Xalqımızın
azadlıq mübarizəsinin
şanlı qəhrəmanlıq
səhifəsi
20 Yanvar faciəsinin mahiyyətini daha dərindən anlamaq üçün bir-biri ilə sistematik surətdə bağlı olan bir neçə kompleks məsələyə, faciənin törədilməsinə imkan verən situasiyaya, 20 Yanvar olayına siyasi-hüquqi qiymət verilməsinə nəzər yetirmək məqsədəmüvafiqdir.
20 Yanvar faciəsi xalqımızın qan yaddaşıdır
Paytaxt Bakının zəbt olunması SSRİ DİN-in, DTK-nın və Sovet
ordusunun hissələrilə müdafiə
naziri Yazovun
komandanlığı altında həyata keçirilmişdi.
Öz konstitusiya
hüquqlarının bərqərar edilməsi tələbi
ilə çıxış edən dinc,
silahsız əhali gülləbaran edilmişdi.
Ən dəhşətli faktlardan biri də o idi ki,
Sovet ordusu bu qırğını törətmək üçün, hətta qadağan
olunmuş silahlardan,
güllələrdən də istifadə etmişdi.
Bu qanlı aksiyalar nəticəsində
Bakıda və respublikanın rayonlarında 131 nəfər qətlə
yetirildi, 744 nəfər yaralandı, 841 nəfər
isə həbs olundu. Bu, sözün
əsl mənasında, öz
hüquqları və azadlığı uğrunda
ayağa qalxan
xalqın inam və iradəsini sıradan
çıxarmaq və sovet hərb
maşınının gücünü nümayiş etdirmək məqsədi ilə
həyata keçirilmiş qanlı cinayət
idi.
Xalqa xəyanət edən anti milli hakimiyyət
faciənin
mahiyyətini hər vasitə
ilə
ört-basdır etməyə çalışırdı
20 Yanvar
faciəsinin törədilməsindən sonra
müşahidə olunan ən dəhşətli
faktlardan biri o zamankı Azərbaycan rəhbərliyinin xəyanətkar,
antimilli mövqeyi oldu. O zaman
ölkəyə “rəhbərlik” edən səriştəsiz
qüvvələrin bu məsələyə
biganə qalmaları, hər vəchlə hadisənin mahiyyətini
gizlətməyə çalışmaları bir
daha sübut etdi ki, bəhs olunan qüvvələr Moskvanın kölgəsi
altında, kölə psixologiyası ilə
yaşayırlar və xalqın ali mənafeyini
Mərkəzin imperialist maraqlarına qurban verməkdən çəkinmirlər. Başqa
sözlə, bütün mahiyyəti və
mövcudluğu ilə Kremldən
asılı olan o
zamankı Azərbaycan rəhbərliyi nəinki müstəqillik
ideyalarını, prinsiplərini mənimsəmək
iqtidarında və niyyətində deyildi,
hətta özlərinin korporativ səciyyəli
ambisiyalarını xalqın ali mənafeyindən
və müstəqillik istəyindən üstün
tuturdu.
Törədilmiş
cinayət və onun nəticələri aşkar olduğu halda, respublika rəhbərliyi
baş vermiş faciənin
mahiyyətini hər vasitə ilə ört-basdır etməyə
cəhd göstərirdi. Xalqın tələbi
və bir qrup
deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də 20 Yanvar
faciəsi ilə bağlı
çağırılmış sessiyasına respublikanın əksər
siyasi və dövlət rəhbərlərinin
gəlməməsi isə onların xalqın taleyinə biganə
qaldıqlarını, törədilmiş cinayətdə bu və ya digər dərəcədə
iştirak etdiklərini bir
daha təsdiq etdi. Nə
qədər ikrah hissi
oyatsa da, bu, bir həqiqət idi ki, o
dövrkü respublika
rəhbərliyi hətta şəhidlərin - 20 Yanvar qurbanlarının dəfn mərasiminə
gəlməyi belə lüzum görməmişdi.
Bu hadisələrdən sonra
xalqımız daha bir
gerçəkliyin də şahidi olurdu. Xalqın mübarizəsini siyasi niyyətləri üçün
alətə çevirən Azərbaycan Xalq
Cəbhəsinin başında duranların iç
üzü ortaya
çıxmışdı.
