Təbii qazın təhlükəsiz və davamlı nəqli

 

“Qaz İxrac” İdarəsinin Abşeron Magistral Qaz Kəmərləri Sahəsində bu istiqamətdə mühüm işlər həyata keçirilir

 

SOCAR artıq beynəlxalq nüfuzu daim yüksələn bir beynəlxalq brendə çevrilib . Daim yenilənən, müasir iş texnologiyalarının tətbiqini prioritet elan edən Şirkətin “Qaz İxrac”İdarəsi də bu yeniliklərin önündə gedir. Xüsusən İdarə tərəfindən mövcud qaz nəqli sisteminin təhlükəsiz və dayanıqlı işləməsi üçün magistral qaz kəmərlərinin (MQK) yenidən qurulması, köhnəlmiş texnoloji avadanlıqların, qaz ölçü qovşaqlarının (QÖQ) yenilənməsi, texnoloji proseslərin avtomatik idarə olunması və ən başlıcası qazın nəqli zamanı itkilərin azalması, həmçinin qaz paylayıcı stansiyaların (QPS) modul tipli avtomatik idarə olunan stansiyalarla, xətti kranların yeni kranlarla əvəz edilməsi, borunun daxili səthinin təmizlənməsi və s. kimi işlər görülməkdədir. Xüsusən idarənin Abşeron Magistral Qaz Kəmərləri Sahəsində (MQKS) bu istiqamətdə geniş işlər həyata keçirilib. Abşeron MQKS-in rəisi Mətləb Vahidovun “İki sahil”ə verdiyi məlumata görə, sahənin əsas vəzifəsi qəbul edilmiş qazın Bakı və Abşeron ərazisində “Azəriqaz” İstehsalat Birliyinə, “Azərenerji” ASC, Hacıqabul, Siyəzən MQKS - lərə və digər təşkilatlara çatdırılmasını təmin etməkdən ibarətdir. Sahə istismarda olan dövlət əhəmiyyətli magistral qaz kəmərləri ilə təbii qazın Abşeron yarımadası ərazisindəki on beş inzibati rayonu əhatə etməklə “Azəriqaz” İB-nin qəbul qovşaqlarına nəqlini, eləcə də Hacıqabul və Siyəzən MQKS-lərin xidməti ərazisinə tranzit nəqlini yerinə yetirir. Həmçinin yarımadada yerləşən rayon və qəsəbələrin, strateji əhəmiyyətli obyektlərin, Bakı və Sumqayıt şəhərlərinin sənaye və məişət əhəmiyyətli təbii qaz istehlakçılarını orta hesabla gündəlik 15-22 milyon kubmetr yüksək və orta təzyiqli təbii qazla təmin edir. Sahə ümumi uzunluğu 471,691 kilometr olan magistral qaz kəmərlərinə və qaz kəməri qollarına, qaz kəməri və qolları üzərində 155 ədəd müxtəlif ölçülü bağlayıcı avadanlıqlara xidmət edir. Qaz kəmərlərinin 188,591 kilometr hissəsi yeraltı, 283,100 kilometr hissəsi isə yerüstüdür.

Yeddi müəssisədən - Hacıqabul MQKS (D kranı), Qaz Emalı Zavodu (Alçaq təzyiq 1,2,3), “Abşeron” ƏŞ (Qaraçuxur 1 sayğac), 28 may NQÇİ (Hövsan-Suraxanı 1,2,3, “Zirə-Şimal”, “Əvəzedici”), “Bahar Enerji” ƏŞ (Əsas, Bahar qaz, Ağ şəhər), “Abşeronneft” NQÇİ (Piallahı-Qala) və N.Nərimanov NQÇİ-dən (Səngəçal-qəbul) təbii qaz həcmləri Abşeron MQKS-in mövcud qaz-nəql sisteminə birbaşa qəbul olunur. H.Z.Tağıyev NQÇİ, “Suraxanı OYL” ƏŞ (Suraxanı 2-ci mədən, Suraxanı 8 ¹li KS), “Abşeronneft” NQÇİ (1 May qəsəbəsi, Hərbi-hissə, Pirallahı yeni, Qala-Pirallahı), Binəqədi Neft Şirkəti, Balaxanı NQÇİ (6 ¹li KS, 8 ¹li KS), “Bahar Enerji” ƏŞ (Zığ məişət, Qum məişət), N.Nərimanov NQÇİ (2015 saylı h/h, Teymur KM kərpic zavodu, Aztran, FHN taxıl anbarı), Bibiheybət NQÇİ-dən “Azəriqaz” İB-nin qaz sisteminə birbaşa ötürülən təbii qaz həcmləri Abşeron MQKS-in qəbul hesabatlarında nəzərə alınır.

