Ləkətağ kəndində xalq yaradıcılığı günü
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin Mədəniyyət üzrə
Elmi-Metodik Mərkəzi
və Culfa Rayon Mədəniyyət və
Turizm Şöbəsinin
birgə təşkilatçılığı
ilə Culfa rayonunun Ləkətağ kənd mərkəzində
xalq yaradıcılığı
günü keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbiri rayon Mədəniyyət və
Turizm Şöbəsinin
müdiri Füzuli Hüseynli açaraq muxtar respublikada ənənə halı alan xalq
yaradıcılığı günlərinin əhəmiyyətindən
danışıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin direktoru Nizami Əzizəliyev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də imzaladığı Sərəncama əsasən, muxtar respublikada milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə çatdırılıması istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Belə tədbirlər unudulmaqda olan milli-mənəvi dəyərlərin yenidən xalqımıza qaytarılmasında mühüm rol oynayır.
Vurğulanıb ki, xalq yaradıcılığının, əsrlər boyu yaranan mənəvi və maddi-mədəniyyət nümunələrinin öyrənilməsi, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların geniş şəkildə tətbiq və təbliğ olunması mühüm əhəmiyyət kəsb edir. Ötən müddət ərzində muxtar respublikada xalq yaradıcılığının inkişafı və qorunub saxlanması istiqamətində bir sıra işlər görülüb, folklor kollektivlərinin və xalq teatrlarının fəaliyyəti gücləndirilib, onlar milli geyim dəstləri ilə təmin edilib.
Sonra Culfa şəhər, Əbrəqunus, Milax, Ərəfsə, Camaldın, Ləkətağ kənd mədəniyyət evlərinin “Buta”, “Ağ çiçəklər”, “Tənzərə”, “Lolo” folklor ansambllarının ifasında qədim xalq rəqsləri, xalq oyun və tamaşaları təqdim edilib, qədim milli musiqi alətlərimiz olan balabanda, zurnada, tütəkdə, sazda musiqi nömrələri səsləndirilib.
Tədbir iştirakçıları Ləkətağ kənd mədəniyyət evində qədim sənət nümunələrindən ibarət sərgiyə baxıblar.
Belə tədbirlərin digər mədəniyyət
müəssisələrində davam
etdirilməsi nəzərdə tutulur.
İki sahil.-2015.- 2 sentyabr.-
S. 7.