Prezident İlham Əliyev: Azərbaycan nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridir

 

Mərhələlər üzrə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında ölkənin bütün bölgələrini əhatə edən önəmli layihələrin reallaşdırılması bütünlükdə Azərbaycanın iqtisadi inkişafını şərtləndirir.

Əvvəllər qəbul olunmuş proqramların davamı olan və qarşıdakı illərdə görüləcək işlərin müəyyənləşdirildiyi üçüncü Dövlət Proqramında nəzərdə tutulan vəzifələr daha möhtəşəm, aktual, ictimai rəyə əsaslanan prioritetlərdir. 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda bu sənədlərin əhəmiyyətini yüksək dəyərləndirən Prezident İlham Əliyev demişdir: “Azərbaycanda isə keçən il ərzində bütün işlər müsbət istiqamətdə getmişdir. Azərbaycan inamla irəliyə gedir, dayanıqlı inkişaf təmin edilmişdir. Azərbaycan dünyada sabitlik adasıdır, inkişaf məkanıdır. Çünki Azərbaycanda xalqla iqtidar arasında birlik var, bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bizim atılan bütün addımlarımız Azərbaycanın inkişafına xidmət edir. Ölkəmizdə ictimai, siyasi vəziyyət sabitdir, iqtisadiyyata böyük həcmdə investisiyalar qoyulur və iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atılır. Yəni bu gün Azərbaycan nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridir və dünyada bizə olan maraq artır.”

Prezident İlham Əliyev ötən illərlə müqayisədə qazanılan nailiyyətləri statistik rəqəmlərlə də diqqətə çatdırdı: “2004-cü ildən bu günə qədər ümumi daxili məhsulumuz 3,4 dəfə artmışdır. Bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,7 dəfə artmışdır. On bir il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulmuşdur. 2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə, bu gün 50 milyard dollardan çoxdur. Görün, biz nə qədər ehtiyat yığmışıq. Baxmayaraq ki, bizim son illərdəki investisiya proqramlarımız çox genişmiqyaslıdır. Ancaq biz valyuta ehtiyatlarımızı ildən-ilə artırmışıq ki, ilk növbədə bu, bizə böyük inam verir, eyni zamanda, kredit reytinqlərimizi artırır və bununla bərabər bu, bir sığortadır, istənilən xoşagəlməz hadisəyə qarşı ciddi sığortadır.

Baxmayaraq ki, neftin qiyməti düşüb, böyük valyuta ehtiyatlarımız, düşünülmüş makroiqtisadi siyasət imkan verir ki, Azərbaycan vətəndaşları bu böhranı hiss etməsinlər.”

Prezident İlham Əliyevin neft kapitalının insan kapitalına, infrastruktur layihələrinin həllinə yönəldilmiş tövsiyələrinin reallaşması, önəmli islahatların məqsədyönlü həllinin, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının yerinə yetirilməsinin nəticəsidir ki, qeyri-neft sektorunda artım hiss olunur. Əsas odur ki, islahat və layihələrdə kəmiyyətdən çox keyfiyyətə üstünlük verilir. Dövlət Proqramlarının qəbulunda məqsəd özəl sektorun çoxluq təşkil etdiyi regionların iqtisadiyyatını gücləndirmək, əhalinin sosial təminatını ən yüksək inkişaf etmiş ölkələr səviyyəsinə qaldırmaqdır. Bakı və Bakı ətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramında bu sahəyə daha çox diqqət yetirilməsi dövlət siyasətinin əsas prioritetlərindən olan insanlara diqqət və qayğının təzahürüdür. Həyata keçirilən layihələrin nəticələri isə sevindiricidir. İnfrastruktur layihələrinin sürətləndirilməsi üçün ayrılan vəsaitlərin həcminin artırılması, yol tikintisinə xüsusi diqqət yetirilməsi ölkə əhalisinin rahatlığının təminatında vacib amildir. Strateji vəzifə isə biliklərə əsaslanan iqtisadiyyatın yaradılması və inkişaf etdirilməsidir. Düşünülmüş siyasətin nəticəsidir ki, reallaşan islahatlar nəticəsində dövlətçilik ənənələrini qoruyub saxlayan, güclü iqtisadi baza formalaşdıran, modernləşən Azərbaycan orta gəlirli ölkələr sırasından yüksək gəlirli ölkələr səviyyəsinə yüksəlir.

Bu tərəqqinin başlıca amillərindən söz açan Prezident İlham Əliyevin bildirdiyi kimi bunun üçün dövlətin strateji inkişaf proqramı, milli ideyası, dövlətin və millətin mövcudluğunun mənası, inkişafın məqsədləri aydındır və düşünülmüş icra mexanizmi fəaliyyətdədir. Yüksəliş yolundabələdçidəqiq konsepsiya, keyfiyyət, müasir texnologiyaların tətbiqi və əhalinin sosial müdafiəsinin yüksələn xətlə təminatıdır.

Regionların, qeyri-neft sektorunun inkişafı prioritet olmaqla, ilk növbədə infrastruktur layihələrindən, turizmin təkmilləşdirilməsindən başlayır. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanırsöyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkədə dinamik, kompleks inkişaf, regionlarda aparılan quruculuq, abadlıq işlərinin davam etdirilməsi, qeyri-neft iqtisadiyyatının inkişafının dövlət siyasətinin əsas istiqamətləri kimi diqqətdə saxlanılması bütünlükdə ölkənin ümumi tərəqqisinə təkan verir. Xüsusilə özəl sektora göstərilən siyasi, hüquqi, maddi dəstək, kreditlərin ayrılması, tikilməkdə olan iri obyektlərin istifadəyə verilməsi, sənayeləşmə siyasətinin uğurlu davamı, yeni iş yerlərinin açılması, yoxsulluq səviyyəsinin minimuma endirilməsi deməkdir. İnsanlara qayğının məntiqi nəticəsidir ki, müxtəlif rayonlarda məcburi köçkünlər üçün 47 yeni yaşayış kompleksi salınmış, 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılmışdır. Əlil və şəhid ailələri üçün 5 yaşayış binası istifadəyə verilmişdir.

