Təlim, Tədris və
Sertifikatlaşdırma
İdarəsi
2013-cü ili necə başa
vurdu?
Müsahibimiz ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanovdur
- Fuad müəllim, gənc kadrların hazırlanması üçün ARDNŞ-in həyata keçirdiyi çoxşaxəli layihələr barədə fikirləriniz oxucularımız üçün maraqlı olar.
- Vurğulamaq
lazımdır ki, ölkə Prezidenti İlham Əliyev ARDNŞ-in
xaricdəki və daxildəki investisiya
layihələrini yüksək qiymətləndirərək demişdir: “Mən çox
şadam ki, SOCAR təkcə
infrastruktur və iqtisadi
layihələrə deyil, eyni
zamanda, təhsillə bağlı olan layihələrə böyük
önəm və dəstək verir. Bu, çox gözəl
göstəricidir.” Təsadüfi deyil ki, bu gün
Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti - SOCAR dünyanın aparıcı şirkətləri
sırasındadır. Həqiqətən də bu gün Azərbaycanın
iqtisadiyyatının güclənməsində xüsusi rolu olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətində Rövnəq Abdullayevin rəhbərliyi ilə çox böyük
işlər həyata keçirilir. Azərbaycana müasir
texnologiyaların gətirilməsi, neft sənayesinin
infrastrukturunun yenidən qurulması üçün ölkədə yüksək
peşəkar milli kadrların
hazırlanması ilə əlaqədar ARDNŞ-in
prezidenti Rövnəq Abdullayevin
30 iyun 2011-ci il tarixli 92 saylı əmri ilə ARDNŞ-in birbaşa nəzdində
fəaliyyət göstərən Təlim, Tədris və
Sertifikatlaşdırma İdarəsi yaradılıb.
Yaradılan
Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi
sifarişlər əsasında neft sənayesi
üçün yüksək ixtisaslı
kadrların hazırlanmasını, peşələr üzrə
təlim-tədrisin beynəlxalq standartların tələbləri
səviyyəsində qurulmasını, sənayenin və cəmiyyətin
ehtiyaclarını ödəyən yüksək keyfiyyətli təlimlərin
təşkilini, sertifikatlaşdırma və beynəlxalq
standartların nəzəri əsaslarının həyata
keçirilməsində texniki xidmətin
göstərilməsi, mühafizə xidmətindən istifadə
edən neft-qaz müəssisələrində
mühafizənin düzgün təşkili
və nəzarət-buraxılış rejiminin təmin olunması sahəsində vəzifə
və peşə funksiyalarının icra
metodlarının və vasitələrinin düzgün
öyrədilməsi, o cümlədən
dəniz neftçilərinə müqavilələr əsasında
beynəlxalq standartlara və beynəlxalq
dəniz konvensiyalarının tələblərinə uyğun olaraq
təlimlərin keçirilməsini həyata keçirir.
İdarə peşə-ixtisas təhsili müəssisələrində
ayrı-ayrı peşələr üzrə yeni
fəhlə kadrların hazırlanması ilə yanaşı
yenidən hazırlanma, 2-ci peşəyə yiyələnmə,
təlimatlandırma, maarifləndirmə və ixtisasartırma
kurslarını da həyata keçirir.
- 2013-cü ildə bu istiqamətdə nə kimi işlər yaddaqalan oldu?
