Təhsil strategiyası
böyük
perspektivlər vəd edir
Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasının rektoru,
Milli
Məclisin deputatı Ağacan
Abiyevin www.yap.org.az saytına
müsahibəsi
- Ağacan müəllim, yanvarın 19-da Azərbaycan
Prezidenti İlham Əliyev «Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə
Dövlət Strategiyası»nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət
Planının təsdiq
olunması haqqında
Sərəncam imzalayıb.
Sizcə,
bu sənəd təhsilimizin inkişafına
hansı töhfələr
verəcək?
- Ulu öndərimiz, müstəqil Azərbaycanın
qurucusu Heydər Əliyev hələ Sovetlər dönəmində
Azərbaycanda təhsilə
və idmana çox böyük diqqət yetirirdi. Ulu öndərin müəllim adına
göstərdiyi hörmət
hamıya məlumdur. Bu gün də
Ulu öndərin layiqli davamçısı,
Prezidentimiz cənab İlham Əliyev bütün sahələrdə
olduğu kimi təhsil və idmana çox böyük diqqət və qayğı göstərir. Ölkə Prezidenti
İlham Əliyev
2013-cü ildə “Azərbaycan
Respublikasında təhsilin
inkişafı üzrə
Dövlət Strateqiyasi”
haqqında Sərəncam
imzalamışdır.
Biz təhsil işçiləri bu gün və gələcək işlərimizi
bu strategiyanın uğurla aparılması üçün bütün
bilik, bacarıqlarımızdan
istifadə etməliyik. Heç bir təhsil işçisi, tutduğu vəzifədən və rütbəsindən asılı
olmayaraq kənarda qalmamalıdır. Bu strategiyanın davamlı inkişafı, qələbəsi
hər bir azərbaycanlı ziyalısının
başlıca vəzifələrindən
biri olmalıdır.
Bax burada vətənpərvərlik
də var, tələbələrimizin gələcəyi
haqqında, təhsilimiz
haqqında düşünmək
də var.
Strategiyada
bu gün ölkəmizdə təhsilin
vəziyyəti, onun keyfiyyəti, əhatəliyi
və məzmunu haqqında geniş məlumat verilir və gələcək hədəflər göstərilir. Burda tədris metodikalarından
başlayaraq təhsilin
müasir standartlarına
cavab verən infrastrukturunun və resurslarının yaradılması
yolları göstərilir.
Strategiyada
qloballaşan dünyada
təhsil sisteminin idarə olunmasında yeni tədris texnologiyalarından, beynəlxalq
təcrübə və
standartlarından istifadənin
vacibliyi vurğulanır. Əsas strateji hədəf isə nəzəri bilikli və yüksək təcrübi
bacarığı olan
gənc, müasir beynəlxalq standartlara cavab verən ixtisasçı hazırlamaqdır.
Bir sözlə, təhsil strategiyası böyük
perspektivlər vəd
edir.
Bunun
üçün tədris
proqramlarına yeni, müasir nöqteyi nəzərdən baxmaq lazımdır. Elə
fənlər var ki, məsələn təbiət elmlərində,
məzmunca əsaslı
dəyişiklik aparmaq
düzgün olmazdı,
məsələn riyaziyyat,
fizika, kimya, anatomiya, fiziologiya, psixologiya və s. , amma bu fənlərin
tədrisinin metodikasından,
müasir pedaqoji fəndlərdən, ən
başlıcası isə
yeni Avropa təhsil sistemində qəbul olunmuş, təhsilalanın biliklərinin
qiymətləndirməsi metodikasından
istifadə etməliyik.
Ancaq bu yolla biz Avropaya
tələbələrimizin səviyyəsinin nə dərəcədə olduğunu
göstərə bilərik.
- Prezident İlham Əliyev bugünlərdə
«Dövlət ümumi
təhsil müəssisələrində
çalışan bilik
və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi
aparılan müəllimlərin
dərs yükünün
və əməkhaqqının
artırılması haqqında»
Sərəncam imzalayıb.
Sizcə,
bu sərəncam müəllimlərin maddi
təminatının yüksəlməsi
ilə yanaşı tədrisin keyfiyyətinə
nə dərəcədə
təsir göstərəcək?
