Ölkənin ictimai-siyasi həyatında qadınların
fəallığı yüksək səviyyədə
təmin edilir
Müsahibimiz Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədr müavini, Milli Məclisin deputatı Sevinc Hüseynovadır
Günbəgün inkişaf
edən, qüdrətlənən
Azərbaycanda gender bərabərliyi yüksək səviyyədə
qorunmaqdadır. Qadınlarımızın
ölkənin ictimai-siyasi həyatında
fəallığı yüksək səviyyədədir. İstər parlamentdə, istər bələdiyyələrdə, istərsə də digər orqanlarda
təmsilçilik faizləri artan qadınlarımız Azərbaycanın
inkişafına öz töfhələrini
verməkdədirlər. Yeni Azərbaycan
Partiyası Qadınlar Şurasının sədr müavini, Milli Məclisin deputatı Sevinc
Hüseynova ilə söhbətimiz də bu kimi məsələlər
ətrafındadır.
-
Sevinc xanım, Azərbaycan qadınlarının bu gün ölkənin ictimai-siyasi həyatında fəaliyyətini
necə şərh edərdiniz?
- Bildiyiniz
kimi, Azərbaycanda qadın siyasəti
dövlət siyasətinin əsas prioritetlərindəndir. Xalqımızın dahi lideri Heydər Əliyevin xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışından sonra sərəncamı
əsasında ilk
yaradılan dövlət qurumlarından biri
də məhz Qadın Problemləri üzrə Dövlət
Komitəsi oldu. Bundan
sonra da çoxlu sayda sərəncam
və qərarlar qəbul olundu ki, bunlar ölkənin ictimai-siyasi həyatında
qadınlarımızın fəallığını təmin
etdi. Bu gün artıq bizim
qadınlarımız ölkənin ictimai-siyasi
həyatında fəal mövqe tutur. Ulu öndər Heydər Əliyevin
yaradıcısı olduğu, hazırda nəinki
ölkənin, regionun aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan
Partiyasının sıralarında birləşən 650 mindən artıq üzvün böyük əksəriyyətini
qadınlar təşkil edir. Ümummilli lider Heydər
Əliyev partiya sıralarında
qadınların və gənclərin böyük
çoxluq təşkil etməsini vacib amil kimi
önə çəkmişdir. Məhz bu
diqqət və qayğının nəticəsidir ki, YAP Qadınlar Şurası
yaradılmışdır. Sevindirici
haldır ki, YAP sıralarında
qadınların sayı yetərincədir. Kiçik
bir müqayisə aparsaq
şahid olarıq ki,
istər yerli özünüidarəetmədə,
istərsə də qərar qəbul etmədə qadınlar
kifayət qədər aktivlik nümayiş etdirir. Məlum olduğu kimi, Yeni Azərbaycan
Partiyası dövlət başçısı İlham Əliyevin
tapşırığına uyğun olaraq, son parlament
və bələdiyyə seçkilərində
qadınların təmsilçilik faizlərinin
artırılması istiqamətində ciddi
səylər göstərdi və nəticə də göz qabağındadır. Əgər
2004-cü ildə yerli özünüidarəetmədə
qadınlarımızın sayı 3-4 faiz
idisə, son bələdiyyə
seçkilərində bu rəqəm 30 faizə
çatdı. Parlament tərkibinin isə 16 faizini
qadınlar təşkil edir. Demək olar ki, əksər rayon İcra Hakimiyyəti
başçılarının bir müavini qadındır. Vətəndaş cəmiyyətində
də qadınlar fəal mövqe tuturlar, hazırda 200-dən artıq qadın
Qeyri-Hökumət Təşkilatı fəaliyyət göstərir.
Eyni zamanda
sahibkarlıq sahəsində də qadınlarımız iştirak edirlər.
- Yeni Azərbaycan Partiyasında qadınların ictimai-siyasi fəallığının artırılması istiqamətində hansı tədbirlər həyata keçirilir?
- Demək olar ki, Yeni Azərbaycan Partiyası mütəmadi olaraq qadınların ictimai-siyasi proseslərdə fəal mövqe tutması ilə bağlı işlər aparır. Partiyanın Qadınlar Şurasının qurultayından sonra respublikada bütün Qadınlar Şurasının rəhbərləri ilə bağlı ayrıca Respublika Müşavirəsi keçirildi və bu müşavirədə qarşıda duran vəzifələr nəzərdən keçirilərək tədbirlər planı hazırlandı. Son bələdiyyə seçkilərində YAP Qadınlar Şurası bölgələrdə maarifləndirici tədbirlər keçirdi, qadın namizədləri dəstəkləməklə yanaşı qadınlarımızın seçkilərdə fəal iştirak etməsini təşviq etdi. Partiyamızın məqsəd və vəzifələrinə uyğun olaraq müxtəlif səpkidə işlər aparılmaqdadır. Xeyriyyəçilik tədbirləri təşkil olunur, vətənpərvərlik ruhunun aşılanması və digər məsələlərlə bağlı layihələr həyata keçirilir. Qadınlarımız tez-tez cəbhə bölgələrinə, hərbi hissələrə səfərlər edir, şəhid ailələri ilə görüşür, ahıl və uşaq evlərində olurlar. Bundan başqa qadınlarımız Azərbaycanı dünyanın müxtəlif ölkələrində təmsil edir, Dağlıq Qarabağ münaqişəsini dünya ictimaiyyətinin diqqətinə çatdırır, Azərbaycanın milli adət-ənənələrini tanıdırlar.