-
2013-cü ildə görülən ən böyük
işlərdən biri ARDNŞ-in
kadrlara olan tələbatının
artdığını nəzərə alaraq
Nazirlər Kabinetinin 4 sentyabr
2013-cü il tarixli 242
S saylı sərəncamı ilə Təlim, Tədris və
Sertifikatlaşdırma İdarəsinin nəzdində Qaradağ rayonunda yerləşən 330 saylı tam orta məktəbin
bazasında “Qobustan” Regional
Təlim Mərkəzi yaradıldı. 2013-cü ilin oktyabrın 1-də Qobustan
Regional Təlim Mərkəzinin
açılış mərasimi oldu. Mərasimdə Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin prezidenti
Rövnəq Abdullayev, təhsil naziri Mikayıl Cabbarov, “Azərenerji’’
ASC-nin rəhbəri Etibar
Pirverdiyev, “Azərsu” ASC-nin
sədri Qorxmaz Hüseynov,
“Bp” ƏŞ-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə
regional prezidenti Qordon Birrell, ölkəmizdə
fəaliyyət göstərən xarici
neft-qaz şirkətlərinin təmsilçiləri
və digər rəsmi şəxslər iştirak
ediblər. Qeyd olunmuşdur ki,
yaxın vaxtlarda Qaradağ
rayonunun Bakının ən böyük sənaye şəhərinə
çevriləcəyini, burada çox sayda böyük sənaye müəssisələrinin
yaradılacağını, nəhəng
tikinti-quraşdırma işlərinin
aparılacağını və həmin obyektlərdə
yüksək ixtisaslı fəhlə kadrlarına ciddi ehtiyac
olacağını nəzərə alaraq
ölkə Prezidenti İlham
Əliyevin birbaşa
tapşırığı ilə bu mərkəz
yaradıldı.
Burada yerləşən sinif otaqları orta təhsil bazası əsasında qurulduğu üçün,
müasir avadanlıqlar alınmaqla otaqlar yenidən komplektləşdirildi və
qaynaqçıların hazırlanması üçün
yeni müasir üslubda qaynaq
emalatxanası yaradıldı. Bu emalatxanada beynəlxalq standartlara
cavab verən ən müasir
qaynaq aparatları (avtomat,
yarımavtomat, əl-qövs,arqon və.s.)
quraşdırılıb və eyni vaxtda 40 nəfərin çalışa bilməsi
üçün şərait
yaradılıb. Bu emalatxanada həmçinin
qaynaqçılar üçün
lazımi detalların hazırlanması üçün
müxtəlif təyinatlı dəzgahlar
quraşdırılıb. İlk olaraq 12 ixtisas üzrə
232 nəfər yeni fəhlə
kadrlarının hazırlanması Qaradağ
rayonu və digər ətraf rayonlardan olan gənclərimizin
işsizlik problemlərinin həll
olunmasında mühüm rol
oynayacaq. Həmçinin ilk
olaraq burada
“karotajçı”, “kimyəvi analiz
laborantı”, “quraşdırıcı-çilingər”, “kran maşinisti”, “neft və qaz hasilatı
üzrə operator” ixtisası üzrə
kadrlar hazırlanacaq.
- Müasir texnologiyaların istehsalatda tətbiqinə bu gün çox ciddi önəm verilir. TTSİ-də hansı yeni avadanlıqlar tətbiq olunub?
- Bəlli olduğu kimi ARDNŞ
dünyanın aparıcı şirkəti kimi
müasir texnologiyaların istehsalatda
tətbiqinə çox ciddi
önəm verir. Bu
istiqamətdə görüləcək işlərdən biri də ARDNŞ üçün
virtual reallığa əsaslanan proqram təminatından, 3D tipli
simulyasiya avadanlıqlarından istifadə
etməklə təlim otaqlarının qurulmasıdır. Bu məqsədlə
“Qobustan” Regional Təlim
Mərkəzində qazma üzrə simulyasiya avadanlığı, kran
maşinisti otağında kranın idarə
olunması üçün simulyasiya aparatı, karotajçıların
hazırlanması üçün VEBER simulyasiya aparatı, qaynaqçıların praktikaya tam
hazırlanması üçün qaynaq simulyasiya aparatı,
həmçinin hal-hazırda müəssisələrdə informasiya texnologiyalarının tətbiqi
ilə bağlı olaraq PLC otağı qurulub.
- Bəs, “Qobustan” Regional Təlim Mərkəzində digər xarici və yerli müəssisələr üçün kadrların hazırlanması nəzərdə tutulurmu?
