Ordumuz torpaqlarımızı
işğaldan azad etməyə qadirdir
Sovetlər dönəmində
Zəngəzur Ermənistana verildi, Zəngilanın
neçə hektarlarla meşə ərazisi
Ermənistana birləşdirildi...
Ermənistanın daha çox ərazi əldə
etmək iddiası ilə on illərlə
gizlin mübarizə (hələ siyasi mübarizə) apardığını
SSRİ DTK-sı yaxşı bilirdi. Bu və ya digər səbəbdən
qarşısını almağa meyilli deyildi. Ermənistan
Kiminsə (kimlərinsə) razılığı ilə sonralar (1988-ci ildən) açıq mübarizəyə
başlayanda da
konstitusiyanın tələblərinə əməl edilməsinə
cəhd göstərmədi. Bu, gümandan daha çox həqiqətdir. Moskva
Ermənistana “barmaq qıcamadı”.
60-cı illərdə SSRİ hökuməti ABŞ Vyetnamda müharibəyə başlayanda,
Kuba inqilabında siyasi
bəyanatlarla kifayətlənməmişdi, Vyetnama
da, Kubaya da hərbi yardım göstərmişdi.
Qazaxıstanda, Tbilisidə, Pribaltika
Respublikalarında azadlıq hərəkatını SSRİ-nin maraqları baxımından
yatırdan Moskva öz
daxilində vəziyyəti stabilləşdirmək istəmədi.
Bu, az sonra
işğala meyil eləyəcək
Ermənistanla tərəfdaşlığın təsdiqiydi.
Bu əsassız mübarizədə Ermənistana
siyasi dəstək verən qurumlar (fərdlər), çox
yüksək səviyyəli məmurlar -
sözüötkünlər də oldu.
SSRİ xalqlarının birinci
qurultayında Ermənistanın mövqeyini
ifadə edən deputatlar da
ərazi iddiasına məhz onların münasibətindən
çıxış edirdi. Bu və bu kimi hallar
Ermənistanın daha radikal
mübarizə marhələsinə keşməsinə şərait
yaratdı. Nəticədə Ermənistan rəsmi, qeyri-rəsmi
havadarlarının siyasi dəstəyinə
(az sonra hərbi dəstəyinə
də) güvənib Azərbaycana qarşı elan
etmədən müharibəyə başladı. Qazaxda Bağanıs Ayrım, Kəlbəcərdə
Ağdaban faciələri, Qaratikan
kəndində helikopterin vurulması,
Xocalı soyqırımı...
Ermənistan birmənalı
şəkildə işğalçıdır.
Havadarlarından siyasi, maddi,
hərbi dəstək almaqla Azərbaycanın
yeddi rayonunu işğal edib. 700 min insan köçkün
taleyi yaşamağa məcbur
olub. Düşünmək
olardı ki, dünya
ictimaiyyəti, bu sıradan dünyanın
güclü dövlətləri buna ciddi münasibət
bildirəcək, Ermənistanı dinc
yanaşı yaşama prinsipinə əməl
etməyə, işğal elədiyi ərazilərdən
çıxmağa çağıracaq. Belə
olmadı...
Doğrudur, dünyanın 10 dövləti
Xocalı faciəsini soyqırım kimi
tanıyıb. Digər dövlətlər niyə anoloji bəyanat vermir?..
1990-cı ilin əvvəllərində münaqişə
ilə bağlı BMT Təhlükəsizlik
Şurasının qəbul etdiyi dörd qətnamədən heç
biri yerinə yetirilməyib. Onların
yerinə yetirilməsi üçün 25
(!) ildə n ə s ə
edilməliydi. Edilmədi. İndi də edilmir. Fevral ayının 7-də Münxen Təhlükəsizlik
Konfransı çərçivəsində “Ukraynadan
əlavə - Avropada həll
olunmamış münaqişələr” mövzusunda
panel müzakirəsində Respublikası Prezidenti İlham
Əliyevin qeyd etdiyi kimi, “BMT Təhlükəsizlik
Şurasının qətnamələri bir
neçə saat olmasa
da, bir neçə gün ərzində yerinə yetirilir”. Azərbaycanla bağlı qətnamələrə
bu səviyyədə biganəlik nədəndir?..
