Əli Həsənov: Bizim seçkinin əsas
qiymət meyarı Azərbaycan seçicisidir
Ötən həftə Mir Şahinin qonağı Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov olub. Əli Həsənov Mingəçevirdə baş verən hadisələrdən və prosesin hazırkı gedişatından başlayaraq, cəmiyyəti narahat edən bir çox mühüm məqamlara aydınlıq gətirib.
- Əli müəllim, seçki ərəfəsi ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, bütün dövrlərdə olduğu kimi, Azərbaycanda bu dəfəki seçkiqabağı vəziyyət də sabitdir və cəmiyyətin vətəndaş təşəbbüsləri kifayət qədər aktivdir. İctimai-siyasi institutlar arasında dialoq və anlaşma mühiti mövcuddur. Bu mühitlə də builki seçkiləri başa vuracağımızı düşünürük.
- Azərbaycanda vəziyyət, hətta təəccüb doğuracaq dərəcədə sakitdir. Adama elə gəlir ki, seçki 6-7 aydan sonra olacaq?
- Əlbəttə ki, bu sakitliyin də əsasları var. Əsas odur ki, cəmiyyətdə bir barış mühiti mövcuddur. Həm siyasi partiyalarla, həm qeyri-hökumət təşkilatları ilə, həm mətbuatla, həm də bütövlükdə daxili və xarici qurumlarla Azərbaycan hökumətinin yürütdüyü siyasət kifayət qədər konstruktivdir. Və bu konstruktivlik platformasında da münasibətlər sabit və barış əhval-ruhiyyəlidir.
- İndi beynəlxalq dostlarımız, müşahidəçilər nə deyirlər? Seçkiyə baxmağa gələcəklər, yoxsa...?
- Bizim seçkinin əsas qiymət meyarı Azərbaycan seçicisidir, Azərbaycan xalqıdır. Biz seçkini də ona görə keçiririk ki, bu, xalqın istək və arzusu ilə həyata keçirilir. Xalq öz vəkilini, Prezidentini, eləcə də özünü idarəetmə qurumu olan bələdiyyə sədrini seçir. Və hər dəfə seçki keçirəndə biz ilk növbədə Azərbaycan xalqının rəyinə, iradəsinə və onun bu sahədə nümayiş etdirdiyi mövqeyə söykənirik. Amma Azərbaycan beynəlxalq aləmin bir ayrılmaz tərkib hissəsidir. Biz beynəlxalq aləmdə - BMT-dən başlayaraq, Türk Dövlətləri Birliyinə qədər müxtəlif regional və beynəlxalq qurumlarda təmsil olunuruq, tərəfdaşlarımız var.
Bizimlə beynəlxalq aləmdə dünya siyasətini formalaşdıran strukturlar var. Ona görə də biz yürütdüyümüz siyasəti, keçirdiyimiz seçkiləri, xüsusən də ümummilli mahiyyət kəsb edən məsələləri istəyirik ki, beynəlxalq aləm də görsün, müşahidə etsin və öz qiymətini versin. Biz hansı səviyyəyə gəlib çatmışıq, nəyimiz yaxşıdır, nəyimiz çatmır, nələrin hələ də üzərində işləməliyik. Odur ki, biz dəvət etmişik və edəcəyik. Azərbaycanın qanunvericiliyinə müvafiq olaraq Mərkəzi Seçki Komissiyası, Milli Məclis və digər qurumlar öz tərəfdaşlarını bu seçkiyə dəvət edəcəklər. Hesab edirəm ki, onlar da bu dəvəti qəbul eləcəklər və Azərbaycanda keçirilən seçkilərə öz qiymətlərini verəcəklər. Bir daha qeyd edirəm ki, bizə ilk növbədə Azərbaycan xalqının rəyi maraqlıdır, amma, eyni zamanda, biz beynəlxalq rəydən də imtina etmək fikrində deyilik.
- Mətbuata sızan bəzi məlumatlara görə, guya ki, ölkənin əsas siyasi, əslində hərəkətverici qüvvəsi olan Yeni Azərbaycan Partiyasının (YAP) seçkilərə getmək üçün lazım olan siyahısı hazır deyil.
