Böyük təcrübə xəzinəsi

 

Ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövrünün başlanmasından 46 il keçir

 

 Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin birinci dövrünün belə dəyərləndirilməsini şərtləndirən əsas amillərdən biri məhzdüşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanı keçmiş İttifaqda qabaqcıl respublikalar sırasına çıxarmasıdır

 

Müstəqil, müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin «Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağamfikri bütün dövrlərdə öz aktuallığını qorumaqla yanaşı, eyni zamanda, Ulu Öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin aydın ifadəsini yaradır.

Əbəs yerə müstəqil Azərbaycan Ulu Öndərin şah əsəri kimi dəyərləndirilmir. Bu reallıq da hər zaman önə çəkilir ki, keçmişinə dəyər verən, bu günü ilə qürur duyan, gələcəyinə böyük ümidlərlə baxan xalqlar, dövlətlər daim tarixin sərt və çətin sınaqlarından üzüağ çıxır, milli varlıqlarını, mövcudluqlarını qoruyur, dünya birliyinin layiqli üzvünə çevrilirlər. Azərbaycanın keçdiyi inkişaf yolu, bugünkü reallıqları deyilənlərin təsdiqidir. Tarixə nəzər salsaq, görərik ki, xalqımızın dövlətçilik tarixində mürəkkəb mərhələlər çox olub. Bütün təzyiqlərə, çətinliklərə rəğmən heç bir qüvvə xalqımızın dövlətçilik arzularını, ənənələrini məhv edə bilməmişdir.

Hakimiyyətinin hər iki dövründə dövlətə, xalqa xidməti fəaliyyətinin əsası kimi qəbul edən ulu öndər Heydər Əliyevin xidmətlərinin miqyası illər biri-birini əvəzlədikcə, zaman fasiləsi böyüdükcə daha aydın görünür, yüksək dəyərləndirilir. Ümummilli Liderin xidmətlərinin fonunda onun söylədiyi bu fikirlər bir daha öz təsdiqini tapmış oldu: «Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam.»

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövrünün başlanmasından 46 il ötür. Bu fikri böyük fəxr hissi ilə qeyd edirik ki, Ümummilli Liderin 1969-1982-ci illərdə fəaliyyəti böyük bir təcrübə xəzinəsi, dövlət idarəçiliyi akademiyasıdır. Bugünkü Azərbaycan məhz həmin dövrdə yaradılan möhkəm təməl üzərində inkişaf edir, uğurla addımlayır. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilə verilən önəm ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün səciyyəvi xüsusiyyətidir. İlk hakimiyyəti dövründə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən bir diyara çevirən dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dünya iqtisadi sisteminə inteqrasiyanın, davamlı inkişafın əsası kimi dəyərləndirilən «Əsrin müqaviləsi»nin imzalanmasına nail olmaqla ölkəmizin qarşısında geniş imkanlar açdı. Bu gün fəxrlə qeyd etdiyimiz «Azərbaycanın iqtisadi inkişafı möcüzədir» fikri məhz düşünülmüş və məqsədyönlü siyasətdən qaynaqlanır. Belə ki, 1969-1982-ci illərdə ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin respublikanın elmi-texniki və mədəni potensialını yüksəltmək üçün son dərəcə vacib olan ixtisaslara yiyələnməsi məqsədilə keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər istiqamətlərdə əldə olunan biri-birindən əhəmiyyətli uğurlar ümummilli lider Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir. Sirr deyil ki, Ulu Öndər 1969-cu ildə birinci dəfə Azərbaycan rəhbərliyinə başlayan zaman ölkəmiz müttəfiq sovet respublikaları arasında ən geridə qalanlar sırasında idi. İqtisadiyyat demək olar ki, inkişaf etmirdi, kənd təsərrüfatının inkişafı üçün lazımi tədbirlər görülmürdü, sənaye istehsalı çox aşağı səviyyədə idi. Məhz dahi şəxsiyyətin fəaliyyəti nəticəsində 13 ildə Azərbaycan keçmiş İttifaq miqyasında ən qabaqcıl yerlərə çıxmışdı. Əgər o vaxt iki respublika özünü təmin edə bilirdisə, onlardan biri Azərbaycan idi. Azərbaycanın keçdiyi yolu Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezideni İlham Əliyev belə şərh edir: «1969-cu ilə qədər Azərbaycan haqqında heç sovet məkanında o qədər də çox məlumat yox idi. 1970-80-ci illərin əvvəlləri Azərbaycanın intibah dövrü olmuşdur. Azərbaycan sürətlə inkişaf etdisovet məkanında qabaqcıl respublikalardan birinə çevrildi. Ondan sonra, 1983-1993-cü illərdə, Heydər Əliyevin Azərbaycanda olmadığı dövrdə yavaş-yavaş Azərbaycan yenə tənəzzülə uğradı və bu tənəzzül əslində təzəcə əldə edilmiş müstəqilliyin itirilməsi ilə nəticələnirdi. Biz deyəndə ki, Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur, tam həqiqəti deyirik. Çünki formal olaraq müstəqillik 1991-ci ildə əldə edilsə də, bu müstəqillik yarımçıq idi. Azərbaycanın gələcəyi sual altında idi. Azərbaycan müstəqil ölkə kimi yaşaya bilmirdi, müxtəlif təzyiqlərə məruz qalırdı və bu təzyiqə davam gətirə bilmirdi. Ölkəmizin müstəqilliyi əldən gedirdi. Azərbaycanın dövlət quruculuğu məhz 1993-cü ildən başlanmışdır. Heydər Əliyev Azərbaycana siyasi rəhbərliyə qayıtdıqdan sonra başlanmışdır və on il ərzində Azərbaycan yenə də postsovet məkanında ən geridə qalmış, ən problemli ölkədən ən qabaqıcıl ölkəyə çevrilmişdir. Bu gün bu, tam həqiqətdir və bu gün Heydər Əliyev siyasəti davam edir

