Yol mədəniyyətdir
Yüksək səviyyəli avtomobil yollarının mövcudluğu hər bir ölkənin iqtisadi inkişafını şərtləndirən əsas amillərdən biridir. Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsinə dair təsdiqlənmiş Tədbirlər Planı çərçivəsində paytaxtda ən müasir standartlar səviyyəsində yeni avtomobil yolları, yol qovşaqları salınmış, çoxlu sayda yolötürücü, yerüstü və yeraltı piyada keçidləri inşa edilmiş, yol - nəqliyyat sistemi ən müasir standartlar səviyyəsində yenidən qurulmuşdur.
İqtisadiyyat və sənaye naziri
Şahin Mustafayev
“2011-2013-cü illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial - iqtisadi
inkişafına dair Dövlət
Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda son 3 il ərzində təkcə
Bakıətrafı qəsəbələrdə 62 km uzunluqda qəsəbələrarası
yolların təmir olunduğunu, rayon və qəsəbədaxili yollara 3 milyon kvadratmetrdən
çox asfalt örtüyünün
salındığını, 41 körpü,
tunel və piyada keçidinin istifadəyə verildiyini,
Zabrat-Maştağa-Buzovna yolunda
və Zığ dairəsi - aeroport yolundan Qala stansiyasınadək
gedən yolda yenidənqurma işlərinin
başa
çatdırıldığını bildirmişdir.
Azərbaycanda şəhərlərarası,
şəhərdaxili yolların təmiri və tikintisi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər yerli icra hakimiyyəti
orqanları tərəfindən sifariş
olunur. Layihələrin maliyyələşdirilməsi
Avropa Yenidənqurma və İnkişaf
Bankı, Dünya Bankı, İslam İnkişaf
Bankı və digər maliyyə qurumları tərəfindən
maliyyələşdirilir. Həmin işlərin yerinə
yetirilməsi əsasən “Azərinşaatservis” MMC və “Azəryolservis”
ASC tərəfindən həyata keçirilir.
2000-ci
ildə Dünya Bankı bir
km təzə yolun
salınması üçün 142 mindən
1,8 milyon dollara qədər,
mövcud olan yolun hər kilometrinin təmir
və bərpasına isə 62 mindən 609 min
dollara qədər vəsaitin lazım olduğunu müəyyən edib. Bu xərclərə
yolötürücüləri və qovşaqların tikintisi də daxildir. Rəqəmlər arasında olan
fərq ərazinin landşaftı, işçi
qüvvəsinin, tikinti
materiallarının ölkədən - ölkəyə fərqli
qiyməti ilə izah olunur.
İnkişaf etmiş
ölkələrdə avtomobil
yollarının maya dəyəri ilə
bağlı ümumi rəqəmlər tapmaq çox çətindir.
Məsələn, dünyanın ən müasir
və keyfiyyətli yolu sayılan Texas ştatlararası magistral
yolun tikintisinə (509 km
üçün) 6 milyard
dollar məbləğində vəsait xərclənmişdir.
Eni 100 metrdən çox olan bu nəhəng
magistralın tikintisinin
hər kilometri 11 milyon dollara başa gəlib. Amerikada Nəqliyyat Departamentinin tətbiq etdiyi qaydalara görə, yol tikmək istəyən şirkət
yolun keyfiyyəti ilə bağlı konkret öhdəliklər
götürür. Tikinti işləri
başa çatdıqdan
sonra yolun hər kilometri sınaqdan keçirilir.
Onun keyfiyyəti götürülən
öhdəliklərə cavab
verməyəndə əvvəlcədən
layihəyə ayrılan
vəsait tam ödənilmir.
Amerika təcrübəsində
elə hallar da olub ki,
keyfiyyətsiz iş səbəbindən podratçı
şirkətə ümumiyyətlə,
pul ödənilməyib.
Azərbaycanın
da daxil olduğu Beynəlxalq İpəkyolu layihəsinin
bir hissəsinin tikintisi ilə məşğul olan Qazaxıstanın yol tikintisinə sərf etdiyi vəsait Rusiyadakı yol tikintisi məsrəfləri
ilə müqayisədə
çox azdır. Qazaxıstan nəqliyyatçıları Çinə
qədər uzanacaq
2500 kilometrlik birinci dərəcəli yolun çəkilməsi üçün
4 milyard dollarlıq büdcə tərtib ediblər. Başqa sözlə, yolun hər kilometrinə 1,7 milyon dollar xərclənməsi nəzərdə
tutulub. Qazaxıstandan
Qırğızıstana çəkilən
birinci dərəcəli
avtomobil yolunun 1 kilometrinə isə 3,5 milyon dollar ayrılıb.
Dünyanın
ən bahalı yol layihələri Rusiyadadır. Məsələn,
Rusiya Federasiyasının
dövlət büdcəsində
eni 7 metr olan birinci dərəcəli
yolun hər kilometrinin tikintisinə 40 milyon dollar, ən aşağı üçüncü
dərəcəli yolun
hər kilometrinin tikintisinə isə 8 milyon dollar vəsait ayrılır. Rusiyanın
ən bahalı yol layihələrindən
biri Sankt-Peterburq ətrafındakı 46 kilometrlik
şəbəkədir ki,
onun da 6-8 yol zolağı və 14 ötürücü
qovşağı var. Yolun
tikintisi 2 milyard dollar vəsait hesabına başa gəlib.
Ölkəmizdə son 10 ildə yolların saxlanması üçün
222 milyon manat, yolların, körpülərin,
keçidlərin tikilməsi,
yenidən qurulması
və bərpasına
isə 1 milyard manata yaxın vəsait sərf olunub.
Bir neçə gün bundan əvvəl Nəqliyyat Nazirliyində avtomobil yollarının mövcud vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsi
ilə bağlı keçirilmiş müşavirədə
avtomobil yollarının
və körpülərin
saxlanması, təmiri,
bərpası və yenidən qurulması ilə bağlı görülən işlər
ümumilikdə müsbət
qiymətləndirilsə də,
görülən işlərin
keyfiyyətinə və
vaxtında icra olunmasına təsir edən nöqsanlardan da danışıldı.
Yol layihələrinin
icrasına kifayət qədər vəsaitin ayrılmasına baxmayaraq,
onların yerinə yetirilməsində gecikmələrə
yol verildiyini, ağır çəkili
və normadan artıq yüklənmiş
nəqliyyat vasitələri
tərəfindən yolların
dağıdılmasına qarşı
təsirli tədbirlərin
görülməsini, layihələrdə
iştirak edən çoxsaylı podrat və subpodrat təşkilatların fəaliyyətinə
lazımi nəzarətin
olmamasını, yol-istismar
idarələri tərəfindən
xidmət göstərdikləri
sahələrdə yolların
saxlanılmasının qeyri-qənaətbəxş
vəziyyəti diqqətə
çatdırılıb.
Yol
mədəniyyətdir, deyiblər. İnanırıq ki, Azərbaycanda
çəkilən yollar
görülən tədbirlər
nəticəsində inkişaf
etmiş ölkələrdəki
yollar kimi dayanıqlı və uzunömürlü olacaqdır.
Cavid Əkbərov
İki sahil.- 2014.- 24 yanvar.- S.17.