“SOCAR Türkiyə” Türkiyənin ikinci böyük və qüdrətli şirkəti olmağı bacardı

 

Şirkət möhtəşəm layihələri ilə Avropanın da öncülü olmağı hədəfləyir

 

Ötən həftə “SOCAR Türkiyəşirkəti Azərbaycan media nümayəndələrinin İzmirə təşkil etdiyi səfəri çərçivəsində onları bu günədək həyata keçirdikləri genişmiqyaslı layihələri fəaliyyət planları ilə tanış etdi. Əvvəlcə qeyd edək ki, jurnalistlər üçün bu tanışlıq xarakterli səfər planı çox mükəmməl hazırlanmışdı. Fəaliyyətlərini jurnalistlərə şəffaf şəkildə təqdim edən şirkət səfər boyu onları səmimi münasibətlə, eyni zamanda, qayğı ilə əhatələmişdi. Məhz bu səbəblərdən də səfər Azərbaycan mediası və “SOCAR Türkiyə” üçün səmərəli nəticələrlə başa çatdı.

Bizi İstanbulun Atatürk Hava Limanında şirkətin protokol və sənədləşmə işləri müdiri Mikayıl Yusibov, şirkətin kurumsal iletişim müdiri Necla Polat Demriçi, Xəzər Strateji İnstitutunun region koordinatoru Kəmalə Paşayeva, Xəzər Strateji İnstitutunun Xəbərlər bölümünün redaktoru Mervə Damcı qarşılayaraq “Polad Rensans” otelində qonaq etdilər. Burada “SOCAR Türkiyə” şirkətinin baş icraçı direktoru Kənan Yavuz jurnalistlərlə səmimi görüş keçirdi.

Görüşdə şirkətin fəaliyyəti barədə ətraflı məlumat verən Kənan Yavuz bildirdi ki, SOCAR 2008-ci ildə “Petkim” şirkətinin özəlləşdirilməsi ilə Türkiyədəki fəaliyyətinə başladı. Beləliklə, şirkət bu gün bölgənin və Türkiyənin ən gənc enerji şirkətlərindən biridir.

“SOCAR Türkiyə” neft emalı, neft-kimya, energetika, logistika və daşıma inteqrasiyasına əsaslanan sahələrdə bir-birini dəstəkləyən bir enerji şirkətidir. Ortaqlıq quruluşuna əsasən, “SOCAR Türkiyə Enerji A.Ş”nın 87 faiz hissəsi SOCAR-a aiddir. 2015-ci il avqustun 14-dən etibarən “Goldman Sachs” “SOCAR Türkiyə”nin 13 faizlik hissəsinə ortaq oldu. Şirkət 2021-ci ildə bu 13 faizlik hissəni “Goldman Sachs”ın liderliyini edəcəyi bir konsorsium ilə birjada satışa çıxarmağı planlaşdırır.

Kənan Yavuz şirkətin gələcək hədəfləri barədə də məlumat verərək bildirdi ki, “SOCAR Türkiyə Enerji A.Ş” 2018-ci ildə Türkiyənin ən böyük ikinci, 2023-cü ildə isə ən böyük sənaye şirkəti olmağı hədəfləyir. 2008-2018-ci illər ərzində Türkiyə üçün əhəmiyyətli bir infrastruktur layihəsi olan TANAP-la birlikdə Türkiyəyə qoyulan investisiyanın məbləği 20 milyard dolları keçəcək. “Value-Site” layihəsi çərçivəsində bu günə qədər Petkim yarımadasına qoyulan investisiyaların həcmi 10 milyard dolları keçmişdir. Hazırda “SOCAR Türkiyə” Türkiyənin ən böyük xarici investorudurqardaş ölkənin investisiya portfeli 20 milyard dollardır.