- Ölkə Prezidentinin, müəllimlərin əmək
haqqlarının və
dərs yükünün
artırılması barədə
imzaladığı sərəncamının
iki tərəfli müsbət mənası
var. Əvvəla, attestasiyadan
yaxşı göstəricilərlə
çıxmış müəllimin
əmək haqqı artırılır, ikinci tərəfdən bu bacarıqlı, bilikli müəllim daha cox şagirdlərlə dərs aparması üçün onun tədris yükü artırılır. Bu sərəncam bizim müəllimlərimizin öz
üzərində işləmələrinə
təkan verəcək,
yekunda isə şagirdlərimiz yüksək
səviyyədə bilik
əldə edə biləcəklər. Dünya, həyat
yüksək sürətlə
dəyişir, inkişaf
edir. Hər bir ixtisasçı,
xüsusən müəllim
heyyəti bu inkişafdan geri qalmamalıdırlar. Mənə belə
gəlir ki, hörmətli Prezidentimizin
bu sərəncamı,
təhsilimizə hər
tərəfli dəstək
olacaq.
- Ağacan müəllim, ölkəmizdə idmanın
inkişafı ilə
bağlı fikirlərinizi
bilmək istərdik. Sizcə, ötən il bu sahədə nə kimi uğurlarla yadda qaldı?
- Azərbaycan idmanının
inkişafı barədə
çox danışmaq
olar. Ən fərəhli hal
odur ki, Azərbaycan idmanının
inkişafı və uğurları haqqında təkcə biz yox, artıq dünya idman hərəkatının
aparıcı xadımləri
deyirlər, təsdiq edirlər. Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hiki Masallı Olimpiya Kompleksinin açılışında demişdi:
“Mən indi görürəm ki Azərbaycan doğrudan da Avropanın Olimpiya mərkəzlərindən
birinə çevrilmişdir.”
Baxın,
elə I Avropa Oyunlarının Bakıda
keçirilməsinin səbəbini
AOK prezidentının çıxışından
açıq-aydın görmək
olur.
İdmançılarımız
bu oyunlara böyük əzmlə hazırlaşırlar. Bu mənada başa vurduğumuz 2014-cü il, idmançılarımız
üçün növbəti
uğurlu illərdən
biri oldu. Bütün beynəlxalq çempionatlar
və turnirlərdə
idmançılarımız 805 medal qazanmışlar ki, bu ondan əvvəlki
ilin nəticəsindən
60 medal çoxdur. 2014-cü
ilin ən böyük çempionatı
Nankində (ÇXR) keçirilən
gənclərin olimpiya
oyunları idi və gənclərimiz möhtəşəm nəticə
göstərdilər. 200
iştirakçı ölkə
arasında Azərbaycan
komandası 12 medalla
(5-qızıl, 6-qümüş, 1-bürünc) 10-cu yerdə qərarlaşdı.
Bax budur, bizim uğurlu
idman gələcəyimiz.
Bundan əlavə, güləşçilərimiz Dünya kubokunda 2 yer, taekvondoçularimız
Dünya çempionatında
2 qızıl medal qazanıblar,
boksçularımızdan Ruslan
Rustamov Avropa çempionu, gənclərimiz
Dünya və Avropa çempionatlarının
hər birində 2 bürünc medallar qazanmışlar.
- Bəs ölkəmizin I Avropa Oyunlarına hazırlığını necə
qiymətləndirirsiniz?
- Ölkəmizin I Avropa
oyunlarına hazırlığı
çox yüksək
qiymətləndirilir. Yenə
də, mən Avropa idman xadimlərinin
sözü ilə desəm, Avropa Oyunlarına hazırlıq
Milli Olimpiya Komitəsinin, Gənclər
və İdman Nazirliyinin və xüsusilə Təşkilat
Komitəsinin sədri,
ölkəmizin birinci
xanımı, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin
üzvü, Azərbaycan
Gimnastika Federasiyasının
prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə yüksək hazırlıq
işləri aparılır.
Proqrama daxil olan bir
neçə idman kompleksləri, Olimpiya kəndi artıq hazırdır, qalanları
isə başa çatmaq üzrədir.
Yenə də, Patrik Hikinin sözü ilə desək Bakıda keçiriləcək
bu idman tədbiri Avropa Oyunlarının ən birincisi və gələcəkdə də
ən yaxşısı
olacaqdır. Biz buna əminik!
İki
sahil.- 2015.- 4 fevral.- S.8.