- Düşünmürəm ki, bunun əsası var. Yeni Azərbaycan Partiyası əvvəla öz sıralarında kifayət qədər sabit münasibətlər formalaşdıra bilib. Bu münasibətlərdən çıxış edərək, onun həyata keçirdiyi hər bir aksiya, bir qayda olaraq, ciddi təlatümlər törətmir, əksinə, sosial anlayışla qarşılanır, cəmiyyət tərəfindən müvafiq olaraq dəyərləndirilir. Yeni Azərbaycan Partiyasının bu dəfəki seçki siyahısı da müvafiq olaraq partiya sturukturları tərəfindən artıq hazırlanıb. Partiyada idarəçilik demokratik normalara söykənir. Aşağı təşkilatlardan namizədlərin irəli sürülməsi ali quruma qədər, partiyanın İdarə Heyətinə qədər mərhələlər üzrə müzakirə olunur. Bundan sonra partiyanın idarə heyəti bu qərarı verir. Qərar veriləndən sonra elan olunur. Və elan olunandan sonra artıq bütün cəmiyyət üçün bu namizədlərin üzərində işləmə prosesi başlayır. Həmin siyahı partiyanın İdarə Heyətində səsə qoyularaq cəmiyyətə təqdim olunacaq. Hesab etmirəm ki, bunun əsasında narahatlıq və yaxud da hansısa, panika yarada biləcək bir məqam var.
- Seçki ilində adətən müxtəlif təbədüllatlar baş verir, kataklizmlər olur, daxildə nələrisə tərpətmələrə cəhdlər, meyillər olur. Etiraf edək ki, Mingəçevirdə kütləvi etiraz aksiyası baş verdi və cənab Prezident də bu hadisəni törədən səbəbləri öz nəzarəti altına götürdü. Əslində, orada nə baş vermişdi və indi bu saat orada gedən prosesləri siz necə qiymətləndirirsiz?
- Əlbəttə, könül açan hadisə deyildi. Bir vətəndaşın onun hüquqlarını müdafiə edən, cəmiyyətdə asayişi bərqərar edən və asayişin keşiyində duran qurumun ofisində həlak olması, dünyasını dəyişməsi hansı səbəbdən olursa-olsun, yaxşı hal deyil. İstər bunun səbəbi polis olsun, istər bunun səbəbi həmin vətəndaşın özü olsun, istər ehtiyatsızlıqdan olsun, istər məsuliyyətsizlikdən olsun, istərsə də ortada cinayət faktı olsun və yaxud olmasın. Əlbəttə, mövcud qanunvericiliyə müvafiq şəkildə araşdırma gedir və bu iş cənab Prezidentin nəzarəti altındadır. Buna müvafiq qiymət veriləcək. Günahkarlar cəzasını alacaq. Əlbəttə, dünyasını dəyişmiş insanın həyatını geri qaytarmaq hələ heç kimə nəsib olmayıb. Ona görə də düşünürəm ki, bu hadisə yaxşı hal deyildi. Bu, olmamalı idi. Amma baş verib. Heç bir cəmiyyət, heç bir dövlət, heç bir insan bu tipli hallardan sığortalanmayıb. Odur ki, belə halların təkrar baş verməməsini müəyyən etmək bu dövlətin bir nömrəli vəzifəsidir. Dövlət çalışmalıdır ki, belə hallar olmasın. Olanda da dərhal araşdırılsın və bunun səbəbləri dərhal aradan qaldırılsın. Ona görə də mən bunun hüquqi təfsilatına varmaq istəmirəm. Amma təəssüflər olsun ki, bu, hadisə baş verdi. Bu hadisədən narahatlıq da oldu. O cümlədən Mingəçevrin şəhər ictimaiyyətinin, mərhumun qohumlarının narazılığı da oldu. Bu narazılıq, əlbəttə, bəri başdan demək olmaz ki, əsassız idi. Amma sadəcə olaraq hər bir insanın narazılığı, narahatlığı şəhərdə ümumi asayişin pozulmasına səbəb olmamalıdır. Digər insanların təhlükəsizliyinə təhdid yaratmamalıdır. Bir hadisənin qarşısını almaq üçün başqa hadisələrə zəmin yaratmamalıdır. Bu anlamda, əlbəttə, dəyərləndirilir, qiymətləndirilir. Cənab Prezidentin nəzarəti altında Daxili İşlər Nazirliyi və prokurorluq orqanları bu araşdırmanı aparır, günahkarlar layiqli cəzalarını alacaqlar, mərhumun qohumları da bunu bilsin. Azərbaycan və o cümlədən Mingəçevir şəhərinin ictimaiyyəti də bilsin ki, Azərbaycanda heç bir cinayət və ya məsuliyyətsizlik, yaxud da ki, digər hadisələr izsiz və cəzasız qalmayıb. Eyni zamanda bu da qalmayacaq.
