Dəniz neftçiləri nə qədər neft hasil edib?
“Neft Daşları” NQÇİ ötən il neft, qaz hasilatı və təhvili üzrə
qarşıya qoyulmuş tapşırıqları
artıqlaması ilə
yerinə yetirib
Ötən il iqtisadiyyatın bir çox sahələri kimi, neft-qaz sektorunda da uğurlu
nəticələr əldə
edildi. Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti
(ARDNŞ) “Azneft” İstehsalat
Birliyinin ən mühüm struktur bölmələrindən biri
olan “Neft Daşları” NQÇİ-nin
kollektivi də
2013-cü ili müsbət göstəricilərlə
başa vurdu.
“Neft Daşları” NQÇİ-nin
rəisi Qoçalı Mahmudovun “İki sahil”ə verdiyi məlumata
görə, ötən hesabat ilində neft, qaz hasilatı və təhvili
üzrə qarşıya qoyulmuş
tapşırıqlar artıqlaması ilə yerinə yetirilib: “Belə ki, neft hasilatı üzrə 922000 ton plana qarşı, 922079
ton neft hasil edilib. Plan
100 faiz yerinə yetirilib.
Neft təhvili
tapşırığına da 100 faiz əməl olunub.
913140 ton plana
qarşı, faktiki 913473 ton
neft təhvil verilib. Neft satışı
tapşırığı 112 fazi yerinə
yetirilib. 913440 ton plana qarşı, 913552 ton
neft satışı həyata keçirilib. Ötən dövrdə 66500 min kubmetr qaz
hasil edilib. Plan 100 fazi % yerinə yetirilib. Qaz satışı plana da 100 fazi
əməl olunub.
Belə ki, 522 min kubmetr qaz satışı həyata keçirilib.”
Hazırda
NQÇİ-nin istismar
quyu fondu 500-ə bərabərdir. Onlardan 458-i fəaliyyətdə
olan quyu fondunu təşkil edir. Fondun 395-i qazlift üsulu,
60-ı fontan, 3-ü isə
dərinlik nasosu üsulu ilə istismar olunur. Fəaliyyətsiz quyu fondu isə 38 quyu təşkil edir. 4 quyu isə
mənimsəmədədir. NQCİ üzrə qazmadan 10 quyu istismara daxil edilib.
Q.Mahmudov qeyd
etdi ki, “Neft Daşları”
NQCİ-nin yataqlarında
qalıq çıxarılabilən
neft ehtiyyatı 16480
min tondur: “Neft Daşları” yatağında
neft ehtiyyatı 11710
min ton, “Palçıq Pilpiləsi”
yatağında isə
qalıq çıxarılabilən
neft ehtiyyatı 4770 min
tondur. Neft ehtiyyatının çıxarılması məqsədilə
“Neft Daşları” yatağında qazma gedən, tikintisi layihələndirilən və
tikilən 12 meydançadan
109 quyunun qazılması
nəzərdə tutulub.
2013-cü ildə “Neft Daşları” yatağında 4 özüldə
11 quyuda qazma işləri aparılıb.
1 quyuda isə
qazma davam edir. Fəaliyyətsiz fonddan 13 quyu
plana qarşı 24 quyu bərpa edilib istismara daxil olunub. Fəaliyyətsiz fonddan alınan
quyulardan 10500 ton plana qarşı, 12614 ton neft hasil edilib.”
İdarə rəisinin
sözlərinə görə,
istismar quyularında hasilatı sabit saxlamaq üçün əsaslı və cari təmirlər aparılıb: “Belə ki, 2013-cü ilin əvvəlindən NQÇİ-də 216 təmir əvəzinə 255 əsaslı,
626 əvəzinə 636 yeraltı
təmir işi aparılıb. Hesabat dövrü ərzində
əsaslı təmirdən
sonra 136650 ton neft hasil edilib. Bununla yanaşı, 80 tədbirə
qarşı 136 geoloji
tədbir həyata keçirilib və bunun hesabına 101922 ton neft hasil olunub.
Köhnə quyularda neft
hasilatını sabit saxlamaq məqsədilə
300 tədbirə qarşı
541 texniki tədbir həyata keçirilib.
Nəticədə 15058 ton neft hasil
olunub.”
