Urmiyada Sona Vəliyevanın “Arazbarı” şeirlər kitabını təqdimatı keçirilib

 

 

İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyə şəhərində Hövzeyi-hünəri mədəniyyət idarəsinin ədəbi şöbəsinin təşəbbüsü ilə Sefiyeddin Urmulu “Poeziya ocağı” salonunda yazıçı-publisist, şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın “Arazbarı” şeirlər kitabının ərəb qrafikalı əlifba ilə Azərbaycan dilində və farsca İran nəşrlərinin təqdimatı keçirilib. İranın tanınmış ədəbiyyatçıları, Qərbi və Şərqi Azərbaycan vilayətlərindən olan görkəmli poeziya və nəsr simaları, elm və mədəniyyət xadimlərinin iştirakı ilə keçirilmiş mərasimdə əvvəlcə şairənin çoxşaxəli fəaliyyəti barədə sənədli film nümayiş etdirilib.

Sonra şairə adından iştirakçılara Azərbaycanın tariximüasir görkəmini əks etdirən suvenirlər və “Arazbari” kitabının İran nəşrlərindən nüsxələri, şairənin bədii yaradıcılığından hazırlanmış video disket iştirakçılara hədiyyə edildi.

Mərasimi giriş sözü ilə İranın media məkanında böyük nüfuzu ilə seçilən, “Dəniz” qəzeti və dəniznews.ir saytının baş redaktoru şair və yazıçı Mustafa Quluzadə şairə, tədqiqatçı-alim Sona xanım Vəliyevanın ədəbi yaradıcılığı və ictimai fəaliyyətindən danışıb.

Məlumat verilib ki, bu vaxtadək Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı, fəlsəfə üzrə siyasi elmlər doktoru, yazıçı-publisist Sabir Şahtaxtı, Türkiyə elm-ədəbiyyat əsərləri sahibləri Məslək Birliyinin üzvü, şairə Gülayə Rzayeva, urmiyalı ədəbi tədqiqatçılardan – şair Əkbər Əlyar Həmidi, təbrizli tənqidçi - şairə Süsən Nəvadeh Rəzi və başqaları şairənin bədii yaradıcılığı barədə rəngarəng  təhlillərlə çıxış ediblər.

Baş redaktor qeyd edib ki, Sona Vəliyeva müasir ədəbi mühitin nəbzini tutaraq öz fikirlərini bütün dünya xalqlarıyla bölüşməyi bacarır. Bundan əlavə, o öz xalqının, Vətəninin danışan dilidirtorpaq dərdi, düşmən təcavüzü, Vətən torpağının bir hissəsinin işğal altında qalmasını, Vətənin bölünməsi kimi ağır milli dərdləri var və bunların hamısını "Arazbarı" kitabında əks etdirib.

Mərasimdə çıxış edən urmiyalı tanınmış şair Həmid Vahidi də təqdim olunan kitab barədə öz ədəbi düşüncələrini fikirlərini söyləyərək qeyd edib ki, Sona xanımın şerlərində olan milli hisslər təsiredici gücə malik olduğu üçün tədqirəlayiqdir.

Tədbirdə digər iştirak edən tanınmış urmiyalı şairə Röya Şahhüseynzadə deyib: "Arazbarı” kitabının şerləri olduqca gözəl olmaqla bərabər bir sıra şerləri həqiqətən yaddaşda qalandır. "Şükür ki, ölməmişəm" adlı şeiri mənə çox güclu təsir etdi, daxili aləmimi kökündən silkələdi.

Tədqiqatçı Əkbər Əlyar da Sona xanımı Azərbaycan ədəbi mühitində tanınmış və sevilmiş bir şairə olduğunu diqqətə çatdıraraq əminliklə qeyd edib ki, “Arazbarı” kimi əsərlərin nəşri İran Azərbaycanı çağdaş ədəbiyyatının inkişafında  əhəmiyyətli rol oynayacaqiki ölkənin ədəbi simalarını qarşılıqlı olaraq, ədəbi təşkilatlar tərəfindən tanıtdırılmasına böyük tövhələr verəcəkdir.

Təqdimatda iştirak edən şair və tənqidçilər də öz fikirlərini söyləyiblər, o cümlədən Mahmud Şami, Zahra Kərimzadəgan, Əli Şüca, Qənbər Hacivənd, Xəlil Şıxlı, İsmayıl Mədədi, Şahrux Rizvani,  Əli Rəzmara və başqaları şairənin bədii yaradıcılığının mahiyyəti, fitri ədəbi istedadı, xalqına və ölkəsinə aid məsələləri poetik dildə oxucu ilə bölüşməsi bacarığı barədə fikir və mülahizələrini bölüşüblər. Ədəbiyyatçılar bildiriblər ki, “Arazbarı”da cəmləşdirilmiş şerlər şairənin daxili mənəvi aləmini, yüksək insani keyfiyyətlərini, Vətəni və xalq qarşısındakı milli məsuliyyətini, bəşəri dəyərlərə olan tükənməz sevgi və məhəbbətini tərənnüm edir.  Qeyd olunub ki, şairənin hiss və duyğuları ilə reallığa baxışı  arasında qırılmaz tellər mövcuddur. Şairə göründüyü kimi var, var olduğu kimigörünür. Vətəninin bütövlüyü, torpağının müdafiəsi ona nə qədər əzizdirsə irqindən və dinindən asılı olmayaraq bütün insanların firavansakit  həyatı da o qədər əhəmiyyətlidir.

Çıxışlarda bildirilib ki, istidən qorxan, soyuqdan qaçan körpə kimi şairə də haqsızlıqdan və ədalətin pozulmasından qorxurpoetik dildə öz etiraz səsini ucaldaraq bəşəriyyəti haraya səsləyir. Hansı mövzuya müraciət etməsindən asılı olmayaraq səmimi hisslər fikir və ifadələrin sıra düzümünü tənzimləyir. Onun sadə və rəvan yazı dili, el bilmlərinə sahibliyi  xalqın yaddaşında yatmış söz xəzinəsini də qəflətdən ayıldır.

Urmiyanın görkəmli sənətkarı Aşıq Nabatəli Əlizadə Sona Vəliyevanın “Arazbarı” kitabından saz siminin titrək sədaları altında səsləndirdiyi  şerlər iştirakçılar tərəfindən hərarətli alqışlarla qarşılanmışdır.

Qeyd edək ki, iranlı şair Əkbər Həmidi Əlyarın əski əlifbaya köçürdüyüfars dilinə çevirdiyi Sona xanım Vəliyevanın “Arazbarı” şeirlər  kitabı bu il Qum  şəhərlərində fəaliyyət göstərən “Avayi-münci” beynəlxalq sertifikatlı nəşriyyat tərəfindən nəşr edilib.

 

İki sahil. – 2014.- 2 sentyabr. S. 14.