Səhiyyədə ən mütərəqqi üsullar tətbiq olunur

 

Azərbaycanın səhiyyə sistemi sosial sferanın digər sahələri kimi, yeni inkişaf mərhələsinə qədəm qoyub. Yeni tibb müəssisələrinin istifadəyə verilməsi, bir sıra xəstəxanaların, poliklinikaların təmiri və bərpası, onların ən müasir avadanlıqlarla təchizatı əhalinin sağlamlığına dövlət səviyyəsində ayrılan diqqət və qayğının nümunəsidir.

2014-cü ilin dövlət büdcəsində sosial yönümlü xərclərə 5 milyard 337,3 milyon manat ayrılıb ki, bu da ümumi büdcənin 26,6%-i deməkdir. Ayrılan vəsaitin həcmi 2013-cü illə müqayisədə 298,8 milyon manatya 5,9% çoxdur. Son 10 ildə səhiyyə sisteminin prioritet sahələri üzrə 11 Dövlət Proqramının qəbulu əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsini xeyli yüksəltməyə, xəstəliklər üzrə müayinələrin həcminin və keyfiyyətinin artmasına, xəstələrin dərman preparatları ilə təminatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına imkan yaratmışdır.

2013-cü ildə respublikamızın səhiyyə sisteminə ayrılan büdcə vəsaiti 2003-cü illə müqayisədə 11 dəfədən çox artaraq 669 milyon manat təşkil edib. 2014-cü il üçün bu sahəyə 725,6 milyon manat vəsait ayrılıb ki, bu da 2013-cü illə müqayisədə 56,3 milyon manat, yaxud 8,4% artım deməkdir. Təkcə 2013-cü il ərzində respublikamızda 81 tibb müəssisəsində təmir-tikinti işlərinin aparılmasına başlanmış, onlardan 56-sı artıq istifadəyə verilmişdir. İstifadəyə verilən tibb müəssisələri ən müasir səviyyədə təmir olunmaqla yanaşı, onların maddi-texniki bazası da elm və texnikanın ən son nailiyyətləri əsasında hazırlanmış tibbi avadanlıqlarla təchiz olunmuşdur. Dərman preparatlarının alınmasına 2014-cü ildə ayrılan 140 milyon manat məbləğində vəsaitin əksəriyyət təşkil edən hissəsi mövcud Dövlət Proqramları çərçivəsində xəstələrin pulsuz dərman preparatları və tibbi ləvazimatlarla təminatına sərf olunmuşdur. Təkcə paytaxtdairi şəhərlərdə deyil, bölgələrdə də ən ağır tibbi əməliyyatların aparılması təcrübəsi formalaşmağa başlayıb. 2011-ci ilin sentyabrında Dünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 61-ci sessiyasının, Beynəlxalq Avrasiya cərrahiyyə və qastroentrologiya konqresinin indiyə kimi keçirilmiş 13 tədbirindən 6-nın Bakıda keçirilməsi Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasından xəbər verir. Dünya Səhiyyə Təşkilatının 2013-cü il fevralın 5-də Cenevrədə keçirilən 132-ci sessiyasında həmin təşkilatın rəhbərliyi tərəfindən Azərbaycanın səhiyyə sistemində əldə olunmuş nailiyyətlər yüksək qiymətləndirilmişdir.

İnsanlara dövlət tərəfindən ayrılan sosial yardımlar, cəbhə bölgələrində sağlamlığına ziyan dəymiş hərbi qulluqçuların, eləcə də mülki şəxslərin hər il digər ölkələrə dövlət hesabına sanator-kurort müalicəsinə göndərilməsi, narkomaniya və QİÇS-ə qarşı aparılan mübarizə və profilaktik tədbirlər, maarifləndirmə işləri də əhalinin sağlamlığının qorunmasına xidmət edir. Diabetli xəstələrin pulsuz müalicəsi və dərman preparatları, özünənəzarət vasitələri ilə təmin olunması dövlət tərəfindən xüsusi nəzarətdə saxlanılır. Respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən 27 dializ mərkəzində 2000-dən artıq xəstəyə pulsuz tibbi xidmət göstərilir və onlar müvafiq dərmanlarla tam həcmdə təmin olunurlar. Dövlət xəstəxanalarında müalicə olunanlara 166 adda dərman preparatları pulsuz verilir.

Respublikamızın səhiyyə müəssisələrində açıq ürək və böyrək əməliyyatlarının uğurla həyata keçirilməsi, 2013-cü ildə təkcə Azərbaycanda deyil, bütün Qafqazda ilk dəfə donoru əvəz edən süni ürək, ötən ilin mayında Respublika Talassemiya Mərkəzində Belarusdan olan həkimlərin iştirakı ilə talassemiyalı 3 xəstəyə sümük iliyinin köçürülməsi, elə həmin il Mərkəzi Neftçilər Xəstəxanasında xəstə üzərində onurğa sütununun rekonstruksiyası əməliyyatının aparılması, uşaqana ölümlərinin ilbəil azalması Azərbaycanın səhiyyə sisteminin inkişafından xəbər verir. Təkcə onu qeyd etmək kifayətdir ki, indiyə kimi ölkəmizdə 128 xəstəyə böyrək, 59 xəstəyə qaraciyər köçürülməsi əməliyyatı müvəffəqiyyətlə başa çatdırılıb. Təbii ki, bütün bunlar Azərbaycanda səhiyyə sahəsində ən mütərəqqi üsulların tətbiqi, həkimlərin təhsilinə və təkmilləşdirilməsinə göstərilən qayğı, həkimlərin sertifikasiyası, mərkəzləşdirilmiş imtahan yolu ilə işə qəbul, istedadlı gənclərin dövlət hesabına inkişaf etmiş Avropa ölkələrində təhsillərini davam etdirməsi sayəsində mümkün olmuşdur.

