“Azərbaycanın ən
reytinqli Ali
Məktəbində oxumaq çox qürurvericidir”
Qarazadə
Rəmziyyə Elnur qızı 30 iyul 1996-cı ildə Beyləqan
şəhərində anadan olub. 2003-cü ildən ibtidai təhsilini
Bakı şəhəri Binəqədi rayonu 115 saylı orta məktəbdə
başlayıb. 2007-ci ildə Bakının Nəsimi
rayonundakı 16 saylı Texniki-Humanitar Liseyinə qəbul olub.
2010-cu ildən təhsilini Nərimanov rayonu “Ankara məktəbi”
məktəb-liseyində davam etdirib. 2014-cü ildə həmin
məktəbi əla qiymətlərlə bitirərək, TQDK-ın
keçirdiyi qəbul imtahanlarında respublika üzrə ən
yüksək bal – 687 bal yığaraq, Bakı Ali Neft Məktəbinin
Proseslərin avtomatlaşdırılması mühəndisliyi
fakültəsinə yüksək balla qəbul olub, Prezident təqaüdçüsüdür.
- Rəmziyyə,
Bakı Ali Neft Məktəbinə yüksək balla daxil olan
Prezident təqaüdçülərindən biri sənsən.
Yəqin ki, orta məktəbdə nailiyyətlərin olub…
- Bəli, 2007-2008-ci illərdə keçirilən Bilik yarışında riyaziyyat fənnindən məktəb üzrə 1-ci yer tutmuşam. 2012-ci ildə Ətraf Muhitin Muhafizəsi 6-cı Beynəlxalq Layihə Olimpiadasında (INEPO) 2-ci yer tutaraq gümüş medala layiq görülmüşəm. 2012-ci ildə “Nizami Gəncəvi-870” Inşa Musabiqəsində 3-cü yeri qazanmışam. 2014-cü ildə 20 yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş “20 yanvar xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda keçirilən Inşa Yazı müsabiqəsində fərqlənmə diplomuna layiq görülmüşəm. 2014-cü ildə Məktəblilərin 8-ci Ətraf Muhitin Muhafizəsi Beynəlxalq Layihə Olimpiadasında 2-ci yer tutaraq gümüş medala layiq görülmüşəm. 2014-cü ildə “Heydər Əliyev 91” Inşa Musabiqəsində 4-cü yer tutmuşam. İyul ayında TDQK-nın keçirdiyi qəbul imtahanlarında iştirak edərək I qrup üzrə 687 bal toplamışam və arzuladığım Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi fakultəsinə daxil olmuşam.
- Qəbul imtahanı necə keçmişdi? İmtahandan qabaq və imtahandan sonra sənin üçün hansı təəssüratlarla yadda qalıb?
- Əlbəttə ki,bir qədər həyəcanlı idim. Imtahandan əvvəl çox çalişmağıma və
sınaqlarda topladığım ballara baxmayaraq, hələ də qorxu
ve şübhə hissi
var idi. Imtahan başlayandan 5-10 dəqiqə
sonra tədricən həyəcanımın
azaldığını hiss etdim, çünki sual kitabçasındaki suallar
mənə içimdəki qorxu ve şübhə hissinin
gərəksiz olduğunu gostərdi. Imtahandan sonra etdiyim iki səhv
cavabın ən yaxşı bildiyim mövzulara aid olduğuna əvvəlcə təəsüfləndim,
amma sonra bunun bir qismət olduğunu anlayıb topladığım bala görə Allahıma şükür
etdim. Arzuladığım Ali Məktəbin arzuladığım fakultəsinə
daxil olduğumu ve Prezident təqaüdünə
layiq görüldüyümü
oyrəndikdən sonra tam
700 bal toplamaq üçün çatmayan
13 balın arzularımın qarşısında sədd
olmadığını anladım və bu,
məni çox sevindirdi.
- İmtahanda 600 baldan yüksək nəticəni göstərmək üçün abituriyent hansı öhdəlikləri üzərinə götürməlidir və ixtisas seçimini necə etməlidir?
