"Nağara 2015" Festivalı keçiriləcək

 

Cari ilin avqustun 22-dən 26-dək Şəki şəhərində Azərbaycanda Qafqazda ilk dəfə olaraq "Nağara 2015" Beynəlxalq Zərb Alətləri Festivalı keçiriləcək.

Festival Mədəniyyət Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti "ALMUS Production" şirkətinin təşkilatçılığı ilə reallaşacaq.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran Özbəkistandan məşhur ritm ifaçıları iştirak edəcəklər.

Şəki şəhərindəki Yaşıl Teatrda təşkil olunacaq festivalın avqustun 22-də təntənəli açılış mərasimi keçiriləcək. Festival günlərində Özbəkistanı təmsil edən Abbos Kasimov "Abbos" qrupu, İranın "Lian" qrupu, Türkiyəni təmsil edən Suat Borazan "İstanbul Harem" qrupu Azərbaycan təmsilçisi "Natiq ritm" qrupunun konsertləri olacaq.

Bundan başqa 23, 24, 25 26 avqust tarixlərində Şəki şəhərindəki Karvansarayda Natiq Şirinov, Abbos Kasimov, "Lian" qrupu Suat Borazanın ustad dərsləri keçiriləcək.

 

İki sahil.- 2015.- 7 avqust.- S. 16.