28 May milli dövlətçilik

tariximizin qürur səhifəsidir

 

“Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir”

Ulu öndər Heydər Əliyev

 

28 may xalqımızın tarixində ən parlaq günlərdən biri kimi qiymətlidir. Təkcə ona görə yox ki, 1918-ci ilin bu günündə Azərbaycan özünün dövlət müstəqilliyini elan etdi, həm də ona görə ki, uzun müddət (yüz ildən artıq) milli dövlətçilik ənənələrindən uzaq düşən, müstəmləkəçilik boyunduruğu altında yaşamağa məhkum edilən xalqımız məhz bu tarixdə Azərbaycan adlı dövlətini qurmaqla gələcək taleyinin uğurlu konturlarını cızmağı bacardı. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsinin müəyyən siyasi, iqtisadi və mədəni kökləri məhz bu dövrdə yetişmişdi. Bu barədə ümummilli lider Heydər Əliyevin fikirləri Cümhuriyyətin yaranmasının zəruri faktorlarını ən doğru şəkildə ifadə edir: “Azərbaycanda Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu və XX əsrin əvvəlindəki dövrdə Azərbaycanın ictimai-siyasi, ədəbi, fəlsəfi mühiti ilə bağlıdır. Demək olar ki, o zaman Azərbaycanda və onun ətrafında gedən proseslər həmin o mühitin məntiqi nəticəsi olmuşdur. Şübhəsiz ki, bunun üçün lazımi şərait yaranmışdır. Birinci Dünya müharibəsinin sona çatması, rus çarizminin süqutu, Rusiyada Oktyabr inqilabı və ondan sonra yaranmış gərgin vəziyyət, Moskva hakimiyyətinin Rusiyanın keçmiş ərazilərinin hamısına lazımi qədər nəzarət edə bilməməsi, Cənubi Qafqazda mövcud olan siyasi qüvvələrin hamısı birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün əlverişli şəraiti təmin etmişdir.

Amma eyni zamanda, belə bir Cümhuriyyəti yaratmaq üçün Azərbaycanın qabaqcıl insanları lazım idi. Bu gün biz məmnuniyyət hissi ilə qeyd edə bilərik ki, o zaman onlar artıq var idi, yetişmişdi. Azərbaycanda o dövrdə böyük bir ziyalı dəstəsi meydana gəlmişdi”.

Ulu Öndərin zərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyində səsləndirdiyi bu fikirlər müstəqil dövlətimizin yaranmasının tarixi zərurətdən doğan şərtlərini ən yaxşı formada özündə ehtiva edir.

Milli dövlətçilik tariximizdə bu günün səciyyəvi əhəmiyyəti həm də ondadır ki, tarixdə ilk dəfə məhz 1918-ci il mayın 28-də milli məfkurəyə söykənən Azərbaycan adlı müstəqil dövlət öz adını bütün dünyaya yaydı.

Beləliklə, Azərbaycanın müstəqilliyinin elan edilməsi 27 may 1918-ci ildə Tiflisdə Zaqafqaziya Seyminin keçirildiyi günlərdə “İstiqlal Bəyannaməsi”nin qəbul edilməsi ilə başladı. Mayın 28-də yaradılan Milli Şura Azərbaycanın müstəqilliyini elan etdimüvafiq bəyannamə ilə bunu bütün dövlətlərə rəsmən yaydı. Bununla da müsəlman-türk dünyasında, eləcə də bütün Şərqdə ilk demokratik quruluşlu respublikanın yaradılmasının əsası qoyuldu. Qəbul edilən bəyannamə özünün sivil məzmunu və ümumbəşərə dəyərlərin ifadəsi baxımından həmin dövr üçün bütün dünyada ən mükəmməl siyasi akt kimi qiymətləndirilə bilər. Bu dövrdə özünü sivildemokratik cəmiyyət adlandıran Qərb dövlətlərində belə mövcud olmayan bir sıra hüquqi normalar AXC dövründə təsbit edilmişdir. Bəyannamənin tarixi dəyərini, hətta bu günümüzlə tam səsləşdiyini nəzərə alaraq onu bir daha xatırlatmağı özümüzə borc bilirik. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.

3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.

4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, dinindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarının hüquqlarının təminatçısıdır.

5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli ŞuraMilli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.

Göründüyü kimi, bu gün dünyanın ən tolerant dövləti adını ləyaqətlə daşıyan Azərbaycanın bu dəyərlərə malik olmasının kökləri hələ təqribən bir əsr bundan öncə, dünyanın ən qarışıq zamanında belə bəşəri dəyərlərə sadiqliyini elan edən Xalq Cümhuriyyətinin yaranmasına gedib çıxır.

