Narkomaniyaya qarşı hamılıqla mübarizə
Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır, desək, yanılmarıq. Bu gün bəşəriyyəti düşündürən ən ağrılı problemlərdən biri cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya və geniş mənada narkotizmdir. Daim vurğulandığı kimi, narkomaniya sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi təbliğat işlərinin genişləndirilməsi prioritet məsələdir.
Narkotik maddələrin gənclər və
yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə
alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu da
təbii ki, səbəbsiz deyil.
Bu proqramlarda təhsil,
səhiyyə ocaqlarında, hüquq
mühafizə orqanlarında və digər təşkilatlarda
narkomaniyanın ziyanı barədə maarifləndirilmə
kampaniyaları daxildir. Keçirilən tədbirlərin
kütləvi informasiya vasitələrində
işıqlandırılması, internet
şəbəkəsində yerləşdirilməsi mütləqdir.
O da məlumdur ki, narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT iyun
ayının 26-nı Narkomaniyaya və
Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Təbii ki, bu gün qeyd
olunan problemin həlli
istiqamətində atılan addımların hesabatı kimi dəyərləndirilir. Görülən
işlər öz müsbət nəticəsini
verdikdə bu daha səylə
çalışmağa sitmul verir.
Aydın məsələdir
ki, narkotizmlə mübarizə uzunmüddətli,
çoxşaxəli bir prosesdir.
Problemin ictimai təhlükəliliyi
ondan ibarətdir ki, bu cinayət həmişə gizli
şəraitdə baş verir,
nəzarətdən kənarda qalır və durmadan
artır. Narkotizmin vəziyyəti və narkotik vasitələrin ümumi
çəkisi rəsmi qaydada aşkar edilmiş cinayətlərdən
və müsadirə edilmiş narkotiklərdən
başqa, təqribi hesabalamalara
da əsaslanır. Bu
rəqəmlərin dolğun olması üçün ölkədə əvvəlcə
narkomanların düzgün qeydiyyatına
nail olunur, daha sonra isə real əməliyyat şəraitinə uyğun tədbirlər keçirilir.
Azərbaycan
ikinci dəfə müstəqilliyini əldə
etdikdən sonra digər məsələlər
kimi, bu problemin də həlli öndə
saxalanıldı. Bir Azərbaycan vətəndaşı
olaraq müstəqilliyimizin ilk illərində Azərbaycanın
ağır durumla üz-üzə
qaldığını qeyd etməmək mümkün deyil. Azərbaycan müstəqil bir dövlət kimi
varlığını itirmək təhlükəsi ilə
üz-üzə qalmışdır. Ulu
öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli
tələbi ilə hakimiyyətə qayıdışı
ölkəmizin qarşısında böyük
imkanların yaranmasına stimul oldu. Azərbaycanda ictimai-siyasi durumun sabitliyi, normal iqtisadi mühitin
yaradılması ölkəmizin iqtisadi
qüdrətini daha da
artırdı. Təbii ki, bu
xatırlatmamız səbəbsiz deyil. Çünki yazının da
əvvəlində qeyd etidyimiz
kimi, narkotizmlə mübarizə böyük maliyyə vəsaiti tələb
edən prosesdir. Ölkənin maliyyə
imkanlarının artırılması üçün
isə təbii ki, iqtisadi
qüdrəti artırılmadıır. Ulu
öndər Heydər Əliyevin Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsini təmin
etmək üçün əsasını
qoyduğu neft
strategiyası bu gün
də uğurlarımızın davamlılığına zəmin
yaradır. Azərbaycan çox
qısa zamanda iqtisadi
qüdrətini artırdı, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında
maraqlı olan dövlətlərin
sayı daha da
artdı. Bir əsas məqam da hər zaman önə
çəkilir ki, ölkənin hərtəfli
inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi
mütləqdir. Bunun üçün
ayrı-ayrı sahələr üzrə Dövlət
Proqramları qəbul edilir və uğurlu icrası təmin olunur.
Ulu öndər Heydər Əliyev narkomanlığa və
narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizəni
ümumdövlət vəzifəsi hesab edərək,
26 avqust 1996-cı il
tarixdə müvafiq fərman
imzalamış və problemin həlli
istiqamətində həyata keçirilən tədbirlər
keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu fərman əsasında 2000-ci ilə qədərki dövr üçün
narkomanlığın yayılmasına, narkotik
vasitələrin və psixotrop maddələrin
qanunsuz dövriyyəsinə qarşı
mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa
və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyası
yaradılmış, 18 iyun 1999-cu ildə
Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop
maddələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizə haqqında” qanun
qəbul olunmuşdur. Bu
sənədlərin qəbulunda ümumi məqsəd
Azərbaycanda narkotik tərkibli bitkilərin
kultivasiyasını, narkotik vasitələrin
və psixotrop maddələrin istehsalını,
dərman preparatlarının və xammalın
hazırlanmasını qanunla qadağan etməkdir. Dövlət orqanları
ilə yanaşı ictimai təşkilatların
da bu işdə
yüksək fəallığı müsbət nəticələrin
əldə olunmasına stimul verir.
