Qeyri-neft sektoru gələcəkdə

Azərbaycanın iqtisadi inkişafını

daha böyük həcmdə təmin edəcək

 

Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev Azərbaycanın sürətli inkişafını ötən il də yüksək səviyyədə olmasını əsaslı şəkildə diqqətə çatdırdır

 

2014-cü il ölkəmiz üçün

uğurlu il kimi tarixdə qalacaq

 

Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev ötən ilin uğurları fonunda bu əminliyi ifadə etdi ki, iqtisadi sahədə şaxələndirmə siyasəti cari ildə də uğurla davam etdiriləcək: “Əgər biz vaxtilə bu istiqamətdə önəmli addımlar atmasaydıq, neftin qiymətinin bugünkü konyunkturası bizə çox mənfi təsir göstərə bilərdi. Ancaq bu gün qeyri-neft sektorumuz iqtisadiyyatda hərəkətverici amildir və 7 faiz səviyyəsində artan qeyri-neft sektorumuz görülən işlərin nəticəsidir. Bu, eyni zamanda həm investorlara, həm yerli şirkətlərə əlavə nikbinlik verir.” Qarşıya qoyulan əsas hədəf Azərbaycanın yüksək gəlirli ölkəyə çevrilməsi, inkişaf etmiş ölkələr sırasında olması, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasıdır. Regionların malik olduğu potensialdan istifadə etmək məqsədilə imzalanan Dövlət Proqramları və onların uğurlu icrası qeyri-neft sektorunun inkişafını daha da sürətləndirir. Qeyd olunduğu kimi, ötən il ÜDM 3 faiz, qeyri-neft sektoru 7 faiz artıb. Dövlət başçısı bildirdi ki, qeyri-neft sektoru gələcəkdə Azərbaycanın iqtisadi inkişafını daha da böyük həcmdə təmin edəcək. Bu sektorun inkişafı ölkə iqtisadiyyatının dayanıqlı inkişafına geniş imkanlar yaradır. İqtisadiyyatın enerji amilindən asılılığı azalır: “Bir sözlə, 2014-cü ildə əsas iqtisadi göstəricilərimiz çox müsbətdir, deyə bilərəm ki, bəlkə dünya miqyasında ən gözəl göstəricilərdir. Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir.”

Ölkənin iqtisadi imkanları biri-birindən əhəmiyyətli sosial-iqtisadi layihələrin icrasını sürətləndirir. Məlum olduğu kimi, hazırda aktivlərinin həcmi 36 milyard dollardan artıq olan Dövlət Neft Fondu ölkənin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsini maliyyələşdirir. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə qorunması qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əsas yaradır. Biz qeyri-neft sektorunun inkişafı üçün infrastruktur layihələrini icra edirik. Əgər bu layihələr icra edilməsəydi, regionlarda biznes imkanlarından söhbət gedə bilməzdi” söyləyən Prezident İlham Əliyev bu əsas məqamı da diqqətə çatdırmışdır ki, düşünülmüş iqtisadi siyasətlə düzgün prioritetlər müəyyənləşdirilir və ildən-ilə bu istiqamətlərin növbəliliyi dəyişir. Bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişpafı istiqamətində atılan addımların uğurlu nəticələri göz önündədir. Qeyd edək ki, daxili bazarı təmin etmək üçün yerli istehsalın artırılması da qeyri-neft sektorunun inkişafına böyük təsir göstərir. Dövlət başçısı müşavirədə bu reallığı da diqqətə çatdırmışdır: “Gələcəkdə neft amilinin ümumi daxili məhsulumuzda aşağı düşməsi nəticəsində ölkə iqtisadiyyatının neft amilindən asılılığı daha da azalacaqdır. Bu, bizim vəzifəmizdir. Mən həmişə demişəm, bu gün də demək istəyirəm ki, neft-qaz amili bizim üçün bir vasitədir. Bu, inkişaf etmək, dayanıqlı və çoxşaxəli iqtisadiyyat qurmaq üçün bir vasitədir. Biz bu vasitədən səmərəli şəkildə istifadə edirik.”

Şəffaflığın yüksək səviyyədə təmin olunması dövlət siyasətinin əsasını təşkil edir. Dövlət Neft Fondunu şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirən ölkə Prezidenti bu prinsipin bütün sahələrdə qorunmasının vacibliyini bildirir. Dövlət başçısı maliyyə intizamının artırılmasından bəhs edərkən bu fikri də hər zaman önə çəkir ki, büdcə artdıqca məsuliyyət də artmalıdır. Daim bu məqsəd qarşıya qoyulur ki, qarşıdakı ilin büdcəsi ötən ilin büdcəsindən həm keyfiyyət, həm də kəmiyyət baxımından üstün olmalıdır. Dövlət büdcəsindən buya digər sahələrə ayrılan vəsaitlərdə də daim artımlar nəzərə çarpır. Təbii ki, bu ölkəmizin iqtisadi imkanlarının artmasından irəli gəlir. Cari ilin dövlət büdcəsi 19 milyard manatdan çoxdur. 2015-ci ildə ölkə iqtisadiyyatı, sosial sahə üçün lazım olan bütün digər layihələrin tam şəkildə icra ediləcəyinə əminliyini ifadə edən dövlət başçısı İlham Əliyev bildirmişdir ki, hər bir dövlət strukturunda, qurumlarda, dövlət şirkətlərində idarəetmə prinsipləri təkmilləşdirilməlidir. İsrafçılığa yol verilməməlidir.