1969-1982-ci illərdə qazanılmış bütün iqtisadi uğurları rəqəmlər əsasında ümumiləşdirsək, görülmüş işlərin miqyasının genişliyi daha aydın nəzərə çarpar. Həmin dövrdə sənaye istehsalının həcmi 2,7 dəfə artmışdır. Azərbaycan sözün həqiqi mənasında quruculuq, tərəqqi dövrünü yaşamışdır. Həmin illərdə iqtisadi sahədə əldə olunan uğurlar siyasi müstəqillik yolunda mühüm təməl kimi dəyərləndirilməlidir. Azərbaycanın müstəqil gələcəyini düşünən ulu öndər Heydər Əliyev zəruri olan bazanın formalaşdırılmasına məhz həmin illərdə başlamışdır. İqtisadi təməlin qoyulması, kadr hazırlığının yüksək səviyyədə təşkili, ən əsası dövlətin müstəqilliyinin qarantı olan ordunun inkişafına xidmət edəcək mühüm addım kimi qiymətləndirilən C.Naxçıvançki adına hərbi liseyin yaradılması və s kimi biri-birindən əhəmiyyətli addımlar gələcək prioritetlərin açıqlanmasında yardımçı idi. Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu işlərin davamlılığını yüksək səviyyədə təmin etdi, bugünkü güclü, qüdrətli Azərbaycanın yeni-yeni hədəflərə çatmaq üçün ciddi səylər göstərməsinə stimul oldu. Bu reallıq da hər zaman böyük inam və qətiyyətlə bildirilir ki, ulu öndər Heydər Əliyev sovetlər birliyi dövründə Azərbaycanı qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu.

Azərbaycanın 24 ilə yaxın müstəqillik tarixində keçdiyi inkişaf yolunun təhlilini vermək hər zaman günümüzün tələbidir. Müstəqilliyimizin ilk illərində ölkəmizin hansı durumla üz-üzə qaldığı bəllidir. Ölkədə xaos, anarxiyanın, özbaşınalığın baş alıb getməsi həmin dövrün xarakterik xüsusiyyəti idi. Həmin dövrün iqtidarının başı hakimiyyət uğrunda mübarizəyə qarışdığından torpaqlarımızın işğalı da davamlı hal almışdır. Müharibə şəraitində yaşayan ölkə üçün güclü ordunun olması vacib amillərdəndir. Lakin həmin dövrdə Silahlı Qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edirdi. Hər sahədə olduğu kimi, xarici siyasətdə də uğursuzluqlar geniş vüsət almışdı. Azərbaycan haqqında məlumatsızılıq, informasiya blokadasında olması erməni yalanlarının ayaq tutub yeriməsinə geniş meydan açırdı. Ölkədə vətəndaş müharibəsinin dərinləşməsi Azərbaycanın parçalanmasını, bir dövlət olaraq dünya xəritəsindən silinməsini sürətləndirirdi. Belə bir ağır durumda xalq öz xilaskarını axtarırdı. Bu, təbii ki, bütün ömrünü xalqına, dövlətinə həsr edən Heydər Əliyev idi. Əbəs yerə 15 iyun 1993-cü il Azərbaycanın milli dövlətçilik tarixinə qızıl hərflərlə Milli Qurtuluş Günü kimi yazılmadı. Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilas oldu. Uğurlu daxili siyasət nəticəsində ölkədə ictimai-siyasi sabitliyin yaradılması əlverişli biznes mühitinin formadaşdırılmasını təmin etdi. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ölkəmizə inam artdı, iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə son qoyuldu. Dahi şəxsiyyət Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişi imzalandı. Düşünülmüş və gələcəyə hesablanmış siyasətin uğurlu nəticələrin görən xalqımızın sabaha ümidləri daha da artdı, Prezidentin ətrafında daha sıx birləşərək Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə səy göstərdi.