- Yaxın vaxtlarda imzalanmış qarşılıqlı razılaşma protokoluna əsasən “Bp-Azərbaycan” şirkəti üçün 100 nəfər mütəxəssisin “Qobustan” Regional Təlim Mərkəzində hazırlanması nəzərdə tutulur. Gələcəkdə burada ARDNŞ müəssisələri və digər Azərbaycanda yerləşən sənaye müəssisələrinin qaynaqçılarının attestasiyası, sertifikatlaşdırılması, auditi, simulyasiya aparatından istifadə etməklə hazırlanması, təlimatlandırma və maarifləndirmə, yeni fəhlə kadrlarının hazırlanması, beynəlxalq standartlar və ixtisasartırma kurslarının təşkil olunması, peşə sınaqlarının keçirilməsi nəzərdə tutulur.
- İdarənin neçə mərkəzi fəaliyyət göstərir?
- ARDNŞ
prezidentinin əmri ilə
yaradılmış Təlim, Tədris və
Sertifikatlaşdırma İdarəsi iki Təlim
Mərkəzinə rəhbərlik etməklə fəaliyyətə
başlasa da,
hazırda idarənin strukturunda beş Təlim Mərkəzi və bir Qaynaq mərkəzini
birləşdirir. TTSİ-nin nəzdində
fəaliyyət göstərən Kadr
hazırlığının təşkili mərkəzində
2013-cü ildə yeni fəhlə
kadrlarının hazırlanması, ixtisasartırma, ikinci peşəyə yiyələnmə və
yenidən hazırlanması kurslarında tədris planları,
proqramları, tədris metodikası və tədris vəsaitlərinin
hazırlanması sahəsində fəaliyyət dairəsini
daha da genişləndirir.
Hər il olduğu
kimi bu il
də KHTM-ə tələbə qəbulunun həyata
keçirilməsi Azərbaycana xarici
mütəxəssislərin cəlb olunmasının qarşısını
alaraq milli kadrların
inkişaf etməsinə imkan
yaradır və işsizlik probleminin həll olunmasında öz
müsbət nəticəsini verir. Kadr hazırlığının təşkili
mərkəzində neft-qaz sənayesində
ixtisaslı fəhlə kadrlara olan tələbatın artması nəzərə
alınaraq, 2013-2014-cü tədris ilində əvvəlki illərdən
fərqli olaraq Mərkəzə 144 nəfər
qəbul edilib. Kadr
hazırlığının təşkili mərkəzində
dərslərin keyfiyyəti ildən-ilə daha
da yüksəlir, Mərkəzin maddi-texniki bazasının yeniləşdirilməsi
istiqamətində zəruri tədbirlər görülür.
Əvvəlki illərdən fərqli olaraq
bu il Mərkəzdə
yeni ixtisaslar üzrə
“Defektoskopçu”,
“Avtomobil təmiri çilingəri”, “Qaz avadanlıqlarının istismarı və
təmiri üzrə çilingər” kursları təşkil
olunub.
Qəbul olunan tələbələrin arasında Heydər
Əliyev Fondunun dəstəyi ilə uşaq evlərindən gəlmiş gənclər
də var. Onlara ARDNŞ rəhbərliyi tərəfindən xüsusi qayğı ilə
yanaşılır. İndiyə qədər 50-yə qədər
uşaq evinin sakini TTSİ-nin kadr hazırlığının təşkili
mərkəzini bitirdikdən sonra iş və evlə təmin olunub.
2013/2014-cü tədris ilində 20 nəfər müxtəlif
uşaq evlərinin sakini
təlim mərkəzlərinə qəbul olunub.
Bu şagirdlər də digər uşaq evinin sakinləri kimi, TTSİ-nin nəzdində
olan “Gənc mütəxəssislər
evində” yaşayırlar.
