Abadlaşan və inkişaf edən
Şamaxı
Rayonun
sosial-iqtisadi uğurları insanların həyatına
firavanlıq gətirir
Azərbaycanın
bütün bölgələrində böyük
abadlıq-quruculuq işləri gedir. Vətəndaşların
sosial-məişət problemlərinin həlli də məhz
bu dəyərli işlərin nəticəsində sürətlənir.
İndi ölkə vətəndaşı Avropa həyat tərzini
yaşamaq iddiasındadır. Davamlı təbii qazı, enerjisi
olan, müasir standartlara uyğun magistral yolları, geniş
infrastrukturu qurulan rayonlarda insanların yeni iş yerləri ilə
təmin olunması da sosial rifahı yüksəldən önəmli
amildir.
Xüsusən son bir neçə ildə
müasir infrastrukturların yaradılması, paytaxtın və
eləcə də regionların sosial-iqtisadi
inkişafının sürətləndirilməsi
üçün Prezident İlham Əliyev tərəfindən
20-dən çox dövlət proqramları imzalanıb.
Onların bir çoxu artıq uğurla icra olunub və
yüksək nəticələr əldə edilib. Bu gün belə
bir inkişaf tendensiyası Şamaxı rayonunda da
reallaşır.
2014-cü ildə və cari ilin birinci rübündə
rayonda sosial-iqtisadi inkişaf davam etdirilmişdir. Şamaxılılar
üçün ən əlamətdar hadisələrdən
biri Azərbaycan Prezidenti İlham Əliyevin ötən il mayın 14-də rayona səfər etməsidir.
Həmin səfər çərçivəsində dövlətimizin
başçısı Şamaxı rayonunun Şərədil
kəndində müasir standartlara uyğun inşa olunmuş
beşulduzlu “Şamaxı Palace Platinum By
Rixos” otelinin açılış mərasimində iştirak
etmişdir. Qeyd edək ki, bu otel təkcə
Şamaxı rayonu deyil, bölgə üçün də əhəmiyyətli
turizm obyektidir. Mükəmməl
infrastruktura malik otel kompleksindəki şərait böyük
turizm potensialına malik olan Şamaxıda turistlərin
yüksək səviyyədə qəbulu üçün
geniş imkanlar açır. Turizm sənayesi
artıq Şamaxıda da prespektivli sahəyə
çevrilmişdir. Ötən il ərzində
Sağyan kəndi ərazisində “Sakit göl” istirahət mərkəzi
istifadəyə verilmişdir, Pirqulu zonasında isə
müasir standartlara cavab verəcək yeni turizm obyektləri
tikilir. Hazırda rayonda 1002 yerləşmə
yeri olan 26 mehmanxana və mehmanxana tipli obyekt mövcuddur. Təsadüfi deyil ki, son illərdə rayona gələn
turistlərin sayı sürətlə arır. Təkcə 2014-cü ildə turistlərin sayı
85252 nəfər təşkil etmişdir ki, onların da 14464
nəfəri xarici turistlər olmuşdur.
Tarixi keçmişi qədim və zəngin olan
Şamaxının abadlaşdırılması və yenidən
qurulması, sosial problemlərin həlli edilməsi işləri
ötən aylarda da uğurla davam etdirilmişdir. “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın
icrası ilə əlaqədar ötən müddət ərzində
rayonun abadlaşdırılması və əsas sosial problemlərin
həlli istiqamətində xeyli işlər
görülmüşdür. Belə ki, ermənilərin
xalqımıza qarşı törətdikləri
soyqırımını əks etdirən abidə yenidən
qurularaq əsaslı təmir edilmişdir. Abidənin ətrafında yerləşən
bütün fərdi yaşayış evlərinin dam
örtükləri yenisi ilə əvəz edilmiş, fasad
hissələri aqlay daşla üzlənmiş, pəncərə
blokları yenisi ilə əvəz edilmiş və evlərin
giriş qapıları rənglənmişdir. Ərazidə olan bütün barılar dekorativ
üslubda üzlənmişdir. Həmin ərazidə
piyadalar üçün səkilər çəkilmiş,
asfalt-beton örtüyü vurulmuş və
işıqlandırma sistemi
quraşdırılmışdır. Abidənin
ətrafında 600 m2 yeni yaşıllıq zolağı
salınaraq həmişəyaşıl bəzək
kolları və dekorativ ağaclar əkilmişdir. Həmçinin Şəhidlər xiyabanının əsaslı
təmir və yenidənqurulması işləri başa
çatdırılmışdır. Eyni
zamanda sürüşmə zonasında yerləşdiyi nəzərə
alınaraq əraziyə 1680 m2 10-15 sm
qalınlığında beton verilərək aqlay daşla
üzlənmişdir. Bundan əlavə, məzarların
ətrafı mərmərlə üzlənmış, şəhidlərin
soyad və adları mərmər lövhədə
yazılmış, mövcud abidə xüsusi memarlıq
üslubunda mərmər və şəbəkə ilə
işlənilmişdir. Ərazinin tam yenidən
işıqlandırılması işləri həyata
keçirilmişdir. Şəhidlər xiyabanının
ərazisi boyük parka çevrilərək 3 hektara
çatdırılmış, parkda 5000 min kv.metrə qədər
yaşıllıq zolağı salınmış və 800-ə
qədər yeni ağaclar əkilmişdir. Bakı istiqamətindən
Şamaxı şəhərinə girişdə 2000 kv. metr məsafədə
yaşıllıq zolağı salınmışdır.