Kənan Yavuz mediayaPetkim Petrokimya Holding” Şirkəti barədə də ətraflı məlumat verdi. Qeyd etdi ki, Petkim yarımadası Türkiyənin sənaye sahəsində strateji əhəmiyyətə sahib ən vacib investisiya mərkəzidir. SOCAR 2008-ci ildə “Petkimin 51 faizlik hissəsini 2 milyard 40 milyon dollar müqabilində Türkiyə dövlətindən blok halında almışdır. Daha sonra isə dövlətdə qalan 10 faizlik hissəni də 168 milyon dollar qarşılığında 2012-ci ildə əldə etmişdir. Beləcə, SOCAR olaraqPetkimin alınması üçün bu günə qədər ödənilən məbləğ 2,2 milyard dollar təşkil edib. Bu 2,2 milyard dolların təxminən 900 milyon dolları “SOCAR Türkiyə” şirkəti olaraq Türkiyədə formalaşdırdığı maliyyə resursları hesabına ödəndi. Etilen zavodundakı 13 faizlik və PTA zavodundakı 50 faizlik tutum artımı da 2014-cü ildə tamamlandı. Tutum artımları nəticəsindəPetkim”in illik istehsal tutumu 3,2 milyon tondan 3,6 milyon tona yüksəldi.

SOCAR-ın İzmirdə inşa etdiyi STAR neft emalı zavodu üçün 23 bankdan ümumilikdə 3.2 milyard dollarlıq maliyyə resursu təmin edildi. Zavodun layihəsinin ümumi investisiya məbləği 5 milyard 600 milyon dollar təşkil edir. İnvestisiya məbləğinin 2 milyard 400 milyon dolları SOCAR-ın öz resurslarından təmin edilmişdir. Qalan 3 milyard 200 milyon dollar dəyərindəki investisiya isə banklar tərəfindən maliyyələşdirilməkdədir. 18 illik ödəmə planı ilə Türkiyə real sektor tarixinin ən böyük maliyyələşdirilmə layihəsi olan bu müəssisə 23 beynəlxalq bankın Amerika, Yaponiya, Koreya, İspaniya İtaliyaEximbank”larının içində olduğu bir konsorsium tərəfindən reallaşdırıldı.

 

STAR-ın inşası 2018-ci ildə tamamlanacaqdır. Zavod Türkiyənin bir nömrəli strateji investisiyaya təşviq sənədinə malikdir. Bu təşviq sənədi ilə investisiya dövründə Türkiyə Cümhuriyyəti tərəfindən təxminən 1 milyard dollara yaxın bir təşviq veriləcəkdir. Zavodun istehsal edəcəyi bütün məhsullar hazırda Türkiyəyə xaricdən idxal edilir. Yəni Türkiyədə istehsal edilə bilməyən, tutum yetərsiz olduğu “STAR Petkimilə inteqrasiya edildiyi üçün Avropanın ən yüksək texnologiyaya məhsuldarlığa gəlirə sahib olacaq neft emali zavodu olacaq. Bu günə qədər zavoddakı tikinti işlərinin 29 %-i tamamlanıb bu işlərə hələlik 2 milyard dollar pul xərclənib. Bu məbləğin təxminən 300 milyon dolları banklardan alınan layihə maliyyələşdirilməsi tərəfindən ödənildi. Bundan sonrakı xərclərin böyük hissəsı yenə layihə maliyyələşdirilməsi tərəfindən qarşılanacaq. İnvestisiya mərhələsində, 2017-ci ilin sonuna qədər zavodda təxminən 10 mindən çox insan çalışacaq. 2018-ci ilin mart ayında istehsalın başlanılması planlaşdırılır. İstehsaldan sonra isə 1000 işçi daimi işlə təmin ediləcək.

Kənan Yavuz yeni inşa edilən möhtəşəm bir layihə haqqında da məlumat verərək bildirdi ki, Petkim yarımadasında inşa edilən Petlim konteyner limanı, Türkiyənin üçüncü, Egey dənizinin isə ən böyük konteyner limanı olacaq. Petlim keyfiyyət standartları baxımından Türkiyənin ən keyfiyyətli və ən yüksək standartlara sahib limanı olacaq.

