Qanla yazılmış qəhrəmanlıq salnaməsi

 

Azərbaycanın salnaməsinə “şəhidlik zirvəsi” sözləri məhz o tarixdə yazıldı

 

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na müvafiq olaraq respublikanın bütün şəhər və rayonlarında, müəssisə və təşkilatlarında bu faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, tədbirlərin mətbuatda geniş işıqlandırılması, faciənin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və diaspor qurumları tərəfindən müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində bu barədə materialların verilməsi nəzərdə tutulur.

20 Yanvar hadisələri Azərbaycanda demokratik proseslərə qəsd, dəqiq düşünülmüş hərbi təcavüz, respublikanın suveren hüquqlarını, ümumiyyətlə insan hüquqlarını pozan hərəkət idi. 1990-cı ilin 19-20 yanvar tarixlərində əsasən ermənilərdən ibarət sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdi, günahsız insanlar qətlə yetirildi, yaralandı, əlil oldu, itkin düşdü. Sovet ordusu qoşunlarının hərbi əməliyyatları nəticəsində Bakıda və rayonlarda 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Lakin dünya bu qətliama göz yumdu.

Hadisələrin səhəri günü Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Bakıya hərbi müdaxiləni respublikanın süverenliyinə qarşı terror kimi qiymətləndirən ümummilli lider Heydər Əliyev belə ağır məqamda xalqla birlikdə olduğunu bildirdi, qanlı faciələri pislədi, günahsız, silahsız adamların axıdılan qanlarını insanlığa qarşı törədilmiş xəyanət adlandırdı.

Yanvar hadisələrinə geniş mənada əsl hüquqi, siyasi qiymət xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Respublikaya rəhbərliyə başladığı ilk gündən ölkənin iflic vəziyyətə düşən iqtisadiyyatını bərpa etmək istiqamətində geniş miqyaslı islahatlar aparmaqla, “Əsrin müqaviləsi” kimi önəmli müqaviləni imzalamaqla Azərbaycanda siyasi sabitliyin qorunması üçün birlik və həmrəyliyin yaradılmasına çalışan ümummilli lider Heydər Əliyev bu kimi faciələrimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi səylər göstərdi.

Daim qeyd etdiyimiz kimi, zaman hadisələrə dəyər vermək baxımından yaddaşdır. İllər ötdükcə baş verən hadisənin mahiyyəti daha aydın şəkildə nəzərə çarpır. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur” söyləyən ulu öndər Heydər Əliyev bu fikrixüsusi olaraq diqqətə çatdırmışdır:Biz 20 yanvar hadisələrinə indiyə qədər bir faciəkimi qiymət veririk. Həmin gün tariximizə qara gün kimi daxil olmuşdur. Şübhəsiz ki, bunda həqiqət var. Ancaq faciə hansısa səbəbdən baş verir, beləcə durduğu yerdə baş vermir, bu, ola bilər təbii fəlakət olsun. Amma cəmiyyətdə baş verən hadisənin şübhəsiz ki, səbəbi olur. Ona görə də bu hadislərə geniş mənada yanaşmaq lazımdır. Getdikcə bu hadisələrin daha geniş mənasını dərk edirik.”

Azərbaycanın müstəqilliyinin əbədiliyi uğrunda xilaskarlıq missiyasını yerinə yetirən ulu öndər Heydər Əliyev uğurlu siyasəti ilə dünyanın diqqətini Azərbaycan həqiqətlərinə, başımıza gətirilən faciələrə yönəltdi. Faktların dili ilə əsil həqiqət beynəlxalq ictimaiyyətə açıqlandı. Son on ildə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerirolunun möhkəmləndirilməsi istiqamətində davamlı addımlar atılır. BMT, AŞPA, ATƏT, İƏT kimi nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunan Azərbaycanın dünya miqyasında qazandığı mövqenüfuzda da şəhidlərimizin payı vardır. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi o deməkdir ki, salnaməmizə azadlıq sözünü qanları ilə yazmış şəhidlərin mətanəti sayəsində Azərbaycan mütəqil, suveren dövlət kimi tanınır, inkişaf edir, liderlik səviyyəsinə yüksəlir. Cənubi Qafqazın lider ölkəsi olan respublikamızın 155 dövlətin etimadını qazanaraq bu səviyyəyə yüksəlməsi bir daha təsdiqləyir ki, torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimiz, 20 Yanvar, Xocalı faciəsində həlak olmuş soydaşlarımız qələbə ünvanlı yolda Azərbaycan xalqı ilə birgə addımlayır. Şəhid ailələrinə göstərilən diqqət və qayğı daim diqqətdə saxlanılır, imtiyazları artırılır, xatirələri əbədiləşdirilir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti, İƏT-ın Cənclər Forumunun Baş əlaqələndiricisi Leyla Əliyevanın Azərbaycan həqiqətlərinin təbliği istiqamətində gördüyü işlər də təqdirəlayiqdir. Azərbaycan dövlətinin real faktlara əsaslanan təbliğatı diplomatik mübarizədə qələbəsini şərtləndirir. Ərazi bütövlüyümüz uğrunda mübarizə yolu ilə torpaqlarımızın qaytarılacağı, şəhid ruhlarının rahatlıq tapacağı gün uzaqda deyil.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2014.- 10 yanvar.- S.5.