1990-cı il yanvar ayının 22-də
çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini
yarımçıq qoydu və sonrakı sessiyalarda bu məsələnin
müzakirəsini davam etdirmədi. Ali Sovetin yanvar hadisələrini
tədqiq etməli olan komissiyasının
da işi başa çatdırılmamış
qaldı. Çünki Azərbaycanı bu faciəyə gətirib
çıxarmış səriştəsiz rəhbərlər
vətənpərvərlik hisslərindən məhrum
olduqlarından, habelə öz şəxsi
ambisiyalarının əsirinə çevrildiklərindən
xalqın gözünə pərdə asmaq
niyyətinə düşmüşdülər.
Azadlıq və
mübarizə yolu Yanvar
hadisələrindən keçmiş
xalqımızın bu faciəsinə ilk üç il müddətində siyasi-hüquqi
qiymət verilməməsi, əslində, Azərbaycanın o dövrdə hakimiyyətdə olmuş iqtidarlarının öz
xalqına xəyanəti kimi səciyyələndirilməlidir.
20 Yanvar faciəsinə ilk siyasi-hüquqi
qiymət
ümummilli lider Heydər
Əliyev
tərəfindən verilib
Amma bütün bunlara baxmayaraq, Ümummilli lider Heydər
Əliyev bu məsələyə xüsusi həssaslıqla yanaşaraq
hadisəyə siyasi-hüquqi qiymət
verilməsi, cinayətkarların aşkarlanması istiqamətində
yorulmaz fəaliyyət göstərdi. Qanlı faciənin ertəsi günü
həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn
xalqımızın Ümummilli lideri Heydər Əliyev qanlı faciənin təşkilatçılarını
dünya ictimaiyyəti
qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanat
verdi:
“Əziz həmvətənlərim!
Buraya ən əvvəl ona görə gəlmişəm
ki, Azərbaycanın Moskvada
kiçik parçası olan
daimi nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına
başsağlığı verim. İkinci tərəfdən, bu
məsələyə öz münasibətimi bildirmək istəyirəm.
Azərbaycanın Moskvadakı daimi
nümayəndəsindən xahiş edirəm
ki, mənim sözlərimi, kədərimi,
başsağlığımı Azərbaycan xalqına
çatdırsın. Hazırda başqa
imkanım olmadığı üçün
təəssüf hissi keçirirəm.
Azərbaycanda baş vermiş hadisələrə
gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və
ölkəmizdə elan olunmuş
hüquqi dövlət quruculuğu
prinsiplərinə zidd hesab
edirəm.
Daha sonra Ümummilli
lider Heydər Əliyevin təşəbbüsü
ilə Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi.
Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi:
“Yanvar faciələrinin səbəbkarlarının
- istər İttifaq, istərsə də respublika rəhbər partiya,
Sovet, hüquq-mühafizə orqanı
işçilərinin, hərbçilərin bu
günədək aşkar edilib
qanunla məsuliyyətə cəlb
olunmaması xalqda dərin hiddət və
etiraz doğurmuşdur.
Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi bütün bunları işğalçı
siyasət və dəqiq düşünülmüş
hərbi təcavüz kimi qiymətləndirərək
və insan hüquqları bəyannaməsinin
kobud şəkildə pozulması kimi nəzərdə tutaraq
qərara alır ki, 1990-cı ilin yanvar ayında Bakı
şəhərində törədilmiş qanlı hadisələr
Azərbaycan SSR-in suveren
hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin”. Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı
çıxışı zamanı Ümummilli
lider Heydər Əliyev bəyan etdi ki, 1990-cı il yanvarın 20-də İttifaq
dövləti tərəfindən Azərbaycan xalqına
qarşı hərbi təcavüz edilmişdir.
