“Cənub Qaz Dəhlizi” həm Azərbaycanın
iqtisadi inkişafına, həm də Avropanın
enerji təhlükəsizliyinin təmininə töhfə
olacaq
AVRONEST
Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin
həmsədri, Milli Məclisin deputatı Fuad Muradovun www.yap.org.az
saytına müsahibəsi
- Fuad müəllim, bir neçə gün öncə Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Bu hadisə Azərbaycanın beynəlxalq müstəvidə nufuzuna necə təsir edəcək?
- Bu, çox
böyük və tarixi hadisədir. Azərbaycan hələ
1994-cü ildə “Əsrin müqaviləsi”ni imzalamaqla
Avropanın enerji təhlükəsizliyinin mühüm bir həlqəsinə
çevrilib. Ötən əsrin 90-cı illərində
mürəkkəb geosiyasi vəziyyətlə üzləşən
Azərbaycan bütün bunlara baxmayaraq zəngin təbii sərvətlərindən
istifadə etmək haqqında strateji qərar qəbul edə
bildi. Ümummilli liderimiz Heydər Əliyevin üzaqgörən
siyasəti nəticəsində bu çətinliklərdən
çıxan ölkəmiz Avropada enerji təhlükəsizlik
tələbatlarına töhfə verməyə hazır
olduğunu nümayiş etdirdi. Məhz “Əsrin müqaviləsi”
AzərbaycanıAvropaya çıxarmaqla onun milli neft
strategiyasının hədəflərərini müəyyənləşdirdi.
Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə
bu gün öz uğurlu nəticələrini göstərir.
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan “Əsrin müqaviləsi” Azərbaycanın 20-ci əsrdə
imzaladığı böyük müqavilədirsə,
Prezident İlham Əliyev tərəfindən imzalanan “Cənub
Qaz Dəhlizi” yeni əsrin- 21-ci əsrin nəhəng
razılaşmasıdır. “Cənub Qaz Dəhlizi” bu
baxımdan, yürüdülən siyasətin davamı olmaqla
eyni zamanda Prezident İlham Əliyevin siyasi iradəsinin təcəssümüdür.
Hələ 2011-ci ci ildə Azərbaycan Prezidenti İlham
Əliyevlə Avropa Komissiyasının prezidenti Joze Manuel
Barrozo arasında keçirilən görüş zamanı “Cənub
Qaz Dəhlizi” ilə bağlı Birgə Bəyannamə
imzalanmışdı. Bu Azərbaycanla Avropa Komissiyası
arasında çox mühüm sənəd idi. Orada təkcə
enerji sahəsində deyil, ümumiyyətlə Azərbaycanla
Avropa Birliyi arasında sosial-mədəni və digər istiqmətlər
üzrə əməkdaşlıqdan bəhs edirdi.
Azərbaycan bu gün
Avropanın ən böyük və etibarlı enerji tərəfdaşlarından
biridir və təkcə iqtisadiyyata deyil, enerji təhlükəsizliyinə
də öz töhfəsini verməkdədir. Belə status isə
ölkəmizin dünyada mövqeyini yüksəkltməklə
yanaşı onun etibarlı tərəfdaş olaraq
sambalının göstəricisinə çevrilib. “Cənub
Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyinin təmin
edilməsində yeni səhifə olmaqla ölkəmizə
öz təbii sərvətlərini Avropa bazarlarına nəql
etmək imkanı verəcək. Artıq uzun müddətdir
ki, Azərbaycanın malik olduğu enerji ehtiyatlarının
Avropanın təhlükəsizliyi istiqamətində istifadəsi
haqqında müzakirələr gedirdi. Artıq Azərbaycan
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində
əsas iştirakçı kimi fəaliyyət göstərir.
Bu əməkdaşlıq artıq ona gətirib
çıxarıb ki, Azərbaycan Avropa ölkələri ilə
ən yüksək səviyyədə strateji əməkdaşlıq
formatında öz fəaliyyətini davam etdirəcək. Qeyd
edim ki, aparılan bu işlər qardaş Türkiyə ilə
birgə görüləcək.
Rəsmi Bakı dəfələrlə
bəyan edib ki, Azərbaycan bu istiqamət üzrə
Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasına hər zaman hazırdır. Əslində son 10-15
ildə Azərbaycan bu rolu mükəmməl şəkildə
həyata keçirir. Bu layihənin həyata keçirilməsi
Avropanın Azərbaycanın enerji resurslarına
çıxışını təmin edəcək. Eyni
zamanda, bu layihə Avropanın Azərbaycan arasında daha dərin
iqtisadi əməkdaşlığa imkan verəcək. “Cənub
Qaz Dəhlizi” həm Azərbaycanın iqtisadi
inkişafına, həm də Avropanın enerji təhlükəsizliyinin
təmininə töhfə olacaq.
- Bu layihədən Avropa hansı faydalar götürəcək? Mürəkkəb proseslər fonunda Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyində necə rol oynayacaq?
