Avstriyalı turist: “Şahdağİstirahət Mərkəzindəki şəraiti Avstriyadakı qış turizm məkanları ilə müqayisə etmək olar

 

Şahdağİstirahət Mərkəzinə ailəmlə birlikdə gəlmişəm. Demək olar ki, bütün həftəsonlarını burada keçiririk. Qışda xizək sürmək, yayda isə əsrarəngiz təbiətdən zövq almaq, təmiz hava qəbul etmək, dincəlmək üçün bu istirahət mərkəzində əla şərait yaradılıb.

Bu sözləri AZƏRTAC-a müsahibəsindəŞahdağİstirahət Mərkəzində ailəsi ilə birlikdə dincələn avstriyalı turist Henrik Peterssen söyləyib.

Avstriyanın paytaxtı Vena şəhərində yaşayan H.Peterssen işlə əlaqədar Bakıya köçüb. O, Azərbaycanın bir çox səfalı məkanlarında olub. Qusarda yerləşən turizm mərkəzi onun daha çox xoşuna gəlib. H.Peterssen deyib: “Bilirsiniz ki, mənim Vətənim Avstriya qış turizminin inkişaf etdiyi ölkələrdən biridir. Mənim ölkəmdə hamı xizək sürməyi başqa qış idman növlərini çox xoşlayır. Ona görə qış aylarındaŞahdağİstirahət Mərkəzinə gələrək xizək sürmək imkanından yararlanıram. Buradakı şərait, qiymətlər turistlərə göstərilən xidmətin səviyyəsi məni ailə üzvlərimin ürəyincədir. Bu istirahət məkanındakı şəraiti Avstriyadakı qış turizm mərkəzləri ilə müqayisə etmək olar. Şahdağİstirahət Mərkəzində yay turizmi üçün ideal şərait var. Məhz buna görə üç ildir ki, ailəmlə burada dincəlməyə gəlirəm”.

 

Iki sahil.- 2015.- 5 avqust.- S. 12.