Dövlətimizin ən
qiymətli
incisi onun vətəndaşlarıdır
Səhiyyənin inkişafı muxtar respublika əhalisinin sağlamlığına xidmət edir
Ulu Naxçıvan diyarının keçdiyi 90 illik şərəfli bir yol. Sirr deyil ki, bu yolda intəhasız əzab-əziyyət çəkilib, məşəqqətlər başdan aşıb. Yadellilərə qarşı müharibə, iqtisadi çətinlik qədim yurd yerimizi çox sınağa çəkib. Son 19 il isə bu yurdun tarixinə qızıl hərflərlə yazılıb. O mənada ki, ötən əsrin sonlarından erməni daşnaklarının təcavüzkar siyasəti nəticəsində blokadaya alınmış Naxçıvan bu illərdə sürətli bir inkişaf dövrünə imza atıb.
Qəhrəmanlıq,
yurdsevərlik isə odur ki,
belə bir ağır zamanda
yaşam tərzini qurasan,
torpağının varlığını,
inkişafını dünyaya bəyan edəsən.
Danılmaz faktdır ki, bu
torpaq sevgisi, yurd məhəbbəti muxtar
respublikanın hər qarışını əhatə edib. Biz jurnalistlərinsə vəzifəsi bu
inkişafın hər bir sahəsini qələmə
almaqdır. Çünki gələcək
nəsillər bu gün
vətən uğrunda fədəkarcasına
çalışılanları həm də qəzet səhifələrindən
öyrənəcəklər. Biləcəklər
ki, sovet dövrünün miskinliyindən qurtulmuş regionumuzun hərtərəfli
tərəqqi etməsi məhz qəlbi vətən məhəbbəti
ilə döyünənlərin, millət sevgisi
ilə vuranların rəşadətli əməyinin bəhrəsidir.
Onu da öyrənəcəklər ki, düşünülmüş,
planlı şəkildə gələcəyə yol almış bu inkişaf tablosunda səhiyyəmizin
məxsusi yeri var. Çünki bu günümüz kimi, gələcəyimiz
də yalnız sağlam insanların sağlam düşüncələri üzərində
qurulacaqdır.
Sözsüz ki, insanların baş tacı onların
sağlamlığıdır. Amma xəstəliklərdən də heç
zaman sığortalanmamışıq.Xoşbəxtik
ki, artıq səhiyyənin
acınacaqlı illəri arxada
qalmışdır. İndi səhiyyə
infrastrukturunda aparılan islahatlar
nəticəsində ən yeni nailiyyətlər
əldə olunur. Əlbəttə, bu yazıda söhbət yalnız muxtar respublika səhiyyəsindən
gedir və qürurverici
haldır ki, bu gün səhiyyəmiz zirvələrə doğru addımlayır. Bu
yüksəlişdən dönüb geriyə
baxanda nələri xatırlamırıq.
Bu yerdə
eşitdiyım bir faktı yada salmağı özümə borc bilirəm. İnsanların
sağlamlığına “böyük
qayğı göstərilən” sovet
hakimiyyəti dövründə Şahbuz rayonunun Zırnel kəndində bir neçə günün
içərisində yoluxucu xəstəlikdən
adamların kütləvi halda öldüyünü
görən kənd ağsaqqallarından biri
digərinə deyib ki,
çıx təpənin başına, kəndə tərəf
qışqır ki, “daha
qəbristanlıqda yer yoxdur,
gətirməyin”.
Baxın,
əlacsız insanlar nəyə pənah
aparırmışlar o zaman?!