Şəhərdə ötən il ərzində
salınmış yaşıllıq zolaqlarının qorunub
saxlanılması məqsədilə Zoğalavayçay su
anbarından şəhərin S.Ə.Şirvani küçəsinə
və şəhərə giriş istiqamətində yerləşən
qala divarlarına qədər 4000 p/m-ə qədər 60 və
50 mm-lik plasmas boru ilə texniki su xətti çəkilib
istifadəyə verilmişdir. Şəhərin
N.Nərimanov küçəsində xeyli abadlıq işləri
görülmüşdür. Belə ki,
400 metr məsafədə yaşıllıq zolaqları
salınmış səkilərə asfalt-beton
örtüyü vurulmuşdur. Hazırda
işlər davam etdirilir. Rayon icra hakimiyyəti
binasının qarşısında yerləşən parkda əsaslı
təmir işləri aparılmışdır. Əraziyə 900 kv.metr üzlük daş
döşənmiş və 800 kv.metr yeni yaşıllıq
zolağı salınaraq kollar və ağaclar əkilmiş, əraziyə
işıqlandırma sistemi çəkilmişdir.
2014-cü il ərzində şəhərin
küçələrinin abadlaşdırılması və
yenidənqurulması xüsusu diqqət mərkəzində
saxlanılmışdır. Belə ki, şəhərin
küçələrinə ümumilikdə 56000 kv.metr asfalt
beton örtüyü vurulmuşdur. Bundan əlavə, 13
km-lik Şamaxı-Çuxuryurd-Qızmeydan avtomobil yolunun
tikintisi başa çatdırılmış, 53 km-lik
Şamaxı-Padarçöl yolunun əsaslı təmir və
yenidənqurma işləri davam etdirilmişdir. 6 min nəfər
əhalinin yaşadığı 4 yaşayış məntəqəsini
birləşdirən 11 km-lik Şamaxı-Göylər-Quşçu
avtomobil yolunun tikintisi müvafiq sənədlər aidiyyəti
qurumlara təqdim olunmuş və bu tədbirin həyata
keçirilməsi “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”na
salınmışdır.
Bakı-Şamaxı magistral avtomobil yolunun 110-cu km-də,
Sabir qəsəbəsinin qarşısında abadlıq və
yenidənqurma işləri aparılmışdır. Belə ki, 200
metrlik məsafəyə torpaq daşınaraq süni təpələr
yaradılmış və həmin təpələrdə
yaşıllıq zolaqları salınaraq ağac və bəzək
kolları əkilmişdir. Sabir qəsəbəsinin
girişində yerləşən barıların üzləri
sökülərək yeni üzlük tametlə üzlənmişdir.
Əraziyə bardürlər
düzülmüş, piyada səkiləri salınmış
və asfalt örtük vurulmuşdur. Magistral
yol boyu yerləşən evlərin fasadları üzlük
daşla üzlənmiş, dam örtükləri yenisi ilə
əvəz edilmişdir. Magistral yolun
üstündə yerləşən Mərzəndiyə kənd
qəbristanlığının 260 metr barısı
sökülərək yenisi ilə əvəz edilmiş və
dekorativ üslubda bəzədilmişdir. Rayonda ekoloji vəziyyətin
yaxşılaşdırılmasını, zərərli
tullantılar səbəbindən içməli suya, ətraf
mühitə və vətəndaşların
sağlamlığına təhlükə törədən
amillərin aradan qaldırılmasını, uzun illərdir
ki, şəhər sakinlərinin haqlı
narazılığına səbəb olan böyük problemlərdən
biri olan şəhərin ərazisində yerləşən
zibilxana Saqiyan kəndinə köçürülmüş
və yeni salınmış zibilxanaya 3 km məsafədə yol
çəkilərək çınqıl döşənmişdir.
