2014-cü il neft-qaz sektorunda
mühüm uğurlarla yadda qaldı
Ötən il Azərbaycan tarixinə uğurlu bir dövr kimi düşdü. Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün siyasi kurs nəticəsində Azərbaycan sürətli inkişaf tempini qoruyub saxlamağı bacardı. Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramları münasibətilə xalqa təbrikində də Prezident İlham Əliyev bu və digər məqamlara toxundu. Dövlət başçısı qeyd etdi ki, 2014-cü il ölkəmiz üçün uğurlu oldu: “Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilmişdir. Ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənmişdir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim təsir imkanlarımız da genişlənir.”
Ölkə
başçısı əlavə etdi ki, 2014-cü ildə iqtisadi
inkişaf təmin edilib:
“Bu da çox
önəmlidir, çünki bildiyiniz kimi, dünyada hələ də iqtisadi,
maliyyə böhranı davam edir. Bütün bunlara baxmayaraq, Azərbaycan
iqtisadiyyatı uğurla inkişaf
edir və bu
inkişafın təməlində islahatlarımız
dayanır. Təsadüfi deyil ki, dünyanın ən mötəbər iqtisadi qurumu olan Davos Ümumdünya
İqtisadi Forumu rəqabət
qabiliyyətliliyinə görə Azərbaycanı 38-ci yerə
layiq görmüşdür.
Bu, böyük və
tarixi nailiyyətdir... Qeyri-neft
sektorumuzun inkişafı bizim
üçün prioritet
olaraq qalır. Şadam
ki, bu il
qeyri-neft sektorumuz təxminən
7 faiz artmışdır. Ölkə
iqtisadiyyatına 27 milyard dollar
sərmayə qoyulmuşdur... Makroiqtisadi vəziyyət sabitdir.
Valyuta ehtiyatlarımız 50 milyard dollardan çoxdur. Manatın məzənnəsi isə
sabit olaraq qalır.”
2014-cü
il neft-qaz sektorunda da mühüm
uğurlar əldə edildi.
Ötən ilin 30 dekabrında SOCAR-ın baş ofisində 2014-cü ilin
yekunları və 2015-ci ildə qarşıda duran
vəzifələrə həsr olunmuş
müşavirədə çıxış edən Dövlət
Neft Şirkətinin prezidenti
Rövnəq Abdullayev qeyd
etdi ki, 2014-cü il dünya bazarında neftin
qiymətinin ucuzlaşmasına baxmayaraq
SOCAR üçün uğurlu
keçib. Bildirildi ki, keçən il neftin və qazın hasilatı, neft məhsullarının istehsalı ilə əlaqədar
bütün proqnozlara,
eləcə də şirkətin ixrac
öhdəliklərinə əməl olunub.
SOCAR-ın ümumi aktivlərinin həcmi
1 iyul 2014-cü il
tarixinə 2005-ci ilin müvafiq
dövrü ilə müqayisədə 5
dəfə artaraq, 24 milyard
442 milyon manata
çatıb. SOCAR 2014-cü ildə öz
tarixində ilk dəfə olaraq
büdcəyə rekord səviyyədə
1 milyard 825 milyon manat həcmində ödəmələr (gəlir
vergisi istisna olmaqla) edib.
Doğrudan da ötən il neft-qaz sektoru
üçün uğurlu
oldu. Belə ki,
sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20 illiyinə
və “Cənub Qaz Dəhlizi”nin təməlinin
qoyulmasına həsr olunmuş təntənəli
mərasim keçirildi. Tədbirdə
çıxış edən Prezident İlham Əliyev 20 sentyabrı ölkəmiz üçün tarixi bir gün
adlandırdı: “Azərbaycan çox böyük problemlərlə üzləşmişdi.
Erməni işğalı, vətəndaş müharibəsi,
iqtisadi və siyasi böhran-bütün bu
amillər ölkəmizin inkişafına böyük
problemlər yaradırdı, böyük
maneə idi. Bu gün ulu öndər Heydər
Əliyevin adını daşıyan bu Mərkəzdə
Prezident Heydər Əliyevin fəaliyyətini
bir daha yüksək
qiymətləndiririk. Məhz onun
uzaqgörənliyi, cəsarəti, müdrikliyi
sayəsində “Əsrin kontraktı” imzalanmışdır.
Beləliklə, Azərbaycanın inkişafı üçün yeni imkanlar yaranmışdır.”
