Tanınmış mətbuat tədqiqatçısı,

jurnalist-pedaqoq

 

Azərbaycan milli mətbuatı-140

 

Adətən mətbuatı “dördüncü hakimiyyət” də adlandırırlar. Ölkəmizin bütün sahələrində olduğu kimi, mətbuatda da xidmətləri olan və fədakarlıq göstərən xanımlar çoxdur. Naxçıvan Muxtar Respublikasında belə kadrlar arasında hələ ötən əsrin sonlarından başlayaraq Surə Namidar qızı Seyidin adı xüsusi olaraq çəkilir.

 

O, Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya göz açmış və buradakı 39 ¹li Dəmiryol orta məktəbində təhsil almışdır. Mətbuata və yaradıcılığa olan marağı onu Naxçıvan Dövlət Universitetinin (NDU) Filologiya ixtisasına gətirib çıxarmışdır. Tələbəlik illərində təhsil əlaçısı və ictimaiyyətçi kimi kollektivdə müəllimlərinin və rəhbərliyin diqqətini cəlb edən Surə Seyid 1998-ci ildə Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr və 2000-ci ildə magistratura pillələrini fərqlənmə diplomu ilə bitirmişdir. Rektorluq tərəfindən Surə xanıma yüksək etimad göstərilərək Universitetin mətbuat xidmətinin rəhbəri kimi məsul bir vəzifəyə işə götürülmüşdür. O, paralel olaraq Naxçıvan Dövlət Universitetində nəşr olunanFikir” jurnalının redaktoru vəzifəsini də icra etmişdir. 2001-2005-ci illərdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin mətbu orqanı olanNuh yurdu” qəzetinin baş redaktoru vəzifəsində çalışan Surə Seyid geniş mətbuat təcrübəsi qazanmışdır. O, bu qəzetin vaxtında və məzmunlu buraxılmasında gecəli-gündüzlü çalışmışdır.

Gənc və istedadlı kadr olan Surə Seyidin fəaliyyəti Naxçıvan Dövlət Universitetinin rektorluğu tərəfindən dəyərləndirilmiş və 2002-ci ildə Jurnalistikadünya ədəbiyyatı kafedrasının müəllimi təyin olunmuşdur. Az sonra 2006-cı ildə ona həmin kafedranın müdir əvəzi və 2008-ci ildən isə müdiri vəzifəsi etimad göstərilmişdir.

Surə xanım bu məsul vəzifələrlə yanaşı, 2006-cı ildən yeni yaradılmış Universitet Televiziyasına (UTV) da rəhbər təyin olunmuşdur. Ötən müddətdə hazırlanan bir çox verilişlərin, eləcə də dörd sənədli filmin rejissorluğunu edən Surə Seyid medianın televiziya qolunda da yaradıcılığını uğurla sınaqdan keçirlimşdir. İşinin miqyasının belə genişliyi müqabilində gənc Surə Seyid “Şərq qapısı” qəzeti və Naxçıvan ədəbi mühiti” adlı dissertasiya işi üzərində də çalışmış və 2008-ci ildə Naxçıvan Dövlət Universitetinin İxtisaslaşdırılmış Dissertasiya Şurasında elmi işini müvəffəqiyyətlə müdafiə edərək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən filologiya üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür. Onun elmi rəhbəri akademik İsa Həbibbəyli, rəsmi opponentləri fəlsəfə üzrə elmlər doktoru, professor İslam Ağayev, filologiya üzrə fəlsəfə doktoru Allahverdi Məmmədov, professor Kamran Məmmədov, professor Adil Babayev və digər tanınmış alimlər dissertasiya işini yüksək dəyərləndirmişlər.

Surə Seyid Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 16 iyul 2010-cu il tarixli qərarı ilə çapa tövsiyə olunan “Şərq qapısı” qəzeti və Naxçıvanda ədəbi mühit” adlı monoqrafiyasını Bakıda “Elm və təhsil” nəşriyyatında kütləvi tirajla çap etdirmişdir. Monoqrafiyanın Naxçıvan mətbuat tarixi üçün xüsusi əhəmiyyətini kitaba yazılan rəylər və göndərilən məktublar da ifadə edir. Naxçıvan mətbuat tarixinə dair qiymətli araşdırma Rusiya Jurnalistlər və Yazıçılar ittifaqlarının üzvü, Naxçıvan MR-in Əməkdar jurnalisti, professor Rudolf İvanovun da diqqətini cəlb etmişonun kitabla bağlı düşüncələri monoqrafiya üçün göndərdiyi rəy-məktubda öz əksini tapmışdır.

Surə Seyidin mətbuatla bağlı apardığı araşdırmaları bununla yekunlaşmamış, o jurnalistika ixtisasının tələbələri üçün xüsusi əhəmiyyət kəsb edən bu tarixin tədris planına salınaraq seçmə fənn kimi tədris olunmasına nail olmuşdur. Universitet rəhbərliyinin razılığı əsasında magistratura şöbəsinin Mətbuat tarixi ixtisasının tədris planına “Naxçıvanda Kütləvi İnformasiya Vasitələri tarixi” adlı seçmə fənn əlavə olunmuş və təlimata uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyindən verilmiş qrifə uyğun olaraq “Naxçıvanda mətbuatın inkişaf tarixi” adlı dərs vəsaiti nəşr olunmuşdur. Qeyd edək ki, bu mənbə Naxçıvan Dövlət Universitetində oxuyan tələbələr və ziyalılar üçün yeganə qiymətli elmi mənbədir.