- Avropa İttifaqı
ilə Azərbaycan ikitərəfli və çoxtərəfli
formatda əməkdaşlıq edir. 2006-cı ildə
Brüsseldə imzalanmış “Avropa İttifaqı ilə Azərbaycan
Respublikası arasında strateji tərəfdaşlıq
haqqında Anlaşma Memorandumu” Azərbaycanla Avropa Birliyi
arasında enerji əməkdaşlığının strateji
xarakterini rəsmiləşdirib və bu tərəfdaşlığın
daha da inkişaf etdirilməsi üçün əsas sahələri
müəyyən edib. Bu baxımdan “Cənub Qaz Dəhlizi”
yeni qaz mənbələrini təmin etməklə Avropanın
enerji təhlükəsizliyini möhkəmləndirəcək.
Enerji resurslarının nəqlinə başlandığı
gündən diversifikasiya siyasətinə üstünlük
verən Azərbaycanın atdığı qətiyyətli
addımlar regionun və dünyanın enerji təhlükəsizliyini
təmin edib, çoxşaxəli enerji marşrutları
sisteminin yaradılmasına əlverişli zəmin yaradıb.
Prezident İlham Əliyev tərəfindən aparılan bu
siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu
Avropanın enerji təhlükəsizliyini təmin edəcək
məkanın formalaşmasındadır. Bu siyasət artıq
ona gətirib çıxarıb ki, bu gün Azərbaycan təkcə
Avropa ölkələrinin deyil, bir çox böyük
ölkələrin əsas tərəfdaşına
çevrilib. Bu baxımdan yeni nəhəng enerji layihələrinin
düşünlməsi və həyata keçirilməsi
heç kimi narahat etməməlidir.
Çünki biz
Avropa Birliyinə vahid platforma kimi baxırıq. Bizim
üçün Avropa Birliyi ölkələrinə enerji nəql
etmək elə AB-nin enerji təhlükəsizliyinin təmin
olunması deməkdir. Avropada bu siyasətin miqyasını
çox gözəl başa düşürlər. Amma belə
uğurlu strategiya müəyyənləşdirən ölkəmizin
bədxahları da az deyil. Bizə məlumdur ki, Avropada Azərbaycanın
müstəqil olaraq Avropa Birliyi ilə əməkdaşlığına
mane olan bir neçə müxtəlif siyasi qruplar
mövcuddur. Onlar Azərbaycanın iqtisadi-sosial sahədə
qazandığı uğurlarını, beynəlxalq maliyyə
dairələrində Azərbaycanın etibarının
yüksəlməsini həzm edə bilmirlər.Odur ki, Azərbaycanın
müstəqil siyasəti, beynəlxalq
çağırışlara müdrik yanaşması bu
qrupları tez-tez hərəkətə gətirir.
Təbii ki Azərbaycan
kimi enerji ehtiyatları ilə zəngin olan ölkələr
bir az gücləndikdən və müstəqil siyasət
yeritməyə başladıqda bu “dostlar” ona öz şərtlərini
diqtə etməyə çalışırlar. Azərbaycanın
tarixi torpaqları işğal edən Ermənistanın və
ona bu işdə kömək etmiş himayədarlarını
nəzərə alsaq, bu ikili yanaşmanın səbəbi
aydın olur. Amma bu cəhdlər əbəsdir.
- Fuad müəllim, sizcə, Azərbaycanın bu xoşməramlı təşəbbüsləri fonunda Avropa Dağlıq Qarabag probleminə yanaşmada prinsipial mövqe ortaya qoya bilərmi?
- Azərbaycanın
Avropanın enerji təhlükəsizliyində rolunun
artması ölkəmizə marağı daha da gücləndirib.
Fikrimcə, bu əməkdaşlıq çərçivəsində
Avropa ölkələri Dağlıq Qarabağ münaqişəsinin
həllinə də ciddi diqqət yetirməlidir.
Çünki problemin həllinə bu ölkələrin təsir
etmək imkanları böyükdür. Məlumdur ki, sülh
danışıqları prosesində Ermənistan bütün
öhdəliklərinin yerinə yetirilməsindən boyun
qaçırır. Bu, Ermənistanın gerçək siyasətidir
və bu ölkənin hakimiyyəti bütün
danışıqlardan qaçaraq vaxtı uzatmaq və vəziyyəti
indiki kimi saxlamaq niyyətindədir.
Beynəlxalq birlik
işğalçı dövlətə qarşı ciddi
addımlar atmalıdır. Biz də öz tərəfimizdən
iştirak etdiyimiz bütün beynəlxalq tədbirlərdə
Ermənistanın işğalçılıq siyasəti
haqqında ətraflı məlumat veririk. Azərbaycan həmişə
bütün beynəlxalq təsisatlardakı toplantılarda
bütün torpaqlarımızın, o cümlədən
Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri
tərəfindən işğalı məsələsini
qaldırır. Avronest PA da bizim üçün bu baxımdan
həqiqətləri paylaşmaq üçün yaxşı
tribunadır. Avropa ölkələrinin Dağlıq
Qarabağ münaqişəsinin nizamlanması məsələsində
rolu mühümdür və bu istiqamətdə səylərini
artırılması zəruridir. Regionda təhlükəsizliyin
təmin olunmasının əsas şərtlərindən
biri isə Azərbaycanın ərazi
bütövlüyünün bərpası və
separataçı meyllərin qarşısının qətiyyətlə
alınmasıdır.
İki
sahil.- 2014.- 25 sentyabr.- S.8.