Müstəqilliyin elan edilməsindən sonrakı dövrdə milli dövlət quruculuğu sahəsində görülən işlər olduqca gərgin şəraitdə həyata keçirilirdi. İlk növbədə ərazilərin müəyyənləşdirilməsində ciddi problemlər meydan çıxırdı. Ərazi mübahisələri həm Gürcüstanla, həm də Azərbaycanın bir çox ərazilərinə yersiz iddialarla çıxış edən ermənilərlə aparılırdı. Milli Şura yaranmış hərbi-siyasi vəziyyətin ağırlığını nəzərə alaraq tarixi Azərbaycan torpağı olan İrəvan Quberiyasını ermənilərə güzəştə getməyə məcbur olmuşdur. Lakin tarixi səhv olan bu qərar belə ermənilərin Azərbaycanın digər ərazilərinə yönələn iddialarının qarşısını ala bilmədi.

Bu tarixdə Bakı şəhəri Stepan Şaumyanın başçılığı altında bolşevik Bakı Sovetidaşnak silahlı dəstələrinin nəzarətində olduğu üçün, Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində yerləşmişdir.

4 iyun 1918-ci ildə Batumda aparılan danışıqların nəticəsi olaraq Xalq Cümhuriyyəti ilə o zamankı Osmanlı dövləti arasında “Sülhdostluq haqqında” müqavilə imzalandı. Müqaviləni Azərbaycan tərəfdən Milli Şuranın sədri M.Rəsulzadə və xarici işlər naziri M.Hacınski imzalamışlar. Müqavilədə Osmanlı dövləti Azərbaycan Xalq Cümhuriyyətinə hərbi yardım göstərmək barədə öhdəlik götürürdü.

1918-ci il sentyabrın 6-da Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Azərbaycan nümayəndə heyəti İstanbulda Osmanlı sultanı VI Məhmət Vəhidəddin tərəfindən qəbul edilərkən Bakının işğaldan azad edilməsi barədə razılığa gəlindi. Bu qərardan bir neçə gün sonra-sentyabrın 15-də baş verən ağır döyüşlər nəticəsində Azərbaycan Demokratik Cümhuriyyətinin milli ordusu Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını bolşevik, erməni-daşnak və ingilis hərbi dəstələrindən azad etmış və müstəqil Azərbaycan hökuməti bundan sonra Gəncədən Bakıya köçmüşdür.

1919-cu ilin əvvəllərindən başlayaraq milli hökumət Azərbaycanın dövlət müstəqilliyinin tanınması və beynəlxalq əlaqələrin qurulması məqsədilə fəaliyyətə başladı. Paris sülh konfransında Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti bu məqsədlə gərgin aparırdı.

Yuxarıda qeyd edildiyi kimi, yeni yaradılan hökumət dövlət quruculuğu ilə yanaşı, ən böyük mübarizəni Azərbaycanın müxtəlif ərazilərində soyqırımı törətməklə məşğul olan erməni hərbi birləşmələri ilə aparmalı olurdu. İrəvan şəhərinin ermənilərə paytaxt kimi verilməsi erməniləri qane etmirdi. Onlar Zəngəzur, Qarabağs. əraziləri də ələ keçirmək niyyəti ilə kütləvi qırğınlar törədir, azərbaycanlıların soyqırımını həyata keçirirdilər. Bütün bunlara rəğmən AXC hökuməti erməni silahlı birləşmələrinin darmadağın edilməsini reallaşdırmağı bacardı və Azərbaycan 113,9 min kvadrat-kilometr ərazidə suverenliyini bərpa edə bildi.

Lakin yaranmış geosiyasi vəziyyət Cümhuriyyətin uzunömürlü yaşamasına imkan vermədi. Mövcud daxilixarici şəraitin diktəsi ilə 1920-ci il aprelin 27-də milli hökumət süqut etdi və hakimiyyət bolşeviklərin əlinə keçdi.

23 aylıq qısa ömür sürməsinə baxmayaraq AXC-nin mövcudluğu SSRİ dövründə, müstəqil olmasa da Azərbaycan SSR-in yaranmasına və qəbul edilməsinə siyasi zəmin yaratmışdır. Ermənilərin və Sovet Rusiyasının Azərbaycan ərazilərini parçalamaq planlarını pozmuşdur.