İnsan amili dövlət
siyasətinin əsasını təşkil edir.
Dövlət başçısı İlham
Əliyev çıxışlarında daim
bildirir ki, həyata
keçirilən siyasətin önündə vətəndaş
amili dayanır. Əhalinin
sağlamlığınının yüksək səviyyədə
qorunması da prioritet
məsələlərdəndir. Azərbaycanın gələcəyi
kimi dəyərlənləndirilən gənclərimizə
diqqət və qayğı isə daha mühüm vəzifə kimi
qeyd edilir. Gənclər arasında idmanın, mədəni-kütləvi
tədbirlərin genişləndirilməsində də əsas
məqsədlərdən biri
sağlamlığın təmin edilməsi ilə
yanaşı, insanların belə ağır fəsadlar
törədən vərdişlərdən uzaqlaşdırılmasına
nail olmaqdır. Azərbaycan gəncliyinin
bu gününə və gələcəyinə
xidmət edən Dövlət Proqramlarının müddəalarında
da bu kimi
tələblər öz əksini
tapıb. Hər bir qurum
üzərinə düşən məsuliyyəti lazımi səviyyədə
yerinə yetirməklə qarşıya qoyulan
məqsədlərə nail olmağa öz töhfəsini
vermiş olar.
Bakı Şəhər
İcra Hakimiyyətinin tabeliyində olan 11 rayonun hər birində
narkomanlığın cəmiyyətə ziyanına dair keçirilən silsilə tədbirlərdə
də əsas məqsəd maarifləndirmə işinin
səviyyəsini yüksəltməkdir. Həmçinin
asudə vaxtın səmərəliliyi üçün
müxtəlif məşğələlər təşkil edilir, elmi-praktiki konfranslar keçirilir, tədris-təlim
proqramlarına narkomanlığın sağlamlığa mənfi
təsiri ilə bağlı mövzular daxil edilir, kütləvi idman tədbirlərinin keçirilməsi üçün müvafiq
şərait yaradılır, əyani təbliğat
vasitələrindən istifadə olunur. Təbii ki, bu
kimi tədbirlərin təşkilində
Bakı Şəhər Gənclər və İdman
İdarəsinin, Bakı şəhər Mədəniyyət
və Turizm İdarəsinin, Bakı şəhər
Baş Polis İdarəsinin,
Bakı şəhər Baş Səhiyyə
İdarəsinin və Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin rolunu xüsusi qeyd etmək lazımdır. Məktəblilər və yeniyetmələr
arasında cinayətkarlığın, mənfi meyilli amillərin qarşısını almaq məqsədilə ümumtəhsil məktəblərində
təşkil olunan tədbirlərdə, dəyirmi
masalarda narkomaniyanın bəşəriyyət
üçün böyük
faciə olduğunu özündə əks
etdirən mövzular ətrafında
geniş fikir
mübadiləsi aparılır, inşa
yazı və rəsm müsabiqələri təşkil olunur, gənclərin bu təhlükəli
cinayətlə bağlı fikir və
mülahizələri öyrənilir. Keçirilən
tədbirlər üçün
seçilən mövzular da
olduqca önəmlidir.
Çağırış xarakterli mövzular narkomaniyanın bir
bəla olduğunu gənclərə daha əsaslı şəkildə
çatdırmağa stimul verir. Ən əsası bu
tədbirlər kütləvi informasiya
vasitələrində işıqlandırılmaqla əhəmiyyətini
daha da
artırmış olur. Hər
bir tədbirdə adları çəkilən
qurumların təmsilçilərinin iştirakı, üzərilərinə
düşən vəzifələrdən geniş
bəhs etmələri və konkret nəticələri
ortaya qoymaları növbəti tədbirlərin
istiqamətini və əhatə dairəsini daha
da genişləndirməyi bir
növ tələbə
çevirir. “Narkomaniya
və müasir gənclik”, “Narkomaniya cəmiyyətin qəddar düşmənidir”,
“Narkomaniyaya qarşı hamılıqla
mübarizə”, “Narkomaniya nədir?”, “Zərərli
vərdişlərə yox deyirik”, “Narkomaniyaya
qarşı mübarizə və sağlam
həyat” devizi altında təşkil olunan tədbirlər maarifləndirmə işinin yüksək səviyyədə
qurulmasına öz müsbət təsirini
göstərir. Məktəblilər arasında bu mövzularda keçirilən
inşa müsabiqələrində qaliblərin
mükafatlandırılması da maarifləndirmə
işin öz müsbət
təsirini göstərir. Yuxarıda adlarını çəkdiyim
qurumlar öz tədbirlər
planlarının tərkib hissəsini genişləndirməklə
qarşıya qoyulan məqsədə
lazımi səviyyədə nail olurlar.
