Prezident İlham Əliyevin müəllifi olduğu

iqtisadi model Azərbaycanın davamlı

sıçrayışlı inkişafını təmin edib

 

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü

Azər Badamovun www.yap.org.az saytına müsahibəsi

 

- Azər müəllim, 2014-cü il başa çatdı. Sizcə, geridə qoyduğumuz il hansı ictimai-sosial özəllikləri və uğurları ilə yadda qaldı?

-2014-cü il müasir Azərbaycanın inkişafında mühüm bir dövr kimi yadda qaldı. Vurğulamaq lazımdır ki, «Sənaye ili» kimi tarixə çevrilən 2014-cü il mühüm sənaye obyektlərinin tikilməsi, o cümlədən, mühüm iqtisadi nailiyyətlərlə müşayət olundu. Ümumiyyətlə, yüksək tərəqqi dövrünü yaşayan ölkəmizin inkişaf trayektoriyası ildən-ilə yeni iqtisadi proseslərin fonunda daha da zənginləşməkdədir. Sözsüz ki, respublikamızın yüksək artım templəri əldə etməsinin və indiki meqainkişaf erasına çatmasının başlıca məntiqi, elmi-iqtisadi məzmunu Ulu öndər Heydər Əliyevin yaratmış olduğu mükəmməl inkişaf doktrinasının təməlləri üzərində inkişaf etdirilən və yeni iqtisadi qanunauyğunluqlar üzərində diversifikasiya olunan fundamental konsepsiyanın həyata keçirilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin yaratdığı yeni makroiqtisadi platforma və inkişaf formulu Azərbaycanın son illər proqressiv meyillərlə irəliləməsinin əsas konseptlərini təşkil edib.

Son 12 ildə həyata keçirilən davamlı siyasi konsepsiya ölkəmizin yeni iqtisadi model yaratmasına gətirib çıxarıb. Bu gün Azərbaycan dövləti istər dayanıqlı iqtisadiyyatına, istərsə də regionların qısa zaman akəsiyində böyük inkişafına görə dünyaya yeni bir model təqdim edir. Prezident İlham Əliyevin müəllifi olduğu bu iqtisadi model Azərbaycanın son illərdə davamlı sıçrayışlı inkişafını təmin edibyeni nailiyyətlərə zəmin yaradıb. Regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar, innovativ iqtisadiyyata hazırlıq, kreativ quruculuq və digər sistemli hədəflərin reallaşmasında mühüm bir dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Neftin qiymətinin ucuzlaşması isə ölkə iqtisadiyyatına o qədər də böyük ziyan vura bilməyib. Bunun səbəblərindən biri də ölkəmizdə qeyri-neft sektorunda mühüm nailiyyətlər əldə olunmasından irəli gəlir. Ötən il qeyri-neft sektorunun artımı 10 faizə yaxın olub ki, bu da olduqca böyük göstəricidir. İnvestisiyaların böyük əksəriyyətinin isə daxili sərmayənin təşkil etməsi bir daha göstərir ki, ölkəmizdə bu sahədə münbit şərait yaradılıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanda çox müsbət sərmayə iqlimi vardır, yerlixarici investorlar bizim ölkəmizə inanırlar, ölkəmizin gələcəyinə inanırlar. Yeni investisiyalar, yeni sənaye və iaşə obyektlərinin tikilib istifadəyə verilməsi isə ölkədə işsizliyin aradan qaldırılması yönündə aparılan siyasətə böyük tövhədir. Belə ki, arxada qoyduğumuz 2014-cü ildə yüz mindən çox yeni yeri açılıb ki, bunun lda mütləq əksəriyyəti daimi yerləridir.

Arxada qoyduğumuz ilin əsas özəlliklərindən biri də beynəlxalq dəniz ticarəti limanın yaradılması idi ki, bu da ölkəmizin qarşıdakı illərdə su yolu ilə ticarəti daha da genişləndirməsinə yol açacaq. Bu dəniz ticarət limanı ölkəmizin inkişafının yeni mərhələsidir. Bundan başqa, ən yaddaqalan hadisələrdən biri "Cənub" qaz dəhlizinin təməlinin qoyulmasıdır ki, bu da ölkəmizin gələcək inkişafının mühüm bir komponenti qismində çıxış edir. Bu layihə XXI əsrin layihəsi sayılır və dövlət, millət olaraq bu layihədən çox böyük gözləntilərimiz var. Birmənalı şəkildə vurğulamaq olar ki, 2014-cü il mühüm hadisələrlə zəngin olub. Buna ilin sonunda keçirilən bələdiyyə seçkilərini də əlavə etsək 2014-cü ilin siyasi dinamizmini də təsəvvür etmək mümkün olar.