İstər rayon mərkəzlərində,
istər də kəndlərimizdə insanlara
tibbi xidmət yarıtmaz vəziyyətdə
idi. Əlbəttə, danılmaz
faktdır ki, ümummilli
liderimiz Heydər Əliyevin sovetlər birliyi dövründə Azərbaycanda siyasi hakimiyyətə gəlişindən sonra
ölkəmizin əksər regionlarında olduğu
kimi, Naxçıvanda da
sosial-iqtisadi inkişaf
tamamilə yeni mərhələyə qədəm
qoydu. Bu dövrdə
təhsilə, səhiyyəyə qayğı tibbi
kadrların da yetişməsinə təkan
verdi. Bu illərdə
muxtar respublika gəncləri
qarşısında həkimlik peşəsinə yiyələnmək
bir vəzifə kimi durdu.
Muxtar respublikanın ən böyük
kəndlərindən olan Nehrəm kəndi
xüsusilə bu sahədə fərqləndi.
Azərbaycanda, o cümlədən
Naxçıvanda insanların sağlamlığı
keşiyində duran bu
tibbi kadrlar
diyarımızın səhiyyə sisteminin
inkişafına layiqli töhfələr
veriblər və bu gün
də savadları, bacarıqları ilə ad-san
sahibidirlər. SSRİ xalq həkimi
Mehdi Bağırovun, əməkdar həkimlər
Cabbar Cəfərov, Sabir
Novruzov, Adil Məmmədov,
Əqil Mehdiyevin və digərlərinin
adları bu gün də
xalq tərəfindən ehtiramla
xatırlanır. Ümummilli liderin 1993-cü ildə ölkə rəhbərliyinə
ikinci dəfə
qayıdışından sonra onun həyata keçirməyə
başladığı islahatların içərisində
Naxçıvanda tibb fakultəsinin
yaradılması da yurd
sevgisinin böyük
ifadəsidir. “Səhiyyə xalqımızın
sağlamlığı və gələcəyidir”,-deyən ulu öndər Heydər Əliyev hər zaman bu sahəyə diqqətlə
yanaşıb, xüsusi qayğı
göstərib. Ölkədə səhiyyənin səmərəsinin
yüksəldilməsi, inkişafının intensivləşdirilməsi
üçün maddi-texniki
bazanın yaradılması istiqamətində əvəzsiz
işlər görüb. Bunun sayəsində o cümlədən muxtar respublikada yeni, müasirtipli səhiyyə müəssisələri
həyata vəsiqə alıb. 19 illik
qısa bir dönəmdə burada iri
sıçrayışla irəliləyən səhiyyə sektorunda indiyədək müxtəlif təyinatlı
sağlamlıq obyektlərinin tikilərək və ya yenidən qurularaq istifadəyə
verilməsi faktları həm də onu deməyə
haqq verir ki, Naxçıvanda səhiyyə sektorunda aparılan kompleks
islahatlar ulu öndərin
layiqli davamçıları tərəfindən
ardıcıllıqla həyata keçirilir.
2006-cı ildə
dövlət başçısı İlham
Əliyevin iştirakı ilə həyata vəsiqə alan Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi
də həyata keçirilən səhiyyə siyasətinin parlaq nümunəsidir. Unikal gözəlliyi və
avadanlıqlarının müasirliyinə görə əvəzsiz
bir sağlamlıq mərkəzi olan bu tibb
ocağı ötən illərdə Naxçıvan səhiyyəsinin
tarixində elə bir iz
buraxıb ki, bunu
bütünlükdə sovetlər birliyi
dövründə əldə edilmiş
nailiyyətlərlə müqayisə etmək olar. Bu nailiyyətləri Naxçıvan səhiyyəsinin
tarixində inqilab, intibah
dövrü adlandırmaq olar.
