Avropa çempionatlarında,
oyunlarında ölkəmizi laiyqincə təmsil edirlər.
XXX London Yay Olimpiya Oyunlarında Azərbaycanın 200 ölkə
arasında 30-cu yeri tutması ölkəmizdə idmanın
inkişafının göstəricisidir. “Gələn il Azərbaycanda
ilk Avropa Oyunları keçirəcəyik. Bu bizim
üçün tarixi hadisə olacaq. Panamerika, Asiya, Afrika
oyunlarından fərqli olaraq Avropa Oyunları əvvəllər
heç zaman keçirilməyib” söyləyən Prezident
İlham Əliyevin bildirdiyi kimi 2016-cı ildə Dünya
Şahmat Olimpiadasının, 2017-ci ildə İslam Həmrəyliyi
Oyunlarının, 2020-ci ildə futbol üzrə Avropa
çempionatının bəzi oyunlarının Azərbaycanda
keçirilməsi ilə bağlı qərarların qəbulu
ölkəmizdəki siyasi sabitlik və inkişafa dəstək
olmaqla gənclər siyasətinin də uğurlu davamına
maraqdan irəli gəlir.
Bəşəriyyət
bu istiqamətdə inkişaf edir, ümumbəşəri dəyərlər
hər bir normal cəmiyyətdə əsas təşkil edir.
Belə olan halda multikulturalizmlə bağlı problemlər əlbəttə
ki, açıq şəkildə müzakirə edilməlidir.
Hər bir insan, xüsusilə gənclər multimədəniyyətli
cəmiyyətlərin inkişafı naminə öz töhfəsini
verməlidir. Bu sahədə çox mühüm addımlar
atan Azərbaycanda bu istiqamətdə toplanan təcrübə
dövlət siyasətinin əsasını təşkil etməklə
nümunə göstərilir.
Dağlıq
Qarabağ münaqişəsinin müzakirəsi ilə
bağlı Parisdə keçirilən görüşlərdən
sonra ölkələrin təhlükəsizliyinin önəmini
gənclərin diqqətinə çatdıran Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan humanitar fəlakətlə
də üzləşmişdir. Uzun illərdir ki, beynəlxalq
birlik tərəfindən tanınan Azərbaycan
torpaqlarının 20 faizi hələ də Ermənistan
silahlı qüvvələrinin işğalı
altındadır. Azərbaycanın əzəli torpaqları
olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən
yeddi bölgəyə erməni işğalçı
qüvvələri nəzarət edir, gəncləri
ölümə sürükləyən, gələcəyimizi
təhdid edən narkotik bitkilər yetişdirirlər. Eyni
zamanda Azərbaycan xalqına qarşı etnik təmizləmə
aparır, ekoloji və mənəvi terror törədirlər.
Bir milyondan artıq azərbaycanlı öz doğma
torpağında qaçqın-köçkün vəziyyətinə
salınmışdır.
“Təhlükəsizlik
məslələrinə gəldikdə, biz həmçinin
yalnız gənc nəslə güvənirik” söyləyən
dövlət başçımızın
çağırış xarakterli tövsiyələri də
maraqla qarşılanır: “Beynəlxalq ictimaiyyət nəinki
bu məsələ ilə əlaqədar, ümumiyyətlə
bizi qəti surətdə dəstəkləyir. Bu, yalnız
bizim fəal diplomatiyamızın və beynəlxalq səviyyədə
səylərimizin sayəsində deyil, o cümlədən Azərbaycanın
artıq etibarlı tərəfdaş, müstəqil xarici
siyasət yürüdən, regional və beynəlxalq problemlərə
gəldikdə, öz mövqeyi ilə seçilən ölkə
kimi tanınması nəticəsində mümkün oldu.”
Dünyanın
müxtəlif ölkələrini təmsil edən gənclər
arasında fərqli peşə sahibləri olsa da irqindən,
milli mənsubluğundan asılı olmayaraq sağlam
düşüncəli gənclərin maraq dairəsində
olan qlobal məsələlərin üstünlük təşkil
etdiyi müasir dövrümüzdə hadisələrə
siyasi baxışların düzgün istiqamətləndirilməsi,
dünyada sülhün, əmin-amanlığın təminatı
hər kəsin maraq və diqqət göstərdiyi qlobal
problemdir. Çıxışında siyasətçilərin
məsuliyyət məsələsinə toxunan Prezident
İlham Əliyev dünyada ədalət prinsipinə hörmətlə
yanaşmanın regional sabitliyə başlıca töhfə
olduğunu da xatırlatdı. Bəzi ölkələrdə
siyasi sabitliyin pozulması naminə populist
çağırışların, yalançı vədlərin
törətdiyi fəsadları bütün ölkələrin
siyasi sabitliyi, insanların dinc yaşaması üçün
təhlükə adlandırdı. İnsanları “onları
gözləyən xoş güzəran” adı ilə aldadaraq
cinayətlərə sürükləyən qorxulu tendensiya
kimi diqqətə çatdırdı: “Siyasi xadimlərin
siyasi məsuliyyəti, iqtisadiyyat üzərində məsuliyyət,
həmçinin çox əhəmiyyətli məsələdir.
Siyasətçilər öz vədlərini yerinə yetirməlidirlər.”
Forumda qeyd olunduğu
kimi, insanların bir araya gəlməsində musiqi, idman
böyük əhəmiyyət daşıyır.
Qarşılıqlı anlaşma, dostluq rəmzi olan belə
humanitar tədbirlər zamanı insanlar sağlam rəqabət
naminə mübarizə aparır. Belə tədbirləri millətləarası
dialoq adlandırmaq daha məqsədəuyğundur. Bu sahədə
isə Azərbaycanın böyük təcrübəsi
vardır. Doğrudan da Şərqlə Qərb arasında
körpü olan Azərbaycan xalqların birlik və əməkdaşlıq
əlaqələri üçün də əlverişli,
sülh və sabitlik məkanıdır. Azərbaycanın
sivilizasiyalararası dialoqların təşkilindəki təşəbbüsləri
dəstəklənir. Bu təcrübənin belə humanitar
Forumlarla davam etdirilməsinin özü insanlığa verilən
qiymət, xalqların milli mənəvi dəyərlərinə
hörmətdir.
Azərbaycan elə
bir ölkədir ki, orada müxtəlif dinlər mövcuddur,
xalqlar həmişə sülh, həmrəylik, əməkdaşlıq
şəraitində yaşamışlar. Ölkəmizdə cəmiyyətin
maraqları ilə dövlət siyasəti yanaşı
dayanır. Yəni bəşəriyyətin gələcəyi
üçün vacib amil olan birgəyaşayış
qaydalarının təbliği sahəsində Azərbaycan təcrübəsi
daim öyrənilməlidir.
Xuraman İsmayılqızı
İki sahil.- 2014.- 31 oktyabr.- S.2.