Elmi və təcrübi imkanları geniş olan Surə Seyid mətbuatla bağlı elmi axtarışlarını davam etdirmək məqsədilə doktorluq dissertasiyası üçün “Azərbaycanda internet jurnalistikası: yaranması və inkişaf istiqamətləri” mövzusunu seçmişdir. Hazırda o, bu istiqamətdə elmi axtarışlar aparmaqda davam edir.

Bunda əlavə o, NDU-da buraxılan çoxtirajlı “Yeni fikir” qəzetinin ilk redaktoru kimi fəaliyyəti ilə də həm pedaqoji kollektivin, həm də tələbələrin sevgisini qazanmışdır.

2011-ci ilin sonlarında filologiya üzrə fəlsəfə doktoru, dosent S.Seyid Naxçıvan Dövlət Universitetinin rəhbərliyinə irəli çəkilmiş, ona tədris işləri üzrə prorektor vəzifəsi həvalə olunmuşdur.

Ötən qısa müddət ərzində çalışdığı ali təhsil ocağında tədrisin kredit sisteminə uyğunlaşması, Boloniya prosesinə keçid və tədrisdə yeni texnologiyaların tətbiqi Seyid Surənin fəaliyyətinin aparıcı istiqamətlərini təşkil etmişdir. Cənubi Koreyanın KOİCA şirkəti ilə birgə həyata keçirilən uğurlu layihələrdən olan “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil layihəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin həyata keçirilməsində Seyid Surənin birbaşa əməyi olmuşdur. Layihənin tərkib hissələrindən olan akademik idarəetmə, elektron təhsil və elektron sənəd dövriyyəsi kimi bölmələrin hazırlanması işinin həyata keçirilıməsi birbaşa onun fəaliyyətinin nəticəsidir. Surə Seyid bu layihə çərçivəsində Koreya Respublikasında olmuş, bu sahədə Koreya təcrübəsini mükəmməl öyrənmişdir. Eyni zamanda, Naxçıvan Dövlət Universitetinə dəvət olunmuş koreyalı mütəxəssislərin köməyi ilə bu sahədə kadrların hazırlanmasına çalışmış, buna nail olmuş, özü də zəngin təcrübə qazanmışdır.

Surə Seyid Yeni Azərbaycan Partiyasının, Naxçıvan Mətbuat Şurasının üzvü kimi də dövlət və media münasibətlərinin formalaşması istiqamətində mətbuatda ardıcıl çıxışlar edir. Surə Seyid Naxçıvan Dövlət Universitetində gələcəyin jurnalist kadrlarının hazırlanmasının yüksək səviyyədə təşkilinə çalışır və buna rəhbərlik edir. O, yerlixarici mətbuatda çoxsaylı elmi məqalələri, konfrans çıxışları ilə, çap etdirdiyi monoqrafiyaları ilə jurnalistikanı öyrənən tələbələrə, gənc jurnalist kadrlara bələdçilik edir, bu peşənin sirlərini öyrədir və təbliğ edir.

Tanınmış mətbuat tədqiqatçısı, jurnalist-pedaqoq Azərbaycan Jurnalistlər Birliyinin üzvü Surə Seyidin xidmətləri müxtəlif səviyyəli elmi konfranslarda, Beynəlxalq seminar və treninqlərdə sertifikatlarla qiymətləndirilmiş, “Qafqaz Mediaİctimai Birliyinin “Cəsarətli jurnalist” və “Müqəddəs qələm” mükafatı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin fəxri fərmanları ilə təltif olunmuşdur.

Xalqımız Azərbaycan Milli Mətbuatının 140 illiyini qeyd etmək ərəfəsindədir. Bu mətbuatın son 25 illik mərhələsində Surə Seyidinyadda qalan xidmətləri çoxdur. Əsrin dörddə birindən artıq bir müddətdə - XX əsrin son onilliyində pedaqoji fəaliyyətində, təcrübi fəaliyyəti-qəzet redaktoru, böyük bir ali təhsil ocağının mətbuat xidmətinin bütün sahələrində qəhrəmanımızın pedaqoq-publisist əməyi vardır.

Naxçıvan mətbuatının əsas qəzeti “Şərq qapısı”nın tədqiqatçısı, Naxçıvan şəhər İcra Hakimiyyətinin orqanı “Nuh yurdu” qəzetinin naşiri - redaktoru olmuş filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyidə gələcək fəaliyyətində, şəxsi həyatında yeni-yeni uğurlar diləyirik.

 

Nadir Hüseynbəyli,

Abbas Hacıyev,

Naxçıvan Dövlət Universiteti

 

İki sahil.- 2015.- 30 iyun.- S.29.