- Təbii ki, Azərbaycan dünyanın tərkib hissəsidir. Dünyada gedən bütün proseslər bu və ya digər dərəcədə bizim ölkəmizə, dövlətimizə, bizim vətəndaşımıza toxunmadan mümkün deyil. Neftin qiyməti düşürsə və ya qalxırsa, biz bunu hiss edirik. Rusiya və Çin valyutası ətrafında gedən dinamik proseslər bizim həyatımızda bu və digər dərəcədə öz əksini tapır. Hətta cəmiyyətdəki narahatlıqları siz bilirsiniz. Dərhal valyuta ətrafında nəsə baş verən kimi insanlar manatın aşağı yuvarlanacağını, dolların qalxacağını düşünür - biri manat, digəri isə dollar dalınca qaçır. Məsələ əslində kifayət qədər başa düşüləndir. Cəmiyyət öz gələcəyinə həssas yanaşmağa borcludur. Hətta belə bir söhbətlər də gəzir ki, indi manatla dollar arasında gedən prosesləri müəyyən mənada seçkilərdən sonraya təxirə salıblar - seçkilərdən sonra nələrsə olacaq. Amma bütün hallarda belə narahatlıqlar nə dərəcədə əsaslıdır?
- İqtisadi siyasət, valyuta mübadiləsi, enerji daşıyıcılarının qiyməti, ondan irəli gələrək qlobal dünya iqtisadiyyatının vəziyyəti, Çin kimi dünya iqtisadiyyatının böyük bir qismini təşkil edən nəhəng bir ölkədə baş verən iqtisadi, eləcə də maliyyə prosesləri, devalvasiya, Amerika Birləşmiş Ştatlarında qalxma və enmələr, Avropa Birliyindəki proseslər, Yunanıstanda baş verən böhranlar, bir vaxtlar sabitlik adası kimi dəyərləndirilən Şimali Afrikadakı çaxnaşmalar, əhalinin öz yurd-yuvasını tərk edib Avropaya miqrasiya etməsi, bunun qarşısını almaq cəhdləri, bundan irəli gələn proseslər - bütün bunlar bəşəriyyətdə yaşayan hər bir insana təsir edir, o cümlədən Azərbaycana da təsirsiz ötüşməyə bilmir. Biz nə qədər çalışsaq ki, Azərbaycanın iqtisadiyyatını, siyasətini, sosial həyatını, maliyyə sabitliyini və digər məsələləri beynəlxalq aləmdən tam azad şəkildə inkişaf etdirək və onlardan asılılığı azaldaq, istər-istəməz qlobal dünyanın bir tərkib hissəsi kimi Azərbaycan da bu proseslərdən yan keçə bilmir. Ona görə də, əlbəttə, biz valyuta ətrafında son zamanlar yaranmış ajiotajı da anlayırıq. Vətəndaşın öz maliyyə vəsaitlərini, öz pul yatırımlarını və yaxud da pul vəsaitlərini qorumaq cəhdlərini də düzgün anlayırıq və dəyərləndiririk. Dövlətin vəzifəsi ondan ibarətdir ki, bir tərəfdən hər bir vətəndaşının mövcud vəsaitlərinin qorunmasına yardımçı olsun. Onların düzgün yerləşdirilməsi, düzgün idarəsi, devalvasiya və digər proseslərdən asılılığın aşağı salınması ilə məşğul olsun. O biri tərəfdən özünün davamlı inkişafını təmin etsin. Özünün maliyyə, iqtisadi, sosial həyatını davamlı və ayrı-ayrı proseslərdən asılı vəziyyətdən xilas etsin. Odur ki, dövlət olaraq biz hər bir vətəndaşdan az düşünmürük. Prezident Administrasiyası hər bir vətəndaşın narahatlığını paylaşır, bölüşür. Cənab Prezidentin siyasətinin təməlində Azərbaycan vətəndaşı dayanır, onun maraqları dayanır və Prezidentin bütün çıxışlarında qırmızı xətlə bir cümlə keçir ki, mən istəyirəm, Azərbaycanda heç bir problem olmasın, hər bir vətəndaş layiqli həyat tərzi ilə təmin olunsun. Odur ki, bu tipli proseslər elə-belə, kortəbii baş vermir.