Hazırda keçmiş zibilxananın yerində
abadlıq və təmizləmə işləri
aparılır. Ötən dövr ərzində
regional qeydiyat şöbəsi üçün inzibati
binanın tikintisinə başlanmışdır. Hazırda işlər sürətlə davam
etdirilir. S.Ə.Şirvani küçəsində
yerləşən 40 mənzilli yaşayış
binasının dam örtüyü dəyişdirilərək
yenisi ilə əvəz edilmişdir. Şəhərin
Gənclər küçəsində yerləşən 40 mənzilli
binanın dam örtüyü tam dəyişdirilmiş, fasad
hissəsi yeni üzlük materialı ilə üzlənmiş,
pəncərə blokları yenisi ilə əvəz
edilmişdir. Şəhriyar küçəsində
bir sıra fərdi mənzillərin dam örtüyü dəyişdirilmiş,
fasad hissələri isə yeni üzlük materialı ilə
üzlənmişdir.
Şamaxı
rayonunda iqtisadi inkişaf ötən il də
yüksək templə davam etdirilmişdir. Rayonda 138,9 milyon manat dəyərində ümumi məhsul
buraxılışı olmuşdur. Qeyd olunan müddət ərzində
rayonda əsas kapitala yönəldilən investisiyaların həcmi
26,5 milyon, tikinti-quraşdırma işlərinin
həcmi 26,1 milyon, sənaye məhsulunun həcmi 5,3 milyon manat
təşkil etmişdir. İl ərzində orta aylıq əmək
haqqı əvvəlki illə müqayisədə 26,8 manat artaraq 260,9 manat təşkil etmiş, əhalinin
pul gəlirləri ilkin hesablamalara görə 2013-cü illə
müqayisədə 13,5 mln. manat artaraq
281,8 mln manata çatmışdır. Əsasən
aqrar rayon olan Şamaxıda heyvandarlıq da iqtisadiyyatda
aparıcı sahələrdən birini təşkil edir.
Ötən ilin sonuna kimi rayonda iribuynuzlu mal-qaranın sayı
37911 başa, xırdabuynuzlu heyvanların sayı 190570
başa, quşların sayı isə 270014 başa
çatdırılmışdır ki, bu da 2013-cü illə
müqayisədə müvafiq olaraq iri buynuzlu heyvanların
sayı 301 baş, xırda buynuzlu heyvanların sayı 3168
baş, quşların sayı isə 1849 baş
artmışdır. Həmin dövrdə ət istehsalı
4843,7 ton, süd istehsalı 23011 ton, yun istehsalı 375,4 ton və
yumurta istehsalı 16 milyon ədəd olmuşdur ki, bu da əvvəlki
ilin müvafiq dövrünə nisbətən ət
istehsalı (diri çəkidə) 36 ton, süd istehsalı
336,9 ton, yun istehsalı 1,7 ton, yumurta istehsalı isə 6 min ədəd
artmışdır. Ötən il kənd təsərrüfatı
sahəsində 43,7 milyon manatlıq məhsul
istehsal olunmuşdur.
Məlum olduğu kimi, keçən əsrin 70-80-ci illərində
Şamaxı Azərbaycanın ən böyük
üzümçülük rayonlarından biri idi. Hazırda bu
sahənin inkişafına xüsusi diqqət göstərilir.
Bu baxımdan dövlətimizin başçısının
tapşırığı ilə hazırlanan və qəbul
edilən “2012-2020-ci illərdə Azərbaycan
Respublikasında üzümçülüyün
inkişafına dair Dövlət Proqramı”nın
bu sahənin yenidən dirçəldilməsində
mühüm rolu olmuşdur. Hazırda rayonda
üzüm bağlarının sahəsi 1622 hektara
çatdırılmışdır. Keçən il isə 10 hektar sahədə yeni
üzümlük salınmışdır. Bundan
əlavə, Meysəri kəndinin ərazisində üzüm
əkilməsi məqsədilə 330 hektar torpaq sahəsi
ayrılmış və 40 hektar sahədə plantaj şumu
çıxarılmışdır. Rayonda
sahibkarlığın inkişaf etdirilməsi, dövlət tərəfindən
bu sahəyə hərtərəfli dəstəyin göstərilməsi
xüsusi diqqət mərkəzində olmuşdur.
