İstehsalat göstəriciləri yüksəkdir

 

“Qaz İxrac” İdarəsində əməyin mühafizəsi , təhlükəsizlik texnikası

və ekologiya sahəsində görülmüş işlərlə bağlı tədbir keçirilmişdir

 

Tədbiri giriş sözü ilə idarənin rəisi Qağaməli Seyfullayev açdı. Sonra əməyin mühafizəsi üzrə rəis müavini Aydınbay Amanovun hesabatı dinlənildi. O, görülmüş işlər haqqında geniş məlumat verərək dedi:

 

- “Qaz İxrac” İdarəsinin (Qİİ) əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsi ( ƏMTTEŞ) öz işini günün tələbləri səviyyəsində qurmuşdur. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, normativ hüquqi aktlarını, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını, beynəlxalq ISO 9001, İSO 14001, OHSAS 18001 standartının tələblərini, ARDNŞ - in “Vahid İdarəetmə Sistemi”ni və Qİİ-nin əmr, qərar və sərəncamlarını, eləcə də 2013-cü ildə təsdiq olunmuş fəaliyyət proqramını rəhbər tutmuşdur. Nəticədə nöqsan və çatışmazlıqlar aradan qaldırılmışdır.

2013-cü ilin əvvəlində “Qaz İxrac” İdarəsinin aparatında, tabeli təşkilatlarında Daimi fəaliyyət göstərən komissiyaların (DFK) “İş Planı”, Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, eləcə də Ətraf mühitin mühafizəsi üzrə “Tədbirlər planı” hazırlanıb təsdiqlənmiş və ƏMTTEŞ-i bu plana uyğun olaraq görüləcək işlərin icrasını davam etdirmişdir.

İdarə üzrə Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinə aid 10 daxili əmr verilmişdir. O cümlədən;

- Təhlükə mənbəli istehsalat sahəsində texniki təhlükəsizliyin gücləndirilməsi

- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə daimi fəaliyyət göstərən komissiyanın yaradılması

– Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə biliklərin yoxlanması

– Yanğın təhlükəsizliyi üzrə komissiyanın yaradılması

- Neft, qaz və neft - kimya sənayesində təhlükəsizlik Qaydaları” üzrə biliklərin yoxlanması

- “Yanğın təhlükəsizliyi qaydaları”nın tətbiqi

- “Magistral qaz kəmərlərinin texniki istismarı və onların istismarında texniki təhlükəsizlik Qaydaları” üzrə biliklərin yoxlanılması və s. haqqında.

Bütün peşələr üzrə təlimatlar toplusu hazırlanmış, təsdiq edilərək sahələrə göndərilmişdir.

Əmək şəraitinin yaxşılaşdırılması üçün mühəndis - texniki işçilər təsdiq olunmuş normalara uyğun xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin olunmuşdur. Eyni zamanda struktur bölmələrinə təhlükəsizlik texnikasına aid doqquz adda, 1120 ədəd jurnal və biliklərin yoxlanılması üzrə 3500 ədəd vəsiqə verilmişdir.

Bağlanmış müqaviləyə əsasən yanğınsöndürmə balonlarının doldurulması və texniki təmiri davamlı olaraq həyata keçirilir.

İdarə üzrə əmək şəraitinin vəziyyətini izləmək məqsədilə xəstəlik vərəqələrinin qeydiyyatı aparılmış və itirilmiş iş günlərinin sayı hesablanmışdır.

Cari ilin əvvəlində müxtəlif təyinatlı xəbərdaredici nişanlar, ekoloji plakatlar, on adda müxtəlif növ kitablar alınmış və sahələrə verilmişdir.

İdarə aparatına və tabeli qurumlara yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə yanğınsöndürmə ləvazimatları və yanğın adyalları paylanmışdır.

500-dən artıq maarifləndirici buklet və “İlansancmalar zamanı ilk tibbi yardım”ın göstərilməsi üzrə video disklər, “İlanlar haqqında yaddaş kitabı”, işçilərin sağlamlığının qorunması üçün struktur bölmələrinə 10 ədəd zərdab və onların saxlanması üçün 10 ədəd soyuducu alınmış və sahələrdə çalışanların istifadəsinə verilmişdir.

Bütün MQKS-lər, Qaz kəmərlərinin korroziyadan mühafizəsi, elektrik təchizati və radio-rabitə sahəsi, Nəqliyyat və xüsusi texnika departamenti üçün Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamenti tərəfindən “Ekoloji pasport”, “Yol verilən tullantı həddi”, “Yol verilən axıntı həddi” normativ sənədləri hazırlanmışdır.

