“Neftqaztikinti” tresti
yeni uğurlara imza atır
ARDNŞ-nin mühüm struktur vahidlərindən olan “Neftqaztikinti” Tresti podrat proqramlarının yerinə yetirilməsi, eləcə də Şirkətin ayrı-ayrı idarə və müəssisələrinin, həmçinin digər yerli və xarici şirkətlərin sifarişləri əsasında dənizdə və quruda təmir, tikinti və quraşdırma işlərinin icrası istiqamətində mühüm tədbirlər həyata keçirir. Yola saldığımız 2013-cü il Trestin fəaliyyətində daha əlamətdar olmuşdur.
Ötən il Trest tərəfindən
“Neft Daşları” yatağında 501A saylı meydança əsaslı
təmir edilmiş, 418A saylı meydançanın, “Darvin
bankası” yatağında 740 saylı özülün
tikintisi başa çatdırılmış, “Günəşli”
yatağında 10, 11 və 13 saylı dərin dəniz
özüllərində əlavə quyuların
qazılması üçün yenidənqurma işləri
aparılmış, “Bibiheybətneft” NQÇİ-nin 1, 2, 3 və
5 saylı sexləri üzrə lay məhsulların
yığım-nəql sistemi tikilmiş, “Qaradağ-2” Qaz
Kompressor Stansiyası yenidən qurulmuş, “Ələt-dəniz”
yatağındakı 63 saylı stasionar dəniz
özülü ilə 7/15/41 saylı özül arasında 6
düymlük sualtı maye xətti çəkilmiş,
“Qazıməmməd-Qazax” magistral qaz kəmərinin istismara
yararsız hala düşmüş hissələri əsaslı
təmir edilmiş, Etilen-polietilen zavodun yeni susoyutma qurğusu
inşa olunmuş, “Salyan Oyl” Əməliyyat Şirkətinin
sifarişi əsasında Qarabağlı sahəsində hasil
olunan aşağı təzyiqli səmt qazının tam həcmdə
yığılıb itkisiz təhvil verilməsi
üçün sistem tikilmiş, Böyük Zirə
adasında yanalma körpüsü bərpa edilərək
genişləndirilmiş, Dənizdə İnsan Həyatının
Mühafizəsi üzrə Təlim Mərkəzinin
“İxtisaslaşdırılmış üstü
örtülü hovuzu, həmin Mərkəzdə 2 mərtəbəli
tədris korpusu, Qobustan tədris mərkəzində qaynaq
sexi, Qaradağ rayonu ərazisində Asfalt-beton istehsalı
zavodu tikilərək istismara verilmişdir.
Ümumiyyətlə,
“Neftqaztikinti” tresti tərəfindən 2013-cü ildə
ümumilikdə 312,6 kilometr (o cümlədən, 53,76 kilometr
estakada və özüllərdə, 45,6 kilometrm sualtı,
89,5 kilometr quruda) uzunluğunda müxtəlif diametrli neft-qaz xətləri,
365 kilometr uzunluğunda quru, 5,8 kilometr uzunluğunda isə
sualtı kabel xətləri çəkilmişdir. Eyni zamanda,
ümumi çəkisi 35610 ton olan metal və metal-konstruksiya
quraşdırılmış, 50 mindən çox qaynaq birləşmələrinin
defektoskopiyası işləri yerinə yetirilmiş, 20443
kubmetr həcmində dəmir-beton və əmtəə betonu
istehsal olunmuş, 4597 metrlik estakadada və 24937 kvadrat metrlik
meydançada tikinti-təmir işləri aparılmış,
535043 kvadrat metr sahədə asfalt örtük vurulmuşdur.
Trest müxtəlif
xarici və yerli şirkətlərlə səmərəli əməkdaşlıq
edərək üzərinə düşən vəzifələri
vaxtında və yüksək keyfiyyətlə yerinə
yetirmişdir. 2011-ci ildə “Bakı Gəmiqayırma Zavodunun
Tikintisi” Layihəsi üzrə elan edilmiş tenderin qalibi olan
Trest inşaat işlərini uğurla başa
çatdırmışdır. 20 sentyabr 2013-cü il tarixdə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev və Sinqapurun Ticarət və Sənaye Nazirliyinin
baş dövlət naziri cənab Li Yi Şyanın
iştirakı ilə Bakı Gəmiqayırma Zavodunun
açılış mərasimi olmuşdur. Bundan başqa,
“MakDermott”, “Saipem” Asiya şirkətinin Azərbaycan filialı,
“Heavy Crane” FZE şirkətinin Azərbaycan filialı, “Caspian
Pipe Coatings” MMC, “İlk İnşaat Taahhüt Sanayi və
Ticaret Ltd”, “Nobel Oil”, Gürcüstan Neft Qaz Korporasiyası,
Minilliyin Çağırışı Gürcüstan Fondu və
digər bu kimi beynəlxalq şirkətlər 2013-cü ildə
də Trestlə sıx əməkdaşlıq etmişlər.
Trestin Gürcüstan Nümayəndəliyi qonşu
respublikada neft-qaz boru kəmərlərinin və digər
hidrotexniki qurğuların tikintisini, infrastruktur layihələrinin
icrasını həyata keçirmişdir. Nümayəndəlik
“SOCAR Georgia Gas Ltd”-nin sifarişinə əsasən “Bolnisi
rayonunun Talavani (Faxralı) kəndinin
qazlaşdırılması”, “Marneuli rayonunun Keşalo kəndində
orta təzyiqli qaz xətlərinin tikintisi” və eyni zamanda
“Gürcüstan Neft Qaz Korporasiyası” SC-nin sifarişi ilə
“Abaşa-Senaki qaz xəttinin (28”) 29 km-lik hissəsinin tikintisi”
layihələrinin icrasını uğurla başa
çatdırmışdır.
Trestin həyata
keçirdiyi əməliyyatlar yüksək beynəlxalq
standartlar səviyyəsində, təhlükəsiz, ətraf
mühitə ziyan vurmadan, vaxtında və yüksək keyfiyyətlə
icra edilmişdir.
İki sahil.- 2014.- 28 yanvar.- S.8.