2014-cü ildə İqtisadiyyat və Sənaye Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti
hesabına Şamaxı rayonu üzrə 68 sahibkara 4,8 mln. manat güzəştli
kreditləri verilmişdir. Bu kreditlər hesabına 2014-cü
ildə 120 yeni iş yeri yaranmışdır. 2014-cü ildə
Şamaxıda sahibkarlıq fəaliyyəti ilə məşğul
olanların sayı artaraq 1800 subyektə
çatdırılmış, rayon üzrə 1069 daimi iş
yeri açılmışdır. Ümumi məhsul
buraxılışında qeyri-dövlət sektorunun xüsusi
çəkisi artmaqda davan etmişdir. Ümumiyyətlə,
Dövlət proqramlarının qəbulundan sonra
Şamaxı rayonunda 11112 yeni iş yeri
açılmışdır.
Ötən müddət ərzində əhalinin sosial
müdafiəsinin gücləndirilməsi məqsədilə
rayonda sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi,
onlara ünvanlı sosial yardımın verilməsi daim diqqət
mərkəzində saxlanılmışdır. 2014-cü ildə
5 nəfər Qarabağ müharibəsi əlili və 1 nəfər
şəhid ailəsi rayon icra hakimiyyətində güzəştli
mənzil növbəsinə
götürülmüşdür. Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə
2013-cü ildə Şamaxı şəhərində
tikintisinə başlanılmış Qarabağ muharibəsində
əlil və şəhid olmuş ailələr
üçün 36 mənzilli yaşayış
binasının tikintisi 2014-cü ildə davam etdirilmişdir.
Binanın bu il istifadəyə verilməsi
nəzərdə tutulmuşdur. Bundan əlavə,
rayonun qəsəbə və kəndlərində bu
kateqoriyadan olan insanlara dövlət tərəfindən fərdi
mənzillərin tikintisi üçün torpaq sahələri
ayrılmışdır. Əhaliyə
göstərilən nəqliyyat, poçt, rabitə və məişət
xidmətlərinin həcmi və səviyyəsi yüksəlmişdir.
Ötən il ərzində “Şamaxı
Sərnişin Servis” MMC tərəfindən əhaliyə
göstərilən nəqliyyat xidmətinin keyfiyyəti xeyli
yaxşılaşdırılmışdır. Belə
ki, rayonun Göylər, Muğanlı və Mərzəndiyə
kəndlərinə yeni avtobus marşrutları
açılmışdır.
2014-cü ildə rayon ərazisində yeni qazlaşma, təmir-bərpa
və əsaslı təmir işləri davam etdirilmişdir. Belə ki, ötən
dövr ərzində istehlakçıların və əhali
abonentlərinin normal, fasiləsiz, təhlükəsiz və
stabil təbii qazla təmin olunmaları üçün
ölçü qovşaqlarında mövcud kollektorların
üzərində qaz tənzimləyiciləri, eləcə də
daxili qaz kəmərlərinin üzərində müxtəlif
tipli 75 ədəd 300-500 m3 qaz tənzimləyiciləri
quraşdırılmışdır. Bundan əlavə,
şəhərin bir neçə iri küçələrində
istismar müddətini başa vurmuş, həyətlərdən
keçən yeraltı və yerüstü qaz kəmərləri
yeni 43503 p/m-lik küçə qaz xətləri ilə əvəz
edilmişdir. Rayonun Şərədil kəndinin
qazlaşdırılması başa çatdırılaraq 105
abonent təbii qazla təmin olunmuşdur. 2014-cü ilin
may ayında rayonun Mərzəndiyə, Nüydi, Yenikənd,
Dağ Bağırlı və Saqiyan kəndlərinin
qazlaşdırılmasına başlanılmışdır.