- Milli Məclisin sosial siyasət Komitəsinin üzvü kimi, ölkəmizdə bu sahədə həyata keçirilən siyasətlə bağlı fikirlərinizi bilmək istərdik...
- Bu gün Azərbaycanda prioritet olan sahələrdən
biri də sosial sahədir. Bu sahə hər zaman Prezidentimiz İlham Əliyevin diqqətindədir.
Dövlət başçısı
İlham Əliyev daim bildirir ki, iqtisadi
tərəqqi güclü
sosial siyasətlə tamamlanmalıdır. Dövlət büdcəmiz sosial yönümlüdür. Bu
isə o deməkdir ki, ölkədə sosial-siyasət yüksək
səviyyədə həyata
keçirilməkdədir. Ümumən
ölkə Prezidentinin
yürütdüyü siyasətin
kökündə Azərbaycan
vətəndaşlarının rifah halının yaxşılaşdırılması amili dayanıb. Məhz bu baxımdan
Azərbaycanda həyata
keçirilən hər
bir iş vətəndaşların daha
da yaxşı yaşamasına hesablanır.
Bu günlərdə “Regionların
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrasının birinci
ilinin yekunlarına həsr olunan konfransda səsləndirilən
rəqəmlər bir
daha ölkəmizin bugünkü inkişaf səviyyəsinə və
qarşıda duran vəzifələrə işıq
saldı. Bu
fikri dövlət başçısı İlham
Əliyev böyük
inam və qətiyyətlə bildirdi
ki,
bu gün Azərbaycan nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən
biridir və dünyada bizə olan maraq artır. Dövlət başçısı İlham
Əliyev konfransda
bu inamı da ifadə etdi
ki, 2015-ci il də ölkəmizdə
uğurlu il kimi tarixdə qalacaq. Dövlətimizin siyasətində insan amilinə verilən dəyər beynəlxalq
səviyyədə də
yüksək dəyərləndirilir.
Hər sahə üzrə konkret Dövlət Proqramlarının
qəbulu və onların xalq tərəfindən dəstəklənməsi fonunda icrası ölkənin hərtərəfli inkişafını
sürətləndirir. Azərbaycanı qarşıdakı illərdə inkişaf etmiş ölkələr
sırasında görmək
istəyimiz məhz bugünkü uğurlarımıza
əsaslanır. Bütün bunlar onu təsdiqləyir
ki, bu gün dünyada nadir Azərbaycan inkişaf modeli var.
- Deputat seçildiyiniz Gədəbəy rayonunda aparılan abadlıq-quruculuq
işləri haqqında
nə deyə bilərsiniz?
- Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin
mühüm üstünlüklərindən
biri də regionların malik olduğu potensialdan səmərəli istifadənin
həyata keçirilməsidir. Bu məqsədlə təsdiqlənən regionların
sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramları uğurla icra edilir. Artıq üçüncü
Proqramın icrası həyata keçirilir. Bu səbəbdən
digər rayonlarda olduğu kimi, Gədəbəydə də
böyük və sürətli abadlıq-quruculuq,
yenidənqurma işləri
görülməkdədir. Əminliklə deyə bilərəm ki, görülən işlər
nəticəsində rayonun
siması tamamilə dəyişib,
yeniləşib.
Rayona gedən magistral
yol sərhəd kəndi olan Qaravəllər kəndinə
kimi asfaltlanıb, hazırda isə kəndarası yolların
salınması istiqamətində
işlər aparılır.
Çoxlu sayda mədəniyyət,
təhsil, səhiyyə
və digər sosial obyektlər tikilərək istifadəyə
verilib. Xüsusi olaraq qeyd etməliyəm ki, rayonda 85 ümumtəhsil müəssisəsi var ki, bunlardan yalnız
dördü birtipli layihələr üzrə
tikilmiş məktəblər
idi. Qalan bütün məktəblər
isə uyğunlaşdırılmış
binalarda yerləşirdi.
Bu gün isə 70-dən
çox məktəbdə
təmir-tikinti və yenidənqurma işləri
aparılaraq, günün
tələblərinə cavab
verən səviyyədə
təchiz olunaraq şagirdlərin
istifadəsinə verilib.
Həmçinin tibb məntəqələri,
ATS, poçt binaları,
mədəniyyət evləri,
klublar və digər obyektlərdə təmir-tikinti işləri
aparılıb. Respublikada yeganə
olaraq Aşıq Mərkəzi məhz Gədəbəy rayonunda yüksək standartlara uyğun səviyyədə
tikilərək istifadəyə
verilib. Bundan başqa yüksək
zövqlə Yaşıl
teatr, park, idman kompleksi, şahmat məktəbi və çox sayda binalar, mərkəzlər
tikilərək sakinlərin
ixtiyarına verilib.
