Azərbaycan qədim idman ənənələrinə malik ölkədir

 

Azərbaycan qədim idman ənənələrinə malik ölkələrdən biridir. Ölkəmizdə tarixən idmanın müxtəlif növləri inkişaf etmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev istər sovet dövründə, istərsə də ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycana rəhbərlik etdiyi bütün illərdə idmana, onun inkişafına və maddi-texniki bazasının yaradılmasına, idmançılara dövlət səviyyəsində qayğı göstərilməsinə xüsusi diqqət yetirmiş, fiziki cəhətdən sağlam gənc nəslin yetişdirilməsi məsələsini daim nəzarətdə saxlamışdır. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə - 1969-1982-ci illərdə respublikada bütün sahələrin, o cümlədən idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdır.

Ulu öndər Heydər Əliyev beynəlxalq yarışlar sırasında Olimpiya Oyunlarının ən mötəbər, ən yüksək yer tutduğunu həmişə diqqət mərkəzinə çəkmiş, ona xüsusi qayğı ilə yanaşmış, bu sahə ilə məşğul olanlardan da belə bir münasibət və məsuliyyət tələb etmişdir. Ümummilli Lider Olimpiya hərəkatının və Olimpiya Oyunlarının bütün dünyadakı nüfuzunun nə dərəcədə yüksək olduğunu, bu sahədə respublikada əməli işlərin görülməsinin zəruriliyini daim əsas götürmüşdür.

Məlum olduğu kimi, bu il iyunun 12-də Bakıda I Avropa Oyunlarının açılış mərasimi yüksək səviyyədə baş tutdu. Azərbaycan Oyunların keçirilməsi üçün öz üzərinə götürdüyü bütün öhdəlikləri layiqincə yerinə yetirdi. Qısa müddətdə ölkənin idman infrastrukturu qitəmiqyaslı proqramın tələblərinə uyğun təkmilləşdirildi, 21 idman obyekti tikildiya yenidən quruldu. Təhlükəsizlik, nəqliyyat, qonaqların yerləşdirilməsi, idmançıların təlim-məşq ehtiyaclarının ödənilməsi, jurnalistlər üçün Media Kəndinin yaradılması və s. məsələlərin həlli ağır zəhmət və səriştə tələb etsə də, peşəkar komandanın formalaşdırılması ilə I Avropa Oyunlarının texniki baxımdan hazırlanması Azərbaycan üçün problemə çevrilmədi. Əsl qələbə isə I Avropa Oyunları üzərindən Azərbaycana qarşı aparılan “geosiyasi oyunlar”ın ifşası və iflası oldu. Yəqin elə buna görə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Olimpiya məşəlinin alovlandırılması mərasimində bildirdi ki, “belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda da təsəvvür edə bilməzdik.

İdmançıların maddi rifah halının, sosial təminatının gücləndirilməsi, onların fəxri adlarla təltif olunması da dövlətin diqqətindədir. 2009-cu il fevral ayının 1-dən efirə çıxan “İdman Azərbaycan” kanalı da dövlətimizin idman ictimaiyyəti və idmansevərlərə gözəl hədiyyəsi oldu. Elə bir idman növü yoxdur ki, kanal onunla bağlı istər beynəlxalq, istərsə də ölkədaxili yarışlardan canlı yayımlar verməsin. Hər gün 14 saat yayımlanan bu kanalda tamaşaçılara ən son idman xəbərləri, orijinal idman verilişləri təqdim edilir. Prezident İlham Əliyevin 2012-ci il 16 yanvar tarixli Sərəncamı ilə həmin il Azərbaycanda “İdman ilielan edilmişdi. Məqsəd ölkəmizdə idmanın inkişaf etdirilməsi, Olimpiya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması, yeni idmanOlimpiya komplekslərinin tikilməsi zərurəti, eləcə də idmançılarımızın London olimpiadasında, dünyaAvropa çempionatlarında, rəsmi beynəlxalq yarışlarda yüksək göstəricilərinin təmin edilməsi olmuşdur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə idmanın və bədən tərbiyəsinin inkişafı sahəsində ardıcıl olaraq görülən tədbirlər Azərbaycanı həm də idman dövləti kimi tanıdır. Sağlam bədəndə sağlam ruh olar prinsipinə söykənərək demək olar ki, Azərbaycan həm də sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlətdir.

 

Cavid Əkbərov

İki sahil.-2015.- 2 sentyabr.- S. 7.