Hazırda Saqiyan kəndində 114525 p/m, Yenikənd, Dağ
Bağırlı kəndlərində 11907 p/m, Nüydi kəndində
4840 p/m qaz xətləri çəkilmiş və bu işlər
ardıcıl olaraq davam etdirilir. Çuxuryurd kəndində
yeni yaşayış massivi tam
qazlaşdırılmış, şəhərin 48a saylı
yeni yaşayış massivinin qazlaşdırılmasına
başlanılmışdır. Hazırda rayonun 34
yaşayış məntəqəsi üzrə 16485 abonent təbii
qazla təmin olunur ki, bu da Şamaxı rayonunda olan 20067 təsərrüfatın
82,1 faizini təşkil edir. Ötən müddət
ərzində şəhərin su təchizatının
yaxşılaşdırılması və kanalizasiya sisteminin
yenidən qurulması işlərinin daha da sürətləndirilməsi
və bu sahədə yol verilən nöqsaqların aradan
qaldırılması məqsədilə həyata keçirilən
operativ tədbirlər öz bəhrəsini verməkdədir.
İşin sürəti və keyfiyyəti
artmışdır. Ötən il ərzində şəhərin
küçələrinə 39,8 km
kanalizasiya 48,3 km isə su xətləri çəkilmişdir.
İndiyədək ümumilikdə şəhərin müxtəlif
küçələrində 111,9 kilometr
kanalizasiya və 122,7 kilometr su xətti çəkilmişdir.
2014-cü ildə təhsilin maddi-texniki bazası möhkəmləndirilmiş,
onun infrastrukturu yenilənmişdir. Belə ki,
Nüydü, Dəmirçi, Əngəxaran tam orta məktəblərində
cari təmir işləri görülmüş, Uşaq-gənclər
idman məktəbi isə əsaslı təmir olunmuşdur.
Hesabat ilində 380 şagird yerlik Mədrəsə
qəsəbə tam orta və 80 şagird yerlik Şərədil
kənd ümumi orta məktəblərinin tikintisinə
başlanılmışdır. Talışnuru
və Hacıqədirli kənd tam orta məktəblərinin
tikintisi üçün layihə sənədləri hazərlanmış,
Göylər 1 saylı kənd tam orta məktəbinin
binasının tikintisi Dövlət Proqramına daxil
edilmişdir. 2014-cü ildə rayonda Heydər Əliyev
Fondunun təşəbbüsü ilə S.Ə.Şirvani
kqçəsində 100 yerlik 5 saylı, Şəhriyar qəsəbəsinin
ərazisində 100 yerlik 4 saylı uşaq
bağçasının tikintisinə başlanmış, Mədrəsə
qəsəbə körpələr evi-uşaq
bağçasının əsaslı təmir işləri
davam etdirilmişdir.
Rayonun 6
müəllimi “Ən yaxşı müəllim” respublika
müsabiqəsində iştirak etmiş və onlardan 2 nəfəri
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə
“Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri
olmuşdur. Prezidentin müvafiq Sərəncamı ilə həmin
müəllimlər beş min manat məbləğində
birdəfəlik pul mükafatı ilə
mükafatlandırılmışlar. Sevindirici
haldır ki, şəhər 10 saylı tam orta məktəbin
müəllimi Şəhla Qəribova “Elektron təhsil”
respublika müsabiqəsinin qalibi olmuş və
mükafatlandırılmışdır. 2013-2014-cü tədris
ilində 544 nəfər məzundan 191 nəfəri ali məktəblərə daxil olmuşdu ki, bu
da əvvəlki illə müqayisədə 5 faiz
artıqdır.
Son illər dövlət başçısının
tapşırığına əsasən respublikanın hər
yerində olduğu kimi, Şamaxıda da səhiyyə müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi əhaliyə
göstərilən tibbi xidmətin
yaxşılaşdırılmasında əsaslı rol
oynamışdır. Rayonda 131 çarpayılıq rayon mərkəzi xəstəxanası,
15 çarpayılıq Göylər kənd sahə xəstəxanası,
14 kənd həkim məntəqəsi, 20 tibb məntəqəsi
və Şamaxı Müalicə-Diaqnostika Mərkəzi əhaliyə
səhiyyə xidməti göstərir. Ötən il ərzində rayon əhalisinə göstərilən
səhiyyə xidmətinin
yaxşılaşdırılması istiqamətində bir
sıra tədbirlər həyata keçirilmişdir. Rayon mərkəzi
xəstəxanasının həkimlərindən ibarət səyyar
həkim briqadaları yaradılaraq il ərzində
həftədə bir dəfə olmaqla qəsəbə və
kəndlərdə əhaliyə tibbi xidmətlər göstərmişlər.