İndi öz fəaliyyəti
ilə nəinki muxtar respublikada,
eyni zamanda, ətraf
bölgədə də yaxşı tanınan bu
şəfa ocağında Naxçıvan səhiyyəsinin
tarixində ilk dəfə olmaqla,
bir çox diaqnostik və müalicə üsulları həyata
keçirilib. İlk dəfə böyrək
köçürülməsi, yemək borusunun
plastikası, süni oynaq
köçürülməsi, boyun fəqərəsinin
çıxığının cərrahi yolla
yerinə salınması, ümumi narkoz vermədən (onurğa
beyni ağrısızlaşdırması
ilə) açıq ürək əməliyyatı
aparılması Naxçıvanda cərrahi fəaliyyətin
zirvəsi sayıla bilər. Burada muxtar respublika üçün daha bir yenilik laparoskopik
və sistoskopik yolla endoskopik əməliyyatların
aparılması olub. Bu
tibbi terminlərə bir
az aydınlıq gətirərək qeyd edək ki, bu əməliyyatın biri
Babək rayonunun Hacıvar kəndindən
olan 53 yaşlı Fərman Məmmədovun
üzərində həyata keçirilib.
Xəstədə mədənin funksiyası
tamamilə pozulduğundan onun
götürülməsi üçün
təcili cərrahi əməliyyat aparılıb. Ən müasir tibbi aparat və cihazların tətbiqi ilə həkimlər
bu əməliyyatı müvəffəqiyyətlə
görüblər.
Bu barədə Fərmanın həyat
yoldaşı Gümüş Məmmədova
dedi ki, həkimlər
onun ömrünə 10-15 gün
vaxt qoymuşdular.
Özünə bildirmirdik. Gecənin bir yarısı xəstəlik kəskinləşdi.
Onu həyata qaytaran bu gün Diaqnostika
Mərkəzində yaradılan şərait, həkimlərin
qayğıkeşliyi oldu. Xəstəxanada
elə gözəl şərait yaradılıb ki, bunu sözlə ifadə
etmək çətindir. İynəsinə, dərmanına,
yeməyinə bir manat
pul xərcləmədik. Üstəlik burda xəstəyə qulluğu
da tibb işçiləri
böyük yanarlıqla görürlər.
Şübhəsiz,
bu səhiyyə ocağı yaradılandan
bura minlərlə xəstə müraciət
edib, yaradılan şəraitdən, tibbi xidmətdən razı qalıb,
çoxları aparılan müalicədən şəfa
tapıb. Ən əsası odur ki, bir vaxtlar
muxtar respublika əhalisinin
dərdlərinə şəfanı kənarda, xarici ölkələrdə axtarması
hallarının qarşısı
alınıb. Mərkəzin fəaliyyəti nəticəsində
müalicə olunmaq üçün
xaricə gedənlərin sayı heçə endirilib.
Çünki yaradılan şəraitlə
yanaşı, bura respublikadan,
başqa ölkələrdən həkimlərin
dəvət olunması, eyni zamanda müasir tibbi avadanlıqlardan düzgün
istifadə etmək, biliklərinin təkmilləşdirilməsi
məqsədilə həkimlərin xarici
ölkələrə göndərilmələri uğurlu nəticələrə səbəb olur.
Muxtar respublikada daha bir iri
səhiyyə obyekti “Duzdağ”
Fizioterapiya Mərkəzidir. Hazırda yeraltı və yerüstü
şöbələrdən ibarət xəstəxanaya
Türkiyə, Rusiya, İran,
Gürcüstan, Qazaxıstan, Özbəkistan
və daha neçə-neçə
ölkələrdən gələn insanlar
tərəfindən bu müalicə mərkəzinin
şöhrəti dünyaya
yayılıb. Burada bronxial
astma və astmatik komponentli xəstələrin
sağlamlığı bərpa olunur. Bu möcuzəvi
müalicəxanaya baxanda
düşünürsən ki, uzaq keçmişdən duzu
karvan-karvan dünya
ölkələrinə daşınan Duzdağın qoynuna indi müxtəlif
ölkələrdən sağlamlıq sorağı ilə gəlirlərsə
və Naxçıvan şəfa mənbəyi kimi beynəlxalq səviyyədə tanınınırsa
bunun arxasında yurd sevgisi dayanıb.