İstehsalatda baş verə biləcək qəza və bədbəxt hadisələrin qarşısının alınması məqsədilə idarənin “Təhlükə mənbəli istehsalat sahəsində texniki təhlükəsizliyin gücləndirilməsi tədbirləri haqqında” əmrinin icrası olaraq yüksək təzyiqli magistral qaz kəmərlərində aparılan təmir-bərpa işləri zamanı 160-dan artıq qaz sızmaları aidiyyatı şöbələrin mütəxəssisləri tərəfindən aradan qaldırılmışdır. Bununla da ətraf mühitin çirklənməsinin qarşısı alınmışdır. ARDNŞ-nin prezidentinin əmri ilə təsdiqlənmiş “Tullantıların idarə olunması Planı”na əsasən idarədə müvafiq tədbirlər görülmüşdür. Belə ki, 100 km-ə yaxın qaz kəmərlərinin səthi təmizlənmiş, istehsalat prosesləri zamanı əmələ gəlmiş 500 tona yaxın kondensat aidiyyatı üzrə təhvil verilmişdir.

Təhlükə potensiallı obyektlər Fövqəladə Hallar Nazirliyində dövlət reyestr qeydiyyatından keçirilmiş və A-06479 nömrəli “Şəhadətnamə” alınmışdır.

“Texniki təhlükəsizlik bəyannamələrinin” və “Qəzaların ləğvi” planının hazırlanması üçün təhlükə potensiallı obyektlərin siyahısı “Neftqazelmitədqiqatlayihə” İnstitutuna təqdim olunmuş və müqavilə bağlanmışdır. Hazırda müqavilənin əsasında işlər davam etdirilir.

İdarənin DFK-sı və ƏMTTEŞ - i tərəfindən aşağıda qeyd olunan yoxlamalar aparılmış və vaxtında tədbir görülmüşdür. O cümlədən;

- Abşeron MQKS-nin Sumqayıt QPS-də aşkar olunan nöqsanlar barəsində

- Qazax, Hacıqabul və Ağdaş MQKS-lərində aparılan təmir-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın və elektrik təhlükəsizliyi qaydaları ilə bağlı

- Ağdaş MQKS-nin QPS-lərində əmək şəraitinin vəziyyəti, xüsusi geyimdən düzgün istifadə olunması, ekoloji vəziyyət, yanğın və elektrik təhlükəsizliyi qaydalarının tələblərinə riayət edilməsi ilə bağlı

- Ağdaş MQKS-nin balansında olan 1020 mm-lik “Qazıməmməd-Qazax” I xətt magistral qaz kəmərində aparılan təmir işləri, “Yevlax” QPS-də işçilərin əmək şəraitinin vəziyyəti, həmçinin 1020 mm-lik “Qazıməmməd-Qazax” I xətt magistral qaz kəmərinin Gəncə şəhərinin Quşqara çayı ərazisindən keçən hissəsində yaranmış vəziyyətlə bağlı

- Siyəzən MQKS-də əmək şəraitinin vəziyyəti, xüsusi geyimdən düzgün istifadə olunması, ekoloji vəziyyət, yanğın və elektrik təhlükəsizliyi qaydalarının tələblərinə riayət edilməsi ilə bağlı

- Astara MQKS-nin QPS-lərində əmək şəraitinin vəziyyəti, xüsusi geyimdən düzgün istifadə olunması, ekoloji vəziyyət, yanğın və elektrik təhlükəsizliyi qaydalarının tələblərinə riayət edilməsi ilə bağlı

- Ağdaş, Siyəzən və Hacıqabul MQKS-lərinin QPS və magistral qaz kəmərlərində aparılan təmir və yeni xəttin qoşulması ilə bağlı

- Ağdaş və Ağdam MQKS-nin QPS-lərində əmək şəraitinin vəziyyəti, ekoloji vəziyyət, yanğın və elektrik təhlükəsizliyi qaydalarının tələblərinə riayət edilməsi ilə bağlı

- Hacıqabul MQKS üzrə əmək şəraitinin vəziyyəti, ekoloji vəziyyət, yanğın və elektrik təhlükəsizliyi qaydalarının tələblərinə riayət edilməsi ilə bağlı

- Əmək şəraitinin vəziyyəti qənaətbəxş olmayan struktur qurumlarının 58 qaz paylayıcı stansiyalarının və qaz tənzimləmə məntəqələrinin inzibati binalarında və köməkçi otaqlarında layihə əsasında təmir-tikinti işləri aparılmışdır. Hal-hazırda bu sahədə işlər davam etdirilir.

- Gulfa Qaz Sahəsində təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi, ekoloji vəziyyətlə bağlı

İdarədə və struktur bölmələrində formalaşan xüsusi tullantılar müqaviləyə əsasən Ekologiya İdarəsinin “Tullantı mərkəzi” nə təhvil verilmişdir. Bərk məişət tullantıları ərazi Mənzil Kommunal Xidmətləri İdarəsi ilə bağlanmış müqavilə əsasında daşınmışdır. Bu barədə ARDNŞ-nin Ekologiya İdarəsinə hər ay elektron formada məlumat göndərilmişdir.

