Xətaidə abonentlərin mavi yanacaqla

təchizatı yüksək səviyyədədir

 

Rayonun qaz təsərrüfatında aparılan yenidənqurma nəticəsində təbii qazın itkisi 7,6 faizə endirilib

 

Əhalinin təbii qazla fasiləsiz və təhlükəsiz təmin edilməsi “Azəriqaz” İstehsalat Birliyinin qarşısında duran ən mühüm vəzifələrdəndir. Məhz 2013-cü ildə bu istiqamətdə ciddi işlər həyata keçirilmişdir. Onun bir strukturu olan Xətai qaz istismar sahəsi də (QİS) rayon ərazisində qaz itkisinin qarşısını almaq məqsədi ilə ötən il xeyli təmir-bərpa işləri həyata keçirib.

 

QİS rəisi İlkin Əliyevin qəzetimizə verdiyi məlumata görə, sahə 81877 abonentə, 504.7 kilometr ümumi uzunluğu olan qaz kəmərlərinə, eyni zamanda, 266 ədəd qaz tənzimləyicisinə, 854 ədəd siyirtməyə və 43 ədəd QTM-ə xidmət edir. Kəmərlərin 85.2 kilometri yeraltı, 419.5 kilometr yerüstüdür. O cümlədən həmin kəmərlərin 267.1 kilometr orta təzyiqli və 337.6 kilometr isə aşağı təzyiqli qaz kəmərləridir.

2013-cü ildə Xətai QİS-in xidmət ərazilərində qaz təchizatının yaxşılaşdırılması, təbii qaz itkilərinin, baş verə biləcək yanğın və qəza hadisələrinin qarşısının alınması məqsədi ilə podratçı təşkilatlar, eyni zamanda, Xətai QİS genişmiqyaslı işlər görmüşlər. Belə ki, uzun müddət istismar olunaraq yararsız vəziyyətə düşmüş qaz xətləri və tənzimləyici qurğular yenisi ilə dəyişdirilmiş, köhnə mexaniki sayğaclar smart kart tipli sayğaclarla əvəzlənmişdir. Belə ki, Naximov küçəsində D-108,57 mm-lik 1700 p.m qaz xətti, İ.İsmayılov küçəsində müxtəlif diametrli 10000 p.m qaz xətti, İ.İsmayılov küçəsi 265 saylı məktəbin yaxınlığında yeni tikilmiş fərdi yaşayış evlərinin qazlaşdırılması üçün 1460 p.m qaz xətti çəkilərək abonentlərin istifadəsinə verilmişdi. İB-in Təmir Tikinti İdarəsi tərəfindən rayonun K.Kərimov, Ş.Mirzəyev küçələrində üzərində abonentlər tərəfindən çoxsaylı yaşayış evlərinin tikilməsi səbəbindən təhlükə mənbəyinə, çevrilmiş yeraltı 159 mm-lik orta təzyiqli qaz xətti dəyişdirilərək yeni müasir tələblərə cavab verən yerüstü xətlə əvəz edilərək ərazidə 9000 p.m müxtəlif diametrli küçə xətləri çəkilərək əhalinin istifadəsinə verilmişdir. Gəncə prospektində təbii qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə “Qaz İxrac” İdarəsinə məxsus “ şəhər” yüksək təzyiqli qaz xətti üzərində yeni ölçü qovşağı quraşdırılmış, bu məqsədlə TTİ tərəfindən d-159 mm-lik 500 p.m qaz xətti çəkilərək dairəvi birləşmə aparılmışdır.

TTİ tərəfindən S.Mehmandarov və G.Şıxlinski küçələri abonentlərinin qaz təchizatının gücləndirilməsi məqsədi ilə İ.İsmayılov küçəsindəki “Zığ” QPS-dən qidalanan yeraltı PE 280 mm-lik yeni çəkilmiş orta təzyiqli qaz xətti ilə “Əhmədli” QPS-dən qidalanan yeraltı orta təzyiqli 273 mm-lik qaz xətləri D-159 mm əlavə qaz xətti çəkilərək dairəvi birləşmə aparılmışdır. O.Vəliyev və “Sovxoz” küçələrində evlərin altında qalaraq təhlükə mənbəyinə çevrilmiş 377 mm-lik orta təzyiqli qaz xətti təhlükəsiz zonaya çıxarılaraq TTİ tərəfindən yeni PE 315 mm-lik 600 p.m polietilen qaz kəməri çəkilmişdir. N. Tusi küçəsində yeni tikilmiş yaşayış evlərinə idarə tərəfindən 500 p.m D-76 mm-lik qaz xətti çəkilərək istifadəyə verilmişdir.