 

Respublika əhalisinin bütün təbəqələrinin sağlamlığına diqqət və qayğı ilbəil artırılır, onların təcrübəli mütəxəssislər tərəfindən müayinə və müalicəsinin təşkili ilə bağlı problemlərin aradan qaldırılması üçün mühüm tədbirlər həyata keçirilir, aparılan davamlı islahatlar daha geniş vüsət alır.

Qeyd edək ki, Azərbaycan Respublikası 1992-ci il oktyabrın 2-də Dünya Səhiyyə Təşkilatına üzv qəbul olunduqdan sonra 1994-cü ildə müstəqil dövlət kimi ilk dəfə Qahirədə və Daşkənd şəhərlərində keçirilmiş beynəlxalq konfranslarda ana və uşaqların qorunması haqqında deklarasiyaya imza ataraq Beynəlxalq KonvensiyayaÜmumdünya Deklarasiyasına qoşulmuşdur.

1995-ci ildə respublikamızda ailə sağlamlığı problemlərinin həlli ilə məşğul olan Ailə Sağlamlıq Mərkəzi, bu sahənin inkişafına xidmət edən qanunvericilik bazası yaradılmış və sonrakı illərdə daha da təkmillərdirilmişdir. Belə ki, 1997-ci il iyunun 26-da “Əhalinin sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, 2006-cı il sentyabrın 15-də Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı” təsdiq olunmuşdur. Proqramın məqsədi ana və uşaqların sağlamlığının möhkəmləndirilməsi, əhalinin reproduktiv sağlamlığının qorunması, sağlamarzuolunan uşaqların qorunması üçün zəruri şəraitin yaradılması, anauşaqlar arasında xəstələnmə və ölüm hallarının azaldılmasından ibarət olunmuşdur. Bu proqramın reallaşmasına dövlət büdcəsindən 2007-2009-cu illərdə 15,2 milyon, 2010-cu ildə isə 2,9 milyon manat vəsait ayrılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın, 2013-cü il oktyabrın 28-də “Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının qanununa dəyişiliklər edilməsi barədə”, eləcə də “Uşaqların icbari dispanserizasiyası haqqında” qanunun qəbulundan sonra respublikamızda ana və uşaqların sağlamlığının qorunması işində əhəmiyyətli dəyişikliklər baş vermişdir. Bundan əlavə, yeni doğulmuş uşaqların “Elektron sağlamlıq kartları” ilə təmin olunması, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası” və digər proqramların qəbul edilməsi, Bakıda Respublika Perintal Mərkəzinin, Naxçıvan, Şəki, Gəncə, Lənkəran, QubaSabirabadda Regional Perintal mərkəzlərinin yaradılması, tibb işçilərinin ixtisaslarının artırılması və digər tədbirlər səhiyyəmizdə aparılan islahatların əsasını təşkil edirbu sahəyə dövlətin xüsusi qayğısını əks etdirir. Ardıcıl olaraq həyata keçirilən həmin tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə də müsbət dinamika müşahidə olunur.

Heydər Əliyev Fondunun Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətləri də xüsusilə qeyd olunmalıdır. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə anauşaq sağlamlığının qorunması, talassemiyadanhemofiliyadan əziyyət çəkən körpələrin müalicəsi, bütövlükdə səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən geniş fəaliyyət proqramı ölkəmizdə bu sahənin inkişafında mühüm rol oynayır. Görülən işlərin nəticəsidir ki, son 10 ildə talassemiyadan ölüm dərəcəsi 5, hemofiliyadan isə ölüm dərəcəsi 2 dəfə azalıb. Bu cür xəstələr üçün 30 tondan artıq qan ehtiyatı yaradılıb. Fondun təşəbbüsü ilə ölkəmizdə, eləcə də xarici ölkələrdə əməliyyat olunan vətəndaşlarımızın da sayı az deyil.

2014-cü il iyunun 13-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi barədə” Sərəncam da şübhəsiz ki, indiyə qədər səhiyyə sisteminin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsinə, əhalinin sağlamlığının daha yüksək səviyyədə qorunmasına xidmət edəcək növbəti bir addımdır. Proqramda da qeyd olunduğu kimi, bu sahədə mühüm nailiyyətlər əldə olunsa da, hələ də ana və uşaqların sağlamlığının qorunmasında problemlər qalmaqdadır. Dövlət Proqramında mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması yolları müəyyən edilmiş, Proqramın məqsədi və vəzifələrinin qadın və uşaqlara göstərilən müalicə-profilaktik yardımların keyfiyyətinin yüksəldilməsindən, onların sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasından ibarət olduğu qeyd olunmuşdur.

 

Hər bir insanın fiziki gücü, zehni qabiliyyəti sözsüz ki, onun sağlam həyat tərzi, bir sözlə sağlamlığı ilə birbaşa bağlıdır. İnsanın sağlamlığı hər kəsin fərdi arzusu olması ilə yanaşı, eyni zamanda, dövlətin də əsas prinsiplərindəndir. Bu arzunun reallaşması isə daha çox hər bir insanın özündən asılıdır. Gəlin sağlamlığımızı qoruyaq!

 

Cavid Əkbərov,

İki sahil.-2015.- 13 avqust.- S. 8.