Ümumiyyətlə,
muxtar respublikanın bütün
bölgələrində yüksək memarlıq üslubu ilə inşa olunan, hər cür tibbi ləvazimatla təchiz edilən səhiyyə
obyektləri bir gercəkliyi
vurğulayır: dövlətimizin əsas amili
insan sağlamlığıdır. Elə 2009-cu ildə həyata vəsiqə
alan Doğum Mərkəzi
də bunu özündə əks etdirir. Nümunəvi şərait
yaradılmış Mərkəz muxtar respublikada, qadınların, anaların, həmçinin
dünyaya göz açan körpələrin
sağlamlıqlarının tam təmini
məqsədilə inşa olunub. Mərkəzin nümunəvi fəaliyyəti,
ölkə başçısı cənab İlham
Əliyevin bu sözlərindəki həqiqəti
təsdiq edib: “Son illər
ölkədə gedən quruculuq,
abadlıq işləri nəticəsində Azərbaycanda uşaq ölümü kəskin
şəkildə aşağı düşüb.
Naxçıvanda isə bu göstərici
inkişaf etmiş
ölkələrin səviyyəsindən də
aşağıdır. Nəyə görə?! Çünki lazımi səviyyədə tibbi xidmət göstərilir.
Naxçıvanda artıq təcili tibbi
yardım avtomobillərinin sayı da
artıb, yəni bu maşınlar vasitəsilə
istənilən anda ağır xəstəyə
tibbi yardım göstərmək mümkündür. Naxçıvandakı hər
bir yaşayış məntəqəsinin
gözəl tibb məntəqəsi, tibb ocağı vardır və onlar yüksək səviyyəli, keyfiyyətli
avadanlıqla təchiz olunub”.
Bəli,
bu gün nəinki muxtar respublikanın şəhər və
rayonlarında, həmçinin kəndlərimizdə, sərhəd
məntəqələrimizdə tibb
ocaqlarında yüksək şərait yaradılıb, gecəikən
qəflətən ağır vəziyyətə düşən
xəstələri abad yollarla,
təcili yardım
maşınları ilə lazimi səhiyyə
ocağına çatdırmaq imkanına nail
olunub.
Yeri gəlmişkən onu da qeyd edək ki, Babək rayonunda səhiyyənin
vəziyyəti ilə əlaqədar bir çox kənddə olmuşuq,
insanlarla söhbət bir
həqiqəti təsdiq edi: əgər
dünənəcən Nehrəm kənd sakini,
uşaqlıqdan böyrəyindən əziyyət çəkən, bir ayağı xarici
ölkələrdə qalan, xeyli vəsait xərcləyən Heydər Muxtaroğlu və eləcə də onun kimi 3 xəstə indi yaxınlıqda, rayon
mərkəzindəki xəstəxanada hemodializ
aparatı vasitəsilə müalicələrini davam etdirirlərsə, bu sözsüz ki, dövlətimizin
humanist qayğısının əyani
göstəricisidir. Bu xəstələr rayonda yeni, cari
ilin yanvar ayında
istifadəyə verilən dördmərtəbəli binada yaradılan şəraitdən, onlara göstərilən həkim
qayğısından ağızdolusu razılıq edirlər.
Babək rayonunun iki böyük
kəndi əhalisinin sayına görə muxtar
respublika üzrə iri
yaşayış məntəqəsi sayılır - Nehrəm
və Cəhri. Bu kəndlərin hər
birində bu gün
ikimərtəbəli yaraşıqlı səhiyyə
ocağı əhaliyə xidmət edir. Rayon Mərkəzi Xəstəxanasında
yaradılan şərait eynilə bu kəndlərdə
də yaradılıbsa bu intibahı əks
etdirmirmi? Əlbəttə etdirir. Və bu
inkişafı kiçik bir
faktla da oxucuların
diqqətinə çatdıra bilərik. Cəhri Kənd Xəstəxanasında
olarkən 36 illik təcrübəyə malik tibb işçisi
Zöhrə Kərimova səhiyyənin inkişafından
ağızdolusu danışdı: “Xəstəxanamız elə
bir vəziyyətdəydi ki,
hər an qorxurduq tavan başımıza uçacaq.