2013-cü
ilin əvvəlindən etibarən
ARDNŞ üzrə yeni işə
götürülən şəxslərin hər biri TTSİ-nin təlim mərkəzlərində
müvafiq təlimatlandırma kursu keçdikdən sonra
işlə təmin olunurlar. İşlə
təmin olunma sistemində şəffaflığın
təmin olunması məqsədilə TTSİ-nin
təlim mərkəzlərində
peşə sınaqlarının aparılması üçün bütün
lazımi şərait yaradılıb. 2013-cü ildə 548 nəfər
peşə sınağında iştirak edib və bunlardan ən
layiqliləri ARDNŞ-də işlə təmin olunublar. Bundan əlavə 1093 nəfər yeni
işə götürülən işçi
təlimatlandırma kursu keçdikdən
sonra iş yerlərinə
göndərilib. 2013-cü ildə ilk dəfə
olaraq Kadr
hazırlığının təşkili mərkəzində
Azərbaycan dilində yerli mütəxəssislərin
iştirakı ilə ARDNŞ-in müəssisə və təşkilatlarında
çalışan Təxribatsız müayinə
personalları üçün “Təxribatsız
müayinə-ultrasəs müayinə metodu”,
“Təxribatsız müayinə-Penetrant müayinə metodu”, “Təxribatsız müayinə-rentgen
müayinə metodu” və həmçinin
“Təxribatsız müayinə-maqnit müayinə metodu” beynəlxalq standartı üzrə kurslar təşkil olunmuşdur.
Bu kurslar Azərbaycanda ilk dəfə,
Azərbaycan dilində 3-cü dərəcəli təxribatsız
müayinə üzrə mütəxəssis, TTSİ-nin
əməkdaşı tərəfindən SNT -TC-1 A beynəlxalq
standartının tələb və şərtlərinə uyğun olaraq keçirilib.
2013 - cü il ərzində ilk dəfə olaraq müəssisələrdə
OHSAS 18001, İSO 9001, İSO 14001 kursları təşkil olunmuşdur ki, bu kurslarda dərslərin
tədrisi üçün Türkiyədən
dəvət olunan mütəxəssislərlə
yanaşı, TTSİ -nin müvafiq
əməkdaşları da cəlb olunub.
Sumqayıt
şəhərində yerləşən “Azərikimya” İB-nin və ARDNŞ-in
digər regional müəssisələrinin
kadr hazırlığına olan tələbatını ödəmək məqsədilə
yaradılmış Sumqayıt Təlim, Tədris Mərkəzində
yeni fəhlə kadrlarının
hazırlanması ilə yanaşı, ixtisasartırma, ikinci peşəyə yiyələnmə və yenidən hazırlanma
kursları da həyata keçirilir.
Adları qeyd olunan mərkəzlər
respublikada peşə təhsilinin nüfuzunun artmasında çox
mühüm rol
oynayır. Bu tədris mərkəzlərində təhsil
almağın bir sıra başqa
üstünlükləri də vardır. Şagirdlərə
aylıq təqaüdün verilməsi, xüsusi
geyimin, gündəlik naharın təşkili
və son olaraq
ARDNŞ-də işlə təminat bu qəbildəndir.
2013-cü
il ərzində tədris sahəsində
görülən ən mühüm
işlərdən biri də Təhlükəsizlik
İdarəsinin sifarişi əsasında
kadr hazırlığı ilə məşğul
olan “Qala” TTM üçün interaktiv
atıcılıq tiri və idman zalının istifadəyə verilməsidir. Hal-hazırda bu mərkəz
“Atıcı”, “Komanda rəisi” və “Qarovul rəisi” ixtisasları üzrə
kadrların ixtisasartırması ilə məşğul olur.
ARDNŞ-in 06.12.2013-cü il tarixli Sərəncamına əsasən Sosial İnkişaf
İdarəsinin balansında olan “Gənc
mütəxəssislər yataqxanası” və “Neft muzeyinin bərpa-təmir
emalatxanası” da Təlim, Tədris və
Sertifikatlaşdırma İdarəsinin balansına verilmişdir.
- Dənizdə insan həyatının mühafizəsi vacib məsələlərdəndir. Bu istiqamətdə hansı işlər görülüb?