Rayon İcra Hakimiyyətlərində fəaliyyət
göstərən Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə üzrə və Müsadirə edilmiş narkotik vasitələrin,
psixotrop maddələrin və
prekursorların ləğvi üzrə Rayon
Komissiyaları dövlət başçısı İlham Əliyevin imzaladığı “Narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının qanunsuz
dövriyyəsi və narkomanlığın yayılması
ilə mübarizə üzrə Proqram
(2007-2012-ci illər)”, eyni zamanda
bu sənədin davamı olaraq
“2013-2018-ci illər üçün narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və
narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı”ndan irəli gələn
vəzifələrin yüksək səviyyədə yerinə
yetirilməsinə çalışırlar. qəbul olunub. Təbii ki,
yeni Proqramın icrasında da məqsəd ölkə əhalisinin
sağlamlığının qorunması üçün
ciddi təhlükə olan,
sosial-iqtisadi inkişafa
mənfi təsir göstərən narkotik
maddələrin ölkəmizə idxalının
qarşısının alınması, narkotik
vasitələrin, psixotrop maddələrin
və prekursorların qanunsuz
dövriyyəsi ilə mübarizənin gücləndirilməsidir.
Qeyd etdiyimiz kimi, bu mübarizə Azərbaycan
Respublikası Cinayət Məcəlləsində də öz əksini tapıb. Sənəddə narkotik vasitələrin və psixotrop
maddələrin qanunsuz dövriyyəsi
cinayətlərə aid edilmiş,
bu cür neqativ hallara qarşı
mübarizəni əhatə edən hüquqi
baza, tədbirlər planı təkmilləşdirilmişdir.
Bir əsas
məqam da hər zaman
önə çəkilir ki, Azərbaycan
“Narkotik vasitələrin, psixotrop
maddələrin və prekursorların qanunsuz
dövriyyəsinə qarşı mübarizə haqqında””
BMT Konvensiyasına qoşulduqdan sonra üzərinə götürdüyü
öhdəliklərin yerinə yetirilməsi istiqamətində
mühüm tədbirlər həyata
keçirib. Bu gün torpaqlarımızın
20 faizdən çoxunun işğal
altında olması narkomanlıqla mübarizədə bəzi
çətinliklər törədir. İşğal
altında olan Azərbaycan ərazilərində-Dağlıq
Qarabağda və ona bitişik bölgələrdə narkotiklərin
yetişdirilməsi və onun
satışından əldə edilən külli
miqdarda gəlirin terrorçu
qrupların yaradılması və təlim keçmələrinə
istiqamətlənməsi təhlükənin miqyasını daha da artırır. Bu fakt işğal
altında olan torpaqlarımızın nəzarətsiz
zona olduğunu təsdiqləməklə
yanaşı, Ermənistanın terroru dəstəkləyən,
terror təşkilatlarının fəaliyyətinə
geniş meydan açan ölkə olduğunu
da təsdiqləyir. Dövlət
başçısı İlham Əliyev
dünyanın ən nüfuzlu təşkilatlarının
tribunasından Dağlıq Qarabağın nəzarətsiz zona olduğunu bəyan etmişdir. Azərbaycan dövlətinin uğurlu siyasəti Dağlıq Qarabağ probleminin tezliklə
ədalətli həllini tapacağına inamı
artırır. Azərbaycanın ərazi bütövlüyü
bərpa olunacaq, soydaşlarımız öz doğma
yurd-yuvalarına qayıdacaq, ölkəmizin dayanıqlı
inkişafı bu və ya
digər problemlərin həllini təmin edəcək. Narkomanlığın cəmiyyətə və
insanların sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər
və onların nəticələri barədə əhalinin məlumatlandırılması
istiqamətində aparılan təbliğat işlərinin
gücləndirilməsində də məqsəd beynəlxalq
səviyyədə həyata keçirilən
narkomanlığa qarşı mübarizədə Azərbaycanın
fəallığını təmin etməkdir. Hüquq
mühafizə, gömrük
orqanlarının bu sahədə
apardıqları mübarizə tədbirləri nəticəsində
ölkəyə qeyri-qanuni,
qaçaqmalçılıq yolları ilə gətirilən
xeyli miqdarda narkotik maddələrin müsadirə olunaraq zərəsizləşdirilməsi
istiqamətində mübarizə tədbirləri davamlı olaraq diqqətdə saxlanılır.
Bir sözlə, narkomaniyaya
qarşı mübarizəni gücləndirməklə gələcəyimizi,
sağlamlığımızı qoruyur,
dövlətçiliyimizi daha da möhkəndirmiş oluruq.
Böyükağa Mirhəşimov,
Bakı Şəhər İcra
Hakimiyyətində Narkomaniyaya
Qarşı
Mübarizə Komissiyasının katibi
İki
sahil.- 2014.- 25 yanvar.- S.15.