Əkbər Hacıyev: “Azəriqaz” 2013-cü ildə ölkənin

qazlaşdırılması istiqamətində əhəmiyyətli işlər həyata

keçirməklə 217 yaşayış məntəqəsini təbii qazla təmin edib

 

Birlik təhlükəsizlik tələblərinə cavab verən çoxmərtəbəli

binalara ən qısa müddətdə qaz verilməsində maraqlıdır

 

Müsahibimiz ARDNŞ-nin “Azəriqaz” İstehsalat

Birliyinin baş direktoru Əkbər Hacıyevdir

 

-Əkbər müəllim, 2013-cü il “Azəriqaz” üçün hansı uğur və yeniliklərlə yadda qaldı?

-Birmənalı şəkildə qeyd edərdim ki, Birlik ötən ili uğurlarla başa vurdu. Söhbət ilk növbədə Azərbaycan Prezidentinin 14 aprel 2009-cu il tarixli 80 saylı Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və 04 may 2011-ci il tarixli 1490 saylı Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər nəticəsində əldə edilmiş nailiyyətlərdən gedir. Ötən illərdə olduğu kimi, 2013-cü ildə də əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, qaz təchizatı şəbəkəsinin əsaslı təmiri kimi məsələlərə xüsusi diqqət yetirilmişdir. İlk növbədə qazlaşdırma və qaz təminatının bərpası işləri genişmiqyaslı xarakter almış və ölkənin bütün bölgələrini əhatə etmişdir. Ötən illərlə müqayisədə daha geniş vüsət almış yeni qazlaşdırma və qaz təminatının bərpası istiqamətində işlərin nəticəsi olaraq, il ərzində 41 rayon üzrə 217 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qaz verilmiş, qazlaşdırılması hələ 2012-ci ildə yekunlaşmış AğdamQazax rayonlarının ardınca, Balakən və Hacıqabul rayonlarının qazlaşdırılması da tam başa çatmışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda nitqində qeyd etdiyi kimi, “Bütövlükdə ölkə üzrə qazlaşdırmanın templəri çox yüksəkdir. Biz təqribən 90 faizə yaxınlaşırıq. Hətta sovet dövründə qazlaşdırılmayan rayonlara, kəndlərə qaz xətləri çəkilir. Yəni, bu, daha çox sosial xarakter daşıyan təşəbbüsdür. Biz bunu edirik, etməliyik ki, insanlar qazla təmin olunsunlar”. Təsadüfi deyil ki, istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 2014-cü il in yanvarın 1-nə olan tarixə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 647 906-a çatmışdır. Qeyd edək ki, 01 yanvar 2014-cü il tarixə qeydiyyata alınmış abonentlərin 19 830-u qeyri-əhali abonentidir. Ümumilikdə 2014-cü ilin 1 yanıvar tarixinədək mövcud olan 1 628 076 əhali abonentindən 167 536-sı ötən il ərzində qeydiyyata alınmış yeni abonentdir. Onu da bildirmək lazımdır ki, smart kart tipli qaz sayğaclarının əhatə dairəsinin genişlənməsi və ödənişlərlə bağlı əməliyyatların artması ilə əlaqədar yarana biləcək texniki problemlərin meydana çıxmasının qarşısını almaq məqsədi ilə köklü şəkildə yeniliklər tətbiq edilmişmüvafiq qaydada islahatlar aparılmışdır. Belə ki, kütləvi ödənişlərin artması daha güclü proqram təminatına ehtiyac yaratdığından ötən ildən etibarən yenilənmiş proqram təminatının tətbiqinə başlanılmışdır. Bu isə təxminən 1 milyon abonentə keyfiyyətli xidmət göstərməyə imkan verir.

-”Azəriqaz” İB-in çoxmərtəbəli binalara qaz verilməsi məsələsi necə icra olunur?

-2013-cü ildə Birliyin bu istiqamətdə operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqifiziki şəxslərin müraciətləri araşdırılmış və müvafiq sənədləri təqdim etmiş 149 çoxmərtəbəli binanın qazının açılması təmin olunmuşdur. Bu isə ümumilikdə 30374 mənzili əhatə edir. Xatırladaq ki, 2012-ci ildə 60 çoxmərtəbəli binanın qazının açılması təmin olunmuşdu. Göründüyü kimi, irəliləyiş var. Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında maraqlıdır.