Qeyd edək ki, quyulardan mexaniki qarışıqların
çıxarılması üçün
boruarxası fəzaya
səthi fəal maddələrin dozator nasosları vasitəsilə
vurulması 18 quyuda yerinə yetirilib, əlavə 3993 ton neft hasil edilib. Güclü
qum təzahürü
səbəbindən işləməyən
9 quyuda aprel ayından başlayaraq polimer “Laprol 3602-2-12” tərkibli tamponaj məhlulu ilə quyudibi zona bərkidilib,
4 quyuda səmərə
alınıb və əlavə 1443 ton neft hasil edilib. Layda
məsamələrin faza
keçiriciliyi pis olması səbəbindən
məhsuldarlığı zəif
olan 14 quyuda may ayından başlayaraq quyudibi zona HCl
turşusu ilə emal edilib, 8 quyuda səmərə alınıb və əlavə 1343 ton neft hasil edilib. Quyuların
təmirdən sonra mənimsənilməsini sürətləndirmək
üçün kiçik
lay təzyiqli, su udulması böyük olan 10 quyuda qum tıxacı “yaylı jelonka” vasitəsilə təmizlənib
və əlavə 265
ton neft hasil edilib.
Ötən il NQÇİ-də
əmək şəraitinin
yaxşılaşdırılması və istehsalat zədələnmələrinin qarşısının alınması
sahəsində müəyyən
işlər görülüb.
Tərtib edilmiş qrafik əsasında
NQÇİ-də 358 mühəndis
texniki işçinin
vaxtaşırı, bundan
əlavə 380 mühəndis
texniki işçinin
növbədənkənar, 60 mühəndis texniki işçinin ilkin bilikləri yoxlanılıb.
“Azneft” İB-in tərtib etdiyi qrafik əsasında
NQÇİ-nin rəhbərliyi
12 ay ərzində digər
təşkilatlarda müxtəlif
mövzularda 20 prezentasiya
keçirib.
İşçilərin sosial şəraitinin yaxşılaşdırılması məqsədilə il ərzində 22 ədəd
müxtəlif tipli vaqon evcik alınıb
ki, bunlardan 9 ədəd müxtəlif
tipli 2150 saylı özülə, 2 ədəd
683 saylı özülə,
1 ədəd İXB-yə,
1 ədəd 1201 saylı
özülə, 1 ədəd
741 saylı özülə,
1 ədəd 1295 saylı
özülə, 3 ədəd
203 saylı meydançaya
verilib. 1 ədəd
mətbəx evciyin
1146 saylı özülə
ilk hava şəraitində
verilməsi planlaşdırılıb.
Qalan evciklər isə təyinatı üzrə
özüllərə veriləcək.
1887 saylı SDÖ-də 1 ədəd budka yeməkxana tam təmir edilərək hazırlanıb və lazım olan məişət avadanlıqları
ilə təchiz edilib. “Neft
Daşları” NQÇİ-nin bütün sex və sahələrində
cari təmir işləri aparılaraq lazımi məişət
avadanlıqları ilə
təchiz olunub.
Q.Mahmudov 2014-cü ildə bir neçə
obyektin tikintisinin nəzərdə tutulduğunu
da bildirdi: “Qeyd etmək lazımdır ki, bu il 14 ədəd
quyunun qazılması
üçün 1541A saylı
estakadayanı meydançanın,
1541A-1637A saylı meydançalararası
estakadanın, 14 ədəd
quyunun qazılması
üçün 1637A saylı
estakadayanı meydançanın,
6 ədəd quyunun qazılması üçün
753 saylı SDÖ-nün,
6 ədəd quyunun qazılması üçün
755 saylı SDÖ-nün,
“Neft Daşları” yatağında 8 ədəd
quyunun qazılması
üçün 620A saylı
SDÖ-nün, NQÇİ-nin 1 saylı nasosxanasının tikintisi,
1887 saylı SDÖ-də
manifolt və atqı xətlərinin yenidən qurulması,
1936-2112 saylı meydançalararası
sualtı yüksək
təzyiqli su xəttinin çəkilməsi
planlaşdırılır. Təbii ki, “Neft Daşları”
NQÇİ-nin kollektivi
qarşıda duran bu və digər
vəzifələrin yerinə
yetirilməsi üçün
daha əzmlə çalışacaq.”
Nail Rəhimzadə
İki sahil.- 2014.- 17 yanvar.- S.5.