İnformasiya cəmiyyətinin
inkişaf etdirilməsi günün
tələbidir
Son illərdə ölkədə informasiya cəmiyyətinin bərqərar olması və bunun tərkib hissəsi kimi İKT-nin geniş tətbiq edilməsi istiqamətində sistemli fəaliyyət aparılır
XXI əsr informasiya əsri kimi səciyyələndirilir. İnkişaf etmiş cəmiyyətlərdə
informasiya başlıca
idarəetmə vasitəsi
olaraq informasiya-kommunikasiya
texnologiyalarının inkişafına
xüsusi diqqət yetirilir. Bu əsr
informasiya cəmiyyətinin
yaradılması, zəngin
təbii sərvətlərin
insan kapitalına çevrilməsi və yüksək intellektual səviyyənin formalaşması
baxımından keyfiyyətcə
yeni eranın başlanğıcı hesab
olunur. Sürətlə inkişaf edən
dünyanı bu gün ən müasir informasiya və kommunikasiya texnologiyaları-internet, yüksək
texnologiyalar və qlobal rabitə imkanları olmadan təsəvvür belə
etmək mümkün
deyil. Məhz müasir dövrdə
insanları düşündürən
ən aktual məsələ-telekommunikasiya və
informasiya texnologiyaları
sahəsində inqilabi
dəyişikliklər etməklə
əlçatmaz zirvələri
fəth etməkdir.
Ümumiyyətlə,
informasiya cəmiyyətinin
əsas mənası bütün insanların informasiya, bilik tələbatını ödəməkdən,
onların arasında sosial kommunikasiya mühiti yaratmaqdan, bilik və düşüncələrini,
istədikləri məlumati
ictimaiyyətə çatdırmaqdan
ibarətdir. Onun əsas
məqsədi informasiya
bolluğunun yaradılması
və bu prosesin köməyi ilə bir tərəfdən
bəşəriyyətin qarşısında
duran problemləri həll etmək, digər tərəfdən
isə cəmiyyətin
inkişafını təmin
etməkdir.
Yəni informasiya
cəmiyyəti elə
bir cəmiyyətdir ki, burada əhalinin
böyük hissəsi
müasir informasiya texnologiyalarından istifadə
etməklə informasiyanın,
ən əsası isə onun ali forması olan biliyin istehsalı,
saxlanması, emalı
və ötürülməsi
ilə məşğul
olur. Son dövrlər
Azərbaycanda informasiya
texnologiyalarının kütləviləşməsi,
bu sahənin inkişafı üçün
nəzərəçarpacaq addımlar atılıb, dövlətin ciddi dəstək və qayğısı nəticəsində
uğurlar əldə
olunub.
Son illər Azərbaycanda aparılan uğurlu siyasətin nəticəsi olaraq həyata keçirilən
irimiqyaslı, layihələr,
islahatlar sayəsində
iqtisadi və sosial sahələrdə böyük nailiyətlər
əldə edilib. Əhalinin rifahının yüksəlməsi
ilə xarakterizə olunan bu inkişaf
ölkənin beynəlxalq
nüfuzunu və iqtisadi potensialını artırmaqla bərabər
dünyada bərabərhüquqlu
subyekti kimi çıxış etməsinə
və inkişaf etmiş ölkələr
sırasına daxil olmasına möhkəm zəmin yaradıb.
Bu siyasətin davamlı
və dayanıqlı
olmasını prioritet
edən istiqamətlərdən
biri də informasiya-kommunikasiya texnologiyalarının
(İKT) sosial-iqtisadi sistemin
bütün sahələrinə,
insanların gündəlik
fəaliyyətinə sürətlə
nüfuz etməsi və ictimai-iqtisadi münasibətlərin ayrılmaz
tərkib hissəsinə
çevrilməsidir.Son illərdə
ölkədə informasiya
cəmiyyətinin bərqərar
olması və bunun tərkib hissəsi kimi İKT-nin geniş tətbiq edilməsi istiqamətində sistemli fəaliyyət aparılır.Bu
gün informasiya texnologiyaları Azərbaycanda
daxil olmaqla bütövlükdə dünya
elminin prioritet istiqamətlərindən biridir.
Dünyanın inkişaf etmiş
ölkələrinin təcrübəsi
sübut edir ki, elm, təhsil və iqtisadiyyatı əhatə edən sistemli siyasət hər bir ölkənin
davamlı və dayanıqlı inkişafının
başlıca təminatçısıdır.