Bunun ardınca ulu öndər
Heydər Əliyev 1991-ci il iyunun 19-da SSRİ Nazirlər Kabinetinə hadisəylə
bağlı məktub göndərdi: “Yanvar
hadisələrində yüzlərlə adam
öldürüldü və şikəst
edildi. Artıq il
yarım keçib. Nəinki bu dəhşətli cinayətlərin
hamıya çoxdan məlum olan günahkarları üzə
çıxarılmayıb, əksinə, bunları
ört-basdır etmək üçün
əllərindən gələni edirlər. Ümid
edirlər ki, zaman
keçdikcə bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut
etmişdir ki, doğma xalqa qarşı
yönəldilmiş qanlı cinayətləri onillər
keçsə də, unutmaq və
bağışlamaq mümkün deyil”.
Bütün bunlarla
yanaşı, Ümummilli lider
Heydər Əliyev 1994-cü il yanvar ayının 5-də 20 Yanvar
faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə
bağlı Fərman imzaladı. Fərmanda Milli
Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Bunun ardınca isə 1994-cü il
yanvarın 12-də dövlət komissiyasının geniş iclasında Ümummilli
lider Heydər Əliyev Azərbaycan
Respublikası Ali Soveti
Milli Şurasının 1992-ci il 19 yanvar tarixli
qərarını xatırladaraq bu qərarda
20 Yanvar hadisələrinin əsl səbəblərinin
açıqlanmadığını, həqiqi
günahkarların aşkar edilmədiyini,
iki il ərzində həmin
qərarın özünü
doğrultmadığını diqqətə
çatdırdı: “Mənim fikrim
belədir ki, bu qərarın
qəbul edilməsi Azərbaycan xalqına, bəlkə də,
20 Yanvar 1990-cı ildə olan
faciə kimi böyük
xəyanətdir. İki il
keçəndən sonra deputat-istintaq
komissiyasının ortaya bir
şey çıxarmaması, boş-boş sözlərlə camaatı
aldatması, qərarda bu komissiyanın
işinin qənaətbəxş hesab edilməsi, yenə də deyirəm, xəyanətdir”.
Ümummilli lider Heydər
Əliyevin bu istiqamətdə gərgin əməyinin
nəticəsi kimi, 1994-cü il marta ayının 29-da
“1990-cı il yanvarın 20-də Bakıda
törədilmiş faciəli hadisələr haqqında”
adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz
qaldığı dəhşətli faciəyə - 20 Yanvar hadisələrinə siyasi
qiymət verilmiş oldu.
20 Yanvar faciəsi unudulmur
Azərbaycan
xalqına qarşı tarixən törədilən cinayətlərin
daim yaddaşlarda
qalması, xüsusən də son onilliklərdə
yaşanan faciələrdən zərər
çəkənlərə - şəhid ailələri, məcburi
köçkün və qaçqın
ailələrinə qayğı göstərilməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir.
Bu baxımdan, 20 Yanvar
faciəsi istisna deyil.
Hələ
2010-cu ildə 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı
Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində Qanlı Yanvar
şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin
açılışında iştirakı zamanı Prezident İlham Əliyev bu hadisə haqqında demişdi:
“20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir.
Azərbaycan xalqı öz iradəsini
göstərdi. O gündən keçən müddət ərzində
Azərbaycan, demək olar ki,
tamamilə yeni mərhələyə qədəm
qoydu”.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyası rəhbərinin
Sərəncamı ilə təsdiq edilən “20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün
keçirilməsi ilə bağlı tədbirlər
planı”nda görüləcək tədbirlər geniş əksini tapıb.
Dövlətin bu sahəyə ayırdığı diqqət
və qayğının göstəricisi olaraq
son illərdə bilavasitə Prezident İlham
Əliyevin imzaladığı sərəncamlar əsasında
irimiqyaslı layihələr həyata keçirilib.
Belə ki, respublikanın
müxtəlif rayonlarında Qarabağ müharibəsi
əlilləri və şəhid ailələrinin mənzil və
məişət şəraitinin
yaxşılaşdırılması üçün
müasir tələblərə cavab verən fərdi və çoxmənzilli
yaşayış binalarının tikilib
istifadəyə verilməsi, eləcə də bu kateqoriyadan olan insanların avtomobillərlə təmin olunması
bunun əyani təsdiqidir.
İki sahil.-
2014.- 18 yanvar.- S.14.