Toy, toy, toydu bu gün...
Toy xalqımızın ən qədim, uzunömürlü adətlərindən
sayılır. Oğul-qız böyüdüb toyunu görmək, bu əziz gündə yaxınların, doğmaların
əhatəsində olmaqdan,
onların ürəkdən
gələn arzularını,
isti sözlərini eşidib, birgə deyib-gülüb, sevinib əylənməkdən gözəl
həyatda nə ola bilər
ki? Bəs biz toylarımızı necə və harda keçiririk?
Bu gün paytaxtda kifayət qədər şadlıq evləri və restoranlar fəaliyyət göstərir. Lakin bu obyektlərin gündən-günə
artması o qədər
də sevindirici hal deyil. Çünki həmin restoran
və şadlıq evlərinin fəaliyyətində
kifayət qədər
problemlər özünü
göstərməkdədir. Əksər ziyafət yerləri demək olar ki, standartlara uyğun fəaliyyət göstərmirlər.
Sözügedən
obyektlərdə sanitariya
qaydalarına kifayət
qədər əməl
edilmir. Mətbəxdə çalışan şəxslər
nadir hallarda öz işinin biliciləri olurlar. Onlar il ərzində
2 dəfə tibbi müayinədən keçməli
və sağlamlıq,
yoluxucu xəstəliklərin
olmadığı haqqında
arayış təqdim
etməlidirlər. Sarayda çalışan
administrator, süfrəçi, barmen, somelye, aşbazlar işlədikləri sahə
üzrə təhsilli
olmalıdır. Belə ki,
bəzi restoranların,
xüsusilə də şadlıq evlərinin mətbəxlərinə daxil
olarkən xoşagəlməz
mənzərə ilə
qarşılaşmaq mümkündür.
Elə şadlıq evləri var ki, üfunətli
iydən oranın mətbəxinə daxil olmaq olmur. Bu iy sözsüz
ki, oradakı vaxtı keçmiş, mənşəyi bəlli
olmayan ərzaqlar nəticəsində meydana
gəlir. Çox təəssüf
ki, bəzi toy sahibləri toy üçün
şadlıq evi kirayələyərkən mətbəxdəki
vəziyyətlə maraqlanmırlar.
Onları ancaq restoranın dekorasiyası,
toyda kimlər oxuyacaq və s. bu kimi məsələlər
düşündürür. Bu da restoran sahiblərini məsuliyyətli
olmaqdan uzaqlaşdırır.
Toy sahibinin tələbi
olmadığına görə
restoran sahibləri də necə gəldi fəaliyyət göstərirlər.
Xatırladaq ki,
ötən il
Standartlaşdırma, Metrologiya
və Patent üzrə
Dövlət Komitəsi
AZS 746-2012 “Şadlıq saraylarının
təsnifatı və
qaydalar” dövlət standartını təsdiqlədi.
Yeni standartlar bu ildən tətbiq ediləcəkdir. Standartda şadlıq
saraylarının təsnifatı,
texniki və digər tələblər
öz əksini tapıb. Sənədə əsasən sarayda
qarderob otağı, tualet, sanitar qovşağı, telefon, gözləmə zalı
(avanzal), bar, artistlərin
otağı, gəlin
otağı, administrator otağı,
şəkilləri çap
etmək üçün
otaq olmalıdır.
Qəbul olunmuş normativlərə əsasən
vestibül təqribən
əsas zalın dörddə biri qədər (orta hesabla 1 nəfər yerə 0,3-0,45 kv.m) sahəni tutmalıdır. Standartda həmçinin şadlıq
saraylarının qarderobuna,
barına, sanitar qovşaqlarına da ayrı-ayrılıqda tələblər
müəyyənləşdirilib. Standartda mərasim zamanı sarayda həkimin olması tövsiyə olunur.