Bu siyasətin aparıcı qüvvəsi
olan informasiya-kommunikasiya
texnologiyaları (İKT) son illər sürətlə
inkişaf edərək
bütün sahələrdə
və gündəlik həyatda insan fəaliyyətinin, sosial-iqtisadi
münasibətlərin tərkib
hissəsinə çevrilir.
İKT-nin ən
yeni nailiyyətləri
idarəetmə, təhsil,
səhiyyə, biznes, turizm və bank xidməti kimi sahələrdə tətbiq
edilərək cəmiyyətin
hər bir üzvünə mövcud
imkanlardan faydalanmağa
şərait yaradır.
Azərbaycanda da İKT sahəsinin
inkişaf etdirilməsi
üzrə dövlət
siyasəti bu prinsip üzərində qurulur və beynəlxalq təcrübəyə
əsaslanır.
Bu gün Azərbaycanın
İKT sahəsindəki fəaliyyəti
və uğurları məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi
strateji xəttin uğurla aparılmasının
nəticəsidir.Ümummilli lider Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı
naminə informasiya və kommunikasiya texnologiyaları üzrə
Milli Strategiya
(2003-2012-ci illər)”, bu
Strategiyanın icrasının
ilkin mərhələsini
nəzərdə tutan
Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 21
oktyabr tarixli 1055 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı
üzrə 2005-2008-ci illər
üçün Dövlət
Proqramı” (Elektron Azərbaycan)” və həyata keçirilən
genişmiqyaslı proqramlar
bu sahənin inkişaf etməsində böyük rol oynayib. Bu dövlət
proqramının ilkin
mərhələsində nəzərdə
tutulan tədbirlər
informasiya cəmiyyətinə
keçidi təmin etmək üçün görüləcək işləri
əhatə edir.
Proqramın icrası sayəsində
respublikanın rabitə
və informasiya texnologiyaları bazarında
azad rəqabət mühitinin yaradılması,
sahəyə investisiyaların
cəlb edilməsi və özəl sektorun inkişaf etdirilməsi üzrə mühüm addımlar atılıb.
Dövlət
Proqramının davamı
və Milli Strategiyanın icrası məqsədi ilə
2010-2012-ci illəri əhatə
edən növbəti
mərhələ üçün
yeni Dövlət Proqramı hazırlanıb. Bu dövlət proqramı
sahələrarası xarakter
daşıyır və
cəmiyyətin inkişafına
xidmət edəcək
tədbirləri və
nazirlik, komitə və digər təşkilatların təqdim
etdiyi layihələri
özündə cəmləşdirir.
Bütün bunlar Prezident
İlham Əliyevin
İKT sektoruna diqqət
və qayğısının
nəticəsidir ki, ölkəmiz İKT-nin inkişaf göstəriciləri
üzrə ümumdünya
səviyyəsinə qalxıb.
Məhz İKT-nin ölkədə ümumi sosial-iqtisadi inkişafa xidmət edən sahə kimi təşəkkül tapması
və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq, ölkə Prezidenti İlham Əliyev
2013-cü ili ölkədə “İnformasiya-kommunikasiya
texnologiyaları ili” elan etməsi və bununla bağlı müvafiq sərəncam imzalaması
gələcək uğurların
təməlini təşkil
edir.
İKT sektorunun tərəqqisi informasiya cəmiyyətinin inkişafına
böyük təkan verir və bu
inkişafı konseptual
xarakter daşıyır. Bu istiqamətdə həyata keçirilən
tədbirlər ölkəmizdə informasiya
cəmiyyətinin inkişafını da
sürətləndirir. Prezident İlham Əliyev tərəfindən “Azərbaycan
Respublikasında informasiya cəmiyyətinin
inkişafına dair 2014-2020-ci illər üçün Milli
Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamın
imzalanması bu baxımdan xüsusi
olaraq qeyd edilməlidir.
Bir sözlə, Azərbaycanda İKT-nin tərəqqisi və informasiya cəmiyyətinin inkişafı üçün strateji xarakterli tədbirlər həyata keçirilir. Bu isə öz növbəsində ölkə
iqtisadiyyatının inkişafına özünəməxsus
töhfələr verir. Bir
sözlə, müasir dövrün
tələbi olan informasiyalı dövlət
quruculuğu Azərbaycanda milli
inkişaf strategiyasının mühüm strateji istiqamətlərindən
biri kimi
çıxış edir.
Mikayil Nuri
İki sahil.- 2015.- 12 fevral.- S.21.