M.Rəsulzadənin ifadə etdiyi kimi, “azadlıq və istiqlalı dadan” Azərbaycan xalqı ondan məhrum edilsə də 71 il sonra, 1991-ci ildə yenidən istiqlalına qovuşmağı bacardı və milli dövlət müstəqilliyini bərpa etdi.

1991-ci ilin oktyabrında Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsi çox böyük bir tarixi hadisə, xalqımızın həyatında yeni bir dönüş nöqtəsi oldu. 28 May adi bir təqvim deyil, özündə milli məfkurəni, xalqımızın istiqlal arzusunu təcəssüm etdirən bir tarixdir. Bu tarix, eyni zamanda, sübut etmişdir ki, 71 illik sovet rejimi Azərbaycan xalqının müstəqillik arzularını tükədə bilməmiş, xalqımız istiqlal arzularını öz milli məfkurəsində yaşatmışdır.

Azərbaycanı müstəqilliyə aparan yolda ilk rəsmi sənədin qəbulu 1991-ci il avqustun 30-na təsadüf edir. Məhz həmin gün o zamankı Azərbaycan SSR Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul olundu. Onun ardınca Azərbaycan Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi. Bununla da Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilditarixi müstəqilliyini bərpa etdi.

Lakin əldə edilən müstəqilliyi qoruyub saxlamaq daha çətin oldu. Azərbaycanın istiqlaliyyətinin başı üzərini yenidən qara buludlar alırdı. Ancaq tarixtale bu dəfə Azərbaycan xalqının üzünə güldü, itirilmiş canlarqanlar bahasına əldə edilən müstəqillik qorundu və möhkəmləndi. Burada xüsusi qeyd etmək vacibdir ki, tarixin növbəti belə böyük şansının itirilməməsində, milli və müstəqil dövlətçiliyin qorunmasında Azərbaycan xalqının ümummilli lideri, dahi siyasi xadim Heydər Əliyevin xidmətləri misilsizdir. Sanki tarix XX əsrin son onilliklərində qazanılacaq istiqlalın qorunması məsuliyyətini öz çiyinlərində daşıması üçün ulu öndər Heydər Əliyevi zəruri şərtlərdə yetişdirirdi.

Beləliklə, xalqımız uzun illər həsrətində olduğu müstəqilliyin ilk illərində - 1991-1993-cü illərdə ağır, məşəqqətli günlərlə rastlaşdı, çox böyük çətinliklərlə üz-üzə dayandı. Aparılan yalnış siyasət nəticəsində 1993-cü ilin iyun ayında ölkədə vətəndaş müharibəsi təhlükəsi yarandı. Bu zaman ölkənin güclü bir liderə ehtiyacı var idi. Belə bir şəraitdə xalq üzünü böyük tarixi şəxsiyyət, ümummilli lider Heydər Əliyevə tutdu. Çünki xalq başa düşürdü ki, onu bu çətin və ağır vəziyyətdən yalnız ulu öndər Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər.

Müstəqilliyin ilk illərində həlli çətin görünən problemlərlə üzləşmiş Azərbaycan Şərqdə ilk müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin aqibətini yaşamağa çox yaxın idi. Ancaq xalqımızın xoşbəxtliyi onda idi ki, belə bir mürəkkəb dövrdə onun Heydər Əliyev kimi siyasi lideri xilaskarlıq missiyasını öz üzərinə götürdü. Zamanın tələbi nəticəsində ulu öndər Heydər Əliyevin ali qanunvericilik orqanına sədr seçilməsi ölkə həyatında çox mühüm bir hadisə oldu. Bu siyasi qayıdış, sözün həqiqi mənasında Azərbaycanı azərbaycanlılara, milləti özünə qaytarmış oldu. Xalqın təkidli tələbi və çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin yüksək dühası və siyasi uzaqgörənliyi sayəsində 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, respublika daxilində sabitlik təmin edildi. Azərbaycanın hərtərəfli tərəqqisinə, xalqımızın milli, mədəni, tarixi ənənələrinə, ümumbəşəri dəyərlərə söykənən sivil, demokratik cəmiyyətin yaradılmasına xidmət edən islahatların həyata keçirilməsinə başlandı. Heydər Əliyev uzun illər çoxcəhətli fəaliyyəti və müdrik rəhbərliyi ilə Azərbaycan xalqının müstəqil dövlətçilik tarixində böyük rol oynamışdır. Xalqımızın böyük oğlu Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti sayəsində Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni həyatın bütün sahələrində böyük uğurlar qazanaraq təkcə keçmiş SSRİ-də deyil, bütün dünyada tanınmağa başladı. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı da xalqımıza, Azərbaycana müstəsna uğurlar gətirdi.