Mətləb Vahidovun sözlərinə görə, Sahədə 17 ədəd qazın təhvil məntəqələri mövcuddur. Eyni zamanda “Azərenerji” ASC-yə təbii qazın satışı 4 məntəqədə (Sumqayıt ES, Şimal ES, Bakı ES, Bakı İEM) həyata keçirilir. İstismarda olan magistral qaz kəmərlərində vaxtaşırı təmir işləri aparılır. Qurğu və avadanlıqların işini yaxşılaşdırmaq məqsədilə QPS-lərdə, qaz kəmərlərində və qollar üzərində, ümumilikdə, müxtəlif diametrdə 200 ədəd bağlayıcı avadanlıqlar quraşdırılmışdır. Magistral qaz kəmərləri üzərində səkkiz ədəd katod mühafizə qurğusu, üç ədəd drenaj qurğusu yenidən quraşdırılıb istismara verilmişdir. Ümumilikdə 16 katod mühafizə, 16 protektor və 11 drenaj qurğusuna, dörd ədəd izolyasiyaedici flyansa texniki xidmət göstərilir. Qaradağ KS üçün nəzərdə tutulmuş avtomatik idarəetmə sisteminin etibarlı olması məqsədilə “PCS-7” proqram təminatının yeniləndirilməsi və informasiya vasitələrinin müasir standartlara cavab verən yeniləri ilə əvəz olunması məqsədilə İTRİ ilə “Siemens Austria” şirkəti arasında bağlanmış müqaviləyə əsasən, ötən il Avstriyadan gəlmiş işçi qrupu mütəxəssislərimizlə birlikdə yeni sistemin quraşdırılmasını və sazlama işlərini həyata keçirmişlər. Stansiyadan və turbinlərdən gələn bütün siqnallar (təzyiq, temperatur, sərf, yanğından və qaz sızmasından mühafizə) müasir standartlara cavab verən sistemə inteqrasiya olunmuşdur. “A” və “B” turbinləri işə salınaraq yeni proqram təminatı sınaqdan çıxarılmışdır. Fiziki parametrlər monitorlara və çap qurğusuna çıxarılmışdır. Yeni sistem vasitəsi ilə KS- in “Qaz İxrac” İdarəsinin Baş ofisindən idarə edilməsi də sınaqdan uğurla çıxmışdır.

Sahə rəisi aparılan müasirləşmə barədə məlumat verdi. Bildirdi ki, IGV və GMV idarəetməsi üçün nəzərdə tutulmuş iki dəst XL-80 qurğusu Almaniyanın “MAN Diesel & Turbo” şirkəti tərəfindən hazırlanmış və istehsalçının proqramçı mühəndisi mütəxəssislərimizin nəzarəti altında işləri həyata keçirmişdir. Turbin yüksüz və yüklənmiş vəziyyətlərdə işə salınaraq yoxlanılmış, yeni modifikasiya olunmuş XL-80 qurğusunun proqram təminatı sınaqdan çıxarılmışdır. Yanğınsöndürmə sistemi (idarəetmə) yoxlanılmış, elektromaqnit klapanında yaranmış nasazlıqlar, azot qurğusunun (120-Z-01B) çıxışında quraşdırılmış sərfiyyat ölçən cihaz təftiş olunmuş, əmələ gəlmiş nasazlıq aradan qaldırılmışdır. Ölçü qovşağının birinci xəttində termodatçik yoxlanılmış, sıradan çıxmış termoelementlər yenisi ilə əvəz olunmuşdur. Hava quruducu qurğunun (110-Z-01A/B) drenaj klapanları, “Məişət suyu” çəninin səviyyə göstəricisi, yanğın su nasosunun dizel mühərrikində təzyiq vericisi yoxlanılmış, nasazlıq aradan qaldırılmış, qaz sızmasını təyin edən detektorlar GDA 506 kalibrə olunmuş, stansiyanın giriş siyirtmələrinə “MOV001” və “MOV002” texniki baxış keçirilmiş və siyirtmələr yağlanmış, giriş filtrlərində səviyyə tənzimləyici kran yoxlanılmış və sazlanmış, hava quruducu qurğusunun drenaj klapanları yoxlanılmış və tənzimlənmişdır. Ümumilikdə, il ərzində Abşeron MQKS-nin tabeçiliyində olan KS - də 63 ədəd müxtəlif markalı avtomatik idarəetmə cihazları təftiş olunmuş və yaranmış nasazlıqlar aradan qaldırılmışdır.

 

“A” turbini

 

Qaz kompressorun çıxışında olan qəza boşalma klapanı (BDV 017) təftiş olunmuş, nasazlıqlar aradan qaldırılmış, qaz detektorları (GDA 501-505) kalibrə olunmuş, giriş hava filtrində təzyiqlər fərqi vericisi yoxlanılmış və impuls xətləri üfürülmüş, ESV-018 kranının maqnitli klapanı təmir edilərək saz vəziyyətə gətirilmiş, qaz kompressorlarının kipləşdirici sistemindəki Fİ 294, Fİ 295 sərf ölçən sayğacları AM-54 təftişi olunmuş, THM 1304-11-A turbinində temperatur vericisində (Tİ017) olan nasazlıq aradan qaldırılmışdır.

