Azərbaycan ən uğurlu dövrünü yaşayır

 

Beynəlxalq maliyyə qurumlarının hesabatlarında, sorğu mərkəzlərinin rəylərində qazandığı xoşbəxt ölkə adını davamlı uğurları ilə günbəgün möhkəmləndirən Azərbaycanı qarşıdakı illərdə inkişaf etmiş dövlətlər sırasında görmək istəyimiz də qaçılmazdır

 

Düzgün qurulan siyasətin dövləti inkişafa, tərəqqiyə apardığını ölkəmizin bugünkü reallıqlarında aydın görürük. 24 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycan hər dövrün tələblərini, çağırışlarını yüksək səviyyədə yerinə yetirərək, biri-birindən əhəmiyyətli uğurlara imza atır. Ulu öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi dövlətin siyasətinin əsasını təşkil edir.

Zəngin təbii resurslara malik olan ölkəmiz bu ehtiyatlardan səmərəli istifadə edərək iqtisadi qüdrətini artırmaqla yanaşı, maliyyə imkanlarını da genişləndirir. Bu gün Azərbaycanın təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınmasında və nüfuz qazanmasında bu amilin rolu inkaredilməzdir. Ulu öndər Heydər Əliyevin 1999-cu ildə yaratdığı Dövlət Neft Fondu neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinə yüksək səviyyədə əməl edərək, mühüm sosial-iqtisadi layihələrin icrasını sürətləndirir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan böyük maliyyə vəsaiti tələb edən istənilən layihəni həyata keçirmək iqtidarındadır. Yaxın zamanlarda istifadəsi nəzərdə tutulan, Avropaya açılan üçüncü qapı kimi dəyərləndirilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də Dövlət Neft Fondunun vəsaitləri hesabına gerçəkləşir.

Bu gün Azərbaycanın Cənubi Qafqazın parlayan ulduzu kimi qiymətləndirilməsi də gələcəyə hesablanmış inkişaf konsepsiyasına əsaslanır. Beynəlxalq əhəmiyyətli tədbirlərdə inkişafın Azərbaycan modelinin mövcudluğunun qeyd olunması və bunun öyrənilməsinin vacibliyi barədə ürəkaçan fikirlərin səsləndirilməsi təbii ki, ən böyük uğurumuzdur. Azərbaycanın müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlər üçün əsas məkan seçilməsində də uğurlarımız əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin hər zaman bəyan etdiyi kimi, hər gün, hər həftə ölkəmizdə keçirilən bu kimi tədbirlər, forumlar Azərbaycan haqqında dolğun məlumatların əldə olunmasında mühüm rol oynayır. Dünyanın nüfuzlu maliyyə qurumlarının hesabatlarında, sorğu mərkəzlərinin apardıqları sorğuların nəticlərində Azərbaycanın hər zaman yüksək göstərici əldə etməsi onu deməyə əsas verir ki, inkişaf, tərəqqi dövlətimizin siyasətində əsas yer tutmaqla yanaşı, bu istiqamətdə əhəmiyyətli addımlar atılmış və bunun nəticəsi olaraq ölkəmizə beynəlxalq baxış yüksək səviyyədədir.

Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun ölkəmizlə bağlı proqnozlarında, eyni zamanda Ümumdünya İqtisadi Forumunun hesabatlarında, ABŞ-ın dünya üzrə insan resurslarını öyrənən “Gallup İnternational” kimi sorğu mərkəzlərinin rəylərində birinciliyini qoruyan Azərbaycan daim uğurlu islahatları ilə əldə etdiyi bu yeri daha da möhkəmləndirir. Xatırlasaq, ölkədə hər bir seçki prosesindən öncə ABŞ-ın “Gallup İnternasional” təşkilatı ölkədə vətəndaşların hakimiyyətin həyata keçirdiyi siyasətə, eyni zamanda dünya dövlətlərinin həmin ölkə ilə əlaqədar münasibətini öyrənmək üçün sorğular təşkil edir. Ötən prezident seçkiləri ərəfəsində belə bir sorğu “Qlobal sevinc və kədər barometri” üzrə keçirilmişdir. Sorğuda 50-dən çox ölkə, 60 mindən artıq insan iştirak etmişdir. Bu sayda ölkənin təmsilçiləri arasında aparılan sorğu əsasında ölkəmizin 10 xoşbəxt ölkə sırasında olması təbii ki, böyük uğur idi. Bu uğurlar yeni-yeni hədəflərə yol açaraq, onların gersəkləşdirilməsini bir zərurətə çevirir. Artıq qarşıdakı on ildə Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyirik. Beynəlxalq maliyyə qurumlarının hesabatları, sorğu mərkəzlərinin rəyləri eyni zamanda bu gerçəkliyi də ortaya qoyur ki, Azərbaycan reallıqları dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir və dəyərləndirilir. Statistik rəqəmlərdən bir daha məlum olur ki, dünya dövlətlərini narahat edən qlobal maliyyə böhranına baxmayaraq milli iqtisadiyyatı sürətli, dinamik və davamlı inkişaf yolu ilə irəliləyən Azərbaycan aparılan məqsədyönlü islahatlar nəticəsində qazandığı liderlik adını qoruyub saxlayır.

Son 11 ilin uğurları cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı gündən atdığı hər addımın verdiyi vədinə sədiqliyindən irəli gəldiyini təsdiqləyir. 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən cənab İlham Əliyev “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm” söyləyərək, bu inamı da ifadə etmişdir ki, Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir. Öz fəaliyyətində reallığa və praqmatizmə əsaslanan cənab İlham Əliyev bununla respublikanın sosial -iqtisadi inkişafı ilə bağlı aparılan islahatların keyfiyyətcə yeni mərhələ üzrə inkişafını həlli vacib məsələ kimi diqqətə çatdırır. Dünyada baş verən proseslərin milli mənafelər baxımından qiymətləndirilməsi, iqtisadiyyatda baş verən müsbət meyillərin artması bütün sahələrdə özünü büruzə verir. Azərbaycanın dinamiksabit inkişafı üçün müstəsna əhəmiyyəti olan neft siyasətinin incəliklərinə dərindən bələd olan dövlətimizin başçısı İlham Əliyev əsası Ulu Öndər tərəfindən qoyulan neft strategiyasının uğurla davam etdirilməsi nəticəsində yanacaq-energetika kompleksinin səmərəliliyinin artırılması mexanizminin təkmilləşdirilməsi sahəsində daha təsirli tədbirlər görür.