Ötən
il mayın 30-da İstanbul şəhərində “Şahdəniz-2”
və Trans-Anadolu qaz kəməri
(TANAP) layihələrində Türkiyənin payının
artırılması ilə bağlı sənədlər
imzalandı. “TPAO” (“Türkiyə Petrolleri
Anonim Ortaklığı”) şirkəti
ilə “Total” şirkəti arasında
alqı-satqı müqaviləsi “TPAO”nun baş direktoru Besim Şişman və “Total-Azərbaycan”ın baş direktoru Kristian Qudiçelli
imzaladılar. Türkiyənin “Botaş”
şirkəti və SOCAR arasında TANAP-ın hissələrinin
alqı-satqı müqaviləsini isə “Botaş”ın baş direktoru Mehmet Konuk və Dövlət
Neft Şirkətinin prezidenti,
TANAP idarə heyətinin sədri Rövnəq Abdullayev
imzaladılar. İmzalanan üçüncü
razılaşma sənədi isə “Botaş”
və TANAP arasında qaz daşınması
müqaviləsi oldu. Dördüncü
sənədi-Türkiyə ilə Azərbaycan arasında TANAP
ilə bağlı razılaşma protokolunu
Azərbaycanın energetika naziri
Natiq Əliyev və Türkiyənin enerji və təbii ehtiyatlar
naziri Taner
Yıldız imzaladı.
Oktyabrın
14-də isə Turkiyədə “Şahdəniz-2” sahəsındən
çıxarılacaq təbii qazın Türkiyə ərazisi
ilə Avropaya nəqlini nəzərdə
tutan Trans Anadolu Təbii Qaz Boru Xəttinin Ana Xətt Borular və Modul Dirsəklərinin
Alınması müqavilələri imzalandı. İmzalanma mərasimində Türkiyənin Baş naziri Əhməd Davudoğlu,
energetika və təbii ehtiyatlar
naziri Taner
Yıldız, SOCAR-ın prezidenti Rövnəq
Abdullayev və digər rəsmi şəxslər
iştirak edirdilər. Qeyd
edək ki, TANAP-da
istifadə edilməsi üçün təxminən
1,2 milyon ton polad borunun üçdə
birinin təmin edilməsi tenderini
“Borusan Mannesmann”, “Noksel Çelik” və “Erciyas Çelik” konsorsiumu qazanıb. Polad
boruların daşınmasının 24 ayda
tamamlanması gözlənilir. İmzalanma
mərasimində Türkiyə baş naziri Əhməd Davudoğlu
çıxış edərək bildirdi
ki, TANAP enerji layihəsi
olmaqla yanaşı, sülh
proyektidir, eyni zamanda bir sülh
xəttidir. Bu gün
90-cı illərdə böhran bölgələri
olaraq xatırlanan Balkan
və Qafqaz arasında bir
sülh körpüsü
qurulur. SOCAR-ın prezidenti
Rövnəq Abdullayev isə bildirdi ki, TANAP layihəsi
sayəsində Türkiyə “Şərq-Qərb enerji dəhlizi” olacaq. Bu layihə 15-20 min vətəndaşa
yeni iş imkanları
yaradacaq və Türkiyədə boru istehsalı və boru
inşaatı sektoru inkişaf
edəcək.
Ötən
ilin noyabr ayında həmçinin
Neft Daşlarının 65 illik
yubileyi qeyd edildi. 65 il əvvəl dünya neft sənayesinin
tarixində ilk dəfə olaraq
dəniz akvatoriyalarında neft
hasilatına başlanılmasının əsası məhz
Azərbaycanda-”Neft Daşları” yatağının kəşfi
ilə qoyulub. Neft Daşlarının
inkişafının uzun bir
dövrü ümummilli
lider Heydər Əliyevin adı ilə
bağlıdır. Neft Daşlarının 25 illik
yubileyində ulu öndərin neftçilər
qarşısında qoyduğu vəzifələr
və istiqamətlər müstəqil Azərbaycanın iqtisadi qüdrətinin möhkəmlənməsi
üçün müstəsna əhəmiyyət
kəsb edən “Günəşli”, “Çıraq”, “Azəri”
və digər yataqların kəşfi ilə nəticələnib.
Ötən il SOCAR Türkiyədə daha bir uğurlu maliyyə əməliyyatına imza atdı. Dünyanın lider investisiya banklarından biri Goldman Sachs International, Petkim Petrokimya Holding A.Ş-nin törəmə şirkəti olan Petlim Limancılık Ticarət A.Ş-nin 30 faizlik hissəsini 250 milyon dollara satın aldı. Bununla da hissələrin Goldman Sachs-a təhvili gerçəkləşmiş və müvafiq məbləğ ödənildi. Maliyyə dünyasının nüfuzlu nümayəndələri bu sövdələşmənin SOCAR üçün uğurlu olduğunu qeyd edirlər. Dünya investisiya banklarının liderlərindən sayılan ABŞ-ın Goldman Sachs bankının “Petlim”ə verdiyi dəyər layihənin gələcəyinə göstərilən etimadın ən bariz nümunəsidir.
Nail Rəhimzadə
İki sahil.- 2015.- 7 yanvar.- S.9.