Texniki
tələblər sırasında
şadlıq sarayının
mətbəxinə olan
tələblər də
əsas yeri tutur. Standarta əsasən, sarayın mətbəxinin ümumi sahəsi 1 nəfərə
0,40 kv.m təşkil etməlidir. Mətbəxdə arakəsmələrlə, yaxud ayrı otaqlar olmaqla soyuq qəlyanaltıları
hazırlamaq üçün
ayrıca bölmə,
manqal yeməklərinin
hazırlanacağı ayrıca
yer (havalandırma sistemi güclü olan bölmə) olmalıdır. Ət məhsullarının
qəbulu, kəsilməsi
və hissələrə
ayrılması üçün
də xüsusi otaq və ya
bölmə olmalıdır.
Standartda, həmçinin
yeməklərin hazırlanmasına,
qabların yuyulmasına,
masa örtükləri
və dəsmallara, xidmət dəstinə, ümumi sanitariya norma və
qaydalara, xammalların
anbarda saxlanmasına da tələblər qeyd edilib.
Standarta
əsasən, şadlıq
sarayının zalında
masa ilə oturacaqların arasında olan məsafə 40-45 sm, bir masanın
oturacağı ilə
ona paralel olan masanın oturacağı arasında
olan məsafə
80-100 sm təşkil etməlidir. Masa arxasında
hər nəfər üçün 55-60 sm-lik
bir bölüm ayrılır, lakin xidmət lüks səviyyəsində verilirsə,
məsafə 75 sm-lik bölümü əhatə
etməlidir. Masaların forması
- kvadrat, düzbucaqlı
və dairəvi olur. Fransız üslubda xidmət
üçün dairəvi
masalardan, ingilis üslubda xidmət üçün düzbucaqlı
və kvadrat masalardan istifadə edilir. Sənəddə istifadə olunan
masaların ölçüləri
də qeyd edilib.
Bilirik
ki, yüksək səs insanların sağlamlığına mənfi
təsir edir. Səsin uzunmüddətli
təsiri mərkəzi
sinir sisteminin xəstəliklərinə, daha
yüksək diapazonlu
səs isə eşitmə qüsurlarının
yaranmasına və hətta karlığa da səbəb ola bilər.
Azərbaycan
toyları çox səs-küylü olur. Sözsüz
ki, bu toy sahibindən asılı olan haldır. Toylardakı səs-küy insan sağlamlığı üçün
çox böyük fəsadlar törədir.
Belə ki, toydakı səs-küy insanların
eşitmə qabiliyyətinin
zəifləməsinə, xroniki
zehni yorğunluğa gətirib çıxarır.
Şadlıq saraylarındakı səs-küy insanlarda hətta yaddaş pozğunluğu da yaradır. Toya gələnlərin əksəriyyəti mərasimin
sonuna kimi dözə bilmir və toyu tərk
edir. Lakin toy sahiblərinin yaxınları isə mərasimi axıra qədər izləməli
olur. Hətta yanaşı oturan
qonaqlar bir-birilərinə
sözü ucadan desələr də, eşidə bilmirlər.
Psixoloqlar hesab edir ki, səs-küy hər bir adama
fərdi qaydada təsir edir. Güclü sinir sisteminə malik olan insanlara
səs-küy bir qədər zəif, zəif sinir sisteminə malik olan insanlara isə güclü təsir edir. Psixoloqlar bildirirlər ki, saray sahibləri sarayı tikən zaman akustikanı mütləq nəzərə
almalıdırlar. Hətta şadlıq
saraylarının rəhbərləri
musiqiçilər qarşısında
müəyyən şərtlər
qoymalıdır. Bundan başqa
toy sahibi də musiqinin çox yüksək olmamasını
saray rəhbərliyi ilə əvvəlcədən
danışmalıdır. Qeyd edək ki, təsdiq olunmuş standarta əsasən ucaldıcı
elə köklənməlidir
ki, səs 85 dB(A)-dən yüksək
olmasın. Şadlıq saraylarının rəhbərləri bu amilləri nəzərə
alarsa, ora gələn qonaqların sağlamlıqlarını qorumuş
olarlar.
Fəxriyyə İkramqızı
İki sahil.- 2014.- 17 yanvar.- S.14.