Bilirsiniz ki, fevral ayında baş verən devalvasiyadan sonra vətəndaşlarımız dövlətdən, Milli Bankdan narazı oldu ki, dövlət bunun qarşısını ala bilərdi. Amma digər bir tərəfdən də dövlət həm də özünü qorumalıdır. Dövlət strateji bir obyekdir. Sadəcə olaraq bizi əhatə edən ölkələrə nəzər yetirsək görərik ki, Azərbaycandan qat-qat zəngin olan Rusiya, Qazaxıstan və Belarusda devalvasiya hansı dərəcədə getdi? Mən hələ Ermənistan kimi cırtdan kimi dövlətləri demirəm. Nələr baş verdi, biz bunun şahidi olduq. Bizdə cəmi 30-35 faiz arasında devalvasiya getdi. Hazırda Azərbaycan dövləti maksimum dərəcədə çalışır ki, vətəndaşların, eləcə də Milli Bankın və onun strukturunun da maraqları təmin olunsun. Bütövlükdə, Azərbaycan dövləti hər bir kəsin dövlətidir və bu dövlətin maraqları qorunmalıdır. Hesab edirəm ki, ajiotaja əsas yoxdur. Nəinki bunu seçki ilə bağlamaq lazımdır, ümumiyyətlə, Azərbaycan dövləti çalışır ki, manat sabit qalsın. Manat bizim milli simvollardan, dövlətin vacib atributlarından biridir. Onun dəyərdən düşməsi bizim dövlətin də dəyərdən düşməsidir. Ona görə biz çalışırıq ki, sabit qalsın və inşallah sabit də qalacaq!
- Amma bu sabitlik dövlətin maraqlarının itkisi hesabına başa gəlməməlidir. Azərbaycanda istehsal olunan malların qiyməti əsaslandırılmamış şəkildə artmamalıdır. Çünki Avropa məhsulları ilə müqayisədə biz bilirik ki, nə qədər rəqabətə qabilik və bütün bunlar da öz ziyanını dövlətimizə vurmamalıdır.
- Bununla
tam bir şəkildə razıyam. İqtisadiyyatımız
bazar iqtisadiyyatıdır. Amma dövlət
öz vətəndaşının maraqlarını
bütün vasitələrlə qorumalıdır. Azərbaycan dövləti də
çalışır ki, bazarı tənzimləsin. Nəyə görə tənzimləsin? Bazar iqtisadiyyatı şəraitində əsasən
sosial-siyasət cətin qorunma dilemması qarşısında
qalır. Dövlət o immuniteti
artırmaq üçün özünün bazar
iqtisadiyyatında cətin uyğunlaşan sahələrinin
maraqlarını təmin etmək üçün bu işə
müdaxilə etməlidir.
- İndi ənənəvi suala qayıdaq: Azərbaycanla
Qərb münasibətlərinə. Azərbaycanla Qərb
arasında çox qəribə münasibətlər var. Elə
bil ki, qısaqapanmalar olur. Gah
yanır-sönür, gah da qaranlıq-aydınlıq olur.
İndi qaranlıqdır, yoxsa aydınlıqdır?
Bəzən onların nümayəndələri
bura gəlib-gedəndən sonra adamda elə təəssürat
yaranır ki, deyəsən hər şey düzəldi.
Amma bir müddət keçəndən sonra bizim ali orqanlarımızın birində kəskin məqalə
gedir və məlum olur ki, bu məqalə artıq hansısa
bizim haqqımızda yazılan kəskin məqaləyə
cavabdır.
- Bir
jurnalist kimi siz dəfələrlə bu mövzuya toxunmusunuz -
“Özüvə rəva görmədiyini başqasına
görməməlisən”. Məsələn, Azərbaycanda
bu yaxınlarda bir jurnalist döyülərək qətlə
yetirildi. Qətlin
iştirakçıları isə həbs olundular. Cənab Prezident bu işə xüsusi olaraq
müdaxilə etdi. Bir nəfər
jurnalisti döydüklərinə görə hazırda
altı nəfər həbs edilib. Hələ
məhkəmə prosesi zamanı nələr ortaya
çıxacaq, hər şey aydındır. Amma açıq ekranda ictimaiyyətin gözü
önündə dünyanın ən güclü, ən təhlükəsiz,
fövqəldövləti, dünya nizamını müəyyən
edən bir ölkədə canlı efir gedə-gedə bir nəfər
içəri daxil olur və iki nəfər jurnalisti qətlə
yetirir. Biz dəfələrlə bəyan
etmişik ki, Azərbaycan da daxil dünyanın heç bir
ölkəsi cinayətdən sığortalanmayıb. Cinayətkarı dünyanın heç bir ölkəsi
indiyə qədər tam şəkildə cəmiyyətdən
təcrid etməyib, cinayətkarlığın
qarşısını yüzdə-yüz ala bilməyib.
Bu, hər yerdə baş verən prosesdir.