“Neft gələcək nəsillər üçün də xidmət etməlidir” söyləyən Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, hər birimizin gələcək fəaliyyəti bütün sahələri əhatə edən uğurlu nəticələrdən asılıdır. Dövlətimizin başçısı ilk gündən taleyüklü məsələlərin həlli üçün hökumətə ciddi tapşırıq və tövsiyələrini bildirir. Nazirlər Kabinetinin hər bir iclası görülən işlərin təhlili, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Regional inkişaf proqramlarının uğurlu icrası yeni-yeni yerlərinin açılması deməkdir ki, bu da işsizlik və məşğulluq problemlərinin həllinə öz müsbət təsirini göstərir. Bölgələrdə yaşayan əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, yeni yerlərinin açılması, infrastruktur layihələrinin həyata keçirilməsi, investisiya qoyuluşunun artırılması, ən başlıcası isə sahibkarlığı inkişaf etdirməklə qeyri-neft sektorunun genişləndirilməsinin təminatına yönəldilmiş təxirəsalınmaz vəzifələr Dövlət Proqramlarında əsas prinsip kimi qarşıya qoyulur. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan dünya iqtisadiyyatına inamla inteqrasiya edən dövlət kimi beynəlxalq ictimaiyyətin marağını cəlb edir. 2004-cü ildə əsas vəzifə kimi qarşıya qoyulan qeyri -neft sektorunun, sahibkarlığın inkişafı təmin edilir. Bu məqsədlə yaradılan “Aqrolizinq” ASC və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən adamlarına ayrılan güzəştli kreditlərin həcmi və icarəyə verilən kənd təsərrüfatı maşınlarının sayı artırılır. Əlavə imtiyazlar müəyyənləşdirilir. Nəticədə ÜDM-də 85 faiz payı olan özəl bölmənin inkişafı təmin edilir. Həyata keçirilən infrastruktur layihələrinin uğurlu tətbiqi nəticəsində bölgələrin siması dəyişir, kəndlərdə ən müasir texniki avadanlıqlar quraşdırılır, ətraf və sərhəd zonalarında yaşayan əhalinin miqrasiya probleminin həlli nəticəsində şəhərə axın problemi həllini tapır. Ölkə əhalinin kənd təsərrüfatı məhsullarına tələbatının ödənilməsi, fermer təsərrüfatlarının genişləndirilməsi üçün dövlətin dəstəyi gücləndirilir. Daxili mənbələrdən və təbii resurslardan, kadr potensialından istifadənin təmin edilməsi ilə aqrar sahənin inkişafı 10 dəfə çox yüksəlib. Qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə cari il “Kənd təsərrüfatı ili” elan edilib. Dövlətimizin başçısı “Kənd təsərrüfatı ili” çərçivəsində görüləcək işlərə diqqəti yönəldərək bildirir ki, ərzaq təhlükəsizliyi hər bir ölkə üçün böyük önəm daşıyır: “Ona görə kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Bu, sosial, iqtisadi sahədir, qeyri-neft sektorunun inkişafı üçün dəstəkdir. Üstünlüyümüz ondan ibarətdir ki, bizim ətrafımızda böyük bazarlar var. O bazarlara bizim ənənəvi çıxışlarımız var. Azərbaycan məhsulları o bazarlarda tanınır və o bazarlarda Azərbaycan məhsulunun artımını gözləyirlər... Biz niyə Avropa bazarlarına çıxmayaq?! Bizvaxtsa Dünya Ticarət Təşkilatına üzv olacağıq. Biz buna əlbəttə ki, hazır olanda. Hazır olmaq üçün gərək ixrac potensialımız çoxşaxəli olsun

Qeyri-neft sektorunun ən prioritet sahələrindən biri kimi aqrar sahənin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, Dünya Bankının məlumatına əsasən, dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz, Azərbaycanda isə 48,9 faizdir. Bu dövr ərzində ərzaq məhsullarının artımı 18 faiz olduğu halda ölkəmizdə bu göstərici 39 faiz təşkil etmişdir.

Dövlətimizin başçısı onu da bildirir ki, son illərdə əksər kənd təsərrüfatı məhsullarının istehsal həcminin artım tempi ölkədə kənd əhalisinin sayının artım tempini dəfələrlə üstələmişdir. Prezident İlham Əliyev bütün çıxışlarında bildirir ki, ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir:” “Əlbəttə, Azərbaycanın bəzi ərzaq məhsullarını xarici bazarlardan idxal etməsinə baxmayaraq biz çalışmalıyıq ki, öz daxili istehsalımızı maksimum artıraq, fövqəladə hallardan özümüzü qoruyaq. Çünki keçən ilbiz görmüşük ki, bir sıra ərzaq məhsullarının ixracı ilə bağlı bəzi ölkələrdə qadağalar qoyulmuşdur. Yəni, özümüzü təmin etmək üçün daxili bazarların daxili resurslar hesabına təmin edilməsi prosesi davam etdiriləcəkdir.”

Daim vurğulandığı kimi, hər ilin konkret bir sahəni əhatə etməsi qarşıya qoyulan məqsədlərə, ən əsası ölkənin hərtərəfli inkişafına yüksək səviyyədə nail olmağa stimul verir. Dövlətimizin başçısı İlham Əliyev bu əminliyi ifadə edir ki, yaxın gələcəkdə özümüzü bütün əsas ərzaq məhsullarımızla təmin edəcəyik.

Bütün bu sadalananlar qarşıya qoyulan hədəflərə çatmağın qaçılmaz olduğunu təsdiqləyir. Dünyanın 10 xoşbəxt ölkəsi sırasında addımlayan Azərbaycanı inkişaf etmiş ölkələr arasında görmək istəyimiz realdır.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2015.- 20 may.- S.16.