Seçkilər demokratik inkişafın vacib amillərindəndir

 

Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə noyabrın 1-də Milli Məclisə növbəti seçkilər keçiriləcək

 

Seçkilər hər bir ölkənin siyasi həyatında olduqca mühüm amildir. Eyni zamanda demokratiyanın bir ifadəsi, göstəricisidir. Ona görə də bütün dövlətlərdə seçkilər daim diqqət mərkəzində olur. Bu baxımdan ölkədə ictimai-siyasi vəziyyətin rolu olduqca vacibdir. Ölkəmiz Milli Məclisə seçkilər kimi tarixi günün ərəfəsindədir. Azərbaycanın 24 ildən artıq bir dövrdə keçdiyi tarixi inkişaf yoluna nəzər salsaq görərik ki, artıq prezident, parlament, bələdiyyə seçkilərinin keçirilməsi ölkəmiz üçün həm nümunə, həm də təcrübədir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə noyabr ayının 1-də yenidən ölkəmiz üçün əhəmiyyətli olan, indiyə qədər baş tutan sayca 5-ci parlament seçkiləri keçiriləcək. Hər bir dövlət üçün seçki prosesi olduqca çətin, məsuliyyətli, ağır bir prosesdir. Xüsusilə Azərbaycan kimi gənc bir dövlət üçün bu proses daha da məsuliyyətlidir.

Hazırda dünyada hansı proseslərin baş verməsinin şahidiyik. Bu gün bir sıra regionlarda vəziyyət çox mürəkkəbdir. Həmin bölgələrdə qanlı toqquşmalar baş alıb gedir, hər gün yüzlərlə insan həyatını itirir. Belə vəziyyətin yaranmasında müəyyən beynəlxalq güclərin öz maraqlarını təmin etmək siyasəti dayanır. Təəssüf doğuran hal odur ki, bu siyasət çox zaman dövlətlərə və xalqlara qarşı demokratiyainsan haqları pərdəsi altında həyata keçirilir. Bu səbəbdən də ayrı-ayrı xalqlar fəlakətlərlə üzləşirlər. Artıq bir reallıqdır ki, dünya hüquq problemini yaşayır. Müəyyən güclər beynəlxalq qanunları öz bildikləri istiqamətdə yönəltməyə və öz maraqları çərçivəsində tətbiq etməyə çalışırlar.

Bir çox hallarda belə təhdidlər bizim regiondan da yan keçmir. Azərbaycanın müstəqilliyini, inkişafını güclü dövlət olmasını istəməyən qüvvələr var. Vurğulamaq lazımdır ki, müstəqilliyimizin ilk illərində ölkəmizdə dərin ictimai-siyasi böhran hökm sürürdü, sosial-iqtisadi durum da ağır idi. Təbii ki, belə vəziyyət müəyyən daxili xarici qüvvələrin maraqlarına cavab verirdi. 1993-cü ildə Azərbaycan artıq məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Amma ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində bu təhlükəyə son qoyuldu Azərbaycanı parçalamaq istəyən qüvvələrin arzuları gözlərində qaldı. Ulu öndər Heydər Əliyev qısa müddətdə Azərbaycanda ictimai-siyasi sabitliyi bərqərar etdi. Amma həmin qüvvələr hər zaman cəhdlər göstəriblər ki, ölkəmizdə ictimai-siyasi sabitlik pozulsun, vətəndaş qarşıdurması baş versin. Çünki sabitlik olmasa heç bir cəmiyyət inkişaf edə bilməz. Lakin belə qüvvələr sonrakı dövrlərdə bir çox cəhdlər göstərsələr , bu cəhdlər iflasa uğrayıb. Çünki ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik vətəndaş həmrəyliyi mövcuddur. Azərbaycanda sivil, intellektual cəmiyyət formalaşıb bu cəmiyyət dünyada baş verən prosesləri yaxşı dərk edir.

Belə bir həssas məqamda cəmiyyətimiz növbəti parlament seçkilərinə yüksək əhval-ruhiyyə ilə gedir. Ölkəmizdə seçkiqabağı ictimai-siyasi sabitlik, mükəmməl seçki sistemi mövcuddur. Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var indiyə qədər baş tutmuş seçkilərində təcrübəsi göstərir ki, bu Seçki Məcəlləsi ilə azad, şəffaf demokratik seçkilər keçirmək tam mümkündür.

Gənc dövlət olmasına baxmayaraq, bu günə qədər ölkəmiz seçki prosesini dərindən mənimsəyib. Bu baxımında qarşıdan gələn parlament seçkilərinə xüsusi diqqət qayğı ilə yanaşılır. Ölkə başçısının verdiyi tapşırıqlara əsasən bu istiqamətdə mühüm işlər görülür. Qarşıdan gələn növbəti seçki prosesinə hazırlıq, ümumilikdə seçkilərin şəffaf demokratik keçirilməsi üçün görülən işlər, diqqət qayğı sübut edir ki, Azərbaycan dövləti demokratiyanın inkişafında maraqlıdır, buna sadiqliyini sözlə deyil, əməldə təsdiq edir. Azərbaycan bu gün davamlı inkişafdadır. Hazırkı mövcud ictimai-siyasi vəziyyət göstərir ki, hər dəfə olduğu kimi Milli Məclisə keçirilən seçkilər bu il şəffaf demokratik şəraitdə baş tutacaq.

 

Demokratiyanın vacib amillərindən biri kimi ölkəmizdə siyasi partiyaların inkişafına keçirilən seçki proseslərində onların fəal surətdə iştirakına hər cür şərait yaradılır. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da öz müsahibəsində bir daha onu vurğulayıb ki, bu gün Azərbaycan dövləti özü maraqlıdır ki, seçkidə partiyalar arasında güclü, şəffaf mübarizə getsin. Bu baxımdan da dövlətimiz seçkidə iştirak etmək üçün bütün ictimai siyasi institutlara bərabər şərait yaradıb. Bu da onu göstərir ki, vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir, onların hüquqlarının təmin edilməsi qorunması üçün təkmil qanunvericilik mövcuddur.

 

Şəfiqə Dadaşova,

İki sahil.-2015.- 1 sentyabr.- S. 5.