Hesabat ilində mədəniyyət müəssisələrinin
maddi-texniki bazasının gücləndirilməsi istiqamətində
bir sıra tədbirlər görülmüşdür. Mədəniyyət mərkəzində,
Mərkəzi Kitabxanada, Kərkənc kənd Sənətkarlıq
evində, Çuxuryurd və Bağırlı kənd Folklor
evlərində, Əngəxaran kənd Diyarşünaslıq
klubunda cari təmir işləri aparılmış və
inventar avadanlıqlarla təchiz olunmuşdur. Rayonda
71 tarixi mədəniyyət abidəsi mövcuddur. Onlardan 1-i dünya, 23-ü ölkə və 47-si isə
yerli əhəmiyyətli abidələrdir. Rayonun ərazisində
mövcud olan tarix və mədəniyyət abidələrinin
mühafizəsi, istifadəsi və bərpası daim diqqət
mərkəzində saxlanılmış, 2014-cü ildə beş yeni arxeoloji abidə aşkar
olunmuşdur. Hesabat ilində Dünya
Bankının Şimal-Qərb dəhlizi üzrə regional
inkişaf və turizm potensialının inkişaf etdirilməsi
layihəsinin identifikasiyası ilə əlaqədar 2015-2020-ci
illər üçün rayonda həyata keçirilməsi nəzərdə
tutulmuş turizm inkişaf layihəsi hazırlanaraq Mədəniyyət
və Turizm Nazirliyinə təqdim olunmuşdur.
Şamaxı rayonunun ictimai-siyasi və mədəni həyatında
gənclərin rolu davamlı olaraq artmaqdadır. Nüfuzlu
idman tədbirlərinin, beynəlxalq bilik
yarışmalarının bir çoxunun qalibləri məhz
şamaxılı gənclərdir. Gənclər,
eyni zamanda, vətənpərvərlik istiqamətində cox
böyük layihələrə imza atıblar. Rayonun həm təhsil ocaqlarında, həm də
dövlət müəssisələrində
çalışan gənclər intellektual dünya
görüşlərinə görə xüsusi fərqləniblər.
Sağlam gənclik, sağlam gələcək
deməkdir. Bu mənada Şamaxı rayonu
idman qurğularının və stadionların sayına
görə ölkədə önəmli yerləri tutur.
Burada idmanla məşğul olan gənclərin
sayı minlərlədir.
Rayon
sakinləri ilə söhbətlərimizdə aydın oldu ki,
Şamaxı Rayon İcra Hakimiyyətinin
başçısı Asif Ağayev davamlı olaraq qəsəbə
və kəndlərdə sakinlərlə görüşlər
keçirərək onların problemləri, təklif və təşəbbüsləri
ilə yerində tanış olaraq həllinə və
reallaşmasına nail olur. Əslində bu
prinsip Prezident İlham Əliyevin məmurlar
qarşısında qoyduğu başlıca vəzifənin-xalqa
ləyaqətlə xidmətin reallaşması istiqamətində
həyata keçirilən böyük bir işdir. Kənd və qəsəbələrdə
keçirilən görüşlərdə, eləcə də
vətəndaşların qəbulu zamanı diqqəti çəkən
ən mühüm məqam insanların problemlərinə həssaslıqla
yanaşılması, haqlı şikayətlərin operativ
qaydada həll edilməsidir. İl ərzində rayonun 3
qəsəbə və 41 kəndində rayon icra hakimiyyətinin
başçısı ilə keçirilmiş səyyar
görüş-qəbullarda 4135 nəfər iştirak
etmiş, 155 müraciət olunmuşdur. Səyyar
qəbullarda qaldırılan məsələlərin həll
edilməsi üçün aidiyyəti üzrə müvafiq
tapşırıq və göstərişlər
verilmişdir. Məhz rayon icra hakimiyyəti
başçısının davamlı olaraq yerlərdə
keçirdiyi səyyar qəbul-görüşlərin nəticəsidir
ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
qəbula gələnlərin sayı rayon icra hakimiyyəti
başçısı aparatında 170 nəfər, səyyar
qəbullarda isə 132 nəfər azalmışdır.
Bütün bu inkişaf və uğurlara rəğmən
deyə bilərik ki, Şamaxı rayonu 2015- ci ildə də
iqtisadi və sosial sahələrdə böyük uğurlara
imza atacaqdır. Ona görə ki, rayondakı böyük
işgüzarlıq, səmimi təşəbbüskarlıq
mühiti və ən başlacası isə ölkəmizin gələcəyinə,
xüsusən də Prezident İlham Əliyevin
apardığı mövcud siyasi kursa böyük inam və dəstək
vardır.
Elçin Zaman
İki sahil.- 2015.- 24 aprel.- S.27; 30.