ölüm”ə qucaq açmayın...

 

Təbii fəlakətlərə, siyasi-iqtisadi problemlərə, hər gün bir az da qızışan müharibə ocaqlarına tab gətirməyib “can verən” dünyanın bu gün ən böyük bəlalarından birincisi narkomaniyadır. Bu bəlanın müasir dünyada necə yaranması, yayılması artıq insanları maraqlandırmır, ancaq ondan necə qurtulmaq olar fikri bütün polemikaların ana mövzusudur. Bu problemin qarşısını almaq üçün planlar cızılır, yollar axtarılır. Regionun nəhəngi olan Azərbaycanda da bu problem dövləti, onun hüquq-mühafizə orqanlarını və ümumilikdə cəmiyyəti narahat edir.

 

SSRİ dağıldıqdan sonra nəzarətsiz qalan dəniz, havaquru sərhədlərindən maneəsiz şəkildə narkotik maddələr və onların prekursorları daşınaraq müəyyən qadağalar sistemində əl-qol atmağa çalışanlara, asan yolla qazanc əldə etmək istəyənlərə böyük fürsət verdi. Müstəqillik əldə etdikdən sonra da ən çox İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin cənub bölgələrimizdən daxil olması əhalinin müəyyən hissəsini asanlıqla öz təsir dairəsinə sala bildi. Ölkədə siyasi sabitliyin olmaması, Ermənistanın elan olunmamış müharibəsi sözügedən problemin ciddiliyi ilə bağlı həyəcan təbili çalmağa imkan vermədi. Bu, şübhəsiz ki, bir çox dövlətlərin işinə çox yarayırdı və əlbəttə ki, əsas məqsəd Azərbaycan kimi təbii sərvətlərlə zəngin olan məmləkəti zəiflədib ələ keçirmək üçün onu həm də narkomaniya bəlası ilə üzbəüz qoymaq idi...

İnkişaf etmiş ölkələrin təcrübəsində yer alan gənclər siyasəti, gənclərlə işin qurulması, bağça, məktəb və digər təhsil ocaqlarında, müəssisə və təşkilatlarda təbliğat, maarifləndirmənin bütün formalarından istifadə irəliləyiş əldə etməyə kömək göstərə bilər. Əksinə, işsizlik, asudə vaxtın səmərəli təşkil edilməməsi, inkişafa can atan ictimai mühitin sönük olması və bu kimi problemlərin çoxluğu, ailədə psixoloji sarsıntılarla böyüyən uşaqların, yeniyetmələrin sonradan bu yola düşməsinə “geniş imkanlar” yaradır.

Artıq “kasıb balası narkoman olmaz” fikri köhnəlmiş mövzuya çevrilibbu bəla cəmiyyətin bütün təbəqələrində özünə yer eləyib. İnkarolunmaz faktdır ki, narkotik vasitələr çox bahalıdır və onları əldə etmək üçün çox da pul lazımdır. Bəla birbudur ki, günahkarlar adətən uzaqda axtarılır. Birmənalı olaraq demək lazımdır ki, günahkar elə valideynlərin özləridir. Yəni dəbdəbəli həyat əldə etməyə can atan, övladına vaxt ayıra bilməyən və ya bunu istəməyən, onu nəzarətdə saxlamayan valideyn sonra gözünün qarşısında məhv olan doğma balasının həyatını xilas etmək üçün dispanserlərə üz tutur, çarə axtarır.

Müşahidələr göstərir ki, bir çox cinayətlərinin kökündə də narkotik dayanır. Müxtəlif yollarla bu bəlaya düçar olmuş bir kəs tələbatını ödəmək üçün pul tapmadıqda ilk öncə öz evindən, daha sonra isə digərlərinin əmlakını oğurlamaqla, cibgirlikquldurluq etməklə istəyinə çatmağa çalışır, cəmiyyətin arzuolunmaz şəxsinə çevrilir.

Təəssüf doğuran haldır ki, bu gün narkomanların sırasında qadınlar da var. Hətta hamilə qadınların bu iyrənc əmələ qurşanmaları insanı heyrətləndirməyə bilmir. Onlar düşünmürlər ki, batinlərində daşıdıqları körpə həm də dünyanı qarşısında aciz qoymuş HİV virusunun da potensial daşıyıcısı ola bilər.

