Azərbaycanın regionlarında yeni sənaye mərkəzləri yaradılır

 

Müasir sənaye müəssisələrinin istifadəyə verilməsi respublikanın ayrı-ayrı bölgələrinin əmək ehtiyatlarından daha səmərəli istifadə olunmasında mühüm rol oynayacaq

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində sürətlə modernləşən Azərbaycanda sənayenin inkişafına da xüsusi diqqət yetirilir. Yeni sənaye quruculuğu ölkəmizin əsas paradiqmalarından biri kimi müəyyənləşdirilib. Respublikamızda sənaye quruculuğuna dövlətin yüksək siyasi iradə nümayiş etdirməsinin təzahürü olaraq 2014-cü il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Sənaye ilielan olunub. Təkcə “Sənaye ili” çərçivəsində ölkəmizdə 230-dan çox yeni müəssisə yaradılıb, 123 min yeni yeri açılıb ki, onlardan təxminən 100 mini daimi yeridir. Ümumiyyətlə, son 12 ildə ölkəmizdə yeni sənaye quruculuğu istiqamətində reallaşdırılan tədbirlər böyük nikbinlik doğurur. Təkcə onu qeyd etmək kifayətdir ki, haqqında bəhs olunan dövrdə respublikamızda sənaye istehsalı 2,7 dəfə artıb. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizdə sənayeləşmənin uğurla aparıldığını xüsusi vurğulayıb: “...Sənayeləşmə Azərbaycanda uğurla aparılır. Sənayeləşmə aparılmasaydı, biz həmişə neft amilindən asılı vəziyyətdə olacaqdıq”.

Azərbaycanda sənayenin yeni regional strukturu formalaşır

Prezident İlham Əliyevin yeni sənayeləşmə siyasəti ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələrdən biri də ölkəmizdə sənayenin regional strukturunun təkmilləşdirilməsi və hər rayonda sənaye məhəllələrinin yaradılması ilə bağlıdır. Təbii ki, bu zaman bölgələrin ənənələri və potensial imkanları əsas götürülür. Prezident İlham Əliyev 2014-cü il 8 oktyabr tarixində ölkədə sənaye məhəllələrinin yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb. Respublikamızda sənayenin regional strukturunun formalaşdırılması, sənaye quruculuğunda regionların potensialından səmərəli istifadə edilməsi baxımından dövlət başçısının cari il 2 fevral tarixində imzaladığı “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncamı mühüm əhəmiyyət daşıyır.

İlk növbədə onu vurğulamaq lazımdır ki, dövlət başçısının Neftçala rayonunda sənaye məhəlləsinin yaradılması ilə bağlı ayrıca Sərəncam imzalaması ölkəmizdə müasir sənaye quruculuğunun dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiqləyir. Qeyd edək ki, ölkəmizdə müasir sənaye quruculuğu, o cümlədən də, regionlarda yeni sənaye məhəllələrinin yaradılması real zəminə əsaslanır. Respublikanın zəngin əmək, xammalkadr potensialı, əlverişli biznes mühiti, investisiya qoyuluşunun təşviq edilməsi, institusional islahatların dəstəklənməsi, möhkəm daxili sabitlik, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılması və digər müsbət amillər ölkəmizdə müasir sənaye quruculuğunu şərtləndirir.

Prezident İlham Əliyevin Neftçala Sənaye Məhəlləsinin yaradılması ilə bağlı imzaladığı Sərəncam sənaye sahəsində fəaliyyət göstərən kiçikorta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi daşıyır. Sərəncama əsasən, Neftçala Sənaye Məhəlləsinin yaradılması ilə əlaqədar ayrı-ayrı mərkəzi icra orqanlarına müvafiq tapşırıqlar verilib. Dövlət başçısının imzaladığı Sərəncamda bildirilir ki, kiçikorta sahibkarlığa dəstək məqsədi ilə Neftçala Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət müəssisələri yaradılacaq.

Yeni sənaye məhəlləsinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə olunub. İqtisadiyyat və Sənaye Nazirliyi isə Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsini, xaricidaxili infrastrukturun (elektrikistilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) təkmilləşdirilməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin edəcək. Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili, tənzimlənməsi, inkişafı, istehsalemal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi də dövlət başçısının imzaladığı Sərəncamla İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılıb.

Göründüyü kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Neftçala rayonunda sənaye məhəlləsinin yaradılması ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Sərəncama istinadən ölkəmizdə sənayeləşmənin yeni mərhələsinin başlandığını demək mümkündür. Neftçala Sənaye Məhəlləsi bu istiqamətdə atılan ilk addımdır. Şübhə yoxdur ki, gələcəkdə digər bölgələrdə də oxşar sənaye məhəllələri təşkil ediləcək. Respublikanın müxtəlif bölgələrində belə məhəllələrin yaradılması isə ölkə sənayesinin paytaxt Bakıda və Sumqayıt, Gəncə kimi iri şəhərlərdə təmərküzləşməsinin qarşısını alacaq ki, bu da son nəticədə sənaye istehsalında daha yüksək dinamikaya nail olunmasında, eləcə də, bölgələrin əmək ehtiyatlarından daha səmərəli istifadə etməklə regionların da iqtisadi güc amilinə çevrilməsində mühüm rol oynayacaq.