-Əkbər müəllim, ötən il təbii qazın abunə haqlarınını yığımı hansı səviyyədə olmuşdur?

-2013-cü il ərzində “Azəriqaz”da əhali sektoru üzrə 2 201 571 619 kubmetr həcmində təbii qaz satılmış və əvəzində 101,98 faiz vəsait toplanmışdır. Bu onunla əlaqədardır ki, 2012-2013-cü illərin payız-qış mövsümündə tələbatın artması ilə əlaqədar əhaliyə satılan qazın həcmi çoxalmış və bu səbəbdən istehlak edilmiş qazın dəyəri abonentlər tərəfindən tam ödənilməmişdir. Həmin dövr ərzində yaranmış debitor borclar 2013-cü ilin yaz-yay mövsümündən başlayaraq abonentlər tərəfindən ödənilməkdədir. Qeyd edək ki, güzəştsiz əhali üzrə 01 yanvar 2013-cü il tarixə mövcud olan debitor borc il ərzində 7,2 faiz azalmışdır. Yığım faizi isə 102,9 faiz olmuşdur. Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri üzrə ümumilikdə bu rəqəm 104 faiz, regionlar üzrə isə 101,9 faizdir. Ölkə üzrə ən yüksək yığım faizi Xızı rayonunda qeydə alınmışdır - 121,44 faiz. Goranboyda bu rəqəm 110,73 faiz, Sabirabadda 109,31 faiz, Gəncədə 106,94 faiz, İmişlidə isə 105,96 faiz olmuşdur. Bakı şəhərinin rayonları içərisində də yüksək göstəricilər var: Sabunçu107,33 faiz, Suraxanı106,30 faiz, Səbail 104,98 faizdir. Sumqayıt şəhərinin yığım göstəricisi də yüksək olmuşdur-105,49 faiz.

-”Azəriqaz” qaz itkilərinin azaldılması istiqamətində nə kimi işlər görür?