Hər bir ölkənin iqtisadi inkişafında qarşılıqlı əməkdaşlığın, təcrübə mübadiləsinin, səylərin birləşdirilməsinin rolunu xüsusi vurğulayan ulu öndər Heydər Əliyevin rəhbərliyi altında 1994-cü il sentyabrın 20-də tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişi imzalandı. Bu, bir daha ölkəmizə inamın hansı səviyyədə olduğunu nümayiş etdirdi. İllər keçdikcə yeni-yeni neftqaz sazişlərinə imza atıldı, Azərbaycan malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə hərtərəfli inkişafını təmin etdi. Ümummilli lider Heydər Əliyevin 1999-cu ildə böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu neft gəlirlərinin idarə olunmasında şəffaflığın qorunmasını təmin etməklə mühüm sosial-iqtisadi layihələrin gerçəkləşdirilməsinə stimul verir. Bu günümüzün aktual məsələsi olan gənclərin xarici ölkələrdə təhsili ilə bağlı Dövlət Proqramının icrası da məhz Neft Fondunun maliyyə vəsaitləri hesabına təmin edilir.

Bir məqamı da xüsusi qeyd etməliyik ki, dahi şəxsiyyət Heydər Əliyev müstəqillik yolunda yenicə addımlarını atan hər bir dövlətin qarşısında xarici siyasətin düzgün qurulmasını vacib amil kimi önə çəkirdi. Bildirirdi ki, yenicə müstəqillik qazanmış bir dövlətin özünü təsdiqləməsində, beynəlxalq münasibətlər sistemində yerirolunun möhkəmlənməsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulması əsas şərtdir. Ulu Öndərin elə bir ölkəyə səfəri yox idi ki, Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırmasın. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir amal – azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi vacib amil kimi önə çəkilirdi. O də məlumdur ki, azərbaycançılığın əsas tərkib hissəsi olan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1991-ci ilin 16 dekabrında qoyulub. O illərdə Naxçıvan MR Ali Məclisinin Sədri olan Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli xahişi ilə hakimiyyətə qadışından sonrakı dövrdə də fəaliyyətinin əsas istiqamətlərindən biri diaspor quruculuğu, dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin təmin edilməsi oldu. Ayrı-ayrı ölkələrdə Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılmasına nail olan Ümummilli Liderin təşəbbüsü ilə 2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi bu birliyə, həmrəyliyə böyük töhfə oldu. Artıq vahid mərkəzdən idarə edilmə uğurların davamlılığına yol açdı, soydaşlarımızın yaşadıqları ölkələrdə fəallıqlarını, Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə töhfələrini artırdı. Beş ildən bir ənənəvi keçirilən dünya azərbaycanlılarının qurultayları yeni-yeni vəzifələrin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Qurultaylarda ötən beş ildə keçilən yola baxış fonunda qarşıya qoyulan vəzifələrin hansı şəkildə yerinə yetirildiyi təhlil edilir. Heydər Əliyev məktəbinin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının III qurultayında qeyd etdiyi kimi, güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir. Bu birlik, həmrəylik yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində vacib amildir. Azərbaycan diplomatiyasının səyləri sayəsində erməni yalanları faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırılır, Ermənistanın işğalçılıq siyasəti pislənilir. Məlum olduğu kimi, münaqişəninin həlli üçün möhkəm hüquqi baza mövcuddur. Beynəlxalq təşkilatların qərar və qətnamələrində erməni işğalçılarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması öz əksini tapıb.          

Ulu Öndər tarixin saxtalaşdırılmasına sərt mövqeyini hər zaman bəyan edib. Onun ilk görüşünü ziyalılarla keçirməsi də təsadüfi deyildi. Dahi şəxsiyyət həmin görüşündə tarixçilərimizin qarşısında bir sıra mühüm vəzifələr qoymuşdur ki, bunlardan da ən ümdəsi tarixin saxtalaşdırılmasına yol verilməməsi, tarixi araşdırmaların miqyasının genişləndirilməsi, Dağlıq Qarabağ həqiqətləri ilə bağlı kitabların çap edilməsi idi. Baxmayaraq ki, ermənilər özlərinə saxta tarix yazıb həqiqətləri inkar etməyə cəhd göstərirlər, onlar daim fakt qarşısında acizdirlər. Təbii ki, təbliğat tarixi faktlara, həqiqətlərə əsaslananda daha inandırıcı, uzunömürlü olur. Heydər Əliyev siyasi kursunu hər sahədə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyev daim bu sahəni də diqqətdə saxlayır, tarixçilərimizə öz tövsiyələrini çatdırır.