Dərman tapa bilmirdik,
təmizlik yox idi. Bu şəraitdə uşaqların,
anaların xəstələnməsi də qaçılmaz idi. Amma elə təkcə bu il Cəhridə 108 uşaq
doğulub, körpələr də, analar da
sağlamdırlar”. Əlavə etdi ki, cari ilin
fevral ayında əsaslı təmir olunub yenidən qurulan ikimərtəbəli,
20 çarpayılıq xəstəxanamızda bu gün stasionar
və poliklinika şöbələri, eləcə də doğuş və ginekologiya bölməsi fəaliyyət
göstərir, işıqlı palatalar, stomatologiya, ultrasəslə müayinə, rentgen, peyvənd kabinələri, laboratoriya, fizioterapiya, bufet, yeməkxana və s. otaqlar var, xəstəxana
ultrasəslə müayinə, mobil və
stomatoloji rentgen
aparatları, stomatoloji qurğu,
doğuş və cərrahi alət
dəstləri, EKQ, hematoloji avtoanalizator və fizioterapiya
aparatları ilə təmin edilib.
Baxın bu bir kənd
xəstəxanasında yaradılan şəraitdir. Təkcə
bu kənddəmi. Qeyd edək ki,
bu gün
Naxçıvan MR-də əhaliyə ümumilikdə 237, o cümlədən Babək rayonunda
34 səhiyyə müəssisəsi tərəfindən tibbi xidmət göstərilir və
hamısında da özünəxas
gözəl şərait yaradılıb. Muxtar
respublikamızda, eləcə də Babək rayonunda
səhiyyə coğrafiyasının inkişafını təsdiq
edən faktlardır ki, bu
gün ikimərtəbəli həkim
ambulatoriyaları inşa olunur,
sərhəd kəndlərimiz Gərməçataq, Buzqovda belə əhaliyə yardım edə
bilmək vəzifəsinə malik tibb ocaqları fəaliyyət göstərir.
Rayon Mərkəzi
Xəstəxanasının açılış mərasimində
Ali Məclisin Sədri Vasif
Talıbov muxtar respublika
səhiyyəsində islahatının bəhrələrini
diqqətə çatdırmışdır:”Ölkəmizdə,
eləcə də muxtar respublikamızda səhiyyə
sahəsində həyata keçirilən tədbirlər nəticəsində
təhlükəli yoluxucu və infeksion xəstəliklərin
qarşısı alınmış, bu xəstəliklərin
statistikasında azalma olmuş,
ana və uşaq
ölümləri minimuma endirilmişdir”.