- TTSİ-nin nəzdində olan
dənizçilərin və dənizdə işləyən
neftçilərin müxtəlif kurslar
üzrə sertifikatlaşdırmasını həyata
keçirən dənizdə insan həyatının
mühafizəsi üzrə təlim mərkəzində
DHDNÇ-78 Beynəlxalq Konvensiyanın və Beynəlxalq Dəniz Təşkilatının qətnaməsi
əsasında kurslar təşkil olunur. Bu kurslarda verilən sertifikatlar beynəlxalq statusa
malikdir. 2013-cü il
dekabrın 10-da ARDNŞ prezidenti Rövnəq
Abdullayevin, fövqəladə hallar naziri Kəmaləddin
Heydərovun və digər rəsmi şəxslərin
iştirakı ilə DİHMÜTM-in 2 mərtəbəli
tədris korpusu və dəniz neftçilərinin
həyatının xilas edilməsi məqsədi
ilə məşqlərin keçirilməsi üçün
yaradılmış “Üstü
bağlı” təlim hovuzunun
açılış mərasimi keçirilmişdir.
Hovuzun uzunluğu 50 metr, eni 21 metrdir.
3000 kubmetr tutuma malik hovuzun dərinliyi 1,8
metrdən 4 metrə qədərdir. Hovuz su üzrə müasir təmizləyici,
suyun isidilməsi və dalğa
yaradan simulyativ sistemləri
ilə təchiz edilmişdir. Burada 16 nəfərlik tanker
tipli qravitasiya
qayığı, “Vikinq” tipli
endirilən və atılan sallar, eləcə
də “PSN-6” tipli aviasiya
salı quraşdırılmışdır.
Bu hovuzda 12-dən çox müxtəlif adda
kursların praktiki hissələrinin
keçirilməsi nəzərdə tutulur.
Hovuzda istifadə edilən
avadanlıqların köməyi ilə təlimlər real şəraitə yaxın formada
keçiriləcək. Burada müxtəlif
hündürlükdə dalğalar,
müxtəlif sürətdə külək və
yağış yaratmaq mümkün
olacaq. Bu təlim mərkəzində
tədris olunacaq müvafiq
təlim kurslarının OPİTO təşkilatının
standartlarına uyğun akkreditə edilməsi
və şəhadətnamənin alınması istiqamətində
işlər görülmüş və bu fəaliyyət davam etdirilir.
- Fuad müəllim, imtahanlar zamanı şəffaflığın təmin edilməsi istiqamətində hansı işlər görülüb?
- Ümumiyyətlə,
qısa müddət ərzində imtahanların qəbulu üçün hər Mərkəzdə
ayrıca otaq ayrılaraq müasir
kompyuterlərlə təchiz olunmuş, xüsusi imtahan
proqramları işlənmiş və bütün
mərkəzlərdə tətbiq edilmişdir.
Bunun vasitəsilə imtahanların beynəlxalq
standartlara uyğun
şəkildə təşkili və qəbulu mümkün olmuşdur. Bu prosesin həyata keçirilməsi imtahan prosesində müasir
texnologiyalardan istifadə vərdişləri
ilə yanaşı şəffaflığın da təmin edilməsinə zəmin yaradır.
2013-cü il ərzində ARDNŞ-in
struktur bölmələrindən və
digər kənar təşkilatlardan daxil olan sifarişlərə əsasən 796 nəfər
qaynaqçı personalın peşə
bacarığı yoxlanılmışdır. Ümumilikdə
götürdükdə mərkəzlər üzrə ARDNŞ
tərəfindən təsdiq olunmuş
plan-qrafikə əsasən 2013-cü ildə 15322 nəfər
dinləyicinin hazırlanması üzrə plana
qarşı 15597 nəfər dinləyici müxtəlif kurslara cəlb edilmişdir.
- Beynəlxalq standartların tətbiqi, beynəlxalq əməkdaşlıq, ARDNŞ-in strukturlarının sertifikatlaşdırılması istiqamətində fəaliyyətinizdə hansı uğurlara imza atmısınız?