ARDNŞ tərəfindən yenidən işlənmiş “Magistral qaz kəmərlərinin texniki istismarı və texniki təhlükəsizlik Qaydaları” nın tələblərinin öyrədilməsi haqqında məktuba əsasən, mühəndis-texniki işçilərin biliklərinin yoxlanması üçün idarə tərəfindən 13 əmr verilmişdir. İdarənin DFK-sı üzvləri tərəfindən imtahanların keçirilməsi qrafiki, biletlər və suallar tərtib edilərək təsdiq olunmuşdur. Hacıqabul, Ağdaş Ağdam, Qazax, Siyəzən, Astara MKQS-də, QKKMET və RRS və NXTD-də mühəndis-texniki işçilərin bilikləri yoxlanmışdır.

Səngəçal Baş Qurğularında 90 min kvadratmetr ərazidə abadlıq və təmizlik işləri aparılmışdır. Ərazi metal qırıntılarından təmizlənmiş, torpaq hamarlanmış, yaz-payız mövsümündə ağaclar və gül kolları əkilmişdir.

Səngəçal Baş Qurğuları qaz sahəsinin Ceyranka və Şahdağ çay keçidlərində 1000 m uzunluğunda 700/1000mm-lik borunun üstü torpaqlanmış və atmosferə dəyən ziyanın qarşısı alınmışdır.

“Qaz İxrac” İdarəsinin inzibati binasında və struktur bölmələrində iməciliklər keçirilmişdir. İməciliklər zamanı yaşıllıq sahələri salınmış, təmizlik və abadlıq işləri görülmüşdür. 2013-cü ildə keçirilən iməcliklərdə ümumilikdə 11575 ədəd müxtəlif növ ağac və gül kolları əkilmişdir.

“Nəqliyyat vasitələrinin ekoloji müayinədən keçirilməsi Qaydaları”na əsasən idarənin Nəqliyyat və Xüsusi Texnika Departamentinin balansında olan avtomobillər ekoloji müayinədən keçirilmişdir.

2013-cü il ərzində qaz kəmərlərinin üzərində və mühafizə zonasında qanunsuz tikililərin qeydiyyatı aparılmış, bununla bağlı aidiyyatı qurumlara məktubla müracət olunmuşdur. Abşeron MQKS-də qaz kəmərlərinin mühafizə zonasına nəzarət etmək məqsədilə Xətti İstismar Xidmətinin nəzarət qrupu yaradılmışdır. Qrupun üzvləri öz vəzifələrinə uyğun təlimatlandırılmışlar.

ISO 9001, ISO 14001 və OHSAS 18001 Beynəlxalq Standartların tətbiqi ilə bağlı “Ekoloji aspektlər” və “Risklər” qiymətləndirilərək, görülən tədbirlər nəticəsində risk balları qəbul edilə bilən minimum həddə endirilmişdir.

Ekologiya İdarəsi ilə “Qaz İxrac” İdarəsi arasında bağlanmış müqaviləyə əsasən “sanitar-gigiyenik və əks epidemik” tədbirlərin görülməsi məqsədilə idarə üzrə deratizasiya, dezinseksiya və dezinfeksiya işləri görülmüşdür.

2014-cü il üçün “Əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə nomenklatur tədbirlər Planı” və il ərzində dövri tibbi müayinədən keçirilməli olan işçilərin siyahısı, iin birinci 6 aylığı üçün lazım olan xüsusi geyim, çəkmə, fərdi mühafizə vasitələri, avadanlıqlar və mal materialın siyahısı tərtib edilərək aidiyyatı üzrə təqdim edilmişdir. İdarə üzrə “Metodik Kabinet”in təşkili ilə əlaqədar layihə hazırlanmışdır. Bu sahədə işlər davam etdirilir.

Sevindirici haldır ki, yuxarıda qeyd olunan məqsədyönlü tədbirlər nəticəsində 2013-cü ilin yanvar - dekabr ayları ərzində qaz itkisi 24,9 milyon kubmetr azalmış və heç bir bədbəxt hadisə qeydə alınmamışdır.

İdarənin rəisi Qağaməli Seyfullayev tədbirin sonunda çıxış edərək 2013 - cü ildə görülmüş işlərin ürəkaçan olduğunu vurğuladı. Cari ildə də sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, mümkün qəzaların və bədbəxt hadisələrin qarşısının alınması istiqamətində daha böyük işlər görüləcəyinə inamını ifadə etdi.

İdarə rəisinin birinci müavini Nazim Səmədzadə, HİK - nin sədri Vüqar Dadaşov və mühəndis Yeganə Hacıyeva da tədbirdə çıxış etdilər.

ARDNŞ - nin Sağlamlıq və Əməyin Təhlükəsizliyi İdarəsinin rəisi Yaşar Əhmədov tədbirdə iştirak etmişdir. O, görülmüş işləri yüksək qiymətləndirmiş və "Qaz İxrac" İdarəsinin kollektivinə uğurlar arzulamışdır.

 

Həzi Həsənli,

"Qaz İxrac" İdarəsinin əməkdaşı.

 

İki sahil.- 2014.- 24 yanvar.- S.18-19.