 

“B” turbini

 

FFA-Z WMX 1000C istilik detektorunun nasazlığı aradan qaldırılmış, baypas klapanı FV-134, FV-135 sazlanmış, temperatur vericilərinin Tİ-13.3 boşalmış kontaktları sıxılmış, elektron vericiləri (Pİ048) kalibrə olunmuşdur. THM 1304-11-B turbinində kompressorun çıxışında quraşdırılmış bağlayıcı kranın (MOV-021) açılıb-bağlanma vəziyyəti tənzimlənmiş, turbinin aksial kompressorunun girişində havanın temperaturunu ölçən temperatur vericisinə sxem üzrə baxış keçirilmişdir. Sıradan çıxmış termoelement (TE-311.1) yenisi ilə əvəz edilmişdir və s. Mexanika sahəsində istismarda olan 96 ədəd qoruyucu klapanlar yoxlanaraq müvafiq təzyiqlərə uyğun sazlanmışdır. Bundan başqa, QPS-lərdə müxtəlif diametrli yeni 12 ədəd qoruyucu klapanlar quraşdırılmış, 11 ədəd seperator sınaqdan keçirilmişdir. On iki ədəd mexaniki avadanlıqdan PKSD markalı kompressor stansiyası əsaslı təmir olunmuş, digər avadanlıqlara texniki xidmət göstərilmişdir. Elektrik təsərrüfatında istismarda olan obyektlərdə cari və əsaslı təmir-tikinti-quraşdırma işləri görülmüşdür. “Masazır” və “Nərimanov” QPS-nə elektrik xətləri çəkilmiş və QPS-lər elektrik enerjisi ilə təmin olunmuşdur. 720 millimetrlik “Atyalı - Sumqayıt” magistral qaz kəmərinin “0”-cı km-də EKM qurğusu üçün 850 metrilik məsafədə elektrik xətti çəkilmiş, “Yaşma” QPS-də hava elektrik xəttinin 450 metrlik hissəsi yenisi ilə əvəz olunmuş, “Hərbi-hissə” QPS-də budaqlanma yolu ilə 6 kV-luq hava xəttindən elektrik xəttinin çəkilişi tamamlanmışdır. Obyektlərin keyfiyyətli işıqlanması üçün 50-yə yaxın projektor quraşdırılmış və təmir edilmiş, 50-dən çox ROK daimi elektrik enerjisi ilə təmin olunmuşdur. “Digah”, “Zabrat” və “Hövsan” qaz xidmətlərində xronometrajlara elektrik xətləri çəkilmiş, bir çox QPS-də elektrik təsərrüfatı yenilənmişdir.Metrologiya sahəsində ümumilikdə 112 ədəd ROC tipli elektron ölçü cihazlarından istifadə olunur. Bunlardan 100 ədəd ROC-407, 12 ədəd ROC-107 tipli elektron qaz sayğaclarıdır.

Sahəyə aid olan elektron qaz sayğacları dövlət yoxlamasından keçirilir. Qaz uçot işinin bir nöqtədən vermək məqsədilə elektron tipli qaz sayğacı ölçü qovşağından sonraya keçirilmiş və aidiyyəti qaz istismar sahələrinin istismarına verilmişdir. Qəbul nöqtəsi olan 28 May NQÇİ-nin Hövsan sahəsinin Hövsan-Suraxanı və əvəzedici ölçü qovşaqlarına, həmçinin Zabrat 2 QPS-də yerləşən Zabrat qəbul ölçü qovşağına ABC firmasının NGC8206 markalı avtomatik axın xromotoqrafları quraşdırılımşdır. İTRİ-nin “Qazservisinformatika” Departamentinin Tənzimləyicilərə texniki xidmət sahəsi tərəfindən 109 ədəd müxtəlif markalı tənzimləyici təftiş, 622 ədəd isə təmir-təftiş olunmuşdur. Ötən ildə ümumilikdə 21 ədəd qaz tənzimləyicisi yenidən qurulmuşdur. QPS və QTM-lərdə il ərzində 300 ədəd müxtəlif ölçü diapazonlu manometrlər, Qaradağ KS üzrə isə 320 ədəd müxtəlif diapazonlu manometrlər Dövlət Yoxlamasından keçirilmişdir. Aidiyyəti üzrə hər bir XİX xidmət etdiyi sahələrdə mövcud xətti sipər və siyirtmələrdə profilaktiki təmir-sazlama işləri aparılır, siyirtmə və sipərlərdə işlək yağlar dəyişdirilir, eləcə də siyirtmə və sipərlərdə profilaktiki yağlama işləri icra olunur. Göstərilən bütün işlər magistral qaz kəmərlərində qaz itkilərinin azaldılmasına yönəlmişdir.

Mətləb Vahidov sonda bildirdi ki, Abşeron MQKS-in müasir avadanlıqlarla təchizatı, yeni iş texnologiyalarının tətbiqi kollektivin fəaliyyətində işimndə yüksək səmərə və keyfiyyət əldə etməyə imkan verir.

 

Elçin Zaman

 

İki sahil.- 2015.- 3 iyun.- S.27.