- Vurğuladığınız kimi, ötən ilin sonunda keçirilən bələdiyyə seçkiləri ilin ən mühüm siyasi hadisələrindən biri sayıla bilər. Radikal müxalifət düşərgəsi istəsə də, bu seçkilərin nəticələrini şübhə altına qoya bilmədi və ölkəmizdə azad, sərbəst, demokratik seçki baş tutdu. İstərdik, bələdiyyə seçkiləri və onların nəticələri ilə bağlı fikirlərinizi bölüşəsiniz…

- Ötən ilin dekabrın 23-də ölkəmizdə sayca dördüncü bələdiyyə seçkiləri keçirilib. İşğal olunmuş ərazilər istisna olmaqla, 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilən seçkilərdə 15 035 bələdiyyə üzvü seçilib. Vurğulayım ki, millət vəkili olaraq mən də parlamentdə təmsil etdiyim Qusar rayonunda seçkiləri müşahidə edirdimorada da böyük seçici fəallığı qeydə alındı. Əslində budəfəki seçkiyə vətəndaşların marağının daha yüksək olmasında bir sıra səbəblər mövcud idi. Belə ki, artıq vətəndaşlarımız yerli özünüidarə strukturlarının prinsipi ilə yaxından tanış olur, bələdiyyələrin onların həyatında oynadığı rolu dəyərləndirirlər. Digər tərəfdən, bələdiyyələrin gördükləri işlər də artıq nəzərə çarpır. Bu sistemdə aparılan islahatlar, bələdiyyələrin birləşdirilməsi yönündə atılan addımlar yerli özünüidarə strukturlarının fəaliyyətinin daha da effektiv xarakter almasına gətirib çıxarıb. Bu mənada, vətəndaşlarımız bələdiyyələrin yaradılmasında, fəaliyyətində daha aktiv iştirak etmək istəyirlər. Ölkəmizdə mövcud olan mükəmməl seçki qanunvericiliyi və seçiklərin azad, demokratik şəkildə keçirilməsini təmin edən münbit şərait vətəndaşlarımızın öz seçib-seçilmək hüququqndan azad şəkildə istifadə etməsinə imkan yaradır. Vətəndaşlarımız konstitusiyamızın tanıdığı hüquqları reallaşdırmaqda azaddırlar. Bu mənada ötən ilki bələdiyyə seçikləri özündən əvvəlkilərdən müsbət mənalda fərqlənirdi. Seçkiləri 50 mindən artıq müşahidəçi izlədi və bütün müşahidəçilər də seçkilərin gedişatında qanun pozuntularının baş vermədiyini bildirdilər. Şəffaflığın yüksək səviyyədə təminatı, seçki məntəqələrində veb-kameraların quraşdırılması ölkəmizdə yüksək standartlara malik seçki mühitinin varlığını ortaya qoyur.

Bu seçkilər Yeni Azərbaycan Partiyası üçünmühüm nailiyyətlərlə müşayət olundu. Sevindirici haldır ki, partiyamız bu dəfə də qatıldığı seçkini böyük zəfərlə başa vurdu. Xalqımız hər zaman olduğu kimi, bu seçkilərdə də Ulu öndər Heydər Əliyevin əsasını qoyduğubu gün möhtərəm Prezidentimiz İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyasını dəstəkləməklə hər zaman dövlətçiliyin keşiyində dayanan, milli maraqlarımızı qoruyan siyasi təşkilata öz inamını və sevgisini nümayiş etdirdi.

Radikal müxalifətin danışdığı yalanların, atmağa çalışdığı çirkabların arxasında hansı səbəblərin durduğu da məlumdur. Ötən ilin son aylarında bu partiyalar şəhərin mərkəzində mitinq keçirməyə çalışdı və buna nail ola bilmədilər. Sözün əsl mənasında fiasko yaşandı. Onlar hətta icazəli mitinqə belə 200-300 nəfərdən artıq adam çıxara bilmirlər. Bu özü xalqın onlara inamsızlığının bariz göstəricisidir. Fakt odur ki, radikal düşərgə partiyalarının hətta bələdiyyə üzvlüyünə namizəd kimi irəli sürməyə potensial üzvləri yoxdur. Onlar etiraf etməlidirlər ki, ətraflarında üç beş nəfərdən artıq adam qalmayıb. Bu partiyalar sadəcə olaraq xarici ermənipərəst qurumlardan ianə almaq və ölkəmizdə keçirilən seçkilərə ləkə yaxmaq əmrini alırlar və onu da yerinə yetirirlər. Necə olur ki, dünənə qədər Seçki Məcəlləsinin dəyişdirilməsi bəhanəsi ilə bələdiyyə seçkilərinə qatılmaqdan imtina edənlər bu gün artıq 2015-ci il parlament seçkiləri haqqında danışırlar. Demək ki, onlar sifarişlər əsasında seçkilərə qatılır və ya bundan imtina edirlər. Bu isə növbəti dəfə onların Azərbaycana qarşı olan qüvvələrin oyuncağına çevrildiklərini təsdiqləyir.

