Milli-azadlıq mübarizəsində şərəfli yer tutan tarix

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan Atatürk

Mərkəzinin rəhbəri Nizami Cəfərovun www.yap.org.az saytına müsahibəsi

 

- Nizami müəllim, xalqımız bu günlər 20 Yanvar faciəsinin 24-cü ildönümünü qeyd edir, şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edir. Sizcə, 20 Yanvar hadisəsinin Azərbaycan tarixində əhəmiyyəti nədən ibarətdir?

- 20 Yanvar faciəsi respublikada milli-azadlıq hərəkatına demokratik proseslərə təsir göstərsə , müstəqillik uğrunda xalqımızın apardığı mübarizəni dayandıra bilmədi. Əksinə, 20 Yanvar faciəsi xalqımızın istiqlaliyyət, milli-azadlıq müstəqillik uğrunda apardığı hərəkata güclü təkan verdi respublikada siyasi mübarizə yeni tarixi dövrə daxil oldu. Baş verən hadisələr, milli münaqişələr sovetlər imperiyasının çökməsi ilə nəticələndi Azərbaycan öz tarixi müstəqillik haqqına qovuşdu.

Xalqımızın ziyarət yerinə çevrilmiş Şəhidlər xiyabanında yanan əbədi məşəl şəhidlərin ruhuna xalqımız tərəfindən olan ehtiram dövlətimiz tərəfindən verilən qiymətdir.

- Bu faciənin baş verdiyi dövrün ictimai-siyasi vəziyyətini necə xarakterizə edərdiniz? Sizcə, qanlı hadisəyə hansı amillər zəmin yaratdı?

- 1980-cı illərin sonunda SSRİ-nin dağılması labüd idi. Keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycanda milli hərəkat başlanmışdı. Amma bir sıra respublikalarda milli hərəkatlar nəzarət altında idi. Xalq hərəkatının tərkibinə öz mənafeyi üçün istifadə edən siyasilider”lərdən başlamış DTK-nın nümayəndələrinə kimi yerləşdirilmişdi. Yəni bu tərkib mürəkkəb idi. Ona görə bu proseslər 20 Yanvar hadisələrinə gətirib çıxardı. Millətə rəhbərlik edən liderin olmaması, müxtəlif siyasi, şəxsi iddiaların həddindən artıq çox olması, respublika rəhbərliyinin naşılığı yalnız Moskvanın əmrləri ilə oturub-durmasına görə belə bir vəziyyət yarandı: 1990-cı il yanvarın 20-də Azərbaycanda gedən milli-azadlıq dövlət müstəqilliyi uğrunda hərəkat amansız şəkildə cəzalandırıldı.

- 20 Yanvar hadisəsini Azərbaycan tarixində dönüş anı kimi necə qiymətləndirmək olar?

- 20 Yanvar hadisəsi xalqımızın milli-azadlıq hisslərinin güclü olduğunu, Azərbaycanda milli müstəqil dövlət quruculuğu üçün sosial əsasların olduğunu göstərdi. Eyni zamanda, bizim müstəqil yaşamaq mövcud olmaq maraqlarımızı, xalqın qəhrəmanlığını göstərdi. Həmçinin, o zaman Azərbaycana rəhbərlik edənlərin gücsüzlüyünü nümayiş etdirdi, eləcə xalq hərəkatına başçılıq edənlərin hərəkatı idarə etmək iqtidarında olmadığını göstərdi. Bir sözlə, bu hadisə xalqın müstəqil dövlət qurmaq uğrunda mübarizəsinə mərkəzi hakimiyyətin gözlənilməz kifayət qədər sərt reaksiyası idi. Eyni zamanda, bu mübarizəyə rəhbərlik edərək onu istiqamətləndirən lider yox idi.

- Sovet imperiyasının dağılmasında bir sıra ciddi amillər rol oynayıb. Bu baxımdan necə hesab edirsiniz, 20 Yanvar hadisəsinin rolu nədən ibarətdir?