Azərbaycanın iqtisadi inkişafı danılmazdır. Bu inkişafın özü
də, dinamikası da xarici
dövlətlərin rəsmiləri tərəfindən dəfələrlə
etiraf edilib. Azərbaycanın
iqtisadi inkişafı kifayət qədər
iri investisiyaların cəlb edilməsinə
vəsilə olur. Bu,
həm də ikitərəfli əməkdaşlıq deməkdir.
Bəs Ermənistan? “Ermənistana xarici dəstək
göstərilmədən bu ölkə yaşaya bilməz. Onlara dəstək
əsasən Minsk qrupuna
həmsədrlik edən ölkələr tərəfindən
göstərilir. Bu da
paradoksdur. Biz burada ikili standartları görürürk” - Prezident
İlham Əliyevin bu
bəyanatı, təbii ki, reaksiyasız
qalmamalııdır. Bu bəyanatın
məzmunu Minsk qrupunun
üzvü olan
Rusiyanın, Fransanın və ABŞ-ın siyasətində ciddi dəyişikliklər edilməsinə
yönəldilib. Güman edirik
və inanırıq ki, bu,
belə də olacaq...
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev panel
müzakirəsində haqlı olaraq qeyd edir ki,
“BMT Təhlükəsizlik Şurasının, Avropa
parlamentinin, Avropa
Şurası Parlament Assambleyasının
qəbul etdiyi qətnamələr və
digər beynəlxalq təsisatlar həmişə bizim mövqeyimizi dəstəkləyiblər. Lakin zaman
keçdikcə biz gördük
ki, bu qətnamələr
sadəcə kağız üzərində qalır bə bunlar sadəcə bəyanatlar, səfərlərdir,
fəaliyyətlərdir, lakin heç bir nəticə yoxdur. Sonra biz
başa düşdük
ki, dövlətimizin taleyi
öz əlimizdədir”.
Sloveniyanin Prezidenti Borut Pahorun sədrliyi ilə
keçirilən panel müzakirəsində
İlham Əliyevin
çıxışı və suallara verdiyi cavablar xalqın iradəsi
kimi qəbul edilməlidir. Prezident
o bəyanatları xalqın adından verib!..
Prezident, Ali Baş Komandan İlahm Əliyevin
apardığı istər xarici, istərsə
də daxili siyasət nəticəsində
Azərbaycan kimi zəngin təbii sərvətlərə
malik olan bir dövlətlə ikitərəfli,
çoxtərəfli tərəfdaşlığa maraq göstərilməkdədir. Dinamik iqtisadi inkişafı dövlətimizin nüfuzunu artırmaqdadır. Bəs “Yedək
ömrü yaşayan”
Ermənistan?..
...Azərbaycan
Respublikasının Silahlı Qüvvələri Cənubi Qafqazda ən güclü ordudur. Prezident İlham Əliyevin “biz başa düşdük ki, dövlətimizin taleyi
öz əlimizdədir” fikri
Münxen panel
müzakirəsindən çox əvvəl
Silahlı Qüvvələrimizdə islahatların
aparılmasına stimul olub.
Ordumuz ən müasir
silahlarla, texnikalarla təmin
edilib, əsgər və zabitlərimizin mənəvi,
mənəvi-psixoloji hazırlığı yüksəldilib.
Müdafiə naziri general-polkovnik
Zakir Həsənovun tövsiyə və tələbləri
şəxsi heyətin döyüş və
mənəvi hazırlığının arzulanan
səviyyəyə çatdırılmasını təmin edib. Son vaxtlarda həyata keçirilən
irimiqyaslı təlimlər təsdiqlədi ki,
Ordumuz ərazi bütövlüyünü
qorumağa da,
torpaqlarını işğaldan azad etməyə də qadirdir.
İkili standartlar olsa da, Ermənistan özünün bu və ya digər təxribatını siyasətinin tərkib
hissəsi etsə də, dünya ictimaiyyətinin diqqətini məqsədinin
dərkindən yayındırmağa çalışsa da, bunun üçün
torpaqlarını işğal elədiyi
dövləti suçlamaqdan çəkinməsə
də, arxasında gizlin-aşkar havadarlar dayansa da torpaqlarımızı işğaldan
azad edəcəyik. Azərbaycan əsgəri
buna qadirdir!..
Rəşid FAXRALI
İki
sahil.- 2015.- 12 fevral.- S.8.