Son günlərdə Prezident İlham Əliyevin sərəncamları ilə bölgələrdəki kəndarası yolların təmiri və çəkilişi üçün vəsaitlərin ayrılması insan amilinə diqqətin ifadəsidir. Prezident İlham Əliyev tövsiyə edir ki, təkcə magistral deyil, kəndarası yollar da abad, səliqəli olmalıdır. Yeni layihə əsasında təmiz, keyfiyyətli içməli suyun verildiyi, avtomobil, dəmir yollarının çəkilişinə diqqətin artırıldığı ölkəmizdə dəniz, hava nəqliyyatını tənzimləyən infrastrukturun yenilənməsi də əlverişli geosiyasi məkanda yerləşən Azərbaycan üçün əhəmiyyətlidir.

Üçüncü Dövlət Proqramının qəbulundan az sonra görülən işlər də deyilənləri təsdiqləyir. Ötən bir ildə 960 kilometr avtomobil yolu çəkilmiş, 30 körpü, yol ötürücüləri salınmış, 597 yaşayış məntəqələrini birləşdirən 1300 km uzunluğunda kəndarası yolların bərpası və yenilənməsi başa çatdırılmışdır. Prezident İlham Əliyevin iştirakı ilə bu günlərdə Siyəzən- Məşrif, Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun istifadə verilməsi yol nəqliyyatının inkişafı, dövlətin iqtisadi qüdrətinin göstəricisi olmaqla həm də yeni həyatın başlanması deməkdir.

Sənaye potensialından kompleks istifadə üçün əsas olan texnoparkların yaradılması milli iqtisadiyyatımızda yeniliklərdən biridir. Son illərdə iri sənaye və emal müəssisələrinin, fermer təsərrüfatlarının xeyli hissəsinin bölgələrdə açılmasında da məqsəd kənd və şəhərlərin infrastruktur mənzərəsini daha da yaxşılaşdırmaqdır. Dövlətin ayırdığı 240 milyon manat hesabına 19 rayonda 40 quşçuluq təsərrüfatı, 13 rayonda heyvandarlıq, 8 rayonda südçülük kompleksləri, 6 rayonda ət emalı müəssisələri yaradılmış, meyvə-tərəvəz emalı, bağçılıq və üzümçülük təsərrüfatlarının inkişafına da diqqət artırılmışdır.

Kənd təsərrüfatı ilielan olunan cari ildə aqrar sahənin sürətli inkişafı naminə qəbul olunan sənədlərdə qarşıya qoyulan vəzifələr daha möhtəşəm və mühüm əhəmiyyətlidir. Məqsəd sənaye və kənd təsərrüfatı mallarının ixracına, dünya bazarlarında Azərbaycanın ekoloji cəhətdən keyfiyyətli və çeşidli məhsullarına beynəlxalq marağın artırılmasıdır.

Bölgələrin inkişafı üçün potensial resurs həm də turizmdir. Əlverişli iqlim şəraiti və təbii gözəllikləri, mənzərələri ilə göz oxşayan Azərbaycanın turizm potensialından istifadə etməklə iqtisadiyyatın ən gəlirli sahələrindən sayılan bu sahənin inkişafı üçün bölgələrdə yaradılan şərait beynəlxalq standartlara uyğunlaşdırılır. Ölkəyə turist axınının sürətləndirilməsi yollarından danışan Prezident İlham Əliyev ilk növbədə turizmin inikşafında əsas məsələ olan otellərin qiymətlərinin tənzimlənməsi, vizaların verilməsi qaydalarında şəffaflığın artırılmasını diqqətə çatdırdı. I Avropa Oyunları zamanı ölkəmizə gələn qonaqların Azərbaycanın əsrarəngiz təbiəti, gözəllikləri barədə açıqlamaları, hamını heyrətləndirən bölgələrin inkişafı həyata keçirilən düşünülmüş siyasətin məntiqi ifadəsidir. “Əminəm ki, Avropa Oyunlarından sonra turistlərin Bakıya, Azərbaycana axını daha da artacaq.

Buraya gələn qonaqlar Bakının gözəlliyinə, rahatlığına, təhlükəsizliyinə valeh olublar. Qeyd etməliyəm ki, bu məsələlər qonaqların daim diqqət mərkəzində idi. Biz, əlbəttə, çalışmalıyıq ki, turistlərin sayını artıraq. Avropa Oyunları gözəl bir imkan, bir təqdimat idi. Qonaqlar bizim imkanlarımızı öz gözləri ilə gördülər” söyləyən Prezident İlham Əliyevin əsas tövsiyələrindən biri də regionların inkişafında real potensial olan turizmin inkişafına diqqətin artırılmasıdır. Son illərdə bu istiqamətdə önəmli addımlar atılıb. Regionlarda beynəlxalq standartlara cavab verən otellərin tikintisi davam etməkdədir. Beynəlxalq əhəmiyyətli “Qalaaltı” müalicə və istirahət kompleksinin açılışında qeyd olunduğu kimi, turizmin inkişafında böyük əhəmiyyətə malik “Şahdağ” Xizək Mərkəzində, Naftalan, Qəbələ, Quba və Naxçıvanda gözəl şərait yaradılıb.

 

Xuraman İsmayılqızı,

 

İki sahil.- 2015.- 27 avqust.- S. 2.