- Sovet rəhbərliyi digər respublikalardan fərqli olaraq Azərbaycana xüsusi ordu kontingenti, cəza dəstəsi göndərdisə qanlı əməliyyatlara birbaşa SSRİ rəhbərliyi başçılıq etdisə, bu, istər-istəməz o demək idi ki, Azərbaycanda baş verən bu hərəkat həqiqətən sovet dövlətinin dağılmasında kifayət qədər güclü rol oynayıb. Bu hadisə Moskvanın idarəçilik üsuluna davamlı bir müqavimət idi. Yəni 20 Yanvar böyük bir müqavimət hərəkatı idi ki, həqiqətən sovet dövlətinin dağılmasında müəyyən rol oynadı. 20 Yanvar hadisəsi sovet rejiminin üzünü açdı. Sübut olundu ki, çıxışların kəskinliyinə baxmayaraq, Pribaltikada, Ukraynada, Mərkəzi Asiyada, Gürcüstanda Ermənistanda imperiya Azərbaycana qarşı olduğu qədər amansız tədbirlərə əl atmadı.

- Qeyd etdiniz ki, faciənin baş verməsində əsas səbəblərdən biri xalq hərəkatına rəhbərlik edən milli liderin olmaması idi. O zaman Moskvada yaşayan Ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsi ilə bağlı çıxış edərək sovet rejiminin xalqımıza qarşı törətdiyi cinayəti bütün dünyaya bəyan etdi. Bu bəyanatın tarixi əhəmiyyəti haqqında deyə bilərsiniz?

- 20 Yanvar hadisəsindən sonra həyatı təhlükədə olsa da, ulu öndərimiz Moskvada Azərbaycan nümayəndəliyinə gələrək bəyanatla çıxış etdi. Bu bəyanat tarixi bir bəyanatdır. Ulu öndərimizin bəyanatı Azərbaycanın müstəqillik tarixinin ən böyük aktlarından biridir. Yəni, əslində, müəyyən zamandan sonra milli liderin xalqla bir yerdə olması imkanları burdan başladı bu imkanlar da get-gedə genişləndi. 1990-cı illərin əvvəlində baş verən hadisələr göstərdi ki, Heydər Əliyev böyük siyasi liderdir məhz bu millətin lideridir. Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev tez bir zamanda doğma vətəni təlatümdən xilas etdi. Bu gün Azərbaycanda Heydər Əliyev yolu uğurla davam edir. 20 Yanvar şəhidlərinin ailələrinə dövlət yardımları artırılır, şəhidlərimizin adları əbədiləşdirilir, daim onların xatirəsi əziz tutulur. Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi böyük öndərimizin yolunu davam etdirir.

- 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət Ulu öndərimizin təşəbbüsü ilə verildi. Bunun əhəmiyyəti haqda deyə bilərsiniz?

- Hüquqi-siyasi qiymət ümumiləşmiş formada bundan ibarət idi ki, Moskva Azərbaycana təcavüz edib. Təcavüzdə məqsəd bu idi ki, Azərbaycan SSRİ-nin tərkibindən çıxmaq istədiyi üçün cəzalandırılsın. Əlbəttə, hadisənin günahkarlarının da adları açıqlanıb. Moskvanın təcavüzünün qarşısı alınmalıydı, o zamankı respublika rəhbərliyi bu qırğına imkan verməməliydi. Bu hadisəyə görə o dövrdə xalqın azadlıq hərəkatına rəhbərlik edənlər məsuliyyət daşıyırdı. Sovet ordusunun təcavüz edəcəyini bilərək xalqı qırğına aparan bu zaman özləri kənarda qalanlar da günahkardılar.

Hesab edirəm ki, 20 Yanvar hadisəsi ilə bağlı bizim hüquqi-siyasi, elmi-tarixi təfəkkürümüzdə heç bir qaranlıq məqam yoxdur. Tariximizdə bu hadisə özünəməxsus yerini hər zaman qoruyub saxlayacaq, gələcək nəsillərimiz tərəfindən öyrəniləcək.

 

İki sahil.- 2014.- 18 yanvar.- S.16.