- 04.11.2013-cü
il tarixində Azərbaycan
Respublikasının Standartlaşma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsi tərəfindən akkreditasiya auditi keçirilmiş və qurulmuş
İSO/İEC 17024 “Personal
sertifikatlaşdırmasını həyata keçirən
müəssisələr üçün
ümumi kriteriyalar”
standartının əhatə dairəsinə təlim mərkəzlərində tədris olunan 15 ixtisas şamil olunmuşdur. TTSİ-nin dənizdə
insan həyatının mühafizəsi
üzrə təlim mərkəzinə İSO 9001 keyfiyyət
idarəetmə sisteminin tətbiq edilməsi
məqsədilə lazımi sənədləşmə
işləri və daxili audit
həyata keçirilmiş və müvafiq sertifikat Russkiy Reqistr
sertifikatlaşdırma orqanı tərəfindən əldə
edilmişdir.
ARDNŞ-in struktur bölmələrində
beynəlxalq İSO standartlarının tətbiqi məqsədilə,
daxil olan müraciətlər
əsasında TTSİ-nin mütəxəssislərinin
birbaşa iştirakı ilə Əmək
şəraiti normalarının işlənməsi idarəsinə
İSO 9001, Qaz Emalı Zavoduna
OHSAS 18001, “Azəriqaz” İB-nə ISO 14001, OHSAS 18001və “Azneft”
İB-nin 28 may
NQÇİ-nə İSO 9001, ISO 14001 və OHSAS 18001
standartları üzrə beynəlxalq sertifikatları
alınaraq təqdim edilmişdir.
2013-cü
ildə təlim-tədris sahəsində dünya
ölkələrinə inteqrasiya ilə əlaqədar
olaraq, istehsalat sahəsində
yeni model və
texnologiyaların tətbiqi ilə əlaqədar əmək
bazarının tələbatına uyğun
kadr hazırlığının
yaxşılaşdırılması, bu
sahədə beynəlxalq əlaqələrin genişləndirilməsi və təcrübə
mübadiləsi məqsədilə neft
sahəsi üzrə xarici ölkələrin
tədris mərkəzləri ilə əməkdaşlığa
geniş yer verilmişdir. Bu məqsədlə
“Bp-Azərbaycan”,”TTE-Petrofac Ltd”, “Russkiy Registr”, “TWI”, ”TSE”,
“TÜRKAK”, “Aberdin” Qazma
Məktəbi, ”Renac”, ”OTİ”, “KazMunayQaz”, “Velosi”,”SGS-Azeri” və digər xarici
şirkətlərlə sıx əlaqə qurulub.
Bütün bu qeyd
olunanlardan da göründüyü kimi
Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi
qarşıya qoyulmuş bütün
tapşırıq və öhdəlikləri layiqincə yerinə
yetirib.
- Fuad müəllim, Şirkətin sərbəstləşən işçilərinin sosial dayanıqlılığının təmin olunması üçün hansı tədbirlər görülüb?
- Bildiyimiz kimi Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin
prezidenti cənab Rövnəq Abdullayev tərəfindən 2014-cü il yanvarın 17-də Şirkətin bəzi
müəssisələri üzrə sərbəstləşən
işçilərin sosial
dayanıqlılığının təmin olunması üçün tədbirlərin
görülməsi barədə
əmr imzalamışdır. Bu əmrə əsasən ARDNŞ-in
Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinə
tapşırılmışdır ki,
Komissiyanın vəsatəti əsasında Proqrama
qoşulmuş sərbəstləşmiş
işçilərin ixtisasının artırılması,
2-ci peşəyə yiyələnməsi və yenidən
hazırlanması məqsədilə lazımi tədbirləri
həyata keçirsin. Bu
əmrdən irəli gələn vəzifə kimi bizim üzərimizə
sərbəstləşən işçilərin 2-ci peşəyə
yiyələnməsi və yenidən hazırlanmasını,
ixtisasının artırılmasını təşkil etməkdir.
Bu məqsədlə 20-dən artıq ixtisas üzrə tədris plan-proqramı
hazırlanıb və işçi kontingenti, həmçinin otaqlar
tam hazır vəziyyətə gətirilib.
Orxan Vahidoğlu
İki sahil.- 2014.- 28 yanvar.- S.7;11.