Dünyanın ən böyük investisiya banklarından olanGoldman SachsPetkim liman şirkəti Petlimə ortaq oldu. Petlim səhmlərinin 30 faizi 250 milyon dollar müqabilində “Goldman Sachsa” satıldı. Bu səhmlərin satışı nəticəsində limanın bazar dəyəri bir milyard dollara qaldırıldı. Petlimin ən böyük özəlliyi ondadır ki, 11 min ədəddən çox konteyner daşıyan dünyanın ən böyük konteyner gəmiləri limana yan ala biləcəkdir. Bunun üçün dənizin dərinliyi 16 metrə endirildi və 700 metr uzunluğunda liman sahil xətti inşa edildi. Petlimin ümumi investisiya dəyəri 400 milyon dollardır. 400 milyon dolların 300 milyon dollarlıq hissəsini “Petkim” maliyyələşdirmişdir.

Limanın menecmenti 28 il müddətinə dünyanın ən böyük konteyner terminalı idarəetmə şirkəti olan “APM Terminals” şirkəti tərəfindən həyata keçiriləcək və gəlir ortaqlığı razılaşmasına əsasən “Petkim” də əldə edilən gəlirlərdən pay alacaq: “Hədəfimiz 2016-cı ilin yanvar ayından etibarən konteyner gəmilərini limanda görməkdir. Petlimin rəsmi açılışını ən geci 2016-cı ildə Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə həyata keçirməyi planlaşdırırıq”.

Gələcək planlardan danışan Kənan Yavuz bildirdi ki, Petkim yarımadası enerji istehsalının şaxələndirilməsi çərçivəsində planlanan Külək Enerji Stansiyasının (KES) ümumi gücü 51 meqavata çatdırmağı hədəfləyib. Təxminən 55 milyon avro məbləğində investisiya ilə “Petkim” tərəfindən inşa edilən KES-in tikintisinin 2016-cı ilin sonunda tamamlanması planlaşdırılır. “SOCAR Power” şirkətinin Petkim ərazisində gələcək on illik planda təxminən 1500 megavat gücə sahib bir layihəsi var. Hal-hazırda təxminən 300 megavatlıq gücə sahib olacaq kömür stansiyası üçün “SOCAR Power” şirkəti vasitəsilə bürokratik işlərlə əlaqədar dövlətdən icazə alındı. Tender prosesi və layihə maliyyələşdirilməsini təmin etmək üçün banklarla danışıqlar davam etdirilir. 300 megavatlıq “Petkim Kojenerasyon Təsisinin” (Petkojen) birinci mərhələsinin 2016-cı ildə tamamlanması nəzərdə tutulub. Beləliklə, enerji xərclərində təxminən 30 faiz qənaətin təmin edilməsi hədəflənir. Planlaşdırılan yatırımlarla 2023-cü ildə Petkim yarımadasının elektrikbuxar gücü ehtiyacı təxminən 4 qat artacaq. STEP Enerji Stansiyası layihəsinin ümumilikdə 1,4 milyard dollarlıq investisiya xərclərinin 300 milyon dolları ətraf mühitin çirklənməsinin qarşısını alacaq investisiya məbləği olaraq hesablandı. Həyata keçirilən enerji investisiyaları ilə həm Petkim yarımadasındakı enerji ehtiyacları ödəniləcək, həm də Türkiyə dövlətinə elektrik satılacaq.

Kənan Yavuz şirkətin daha bir fəaliyyət istiqaməti barədə də jurnalistləri məlumatlandırdı. Bildirdi ki, bu, TANAP (Trans Anadolu Təbii Qaz Boru Xətti) Doğalgaz İletim A.Ş-dır.