Sözsüz ki, əgər bu gün xəstələr
pulsuz dərmanlarla təmin olunurlarsa, sağlam gələcəyimiz
naminə orta məktəblərdə yoxlamalar aparılırsa, profilaktiki
tədbirlər həyata keçirilirsə, anaların,
körpələrin vaxtlı-vaxtında müayinəsi həyata
keçirilirsə və bu gün müxtəlif ixtisaslı həkim
briqadaları təşkil edilərək sıra ilə bütün yaşayış məntəqələrində
yaşından, vəzifəsindən asılı olmayaraq insanları yoxlamadan
keçiriirsə, bu sağlamlığa
göstərilən qayğının insanlara
bəxş etdiyi layiqli
töhfələrdir. Burda bir haşiyə çıxmağı
özümə borc bilirəm. Elə bu gün
diyarımızda aparılan çoxşaxəli quruculuq işləri də
sağlamlığımıza qayğı kimi
diqqət çəkir. Çünki insanlara işıqlı, müasir
binalarda, təmiz havalı otaqlarda
işləmək imkanı qazanılırsa, həmçinin
yaşayış binaları təmir olunursa,
hər bir bina istilik sistemi,
işıqla təmin edilirsə, axan sular, dağ bulaqları
evlərimizin içinəcən çəkilib gətirilərsə
bu bizə sağlamlığımıza
tükənməz qayğı var, deməyə
söz haqqı verir. O da unudulası deyil
ki, vaxtilə soyuq, sönük divarlar
arasında, qış aylarında nəfəs bilinən otaqlarda yaşamışıq,
çalışmışıq, Əllərimizi ovxalaya-ovxalaya həsrətlə
işığın yanan saatın
gözləmişik və xəstələnənlərimiz də
az olmayıb. Əlbəttə ki, bunu yaşayanlar
və öyrənən gənclər bu gün Azərbaycanımızın
xoş gələcəyi naminə böyük həvəslə
çalışırlar. İndi müasir, təmiz şəraitdə
satılan ərzaq, kənd təsərrüfatı məhsulları,
yeyinti məhsullarının
istehsallarının təmizliyinə riayətə nəzarət,
bölgəmizin yaşıllaşdırılması da elə “təmizlik sağlamlığın
rəhnidir” amilininin qorunmasının təsdiqidir.
Konkret olaraq qeyd edək ki, muxtar respublikada əhalinin
sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi
bu gün dövlətimizin
qarşısında duran əsas vəzifələrdəndir.
Həyata keçirilən genişmiqyaslı islahatlar
nəticəsində regionumuzda yeni səhiyyə ocaqları tikilməkdə, müasir dövrün tələbinə
cavab verməsi üçün
təmirə ehtiyacı olanlar əsaslı
surətdə yenidən qurulmaqda, ən müasir tibbi
avadanlıqlarla təchiz olunmaqdadır. Bu şəfa ocaqlarına
baxdıqca isə düşünürsən ki,
diyarımızda səhiyyə sistemi özünün ən sürətli inkişaf dövrünü
yaşayır. İnamla demək olar ki, Naxçıvan MR Ali Məclisi Sədrinin “Dövlətimizin ən
qiymətli incisi onun vətəndaşlarıdır”,
- prinsipi
əsas götürülərək, muxtar
respublikada əhalinin
sağlamlığının qorunması, tibbi
profilaktikanın genişləndirilməsi, xidmətlərin
keyfiyyətinin yaxşılaşdırılması, müasir tibbi
avadanlıqlarla təchiz olunmuş səhiyyə
ocaqlarının inşası bundan sonra da daim
diqqət mərkəzində saxlanılacaqdır.
Son olaraq qeyd edək ki, bu gün muxtar
respublikanın səhiyyə coğrafiyasına, bu sahədə baş verən
intibaha baxdıqca xalq
şairi Məmməd Arazın aforizmə
çevrilmiş bu şeiri yada düşür: “Vətən mənə oğul desə, nə dərdim”...Bəli,
bu gün Vətən
onu sevən insanların
sağlamlığı yolunda xarüqələr
yaradanlara qürurla, fəxrlə
OĞUL deyir. Çünki
bu gün Vətənə
oğulluq yalnız mamır olub qayasında bitmək deyil,
həm də onun canlı varlıqlarının
sağlamlığı uğrunda əməyini,
zəhmətini, elmini və biliyini əsirgəməməkdir, əsl fədakarlığı
ilə hər kəsin qəlbində Vətə
obrazını əbədiləşdirməkdir. Məhz bu insanların adları Ulu
Naxçıvan torpağının daş
kitabəsinin baş səhifəsinə həkk
olunacaqdır. Bu qızıl xətti yazansa sahibi olduğumuz inkişaf, möhürü vuransa
xalqdır.
Hafizə ƏLİYEVA,
“Şərqin səhəri” qəzetinin
redaktoru, Naxçıvan Muxtar
Respublikasının əməkdar jurnalisti
İki
sahil.- 2015.- 6 yanvar.- S.6; 11.