- 600-dən
yüksək bal toplamaq
üçün abituriyent
var gücü ilə
çalışmalı, müəllimin verdiyi
tapşırıqları tam yerinə
yetirməli, özünü bəzi əyləncəli
məşğuliyyətlərdən məhrum etməlidir və
ən əsası, iradəli olmalıdır. Əlbəttə
ki, hər şeydən öncə
yüksək balı
toplamağı ürəkdən arzulamalı, buna
inamı olmalı və Allaha dua etməlidir. Ixtisas seçimini edərkən təbii olaraq böyüklərlə, müəllimlərlə
məsləhətləşməli və öz
biliklərinə, bacarıqlarına, ən əsası da, müasir dövrün tələblərinə uyğun ixtisas seçməlidir.
- Niyə məhz bu ixtisası və BANM-i seçdin və bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?
- Bu ixtisası seçməyimə səbəb
texniki fənlərə,
proqramlaşdırmaya olan həvəsimdir.
Məktəb illərindən bu
günədək kompüteri və
proqramları dərindən öyrənməyi, bilməyi
arzulamışam. 11-ci sinifdən muəllimlərim mənə
BANM-i məsləhət görüblər
və mən özüm də, bu Ali Məktəb
haqqında ətraflı məlumat əldə etmişdim. Burada yüksək səviyyəli və müasir
tələblərə uyğun ingilis dillində təhsil verildiyini
bilərək, ailəmlə birgə məhz bu
Ali Məktəbin mənim gələcəyim
üçün uğurlu
olacağına əmin olduq və çox düşünmədən Bakı Ali Neft Məktəbini seçdim.
- Adətən deyirlər ki, texniki sahə və ya mühəndislik peşəsi kişilərə aid sənətdir. Sən bu barədə nə düşünürsən və bu sahəyə marağın hardan yaranıb?
- Əksər hallarda qadına məsləhət görülən həkimlik və müəllimlik peşələrinə marağım və həvəsim heç vaxt olmayıb. Həmişə düşünmüşəm ki, həyatda elə bir qanun yoxdur ki, qadın ancaq müəllim və ya həkim olmalıdır. Bir az öncə qeyd etdiyim kimi, kompüter biliklərinə olan marağım mənim bu seçimi etməyimə səbəb oldu.
- BANM-də ali təhsil almaq arzusunda olan abituriyentlərə nə məsləhət görərdin? Buradakı təhsili necə dəyərləndirirsən?
- BANM-da oxumağı arzulayan
abituriyentlər bu Ali
Məktəbə daxil olmağın
çətinliyini dərk edərək çoxlu
çalışmalıdırlar. BANM-da oxumaq çox gözəl
bir hissdir. Burada təhsil almaq çətin
olduğu qədər, həm də çox maraqlıdır. Şəxsən mən
bu çətinliklərdən zövq alıram, çünki
bilirəm ki, hər bir
çətinliyin sonunda böyük
bir uğur dayanır.
Bu da ondan
irəli gəlir ki, mən həmişə
çətinlikləri və onlarla
mübarizə apararaq həll etməyi
sevirəm. Bu Ali Məktəb
həm savadlı, həm də geniş
dunyagörüşünə və yüksək mədəni-əxlaqi
dəyərlərə malik olan, ingilisdilli, yüksək
ixtisaslı mühəndislər yetişdirilir.
Azərbaycanın ən reytinqli Ali Məktəbində oxumaq,
gələcəyin mühəndisi kimi
yetişmək mənim üçün çox qürurvericidir.
- Özünü gələcəkdə harda görürsən və hansı planların var?
- Gələcək haqqında planlar
qurmaği sevmirəm. Lakin gələcəkdə
böyük nailiyyətlərə sahib olmaq uğrunda
mübarizə aparmaği sevirəm.
Ən böyük arzum
isə öz pəşəmin yüksək
səviyyəli mütəxəssisi olaraq
ən böyük zirvələri fəth
etməkdir. Gələcəkdə Azərbaycanın
Dövlət Neft Şirkətində və
yaxud xarici neft-qaz şirkətlərinin Azərbaycan
nümayəndəliklərində çalışaraq, bununla da Azərbaycanın
neft-qaz sektoruna
faydalı töhfələrimi vermək istərdim.
İki
sahil.- 2015.- 6 yanvar.- S.10.