Gəncləri narkomaniya

bəlasından qoruyaq!

 

Narkomaniya uzun illərdir dünyanın ən böyük problemlərindən biri kimi bəşəriyyəti düşündürürnarahat edir. Cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya meyil təəssüflər olsun ki, günü-gündən artmaqdadır. Əksərən də yeniyetmə və gənclər arasında. Çünki onlar daha çılğın və emosionaldırlar, istəklərini həyata keçirmək üçün ən gözlənilməz yollara da əl atırlar. Bu da təbii ki, onları könüllü olaraq narkotika alverçilərinin müştərisi edir. Hazırda bəşəriyyət qarşısında duran ən mühüm məsələlərdən biri narkotiklərin qanunsuz dövriyyəsi kimi təhlükəli cinayətkarlıqla qətiyyətli mübarizə aparmaqdır. Narkobiznes hazırda çox mənfəətli kriminal sahələrdən biri olmaqla ondan əldə edilən gəlirlər başqa transmilli cinayətlərə, xüsusən də terrorçuluğun maliyyələşdirilməsinə və törədilməsinə yönəldilir. Bu da öz növbəsində onun təhlükəliliyini daha da artırır. Dünyanın müxtəlif qaynar bölgələrində həyata keçirilən terror aktları, qırğınlar, dağıntılar, günahsız insanların, xüsusən də uşaqların ölümü ilə nəticələnən qorxunc hadisələrin çoxu beynəlxalq narkobiznes hesabına həyata keçirilirgünü bu gündavam etməkdədir.

Təəssüflə qeyd etməliyik ki, bizdən asılı olmayan səbəblər ucbatından Azərbaycan da bu gün ən ağrılı problemlərdən birinə çevrilmiş narkotizm bəlasına düçar olmuş ölkələr sırasındadır. Belə ki, Əfqanıstandan gətirilən narkotik vasitələrin MDB ölkələrinə və Avropaya daşınmasında Azərbaycanın işğal altındakı ərazilərindən tranzit kimi istifadə olunur.

Qeyd edək ki, hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da narkotik istifadəçilərinin böyük əksəriyyətini gənclər təşkil edir. Onların sayı isə ilbəil artmaqdadır. Belə həblər ilk dəfə yeniyetmələrə, gənclərə pulsuz verilir. Onlar buna aludə olduqdan sonra pulla almağa məcbur olurlar. Bu gənclər pul tapmadıqda isə hər cür cinayətə əl atırlar. Bu, bir tərəfdən cinayətkarlığın inkişafına şərait yaradırsa, digər tərəfdən gənc nəslin həyatının məhv olmasına gətirir və milli genefondu təhlükə altına alır. Fikir versək görərik ki, ilk narkotik maddə istifadə etməyə başlayanların çoxu depressiyadan çıxmaqdan ötrü bu yola əl atır.

Narkomanlıq da narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən, mənşəyindən, vəzifəsindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. Bu, onunla izah oluna blər ki, narkomaniya öz-özlüyündə cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, qazanılmış immun çatışmazlığı sindromunun sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı ləngidir, ailələri dağıdır, bütövlükdə cəmiyyəti sosial partlayışlara sürükləyir. Xüsusilə təəssüfləndirici haldır ki, bu gün hər kəs bu bəlanın dərinliyini hiss etmir. Çox təəssüf ki, narkomaniyanın qarşısını almaq deyəndə daha çox gənclərlə işləmək nəzərdə tutulur. Amma bizim ən böyük işimiz ailələrlə olmalıdır. Çünki problemlərin mənbəyi ailədir. Təsəvvür edə bilmirəm ki, valideyn onun uşağı narkoman olduğunu hiss etməsin.

Narkomaniyaya aludə olanlar bilməlidirlər ki, onlar təkcə özlərini deyil, ailələrini, bütöv nəsli məhv edirlər. Onlar bilməlidirlər ki, narkomaniyaya qurşananda onların QİÇS-ə yoluxma ehtimalı artır. Onların sabah dünyaya gətirdikləri uşaqlar da xəstə olurlar. Buna görə də çox geniş təbliğata ehtiyac var. Biz narkomaniyaya qarşı mübarizəyə yox, müharibəyə keçməliyik. Çünki qarşımızdakılar böyük gücə malikdirlər. Onlar sadəcə, peşəkarlıqla qurulan tələlərin qurbanlarına çevrilirlər. Biz gənclərə narkomafiyaların narkodilerlər vasitəsilə onları necə tora saldıqlarını öyrətməliyik. Artıq tora düşəndən sonra onaNarkomaniya pisdir!” deməyin heç bir mənası yoxdur. Buna dünyada xroniki xəstəlik deyirlər. Onu müalicə etmək o qədər də asan deyil. Bu gün dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da narkomaniya cavanlaşır. Narkomaniya artıq bizim universitetlərimizə, məktəblərimizə daxil olur.

İctimai yerlərdə tütün məhsullarının istifadəsinə məhdudiyyət qoymaq lazımdır. Çünki narkomaniyaya aparan yol əksər hallarda siqaretdən keçir. Yetkinlik yaşında tütündən istifadə edən uşaqlar, gənclər narkomaniyanın bir addımlığında olurlar. Artıq dünyanın əksər ölkələrində ictimai yerlərdə siqaretin çəkilməsinə məhdudiyyət qoyulub.

Azərbaycan Respublikası PrezidentininNarkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın, DİN-in müvafiq əmr və göstərişlərinin icrası ilə bağlı Qobustan rayonunda da tədbirlərimiz davam etdirilir. Bu ölüm” adlandırdığımız narkomaniyaya qarşı mübarizədə Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə məktəblərdə müəllim və şagird kollektivləri qarşısında çıxışlar edilərək rayonumuz ərazisində bu xəstəliyin geniş vüsət almasının qarşısının alınması üçün marifləndirmə tədbirləri aparılır. Qobustan rayonu ərazisində 2015-ci ötən dövrü ərzində narkotik vasitələrin saxlanması və satışı ilə məşğul olan şəxslər müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmişlər. Belə ki, 14.03.2015-ci il tarixində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli şəhər Meliorator qəsəbəsi ev 12 mənzil 7 qeydiyyatda olub yaşayan Nəcəfzadə Rüfət Ədalət oğlu Qobustan rayonu ərazisində özündə olan 10,63 qr narkotik vasitə olan qurudulmuş marixuananı satdığı üçün tutularaq cinayət məsuliyyətinə cəlb edilmişdir. Bu tədbirlərin davamı olaraq 26.08.2015-ci il tarixində Qobustan Rayon ProkurorluğununQobustan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Təklə-Mirzəbaba kənd sakinlərindən ümumilikdə 900,23 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüş və həmin şəxslər tutularaq cinayət məsuliyyətinə cəlb edilmişlər. Bu yönümdə tədbirlərimiz davam etdirilir və bütövlükdə ictimaiyyəti məsələ ilə bağlı diqqətli olmağa səsləyir, əsrin bəlası olan narkomaniya ilə mübarizədə birgə əməkdaşlığa dəvət edirik.

 

Fidan Maqsudova,

Müasir Qadın və Cəmiyyət

İctimai Birliyinin sədri

 

İki sahil.- 2015.- 7 noyabr.- S.28.