TANAP layihəsi Türkiyə və Azərbaycanın bu günə qədər müvəffəqiyyətlə icra etdikləri layihələrin enerji sahəsindəki ən əhəmiyyətli nümunələrindən biridir.

26 dekabr 2011-ci ildə Razılaşma Memorandumu və 26 iyun 2012-ci ildə Hökumətlərarası SazişEv Sahibi Hökumət müqaviləsinin imzalandığı TANAP, Azərbaycanın “Şahdəniz-2” sahəsi və əlavə mənbələrdən əldə edəcəyi təbii qaz ilə Türkiyə və Avropanın təbii qaz təhlükəsizliyi və müxtəlifliyinə böyük töhfələr verəcək.

TANAP Türkiyənin Gürcüstan sərhədində Ardahan vilayətinin Posof mahalının Türkgözü kəndindən başlayaraq Ardahan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşəhər, Kırıqqala, Ankara, Əskişəhir, Biləcik, Kütahya, Bursa, Balıkəsir, Çanaqqala, Təkirdağ və Ədirnə olmaq üzrə 20 vilayətdən keçəcək və Yunanıstan sərhədində Ədirnənin İpsala mahalında sonlanacaq. Bu nöqtədən Avropa ölkələrinə təbii qaz ötürülməsini həyata keçirəcək TAP təbii qaz boru xəttinə birləşdiriləcək. Xəttin Türkiyə daxilindəki çıxış nöqtələri isə Əskişəhər və Trakya bölgəsi olacaq. TANAP layihəsi çərçivəsində ilk qaz axını 2018-ci ildə reallaşacaq. İlkin olaraq illik 16 milyard kubmetr olacaq daşıma tutumu, pilləli olaraq əvvəl 24 milyard kubmetrə və sonra 31 milyard kubmetrə yüksəldiləcək. TANAP Türkiyə sərhədləri içərisində bu günə qədər həyata keçirilən ən böyük həcmə və uzunluğa malik təbii qaz boru xətti layihəsi olacaq.

Qeyd edək ki, Kənan bəyin jurnalistlərə görüşündə səslənən bu fikirlər bizdə bir daha əminlik yaratdı ki, “SOCAR Türkiyə” şikəti böyük uğurla inkişaf edir və fəaliyyətində daim şəxələndirməyə önəm verir. Təbii ki, qardaş ölkənin inkişafına böyük töhfələr verən bu şirkətin inkişafı böyük pay sahibi olan SOCAR-ın ən böyük sərmayə uğurlarından biridir. Məhz ulu öndər Heydər Əliyevin möhtəşəm neft strategiyasının bir hissəsi olan SOCAR-ın investisiya layihələri ölkəmizə böyük həcmdə iqtisadi dividentlər qazandırır. Biz jurnalistlər bu işləri gördükcə bir daha Azərbaycan vətəndaşı olmağımızdan qürur duyduq.

Biz İstanbuldan İzmirə - “Petkimin yeni layihələri ilə yerindəcə tanış olmaq üçün təyyarə reysi ilə gəldik. Buradakı nəhəng tikinti işləri, hədəflənən nəticələr barədə yetkililərin məlumatları biz media işçilərini heyrətləndirdi. Burada ölkəmiz və qardaş Türkiyə üçün qürurverici işlərin getdiyini gözlərimizlə gördük. Yunanıstanla sərhəd olan İzmirdə, cəmi 10-12 kilometr aralıda olan Yunan adalarının yanında dibində belə möhtəşəm inşaatın aparılması bir daha göstərir ki, qardaş olan Azərbaycan və Türkiyə Avropada söz sahibi olmaqdadırlar və artıq bununlaqoca qitə”nin adamları da hesablaşmaqdadırlar. Təbii ki, bu barədə növbəti yazılarımızda daha ətraflı məlumat verəcəyik.

 

Elçin Zaman,

İki sahil.-2015.- 1 sentyabr.- S. 12-13.