Təbii ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərini bir yazı çərçivəsində qeyd etmək mümkün deyil. Bugünkü reallıqlarımız Heydər Əliyev siyasətinin təntənəsidir. Ulu Öndərin ən böyük xidmətlərindən biribu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradıcısı olmasıdır. 1992-ci il noyabrın 21-də təsis konfransı 550 nümayəndənin iştirakı ilə keçirilən YAP-ın sıralarında bu gün 650 mindən artıq üzvün birləşməsi məhz Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir. Yeni Azərbaycan Partiyasının əsas məqsədi, məramı Heydər Əliyev ideyalarını yaşatmaq, bu ideyalar əsasında Azərbaycanın inkişafının davamlılığını təmin etməkdir. Fəaliyyətə başladığı gündən bu günə qədər partiya tutduğu yola sadiq olmuş, daim Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə, əhalinin sosial rifah halının yaxşılaşmasına səy göstərmişdir. Söz və əməl birliyi YAP-ın cəmiyyətdə nüfuzunun artmasında stimulverici amildir. Partiyaya milyonların sevgisi, dəstəyi şəksizdir. YAP-ın ölkədə keçirilən seçki proseslərində böyük uğur qazanması da bu dəstəyin göstəricisidir. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının əsas ideoloji dayaqları müstəqillikdir, azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadisiyasi islahatlardır.

 Göründüyü kimi, hansı sahəyə diqqət yetirsək, dahi şəxsiyyətin xidmətlərinin miqyasının nə qədər geniş olduğunu görərik. Ümumiləşdirilmiş ifadə budur ki, 1969-1982-ci illərdə həyata keçirilən uğurlu islahatların 1993-2003-cü illərdə uğurlu davamı nəticəsində qoyulmuş möhkəm təməl, müəyyənləşdirilən inkişaf strategiyası bugünkü reallıqlarıı mümkün edib. Hazırda Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ən yüksək zirvələri fəth edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində bu gün müstəqil Azərbaycan demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkə kimi beynəlxalq aləmdə nüfuz qazanıb, yerirolunu möhkəmləndirib. Azərbaycan biri-birindən əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi etməklə malik olduğu imkanları dünyaya təqdim edir.

Bu günlərdə dünyanın diqqətini Azərbaycana yönəldən ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin möhtəşəmliyi, idmançılarımızın uğurları ölkəmizin tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin, idmanın inkişafına göstərilən diqqət və qayğının təbliğində əhəmiyyətli rol oynadı. Möhtərəm Prezidentimiz İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın səyləri sayəsində Oyunların belə yüksək səviyyədə keçirilməsi Azərbaycanın gücünün, qüdrətinin nümayişi oldu. Mehriban xanım Əliyevanın açılış mərasimində söylədiyi bu fikirlər hər bir Azərbaycan vətəndaşında böyük qürur, fəxarət hissi yaratdı: «Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır.»

Uğurlarımız davamlılığı ilə diqqət çəkir, hədəflərimiz dövrün çağırışlarına uyğun olaraq daim yeniləşir. Qeyd etdiyimiz kimi, müstəqilliyimizin ilk illərində Azərbaycanı sabit ölkə kimi görməyi arzulayırdıqsa, bu gün artıq inkişaf etmiş ölkələr sırasında addımlamağa səy göstəririk. Tarix baxımından o qədər də böyük olmayan 24 illik müstəqillik dövründə Azərbaycan demək olar ki, 100 ilə bərabər yol qət etmiş, uğurları ilə dünyanı heyrətləndirməkdə davam edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə işlənib hazırlanan və təsdiq edilən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası qarşıdakı illərin uğurlarının aydın mənzərəsini yaradır.

Uğurlarımız yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə inamı artırır. Dövlətimizin başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, hər gün bizi qələbəyə yaxınlaşdırır. Azərbaycan xalqı möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək gələcəyə inamla irəliləyir. Hər bir uğurumuz, nailiyyətimiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın dünəni, bu günü və gələcəyi kimi dəyərləndirilən Heydər Əliyev ideyaları ölkəmizə qarşıdakı illər üçün daha möhtəşəm uğurlar vəd edir.

 

İradə Hüseynova,

 

YAP Siyasi Şurasının üzvü, BDU-nun Qafqaz

xalqları tarixi kafedrasının müdiri, tarix

elmləri doktoru, professor, Azərbaycan

Respublikasının Əməkdar müəllimi

 

İki sahil.- 2015.- 14 iyul.- S.18-19.