Mohsen Şarifian: Festivallar müxtəlif xalqların mədəniyyətlərini bir-birinə yaxınlaşdırır

 

Festivalda iştirak etməyimizdən çox məmnunuq. Belə festivallar müxtəlif xalqların mədəniyyətlərini bir-birinə daha da yaxınlaşdırır, birləşdirir.

Bu fikirləri Şəkidə keçirilənNağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalının iştirakçısı, İranınLianfolklor musiqi qrupunun rəhbəri Mohsen Şarifian AZƏRTAC-a müsahibəsində deyib.

Festivalın yüksək səviyyədə təşkil olunduğunu vurğulayan iranlı musiqiçi deyib: “Festivalın keyfiyyətinə söz ola bilməz. Biz bu festivalda müxtəlif xalqların ritmləri, mədəniyyətləri ilə yaxından tanış olduq, məşhur ritm ifaçıları ilə ünsiyyət qurduq. Biz özümüzü ritmlərin əhatəsində tapırıq”.

Şəkidə ilk dəfə olduqlarını, şəhərin qədim memarlıq abidələrinin onda böyük maraq doğurduğunu bildirən Mohsen Şarifian deyib: “Ən başlıcası odur ki, şəhərin sakinləri çox qonaqpərvər, mehriban və istiqanlıdırlar. Tam əminliklə deyə bilərəm ki, Şəki şəhəri Azərbaycanın ən tanınmış turizm mərkəzlərindən birinə çevrilməkdədir”.

Xatırladaq ki, Lianmusiqi qrupunun rəhbəri Mohsen Şarifianney-anbanalətində ən yaxşı ifaya görə 7 dəfə müxtəlif beynəlxalq festivalların mükafatlarına layiq görülüb.

 

İki sahil.-  2015.- 27 avqust.- S. 7.