-Təbii qaz itkilərinin azaldılması məqsədi ilə əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış mexaniki sayğaclar yeni smart-kart tipli sayğaclarla əvəz olunur, istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir. Məsələn, ötən il QİS-lər tərəfindən istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə müxtəlif diametrli borular vasitəsilə 423 084 p/m yeni qaz xətti çəkilmiş, 1560 ədəd qaztənzimləyici və 1071 ədəd müxtəlif diametrli siyirtmələr quraşdırılmışdır. Bir faktı da nəzərə çatdırmaq istərdim ki, ötən il şəbəkənin qaz nəqletmə imkanlarının artırılması, yaşayış məntəqələrinin qazlaşdırılması üçün 9048,1 km yeni qaz kəməri quraşdırılmışdır ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 1774,7 km qaz kəməri əsaslı təmir olunmuşdur. İB texnoloji qaz itkilərinin azaldılması üçünbir sıra tədbirlər görür. Belə ki, qəbul-təhvil nöqtələrində yerləşən ölçü qovşaqları uzun müddət istismarda olduğunormativ-texniki sənədlərin tələblərinə cavab vermədiyi üçün yenidən qurulur. Eyni zamanda, İB-in qəbul-təhvil nöqtələrində yerləşən hesablayıcıların fiziki və mənəvi cəhətdən köhnəlməsi və istismar müddətlərinin başa çatması ilə əlaqədar yeniləri ilə əvəz olunması istiqamətində işlər aparılır. Bundan əlavə, “Azəriqaz” İB-in daxili ölçü qovşaqlarında da yenidənqurma işləri aparılır. Təhvil və qəbul olunan təbii qazın kimyəvi parametrlərinin “on line”rejimində sərfölçən cihazların yaddaşına daxil edilməsi imkanı yaradılmışdır.İB-nin qəbul-təhvil nöqtələrində müasir standartların tələblərinə cavab verən yeni ölçü qovşaqlarının, ölçü qovşaqları üzərində yeni sərfölçmə cihazlarının və qazın fiziki-kimyəvi göstəricilərini təyin edən təhlil avadanlıqlarının quraşdırılması son nəticədə qaz itkilərinin azaldılmasına gətirib çıxarır. Eyni zamanda, Bakı və Abşeron yarımadasının qaz təchizatı sisteminin yenidən qurulması layihəsi ilə əlaqədar 2010-2013-cü illərdə xüsusi proqram təminatında ayrı-ayrı rayonlar üzrə orta və yüksək təzyiqli qaz şəbəkəsinin Elektron məlumatlar bazasının (elektron xəritələrin) yaradılması işləri davam etdirilmişdir. Qeyd edək ki, Elektron məlumatlar bazası “on-line” rejimdə qaz şəbəkəsinə nəzarət etmək, şəbəkə məlumatlarını yerləşdiyi koordinata uyğun yerində görmək, qəza və təmir işlərinin dəqiqliklə aparılmasına yardımçı olmaq baxımından əvəzsiz imkanlara malikdir. Bu bazanın əhəmiyyəti həm də qaz itkilərinin qarşısının vaxtında alınması, abonentlərə qüsursuz xidmət göstərilməsi, qaz verilişinin düzgün tənzimlənməsi və proqnozlaşdırılmasına şərait yaratmasındadır. Eyni zamanda, təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlər davam etdirilir. Bunun nəticəsidir ki, ötən il İB üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 10878 əhali, 498 qeyri-əhali abonentin qaz təsərrüfatına müvafiqqüsur aktı” tərtib olunmuş, təbii qazdan qeydiyyatsız istifadəyə görə isə 18253 istehlakçı müvafiqqüsur aktı”na əsasən abonent bazasında qeydiyyata alınmışdır. Tərtib olunmuş bu tip aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 5 623 076 AZN dəyərində dəymiş ziyan hesablanmışdır.

-Əkbər müəllim, müasir əmək şəraitinin yaradılması və əməyin təşlükəsizliyi istiqamətində hansı işlər həyata keçirilib?

-Birlik tərəfindən işçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində də bir sıra mühüm işlər görülmüşdür. Belə ki, Nizami, Yasamal, Goranboy, Şabran, Zaqatala, Naftalan QİS-lər üçün yeni inzibati binalar, bir sıra təşkilatlar üçün işçilərin soyunub-geyinmə otaqları, sanitariya qovşaqları olan binalar tikilərək istifadəyə verilmişdir. Bəzi tabeli təşkilatların inzibati binalarında və köməkçi otaqlarında təmir-tikinti işləri aparılmış və bu sahədə aparılan işlər davam etdirilməkdədir. Bundan əlavə, əmək şəraitinin yaxşılaşdırılması, işçilərin sağlamlığının qorunması, təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsi və ekologiya sahəsində qanunvericiliyin tələblərinin gözlənilməsi, habelə Birlikdə beynəlxalq standartların tətbiqi istiqamətində aparılan işlər bütün il ərzində davam etdirilmişdir. Belə ki, il ərzində Birliyin strukturuna daxil olan 71 təşkilatda araşdırmalar aparılmış, aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı yerlərdəki aidiyyəti mütəxəssislərə lazımi metodiki köməklik göstərilmişdir. ARDNŞ-nin bütün idarə və müəssisələrində olduğu kimi, “Azəriqaz” İB-də də son illərdə işçilərin əməyinin mühafizə olunmasına, normal əmək şəraitinin yaradılmasına, onların sağlamlığının qorunmasına və bilik səviyyələrinin artırılmasına xüsusi diqqət yetirilir. Belə ki, “Azəriqaz” ARDNŞ-nin tabeçiliyinə veriləndən sonra ilk dəfə olaraq Birliyin əmri ilə “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin vahid idarəetmə sisteminin tələblərinə uyğun olaraq aidiyyəti rəhbər və mühəndis-texniki işçilərin əməyin mühafizəsi, təhlükəsizlik norma və qaydaları üzrə biliklərinin yoxlanılması üzrə imtahanlara start verilmişdir. Artıq Birliyin Abşeron yarımadasında yerləşən qaz istismar sahələrinin və regionlarda yerləşən təşkilatlarının əksəriyyətinin rəhbər işçilərinin və imtahan komissiyası üzvlərinin əməyin mühafizəsi, təhlükəsizlik norma və qaydaları üzrə biliklərinin yoxlanılması məqsədilə keçirilən imtahanlar yekunlaşmışdır. İmtahanların nəticələri işçilərin böyük əksəriyyətinin əməyin mühafizəsi, təhlükəsizlik norma və qaydaları üzrə kifayət qədər yüksək biliyə malik olduqlarını nümayiş etdirmişdir. Bu istiqamətdə aparılan işlərin 2014-cü ildə də davam etdirilməsi nəzərdə tutulmuşdur.