Əvvəllər tez-tez
qəzaların baş
verdiyi və əhali arasında “qanlı körpü” adlanan şəhər girişindəki körpü
tamamilə yenidən tikildi, Novosaratovka kəndində təhlükəli
vəziyyətdə olan
körpü əsaslı
təmir olundu, hansı ki, bunlar böyük məbləğdə
maliyyə tələb
edən layihələr
idi. Bu cür
tədbirlər çoxdur.
Digər
bir mühüm addım isə rayon əhalisinin içməli
su ilə təmin olunması istiqamətində həyata
keçirilən tədbirlərdir.
Ötən ilin sonunda “Azərbaycanın 6
rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” layihəsi” çərçivəsində
Gədəbəy şəhərinin
su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə
başlanılması münasibətilə
təməlqoyma mərasimi
keçirildi. İşlər yekunlaşdıqdan sonra
rayon əhalisi 24 saat içməli su ilə təmin olunacaq. Sözsüz
ki, bütün bu görülən işlər əhali tərəfindən yüksək
qiymətləndirilsə də,
öz həllini gözləyən müəyyən
problemlər də
yox deyil. İndi insanları narahat edən əsas məsələ yaşayış
məntəqələrinin təbii qazla təmin edilməsi, kəndarası yolların
və keçidlərin
təmir olunmasıdır.
Rayonda bir neçə kəndlərarası yol var ki, onların
təmirə, yenidən
qurulmasına ehtiyac
var. Sözsüz ki, bu məsələlər də həllini tapacaq. Amma bütün işlər
Dövlət Proqramı
çərçivəsində, mərhələli şəkildə
həyata keçiriləcək.
Əgər biz 10-15 il əvvəl əsas magistral yolun asfalt olunmasını
istəyirdiksə, artıq
bu gün kəndarası yolların
təmirini istəyirik.
Bu amilin özü
də inkişafın
bir göstəricisidir.
Heç
kimin şübhəsi
olmasın ki, Azərbaycan qarşıdakı
illərdə daha da güclənəcək,
inkişaf edəcək
və bütün problemlər həll olunacaq. Bu gün paytaxt və bölgələr arasında fərqin müəyyən mənada
aradan götürülməsi
də iqtisadi inkişafa, tərəqqiyə əsaslanır.
- Sevinc xanım, ölkəmizin
iqtisadi inkişafı
bu gün onun beynəlxalq əhəmiyyətli tədbirlərin
keçirilməsi üçün
əsas məkana çevrilməsində də
əhəmiyyətli rol
oynayır. Azərbaycan
bu il I Avropa Oyunlarına ev sahibliyi edəcək. Sizcə bu kimi tədbirlər
ölkəmizə nə
vəd edir?
- Təbii ki, belə bir tədbirin
Bakıda keçirilməsi
ilk olaraq Azərbaycanın
yüksək iqtisadi inkişafından xəbər
verir. Artıq Azərbaycan beynəlxalq
tədbirlərin tez-tez
keçirildiyi bir ölkəyə çevrilib. Azərbaycan yeni iqtisadi və sosial çağırışların müzakirə olduğu məkan olmaqla yanaşı, eyni zamanda beynəlxalq aləmdə idman ölkəsi kimi də tanınır və nüfuz qazanır. Ölkəmizin
bu il
I Avropa Oyunlarına ev sahibliyi etməsi
də bunun göstəricilərindəndir. Hər bir tədbir Azərbaycan reallıqlarının
təbliğində əhəmiyyətli
rola malikdir. Ölkəmizə gələn
qonaqlar Azərbaycan
haqqında təsəvvürlərində
hər zaman müsbət mənada dəyişiklik edirlər.
Onlar ölkəmizin iqtisadi inkişafından, gözəlliyindən
heyrətlənir, insanların
yüksək rifah şəratində yaşadığının
şahidi olurlar.
Təbii
ki, hər bir uğur böyük
səylərin, qətiyyətin
nəticəsidir. Azərbaycan daim
inkişafa, tərəqqiyə,
yeniliyə meyil göstərir. Bu yarışın ölkəmizdə
keçirilməsinin ən
maraqlı və qürurverici tərəflərindən
biri də odur ki, möhtərəm
Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Birinci
Avropa Oyunlarının
standartları məhz
Azərbaycanda müəyyənləşəcək.
Təşkilat komitəsinin
sədri Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə dünyanın müxtəlif ölkələrində keçirilən
Avropa Oyunlarının
təqdimatı ilə
bağlı tədbirlər
bu möhtəşəm
beynəlxalq tədbirin
də “Eurovision”
mahnı yarışması kimi yüksək səviyyədə
keçiriləcəyinə və tarixdə öz yerini tutacağına böyük
inam yaradır. Hər birimiz Azərbaycanın
bu yarışlar ərəfəsində ən
yaxşı səviyyədə
təbliğ edilməsinə
dəstək verməliyik.
Taleh Bağırov
İki sahil.- 2015.- 4 fevral.- S.14.