Sahibkarlığın inkişafına

dövlət dəstəyi bəhrəsini verir

 

Ölkədə kiçikorta sahibkarlığın inkişaf etdirilməsi priolitet olaraq qalır. Bu baxımdan xüsusilədə, kənd təsərrüfatının, onun ayrı-ayrı sahələrinin inkişafı həmişə diqqət mərkəzindədir.

Yeni iqtisadi münasibətlərə keçid, özəl sektorun yaradılması və inkişaf etdirilməsi ona əlverişli maliyyə dəstəyi verə biləcək milli maliyyə qurumunun yaradılması və onun inkişaf etdirilməsi daim qarşıya qoyulan məqsədlərdən olub. Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun yaradılması ilə sahibkarlığa, o cümlədən kiçikorta biznesə dövlət büdcəsinin vəsaiti hesabına güzəştli kreditlər verəcək ilk maliyyə qurumunun əsası qoyulub.

Bu ilin ötən dövrü ərzində ölkə üzrə 288 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 5,3 milyon manat güzəştli kredit yönəldilib ki, bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması xeyli sayda yeni yerlərinin yaradılmasına imkan verib.

Ötən ildə isə sahibkarlığın inkişafına 295 mln. manat güzəştli kredit verilib. Bu kredit hesabına 5570-ə yaxın sahibkarlıq subyektinin investisiya layihəsi maliyyələşdirilib. Bu layihələrin reallaşdırılması 12500-dən çox yeni yerinin açılmasına imkan yaradır. Ötən illə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 24,6% artırıb. Güzəştli kreditlərin 77%-i respublikanın regionlarının, 23%-i isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşüb.

Güzəştli kreditlər əsasən müasir heyvandarlıq və istixana kompleksləri, iri fermer təsərrüfatları, logistik mərkəzlər, ixtisaslaşdırılmış “yaşıl market”lər, çörək zavodları, quşçuluqintensiv bağçılıq təsərrüfatları, yem zavodları, tikinti materiallarının istehsalı müəssisələri, mis emalı, istixana konstruksiyaları və meyvəqurutma avadanlıqlarının istehsalı, meyvə və tərəvəz emalı müəssisələri və iqtisadiyyatın digər prioritet sahələri üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib. Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş yeni texnologiyalara əsaslanan 40-a yaxın istehsal, emalaqrar sektora xidmət infrastrukturu müəssisəsi istifadəyə verilib. O cümlədən, 2014-cü il “Sənaye ili”ndə 27 yeni sənaye müəssisəsinin yaradılması yönümlü investisiya layihəsinin maliyyələşdirilməsinə 69,2 mln. manat güzəştli kredit verilib. Bundan başqa müxtəlif sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı məhsullarının emalı, xidmət (infrastruktur) sahələrinin inkişafı sahələri də fond tərəfindən maliyyələşdirilən sahələr arasındadır.

Hazırda Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın, sağlam rəqabətin və əmtəə bazarının inkişafını, yeni yerlərinin yaradılmasını təmin edən sahə və regional proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında və həyata keçirilməsində aktiv iştirak edir. Bura xüsusən də ölkə iqtisadiyyatının hər tərəfli inkişafını təmin edən sahələrə üstünlük verilməsini qeyd etmək olar.

Bugünkü gündə sahibkarlığın inkişafına verilən dövlət dəstəyi südlük və ətlik istiqamətli cins heyvandarlıq komplekslərinin, quşçuluq təsərrüfatlarının yaradılması və ya bərpası, ət kəsimi və emalı müəssisələrinin yaradılması, çörək istehsalı zavodlarının tikilməsi, iri taxılçılıq və ya toxumçuluq təsərrüfatlarının , üzümçülük təsərrüfatlarının və üzüm emalı müəssisələrinin, istixana komplekslərinin, intensiv bağçılıq və ya tingçilik təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması, meyvə-tərəvəz və taxıl tədarükü, saxlanması satışı məqsədi ilə soyuducu anbar və taxıl anbarı komplekslərinin yaradılması istiqamətində xüsusilə hiss olunur.

Ümumiyyətlə, ölkədə aparılan uğurlu iqtisadi islahatlar nəticəsində Azərbaycanın maliyyə-kredit sistemi iqtisadiyyatın inkişafına müsbət təsirlərini göstərir. Eyni zamanda hazırda həyata keçirilən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və digər proqramlar makroiqtisadi sabitliyin qorunub saxlanılmasına, iqtisadiyyatın şaxələnməsinə, özəl bölmənin inkişafı üçün əlverişli investisiya və rəqabət mühitinin formalaşdırılmasına imkan yaradır.

 

Ceyhun Piriyev

 

İki sahil.- 2015.- 12 fevral.- S.23.