31 Mart
Soyqırımı:
erməni vəhşiliyinin
iç üzü
Son
iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü
şəkildə həyata keçirilmiş etnik təmizləmə
və soyqırımı siyasəti nəticəsində
xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə
məruz qalmışdır. Mərhələ-mərhələ
gücləndirilən belə qeyri-insani siyasət nəticəsində
azərbaycanlılar indi min illər boyu yaşadıqları
tarixi etnik torpaqlarından-Ermənistan adlandırılan ərazidən
didərgin salınaraq kütləvi qətl və
qırğınlara məruz qalmış, xalqımıza məxsus
minlərlə tarixi mədəni abidə və
yaşayış məskəni dağıdılıb viran
edilmişdir.
XX əsrin
əvvəllərində ermənilər təkcə bu
gün Ermənistan adlanan ərazidə deyil, Bakı
quberniyasının Bakı, Şamaxı, Quba şəhərləri,
Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda,
Naxçıvanda da vaxtaşırı xalqımıza
qarşı qırğınlar, talanlar, yanğınlar, terror
və digər zorakılıq aktları həyata
keçirmişlər. Erməni faşistləri bu ərazilərdə
on minlərlə dinc azərbaycanlı əhalini-qadını,
uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə
görə vəhşicəsinə qətlə yetirmiş,
yaşayış yerlərini talan edərək yandırıb
viran qoymuş, xalqımızın milli mədəniyyət
abidələrini, məscidləri dağıtmış və
yandırmışlar.
1918-ci
ildə Bakıda və Azərbaycanın digər bölgələrində
ermənilərin törətdikləri qırğınlardan
97 il ötməsinə baxmayaraq bu vəhşiliklər
xalqın qan yaddaşında əbədi iz
buraxmışdır. Ötən əsrin əvvəllərindən
başlayaraq ermənilərin azərbaycanlılara
qarşı həyata keçirdikləri aramsız
soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə
xüsusən genişlənmiş və Azərbaycan
xalqını yer üzündən tam silmək kimi iyrənc
niyyətlərini bütün çılpaqlığı ilə
üzə çıxarmışdır. Həmin illərdə
ermənilərin Azərbaycanda törətdikləri
soyqırımı haqqında bizə çatan tarixi sənədlərdəki
faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında,
Qarabağda, İrəvan quberniyasında və ölkənin
digər ərazilərində azərbaycanlıların
amansızlıqla qətlə yetirildiyini, şəhər və
kəndlərin talan edilərək
dağıdıldığını sübut edir. Azərbaycanın
ayrı-ayn bölgələrində olduğu kimi, Bakıda da
həmin illərdə azərbaycanlıların
soyqırımı həyata keçirilmiş və şəhər
erməni silahlı dəstələri tərəfindən
dağıdılmışdır. 1918-ci ilin mart ayının
son üç günündə erməni vəhşiləri
təkcə Bakıda iyirmi mindən çox əhalini
xüsusi amansızlıqla qətlə yetirmişlər.
1918-ci ildə erməni bandaları azərbaycanlılara qarşı görünməmiş vəhşiliklər etdikləri kimi, mədəniyyət və tarixi abidələri də barbarlara xas üsullarla dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar. Bakıda azərbaycanlılara qarşı soyqırımı aprelin 2-də gecə yarısı dayandırıldı. Daşnak S.Şaumyan Bakıdakı bu qırğınla kifayətlənmədi. Azərbaycanlıların qırğını başqa qəzalarda da davam etdirildi. Şaumyan Bakıdakı qırğında qəddarlığı ilə seçilmiş bir neçə erməni dəstəsini Şamaxıya göndərdi. Burada ermənilər xüsusi vəhşilik göstərdilər. Şamaxı şəhərini dağıdıb, əhalisini qırdılar. Qadınlar, qızlar, uşaqlar təhqir edildilər. Qadınların boynundakı boyunbağıları asanlıqla çıxarmaq üçün onların başlarını bədənlərindən ayırırdılar. Sırğanı çıxarmaq üçün qulaqlarını kəsirdilər. Qızları, gəlinləri, uşaqları, qocaları diri-diri məsciddə yandırırdılar. Bakı və Şamaxıdan başqa Azərbaycanın Quba, Xaçmaz, Lənkəran, Salyan, Hacıqabul və başqa bölgələrində də bu cür vəhşiliklər, qırğın və talanlar təşkil olunmuşdu.
Həmin dövrü əhatə edən, 1918-ci ildə Bakının dağıdılmasını əks etdirən tarixi foto-şəkillər də tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir. Ümumiyyətlə, bu soyqırımı nəticəsində Bakıda 20 minə yaxın soydaşımız öldürülmüş, Şamaxı qəzasında 58, Quba qəzasında 122, Qarabağın dağlıq hissəsində 150-dən artıq, Zəngəzur qəzasında 115 kənd vəhşicəsinə dağıdılmış, əhalinin xeyli hissəsi fiziki məhvə məruz qalmışdır. İrəvan quberniyasında 211, Qars vilayətində 82 kənd yandırılmışdır. Beləliklə, S.Şaumyanın başçılıq etdiyi Bakıdakı Sovet hökuməti, onun, əsasən, ermənilərdən ibarət rəhbərliyi silahsız Azərbaycan xalqını məhv etmək, onu tamamilə qırıb qurtarmaq planını həyata keçirirdi.
Bakıda 1918-ci il soyqırımının qurbanları-müqəddəs şəhidlərimiz o vaxt “Ölülər bağı” və indi Şəhidlər xiyabanı adlanan yerdə dəfn olundular. Sonralar 20 Yanvar şəhidləri dəfn olunarkən bu müqəddəs and yerimizdə 1990-cı il şəhidləri ilə 1918-ci il şəhidlərinin ruhları bir-birinə qovuşdu. Xalqımız öz qatillərini yenidən tanıdı.
1919-cu ildə hökumətin qərarı ilə 31 Mart Milli Matəm Günü elan edilmişdi. Lakin bu günün qeyd olunmasını bizə unutdurdular. 1998-ci il martın 26-da isə ulu öndərimiz Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə Fərman verdi. Bu Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Ulu babaların müqəddəs vəsiyyəti həmişə qulağımızda səslənməlidir: “Qarı düşmən dost olmaz!”
Cavid Əkbərov
İki sahil.- 2015.- 31 mart.- S.11.