Ölkədə sənayenin inkişafına və onun regional strukturunun formalaşmasına güclü siyasi iradə nümayiş etdirilir

Son illərdə ölkəmizdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradəyə uyğun olaraq sənayenin inkişafının və onun regional strukturunun formalaşmasının hüquqi bazasını təmin etmək üçün əməli addımlar atılıb. Dövlət başçısı iqtisadiyyatın və regionların inkişafı üçün əlverişli şəraitin yaradılması, investisiyaların təşviqi və prioritet sahələrə yönəldilməsi, yeni yerlərinin açılması, müasir idarəetmə təcrübəsindən istifadə olunması, rəqabətqabiliyyətli mal və xidmətlərin təqdim edilməsi kimi məsələlərin həllinə nail olmaq məqsədilə hələ 2007-ci ildə “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” müvafiq Fərman imzalayıb. Ölkəmizdə “Xüsusi iqtisadi zonalar haqqında” ayrıca qanun qəbul edilib. Bundan başqa, dövlət başçısının 24 aprel 2013-cü il tarixində imzaladığı Fərmanla “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiqlənib. Bu sənəd sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən çox mühüm baza sənədidir. Dövlət başçısının 2014-cü ilin “Sənaye ilielan olunması ilə bağlı imzaladığı müvafiq Sərəncama uyğun olaraq, ölkəmizdə 2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı hazırlanıb. Proqramda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilmiş sənayenin uzunmüddətli inkişaf istiqamətləri əsas götürülüb.

Regionlarda yaradılan yeni sənaye müəssisələri uğurla fəaliyyət göstərir

Azərbaycanda sənayenin yeni regional strukturunun formalaşdırılması siyasəti uğurlu nəticələr verir. Belə ki, son 12 ildə ölkədə böyük qismi regionlarda olmaqla 500-dən artıq sənaye müəssisəsi fəaliyyətə başlayıb. Regionlarda yaradılan yeni sənaye müəssisələri böyük müvəffəqiyyətlə fəaliyyət göstərir və ölkənin iqtisadi potensialının artmasına sanballı töhfələr verir. Bu sırada Qazax sement zavodunu da nümunə göstərmək mümkündür. Yeni müəssisənin tikintisi çərçivəsində Qazax-Gürcüstan sərhədi avtomagistralından Daş Salahlı kəndinə asfalt yolbu yolun kənarı ilə zavoda dəmir yolu, həmçinin, 110 kilovoltluq yüksəkgərginlikli elektrik xətti çəkilib. Bundan başqa, su xətti, suvarma kanalı, seldən mühafizə bəndi və digər qurğular inşa olunub. Layihəyə əsasən, müəssisənin gündəlik istehsal gücü 2500 ton klinker və ildə 1 milyon ton sementdir. Zavodda bir neçə markada sement istehsal olunur. Bununla əlaqədar uyğunluq sertifikatları alınıb. Sement istehsalında istifadə olunan xammalın və hazır məhsulun keyfiyyətinin müntəzəm yoxlanılması üçün zavodda kimyəvi və fiziki laboratoriya quraşdırılıb. Laboratoriyada gips, əhəng daşı, mergel, gil, vulkan külü, klinkersementin növlərinin kimyəvi, fizikimexaniki sınaqları həyata keçirilir. Zavodun avtomatik idarəetmə sistemi “SİEMENS” firmasının mütəxəssisləri tərəfindən proqramlaşdırılıb və ən müasir avadanlıqla təchiz edilib. Müəssisənin idarə edilməsi mərkəzi nəzarət otağından həyata keçirilir. Bütövlükdə zavodun ümumi tikinti kompleksinə 49 binaqurğu daxildir. Bunların 34-ü əsas, 15-i isə yardımçı bina və qurğulardır. Sement istehsalında mineral xammala olan tələbatı ödəmək üçün 452 hektar torpaq sahəsi ayrılıb. Bu layihənin reallaşması ölkəmizin qərb regionunun sosial-iqtisadi inkişafında mühüm rol oynayır.

Prezident İlham Əliyevin iştirakı ilə 2013-cü ilin sentyabrında Gədəbəydə istifadəyə verilən “Azerbaijan International Mining Company Limited” şirkətinin yeni zavodu da ən müasir standartlar səviyyəsində qurulub. Zavodda saatda 100-150 ton filiz emal olunur. Köhnə zavodda filizin tərkibindən 70 faiz qızıl alınırdısa, yeni müəssisədə bu göstərici 85 faiz təşkil edir. Yeni müəssisənin fəaliyyəti nəticəsində ətraf mühitə kimyəvi maddələrin yayılmasının təsiri azalıb. Bu məqsədlə anbar tikilib və tullantıların oraya axıdılması üçün xüsusi mühafizə olunan boru xətti çəkilib.

Zavodda istifadə olunan avadanlıqlar xaricdən gətirilib. Emal prosesində istifadə olunan aşındırma sistemi Avstraliya, çökdürmə sistemi isə Cənubi Afrika Respublikasının istehsalıdır. Köhnə zavodda çökdürmə prosesi açıq havada aparılırdısa, yeni müəssisədə bu əməliyyat qapalı çənlərdə həyata keçirilir. Yeni müəssisənin tikinti sahəsi 14,4 min kvadratmetrdir. Burada 32 min unsiya qızıl istehsalı nəzərdə tutulub.

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2015.- 13 avqust.- S. 6.