Xətai QİS-in öz daxili imkanları hesabına Təmir-tikinti xidməti və QDX tərəfindən rayonun müxtəlif ərazilərində istismara yararsız müxtəlif diametrli 15550 p.m qaz xətləri çəkilərək abonentlərin istifadəsinə verilmişdir 2013-cü il ərzində rayon ərazisində qaz təchizatının gücləndirilməsi məqsədi ilə 21 ədəd ŞQT, ŞQTM və RDUK tipli qaz tənzimləyicisi quraşdırılaraq istifadəyə verilmişdir. Sahənin xidməti ərazisində 82809 ədəd qaz sayğacı mövcuddur ki, onlardan 4315 ədədi mexaniki, ədədi “İtronsmart-kart, 75632 ədədi isə “Qalf” 2862 smart-kart tipli sayğaclardır. Ötən il qeyri-əhali sektoru üzrə 121 ədəd müxtəlif tip sayğaclar quraşdırılmışdır. Eyni zamanda, ötən il 24726 ədəd mexaniki qaz sayğacı “smart-karttipli sayğaclarla əvəz olunmuşdur. Ərazidə 12 ədəd “G-6” tipli sayğaca müdaxilə olunduğu üçün həmin sayğaclar dövlət yoxlamasına göndərilmişdir.

İlkin Əliyevin sözlərinə görə, 2013-ci il həm abunə haqlarının yığımında, həm də qaz itkisinin azadılması istiqamətində də uğurlu nəticələr əldə olunmuşdur. Belə ki, əgər 2012-cu ildə rayon üzrə təbii qazın itki faizi 11.5 % olmuşdursa, bu rəqəm 2013-cü ildə 7.6% təşkil etməklə ötən ildəkinə nisbətən 3.9% enmişdir. Həmin göstəriciyə görə, Xətai QİS paytaxt qaz istismar sahələri üzrə ön cərgələrdə gedir. 2013-cü il təsərrüfat ilində MTK-lar tərəfindən yeni inşa edilmiş 23 sayda yüksəkmərtəbəli yaşayış binaları qazlaşdırılmışdır.

Ötən il qazdan qeyr-qanuni istifadə edən 848 əhali abonentə müvafiq qaydada 190552.70 manat məbləğində cərimə tətbiq edilərək onun 182342 manatı ödənilmişdir. Qeyri-əhali abonentləri üzrə aparılmış yoxlamalar nəticəsində 5 abonent təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə, müvafiq qaydada akt tərtib olunaraq 2768.40 manat dəymiş ziyan hesablanmışdır. Onun 88.81 faizinin ödənilmiş təşkil edilmiş, 309.6 manat dəymiş ziyanın isə müəssisə tərəfindən ödənişi təmin olunmadığına görə, həmin müəssisənin qaz təchizatı dayandırılmışdır. 189 müəssisədə qaz sayğacları yeniləri ilə əvəzlənmişdir.73 abonentə yeniİtrontiplismart-kartqaz sayğacları quraşdırılmışdır. Bunlardan 106 ədədi abonentin öz vəsaiti hesabına həyata keçirilmişdir.

Təbii qazın verilişindəki təhlükəsizliklə bağlı aparılan tədbirlərdən danışan sahə rəisi dedi ki, mənzillərə keçirilən texniki baxış və profilaktika işləri zamanı 20 mənzildə texniki normalara uyğun olmayaraq quraşdırılmış İran sobası, 15 istilik sobası aşkar edilmiş və həmin cihazlarla gedən qaz təchizatı dayandırılmışıdr. 35 mənzildə “PQ-4” cihazı texniki normalara uyğun olmayaraq eyvana keçirildiyinə, 28 mənzildə mətbəx yerdəyişməsi edildiyinə görə cihazlara gedən qaz xətti ləğv edilmişdir. 45 mənzildə qaz xətləri bağlı şəraitdə, 102 mənzildə lambirin altında olduğu üçün həmin mənzillərə gedən qaz təchizatı dayandırılaraq onlar açıq şəraitə çıxarılmış və sonra mənzillərə qaz təchizatı bərpa olunmuşdur. 35 mənzildə bağlı şəraitdə texniki normalara uyğun olmayaraq quraşdırılmış kombi tipli qaz cıhazı, 32 qənaətli su qızdırıcısı aşkar edilərək qaz xətt ləğv edilmişdir. Ərazidə 408 mənzilin qaz xəttində, 140 cihazında sızma aşkar edilərək aradan qaldırılmışdır.Ümumiyyətlə, ötən il 78903 mənzilə texniki baxış və profilaktik həyata keçirilərək standartlara uyğun olmayan qaz avadanlıqları istismardan çıxarılmışdır.

2013-cü ildə işdə yaxşı və məsulliyətli işi ilə fərqləndiyinə görə 7 saylı YYQX və MQCNX-nin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri Mehrəli İlhamə İbrahim qızına 500 manat məbləğində mükafat verilmişdir.

İlkin Əliyev sonda söylədi ki, ARDNŞ prezidentinin və İB rəhbərliyinin diqqəti və qayğısı sayəsində digər rayonlar kimi Xətai QİS-inmaddi-texniki bazası daim zənginləşir. Nəticədə davamlı olaraq malmateriallarla təmin edilən sahə işin keyfiyyətli və sürətli aparılmasına nail olur.

 

Elçin Zaman

 

İki sahil.- 2014.- 23 yanvar.- S.10.