- Regionlarımızın inkişafı məsələsinə toxundunuz. Bu istiqamətdə imzalanan dövlət proqramlarının bu sahədə əldə olunan nailiyyətlərdə hansı rolu oynayıb?

- Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynamaqdadır. Prezident İlham Əliyevin gərgin əməyi və əzmkarlığının nəticəsi olaraq hazırlanan və həyata keçirilən bu mükəmməl proqram Azərbaycanın son 12 ildə ən mütərrəqi islahatları reallaşdıran ölkə statusuna malik olmasını da şərtləndirib. “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları ” elmi-iqtisadi-nəzəri mahiyyətinə görə, fundamental strateji inkişaf konsepsiyası sayılmaqla, bölgələrin tarazlı və yüksək inkişafını təmin edən, ölkəmizin iqtisadi-siyasi doktrinasının başlıca məzmununu təşkil edir.

Qeyd etmək yerinə düşər ki, regionların inkişafını özündə ehtiva edən bu proqramların vaxtında və yüksək səviyyədə icra olunması Azərbaycanın ümumi iqtisadi gücünü artırmaqla yanaşı, itstehsal müəssisələrinin fəaliyyətinin bərpasına, yeni istehsal müəssisələrinin yaradılmasına, yerli resurslardan istifadənin səmərəsinin artırılmasına, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasına, aqrar sektorda islahatların ikinci mərhələsinin sürətləndirilməsinə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılmasına yol açıb. Bundan başqa bu Dövlət proqramlarında investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionların sosial-iqtisadi inkişafında həlledici dönüş yaradıb. Dövlətin inkişafı və zənginləşməsi son nəticədə vətəndaşların yaxşı yaşamasına, onların sosial tərəqqisinə səbəb olur.

2013-2018-ci ili əhatə edən Dövlət proqramında respublikamızın yeni inkişaf mərhələsinə qədəm qoyması, yeni meyarların, texnoloji dəyişikliklərin, mühüm iqtisadi-sosial çağırışların meydana çıxması və buna uyğun olaraq daha pozitiv addımların atılması nəzərdə tutulur. 2013-2018-ci illərə dair regional inkişaf proqramı yeni dövrün iqtisadi reallıqları, Azərbaycanın qarşısında duran yeni çağırışları özündə əks etdirir.

- Azər müəllim, sizcə, 2015-ci il ölkəmiz üçün hansı perspektivlər vəd edir?

- Əsas gözləntilərimiz Azərbaycanın bir nömrəli probleminin-Dablıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlıdır. Bu gün istər hərbi sferada, istərsə də beynəlxalq hüquq çərçivəsində Azərbaycan mühüm üstünlüklər əldə edibbuna da Prezident İlham Əliyevin apardığı düzgün və qətiyyətli siyasət nəticəsində nail olunub. Mən arzu edirəm ki, Ermənistan özünün qeyri-konstruktiv mövqeyindən əl çəksin və işğal etdiyi Azərbaycan torpaqlarını boşaltsın. Təbii ki, bu gün möhtərəm Prezidentimizin rəhbərliyi altında aparılan xarici siyasət kursu, o cümlədən, ordumuzun daha da mütərəqqi və yüksək standartlara uyğunlaşdırılması torpaqlarımızın işğaldan azad olunacağına tam əminlik yaradır. Azərbaycan dövləti öz ərazi bütövlüyünü təmin etmək iqtidarındadır. Cənab Ali Baş Komandanımız İlham Əliyev də bildirib ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək.

Ümumilikdə, gələn il mühüm tədbirlərlə zəngindir. Belə ki, ilin ortalarında keçirilməsi nəzərdə tutulan Avropa Olimpiya Oyunları dünyada bir ilkə atılacaq imzadır. Bu oyunlar istər iqtisadi nöqteyi-nəzərdən, istərsə də siyasi müstəvidə olduqca böyük bir hadisədir. Bu gün Azərbaycanın beynəlxalq aləmdə özünə mühüm yer qazanması, demokratik inkişafın yeni modelini yaratması bütün dünya tərəfindən etiraf olunur. Əminəm ki, ölkəmizə gələn turistlər də ölkəmizin inkişafı ilə yaxından tanış olacaqlar, Azərbaycanın dünyaya bəxş etdiyi tolerantlıq modelini öyrənəcəklər. Azərbaycan dövləti hər zaman inkişafı hədəfləyən siyasi kurs yürüdür. Bu inkişaf isə istər dövlətimizin dünya dövlətləri arasında əhəmiyyətli yer tutmasında, istərsə də vətəndaşlarımızın sosial rifahının yüksəlməsində böyük rol oynayır.

 

İki sahil.- 2015.- 9 yanvar.- S.9.