Kənd təsərrüfatının

inkişafında yeni dövr başlayır

 

Prezident İlham Əliyevin 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında Sərəncamı aqrar bölməyə daim diqqət göstərilməsini, bu sahənin inkişafına prioritet münasibəti bir daha təsdiqləyir

 

Azərbaycan davamlı və kompleks islahatlar strategiyasını dərinləşdirərək yeni əsrin inkişaf edən islahatçı ölkəsi kimi tanınmaqla qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafında xeyli nailiyyətlər əldə edib. Bu uğurların əsasında isə ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi aqrar islahatlar dayanır. Kənd təsərrüfatı iqtisadi artımın başlıca hərəkətverici qüvvəsi hesab olunmaqla onun yüksəlməsi, ümumilikdə iqtisadiyyatın artımı deməkdir. İqtisadi artımın sürəti yüksək olan ölkələrdə ərzaqla təminolunmanın səviyyəsi də yüksək olur.

 

Ümumilikdə 2003-cü ildən bəri qəbul edilən fundamental qərarlar, imzalanan sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə söykəndiyini, reallığa uyğun olduğunu deməyə ciddi əsaslar verir.

Prezident İlham Əliyev aqrar bölmənin iqtisadiyyatdakı yerinirolunu çox düzgün qiymətləndirərək bu sahənin dinamik inkişafının təmin edilməsinə xüsusi diqqət və qayğı göstərir. Dövlət başçısı aqrar sahəni iqtisadiyyatın qeyri-neft bölməsinin prioritet istiqaməti elan edib və ölkənin aqrar siyasətinin əsas məqsədinin əhalinin ərzaq təhlükəsizliyinin tam yerli istehsal hesabına ödənilməsi və bəzi kənd təsərrüfatı məhsulları və ərzaq mallarının xarici bazarlara ixracının təmin edilməsi olduğunu önə çəkib. Prezident İlham Əliyevin təsdiq etdiyi dövlət proqramları yalnız kənd təsərrüfatının deyil, həmçinin sosial-iqtisadi və aqrar-ərzaq siyasətinin əsas istiqamətlərindən olan kənd ərazilərinin davamlı inkişafını da təmin edir. Çox fərəhli haldır ki, dövlət başçısı ölkənin iqtisadi-sosial həyatının digər sahələrində olduğu kimi, regional inkişaf sahəsində də dövlət proqramlarını yalnız təsdiq etməklə kifayətlənmir, onların həyata keçirilməsi ilə özü bilavasitə maraqlanır.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2015-ci il ölkəmizdə “Kənd təsərrüfatı ilielan edilib. Sərəncamda qeyd olunub ki, kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklariri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulub, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilib.

“Kənd təsərrüfatı ili”ndə qarşıya qoyulan vəzifələr isə kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemlikompleks yanaşmaq, həmçinin, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etməkdir.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda kənd təsərrüfatında görülən işlərdən söz açılaraq qeyd olundu ki, həyata keçirilən tədbirlər daxili tələbatın ödənilməsi ilə yanaşı, ixrac imkanını da yaradır.

Azərbaycanın əlverişli təbiəti daxili imkanlar hesabına əhalini əksər kənd təsərrüfatı məhsulları ilə təmin etməyə imkan verir. Azərbaycanda istehsal olunan məhsullar ekoloji baxımdan təmizdir. İstehsal edilən kənd təsərrüfatı məhsullarının xarab olmasının qarşısının alınması və ilboyu onlardan səmərəli istifadəni təmin etmək məqsədilə isə ölkəmizə soyuducu anbarlar gətirilərək quraşdırılıb. Ümumiyyətlə, yerli istehsalın stimullaşdırılması və istehsalçıların mənafelərinin, maraqlarının müdafiəsi baxımından ölkəmizdə istehsal edilən məhsulların xarici ölkələrdən idxalının azaldılması daha məqsədəuyğun olar.

Təsadüfi deyil ki, ərzaq təhlükəsizliyi məsələsi Nazirlər Kabinetinin iclaslarında həmişə müzakirə mövzusu olur, dövlət başçısı müvafiq tapşırıqlarını verir. Prezident İlham Əliyev aqrar sektorun ölkənin qeyri-neft bölməsinin prioritet istiqaməti olduğunu bəyan edərək ərzaq təhlükəsizliyinin tamamilə yerli istehsal hesabına ödənilməsini, bəzi kənd təsərrüfatı məhsulları və ərzaq mallarının xarici bazarlara ixracının təmin edilməsini ölkəmizdə həyata keçirilən aqrar siyasətin əsas məqsədi kimi dəyərləndirir.

Qeyd edək ki, ölkəmizdə aqrar sahədə müəyyən edilmiş bütün hədəflərə çatmaq məqsədilə əvvəlcədən güclü maddi-texniki baza yaradılıb. 2015-ci ilin “Kənd təsərrüfatı ilielan edilməsi isə bu işlərin yeni mərhələyə qədəm qoymasına imkan verəcək. Hazırlanan tədbirlər planında qarşıya qoyuların vəzifələrin icrası nəticəsində kənd təsərrüfatının inkişafına dövlət dəstəyi gücləndiriləcək, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə müasir aqroparklariri fermer təsərrüfatlarının təşkili sahəsindəki işlər genişləndiriləcək. Onu da qeyd edək ki, kənd təsərrüfatının inkişafı etibarlı ərzaq təhlükəsizliyi ilə yanaşı, yeni yerləri deməkdir. Bu mənada aqrar sahənin yüksəlişi həm də əhalinin yerlərdə məşğulluğunun təmin edilməsi, dalınca böyük şəhərlərə üz tutmaması baxımından müstəsna əhəmiyyətə malikdir.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyininsosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan dövlət başçımızın respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədilə vaxtaşırı verdiyi tapşırıqlar, tövsiyələr, imzaladığı Fərman və sərəncamlar, Dövlət proqramları bundan sonra da Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət kəsb edəcək və qarşıya qoyulmuş vəzifələr uğurla icra olunacaq.

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2015.- 20 mart.- S.15.