Qısa müddət ərzində ümummilli lider Heydər Əliyev müstəqilliyimizin qorunub saxlanması və inkişafı üçün taleyüklü problemləri həll etdi. Ermənistanla cəbhə xəttində atəşkəsə nail olundu, ordu quruculuğu işlərinə başlanıldı. Dünya dövlətlərinin ölkəmizdə gedən müsbət proseslərə marağı artdı. Uğurlu islahatların bünövrəsi qoyuldu. Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də əldə etdiyi dövlət müstəqilliyini məhz ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndirdi. Ulu Öndərin titanik fəaliyyəti sayəsində ölkəmiz inkişaf yolunu qədəm qoydu. Bir sıra beynəlxalq təşkilatlara üzv seçilən Azərbaycan 2001-ci ildə Avropa dövlətlərinin ailəsinə - Avropa Şurasına üzv qəbul edildi.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən birionun hazırlayıb həyata keçirdiyi uğurlu neft strategiyasıdır. 1994-cü il sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində müstəsna rol oynadı. 1995-ci il noyabrın 12-də müəllifi ümummilli liderimiz Heydər Əliyev olan müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Belə hadisələrin bir-birinin ardınca baş verməsi Azərbaycan tarixi üçün yeni mərhələnin başlanğıcı kimi qəbul olunurdueyni zamanda, dövlətin siyasi-iqtisadi müstəvidə dünyaya inteqrasiya olunmasına meydan açırdı.

Xalq və dövlət tərəfindən müstəqillik böyük tarixi nailiyyət və milli sərvət kimi qəbul olundu. Bu tarixi nailiyyəti qoruyub saxlamaq, daha da gücləndirmək yolunda görülən işlərin təməli möhkəmlənirdi.

Müstəqillik tarixini qeyd edərkən qüruriftixar hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkələrindəndir. Bütün bunlar müstəqil Azərbaycanın tarixi nailiyyətləridir. Vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.

Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyini qoruyub saxlayır.

Bu gün Azərbaycan qüdrətli dövlətdir. İqtisadi inkişaf, siyasi məsələlərin həlli, beynəlxalq hüquq normaları, bütün bu amillər Azərbaycanın mövqeyini gücləndirir. Ölkənin mövcud durumu onu göstərir ki, yaxın zamanda Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, işğal edilmiş torpaqlar azad ediləcəkdir. Bu gün işğal altındakı bütün torpaqlarda Azərbaycanın suveren hüquqları bərpa olunacaqdır. Azərbaycanın uğurlu inkişafı bu fikirləri qeyd etməyə əsas verir.

Bu gün Azərbaycan öz dövlət müstəqilliyinin ən parlaq səhifələrini yazır. Ən əsası isə odur ki, Prezident İlham Əliyev dövlət müstəqilliyinin qarantı kimi xalq tərəfindən yekdilliklə dəstəklənir.

Demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir. Lakin xalqımızın müstəqil dövlət quruculuğu yolu heçhamar olmamışdır. Digər ölkələrdən fərqimiz həm də onda idi ki, Azərbaycan xalqı müstəqilliyin nə demək olduğunu daha yaxşı bilirdi. Çünki xalqımız XX əsrin əvvəllərində müstəqilliyin sevincini bir dəfə yaşamışdı və nail olduğu növbəti, əbədi müstəqillik XX əsrin sonlarına doğru onun siyasi tarixinin möhtəşəm hadisəsi idi. Bu proses isə yeni tarixi şəraitdə müasir müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin adı ilə bağlıdır.

Bu gün müstəqil Azərbaycan nəinki regionun ən güclü dövlətinə çevrilib, dünyada baş verən bir sıra iqtisadi-siyasi məsələlərin həllinə təsir etmək imkanlarına sahib olan söz sahibi ölkəyə çevrilib. Bu gün müstəqil Azərbaycan bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi mərkəzə çevrilib. Bütün bunlar ölkəmizin dünya miqyasında artan nüfuzunun, müsbət imicinin məntiqi nəticəsidir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü siyasət əminliklə deməyə əsas verir ki, “Azərbaycanın müstəqilliyi əbədidir və dönməzdir!”

 

Taleh Turqut

 

İki sahil.- 2015.- 28 may.- S.12; 19.