Əsas məsələ ondan ibarətdir ki,
dövlət bu işə lazımi adekvat qiymət verməlidir,
adekvat yanaşma nümayiş olunmalıdır, cinayətkarın
axtarışı istiqamətində düzgün tədbirlər
müəyyən olunmalıdır və cinayətkar
tapılıb cəzalandırılmalıdır ki, növbəti
belə cinayət törətməyə insanlar cəsarət
etməsin. Amma təəssüflər
olsun ki, bizdəki çox görünür, bütün beynəlxalq
aləm dərhal bunu görür, reaksiya və bəyanatlar
verirlər, Azərbaycan dövlətinin, Prezidentini
günahlandırırlar və ilaxır. Özlərində
isə eyni proseslərə göz yumurlar. Hətta,
günlərin birində Amerika Birləşmiş
Ştatları Dövlət Departamentinin
sözçüsü dedi ki, bu proseslərin dünyada
heç kimə dəxli yoxdur, bunlar Amerikanın daxili
işidir, yəni polis tərəfindən jurnalistin, vətəndaşın
qətlə yetirilməsi Amerikanın daxili işidir və
müzakirə üçün açıq deyil. Necə olur ki, bir dövlətdə açıq
olmur, amma digər dövlətdə açıq olur. Bir dövlətdə jurnalistin başına gələn
hansısa hadisə dərhal beynəlxalq aləmə
çıxarılır, digər dövlətdə olmur.
Ona gərə də, biz hər zaman tərəfdaşlarımızdan
tələb edirik ki, özünüzə rəva görmədiyinizi
bizə də görməyin. Bizə rəva
gördüklərinizi özünüzə də rəva
görün. Sadəcə olaraq biz dünya dövlətlərini
onun böyüklüyu-kiçikliyi ilə deyil,
gücünün azlığı-çoxluğu ilə
deyil, ərazisinin genişliyi-kiçikliyi ilə deyil, hər
biri beynəlxalq hüququn sübyekti kimi bərabər
hüquqlu dəyərləndiririk və istəyirik ki, hər
kəsin hüququ BMT yanında bərabər olsun və
hamıya da eyni standartla yanaşsınlar. İkili
standart müasir dünya siyasətini çox təəssüf
ki, təhdid, etməkdə davam edir. Əgər
bunun qarşısı alınmasa bundan sonra dünyada nələr
baş verəcəkdir? İnsanlıq
çox dəhşətli faciələrlə üz-üzə
gələ bilər.
- Ermənistan
və Azərbaycan Prezidentlərinin görüşü nə
vaxta planlaşdırılıb? Qarabağ
mövzusunda danışıqların bərpa olunması, Azərbaycan
Prezidentinin Ermənistan prezidenti ilə, hətta deyilənə
görə, BMT-nin 70 illiyi münasibətilə Nyu-Yorkda
görüşü nəzərdə tutulur. Ümumiyyətlə, belə bir söhbətlər
nə dərəcədə əsaslıdır?
-
Danışıqlar əsasən Minsk qrupu formatı çərçivəsində
davam edir. Formata uyğun olaraq hər iki ölkənin
dövlət başçılarının və Xarici
İşlər nazirliklərinin görüşü
keçirilir. Eləcə də digər
nümayəndələrin apardıqları
danışıqlar. Bu formata biz daxil hələ
də ümid bəslənilir. Amma təəssüflər
olsun ki, Minsk qrupunun necə deyərlər dişsiz fəaliyyəti,
BMT Təhlükəsizlik Şurasının bu məsələyə
ikili yanaşması, BMT-nin qətnamələrinə laqeydliyi
Azərbaycanı və Ermənistanı müharibəyə
sürükləyir. Və indiki halda, yəni bu
danışıqlar belə davam etsə, danışıqlar
imitatsiyası adı altında Ermənistanın
qeyri-konstruktiv mövqeyi davam etsə və BMT Təhlükəsizlik
Şurasının üzvləri və bütövlükdə
BMT Ermənistana təzyiq göstərməsə, müharibə
qaçılmazdır. Azərbaycanı, Ermənistanı, Cənubi
Qafqazı yenidən müharibə dalğası bürüyə
bilər. Çünki Azərbaycan heç bir
zaman torpaqlarının itirilməsi ilə barışmayacaqdır.
Cənab Prezident dəfələrlə bəyan
edib ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həllini
tapmalıdır. Bu bizim beynəlxalq
hüquq normalarına söykənən milli
haqqımızdır. Biz də bu milli
haqqımızı bir kimsəyə güzəştə getməmişik
və getmək fikrində də deyilik.
İki sahil.-2015.-
1 sentyabr.- S. 4.