Narkomaniyanın yaratdığı sosial problemlərin qarşısını almaq üçün dövlətimizin mübarizə sistemi işləyir və narkotiklərin qanunsuz dövriyyəsi, onlara qarşı aparılan mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin yüksəldilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi xüsusi diqqət mərkəzindədir.

Bu gün Azərbaycanın iqtisadi inkişafı, nəzərəçarpan uğurlar və gənclər siyasəti təkcə dövlət qurumlarını deyil, həmçinin qeyri-hökumət təşkilatlarını da narkomaniya ilə mübarizəyə səfərbər edib. Paytaxtdaregionlarda maarifləndirmə işlərinin aparılması, gənclərlə, şagirdlərlə, yeniyetmələrlə görüşlərin təşkili, bu sahədə təbliğatın KİV-in imkanlarından səmərəli istifadə edilməsi “ ölümün” həqiqətən də cəmiyyətin gələcək bəlalarının başlanğıcı olmasını onlara bir daha göstərməkdir.

Ölkəmizdə bu aktual problemin qarşısının alınması məqsədi ilə ulu öndər Heydər Əliyev tərəfindən vaxtilə bir sıra tədbirlər həyata keçirilib. Belə ki, ümummilli lider hələ 26 avqust 1996-cı ildə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında fərman imzalayıb, eyni zamanda, 15 iyul 2000-ci il tarixli fərmanla “2000-2006-cı ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə “Milli Proqram” qəbul edilib. Bu proqramın tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə xüsusi Dövlət Komissiyası yaradılıb. Ölkə Prezidenti cənab İlham Əliyevin 28 iyun 2007-ci il tarixli fərmanı ilə təsdiq edilmişNarkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə qarşı, narkomanlığın yayılması ilə mübarizə üzrə dövlət Proqramının təsdiq edilməsi barədə” sənəd 2007-2012-ci illərdə Azərbaycanda bu dəhşətli bəla ilə mübarizənin daha səmərəli təşkilinə ciddi təkan verməkdədir. Dövlət başçısının 28 iyun 2005-ci il tarixli fərmanı ilə təsdiq olunmuşNarkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanun narkotiklərlə mübarizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr qoyubbu yöndə fəaliyyətin hüquqi bazasını təşkil edir. Narkomaniya ilə mübarizəylə bağlı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün növbəti Dövlət Proqramı” təsdiq olunub ki, Proqramın təsdiqi ilə bağlı möhtərəm Prezident İlham Əliyev iyunun 24-də sərəncam imzalayıb.

Bu işə, narkotiklərlə mübarizəyə daxili işlər orqanları da öz töhfələrini verirlər. Ötən il ərzində narkomanlığın profilaktikası, əhali, eləcə də azyaşlı və yeniyetmələrlə maarifləndirmə işinin aparılmasına da xüsusi diqqət yetirilərək bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, əməkdaşlar tərəfindən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən səhiyyə və digər aidiyyəti təşkilatların məsul əməkdaşlarının, mətbuat və televiziya kanallarının nümayəndələrinin iştirakçıları ilə təşkil olunmuşGənclər narkomaniyaya yox deyir” adlı konfransda iştirak etmiş, müxtəlif Kolleclərdən dəvət olunmuş 100 nəfər tələbə və müəllimlərlə geniş maarifləndirmə işi aparılmış, “İçtimai Televiziyada” təşkil olunmuş “Dəyirmi Masadaiştirak edilmiş, eləcə də ATV, SPEYS və İçtimai televiziya kanallarına müsahibələr verilmişdir.

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə ərazi icra hakimiyyəti orqanları yanında komissiyalar və digər aidiyyəti dövlət orqanlarının yerli qurumları ilə birlikdə yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı mübarizə sahəsində vəziyyət təhlil edilərək ərazi polis orqanlarında zəruri profilaktiki tədbirləri əks etdirən xüsusi plan tərtib edilərək icraya yönəldilmişdir.

Respublikada uşaq və yeniyetmələr arasında narkomaniyanın qarşısının alınması, narkotiklərlə bağlı cinayət hadisələrinin dinamikası və belə təzahürlərin profilaktikası və xəbərdarlığı istiqamətində görülən işlər, maarifləndirmə, izahathüquqi təbliğat məsələlərinə tələbkarlıq artırılmışdır.

“Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın (2011-2015) aidiyyəti müddəalarının tələblərinə əsasən uşaq və gənclər arasında hüquqpozmaların profilaktikası sahəsində maarifləndirici tədbirlərin həyata keçirilməsi, müxtəlif mövzularda konfrans, seminar, treninqlərin təşkil olunması, xüsusilə narkotiklə bağlı cinayət hadisələrində yeniyetmələrin iştirakının minimuma endirilməsində, eləcə də gənc nəslin qanunazidd təzahürlərdən, zərərli vərdişlərdən qorunması işinin daha da fəallaşdırılması, məsələlərinə xüsusi önəm verilmiş, bu yönümdə aidiyyəti dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqələrin daha effektli təşkil olunması üçün əlavə ölçülər götürülməsi təmin olunmuşdur.

Qanunsuz kultivasiya edilən və yabanı halda yayılan narkotik xassəli bitkilərin müəyyən edilib məhv edilməsi tədbirlərinin həyata keçirilməsi məqsədi ilə “Xaş-Xaş 2013” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik Tədbirlər Planı hazırlanaraq ərazi polis orqanlarına icraya yönəldilmiş və icrası nəzarətdə saxlanılmışdır.

Beynəlxalq əməkdaşlıq çərçivəsində də bir sıra işlər görülmüşdür. Avstriyanın Vyana şəhərində, RF-nın Dağıstan Respublikasının Dərbənd şəhərində, İİR-nın Tehran şəhərində, Ukraynanın Kiyev şəhərində, Tükiyənin Ankara şəhərində, Belçikanın Brüssel şəhərində, Moldovanın Kişinyov şəhərində, Litva Respublikasının Vilnyus şəhərində, Niderlandın Haaqa şəhərində, Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş işçi görüşlərində, iclaslarda, konfranslarda və təlimlərdə aidiyyəti xidmətin nümayəndələri iştirakı etmişlər.

Respublika polis orqanları tərəfindən təkcə ötən il ərzində görülmüş tədbirlər nəticəsində narkotik vasitələrlə bağlı 2577 cinayət faktı aşkar olunmuşdur ki, onlardan 677-i narkotik vasitələrin qanunsuz satışı, 1705-i satış məqsədi olmadan narkotik vasitələrin qanunsuz olaraq əldə edilib saxlanılması, 171-i narkotik xassəli bitkilərin qanunsuz olaraq kultivasiya edilməsi ilə bağlı olmuşdur.

Hesabat dövründə narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 18 cinayət faktı aşkar olunmuş, faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 65 kq 174,601 qr narkotik vasitə götürülmüşdür.

Belə ki, hələ ötən il ərzində aşkar olunmuş faktlar üzrə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən ümumilikdə 619 kiloqram 179,097 qram müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları götürülmüşdür. Narkotik vasitələrin 400 kiloqramdan çoxunuya 64,6 faizini marixuana, 77 kiloqram 855,577 qramını və ya 12,5 faizini tiryək, 17 kiloqram 538,273 qramını və ya 2,8 faizini heroin, 69 kiloqram 163,184 qramını və ya 11,1 faizini həşiş narkotik vasitələri, 54 kiloqram 181,813 qramını və ya 8,7 faizini digərləri təşkil etmişdir. Bu da ötən illə müqayisədə 23 kiloqram 188,765 qram çox olmuşdur.

Onu da qeyd etmək yerinə düşər ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq çərçivəsində ədalətli şəkildə həllini tapmaması təkcə regionun yox, həm də dünyanın gələcək inkişafının sağlam sütunlarının sarsılmasına yol açır. Nəzarətsiz zona kimi siyasi leksikona daxil olmuş Qarabağdaişğal olunmuş ətraf rayonlarda narkotik vasitələrin becərilməsi ən təhlükəli həddə çatıb. Bu zona narkotiklərin tranzitində istifadə edilir.

Bizlərə isə hələlik yalnız bunu demək qalır: Çalışın, özünüzü, əzizlərinizi, yaxın və uzaq çevrənizi bu dəhşətli bəladan qoruyun ki, vaxtsız ölümün qurbanına çevrilməyəsiniz.!

 

Hafiz Təmirov,

polis kapitanı,

Azərbaycan Yazıçılar

Birliyinin Azərbaycan

Jurnalistlər Birliyinin üzvü

 

İki sahil.- 2014.- 18 yanvar.- S.23.