2013-2014-cü illərin payız-qış mövsümündə istehlakçıların təbii qazla etibarlı və təhlükəsiz təchiz edilməsi, abonentlərin təbii qazdan istifadə qaydaları ilə təlimatlandırılması və onların maarifləndirilməsi məqsədilə 2013-cü ilin noyabr ayının 1-dən dekabr ayının 1-nə qədər respublika ərazisində “Təbii qazdan təhlükəsiz istifadə aylığı” elan edilmişdir. Bu məqsədlə Birlik tərəfindən xüsusi Tədbirlər Planı hazırlanmış və bütün struktur bölmələrin rəhbərlərinə göndərilmişdir. Ay ərzində xidməti ərazilərdə evdaxili qaz xətlərinə, qaz cihazlarına texniki baxış və profilaktiki xidmətin keçirilməsinə nəzarət gücləndirilmişdir ki, bunun nəticəsi olaraq 93745 abonentin mənzilinə texniki baxış keçirilmiş və 371608 abonentə təbii qazdan təhlükəsiz istifadə qaydaları ilə əlaqədar növbədənkənar təlimatlar keçirilmişdir. “Qaz təsərrüfatında Təhlükəsizlik Qaydaları”na zidd olaraq təbii qazdan istifadə qaydalarını pozan 2984 abonentin qaz təchizatı dayandırılmış, 95 abonent barədə hüquq-mühafizə orqanlarına müraciət edilmiş, 370 abonentə cərimə hesablanmışdır. Xidmət sahələrində ay ərzində 8654 sayda qeyri-standart qaz cihazları istismardan çıxarılmış, 2950 abonentin istifadə etdikləri rezin birləşmələri kəsilmiş, 479 abonentin isə qaz cihazları tüstü bacalarına qoşulmadığından onların qaz təchizatı dayandırılmışdır.

Xüsusi vurğulamaq istəyirəm ki, ötən il “Azəriqaz” İB-də OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi” və ISO 14001 “Ətraf mühitin idarə edilməsi sistemi” standartlarının tətbiqi ilə bağlı Birliklə Türk Standartları İnstitutu (TSE) arasında müqavilə bağlanılmışdır. Qısa müddət ərzində ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin dəstəyi ilə görülmüş işlər nəticəsində Birlik qeyd edilən beynəlxalq standartların sertifikatına layiq görülmüşdekabr ayında həmin sertifikatlar təntənəli surətdə “Azəriqaz” İB-yə təqdim olunmuşdur. “Azəriqaz” İstehsalat Birliyinin layiq görüldüyü beynəlxalq sertifikatların əhatə dairəsinin genişləndirilməsi və beynəlxalq standartların tətbiqi ilə bağlı müvafiq tədbirlərin davamlı olaraq həyata keçirilməsi daim rəhbərliyin diqqət mərkəzində saxlanılmaqdadır. Təbii ki, biz əldə olunmuş uğurlarla kifayətlənmək niyyətində deyilik. Ona görə də çalışacağıq ki, 2014-cü ili də yüksək nailiyyətlərlə başa vuraraq, ölkənin qaz təsərrüfatının inkişafına öz layiqli töhfəmizi verək.

 

Elçin Zaman

 

İki sahil.- 2014.- 22 yanvar.- S.9.