Hazırda valyuta ehtiyatlarımızın həcmi 50 milyard dollardan artıqdır. Valyuta ehtiyatları ümumi daxili məhsulun 70 faizini təşkil edir. Bir sözlə, möhkəm siyasi sabitlik üzərində qurulmuş iqtisadi sabitlik, infrastruktur layihələri, sosial proqramlar və digər istiqamətlər üzrə uğurlu fəaliyyət çox mühüm nəticələrə gətirib çıxarır.

 

Azərbaycan investisiya

cəlbediciliyini qorumaqdadır

 

Ötən il ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulub ki, bu da rekord göstəricidir. Bunun 16 milyard dolları daxili sərmayədir. 2014-cü il “Sənaye ili” çərçivəsində 230-dan çox sənaye müəssisəsi yaradılıb. 123 min yeni yeri açılıb. Onlardan təxminən 100 mini daimi yeridir. Ümumilikdə on ildən artıq dövr ərzində yeni yerlərinin sayı bir milyon 300 mindən çoxdur. İşsizliyinyoxsulluğun səviyyəsi 5 faizdən aşağıdır. Dövlət başçısı bildirir: “Bu proses də sürətlə getməlidir. Çünki Azərbaycanda yeni yerlərinin yaradılmasına hələ də ehtiyac var. İşsizlik hələ var, eyni zamanda, sürətli iqtisadi inkişaf demoqrafik vəziyyətə müsbət təsir etmişdir. Keçən il Azərbaycanda əhalinin sayı 116 min nəfər artmışdır. Odur ki, yeni yerlərinin yaradılması daimi proses olmalıdır. Bu, belədir və bu ilbu istiqamətdə əlavə tədbirlər görüləcəkdir.”

Göründüyü kimi, elmi əsaslara söykənən inkişaf strategiyası Azərbaycanın qarşısında geniş imkanlar açır. Yeni mərhələnin əsas məqsədi iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Bu mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zərurətə çevrilib. Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində də bu məqsədin gerçəkləşməsi üçün yerinə yetirilməsi zəruri olan tədbirlər öz əksini tapıb. Uğurlu sosial-iqtisadi islahatların nəticəsidir ki, Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb. Eyni zamanda o da məlumdur ki, ABŞ-ın “HeritageFondu və “Wall Street Journal” qəzetinin birgə hazırladığı “İqtisadi Azadlıq indeksi-2014” adlı hesabatda Azərbaycan 100 mümkün xaldan 61,3 xal toplamaqla dünyanın 186 ölkəsi arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən orta azad ölkələr sırasına daxil olmuşdur. Hesabatda ölkəmizdə yaradılan əlverişli biznes mühiti təqdir olunaraq, şəffaflıq prinsipinin qorunmasına xidmət edən addımlar önə çəkilmişdir. Son on ildə ümumi daxili məhsulun 3,4 dəfədən çox artması, ölkə iqtisadiyyatına 160 milyard dollardan artıq investisiyanın yatırılması uğurlu hadisə kimi vurğulanır.

 

Korrupsiya və rüşvətxorluğa

qarşı ciddi mübarizə aparılır

 

Məlumdur ki, ölkə Prezidenti İlham Əliyevin 5 sentyabr 2012-ci il tarixli “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanına uyğun olaraq istifadəyə verilən “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, müasir texnologiyaların, “bir pəncərə” prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin-”dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır. “Elektron hökumət” prinsiplərinə keçməyin özü də Azərbaycanın iqtisadi cəhətdən azad ölkə olmasını təsdiqləyən amillərdəndir. Prezident İlham Əliyev müşavirədə diqqəti bu məsələyə yönəldərək bildirmişdir: “Korrupsiya və rüşvətxorluğa qarşı son illər ərzində aparılan institusional islahatlar içərisində “ASAN xidmət” əlbəttə ki, ön plandadır. İndi bizim təcrübəmiz başqa ölkələrdə də öyrənilir... Bizim istəyimiz ondan ibarətdir ki, Azərbaycanda bütün sahələrdə işlər ən yüksək səviyyədə təmin edilsin. Sosial siyasətdə, iqtisadi inkişafda, idarəetmədə xoşagəlməz halların aradan qaldırılması, əlbəttə ki, bütün bu gözəl mənzərəni tamamlayacaqbu istiqamətdə işlər məqsədyönlü şəkildə aparılır. Bizim çox güclü siyasi iradəmiz var, təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir və niyyətlərimiz artıq real işlərdə özünü göstərir.” Yeni yanaşmaları tətbiq etməklə bu sahədə daha da böyük nəticələrə nail olmaq olar.

 

Sosial sahə daim prioritetdir

bu il prioritet olaraq qalacaq

 

İqtisadi tərəqqi sosial sahəyə diqqəti artırmağa stimul verir. Ölkəmizdə orta aylıq əmək haqqı 600 dollara yaxındır. 400 min insana ünvanlı sosial yardım verilir. 90 mindən çox ailə dövlətdən ünvanlı sosial yardım alır. Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə edir: “Əminəm ki, insanların rifah halı yaxşılaşdıqca ünvanlı sosial yardıma ehtiyacı olanların da sayı azalacaq. Çünki hazırda Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir. Keçən il yoxsulluq aşağı düşübdür, işsizlik 5 faizdən aşağıdır. Bizim gördüyümüz işlərin nəticələri bax, budur. Bu rəqəmlər özlüyündə bizim uğurlu inkişafımızı təsdiq edir.” Ötən il əhalinin pul gəlirləri 4,8 faiz artıb. Əhalinin pul gəlirləri inflyasiyanı bir neçə dəfə üstələyir. Bu da insanların rifah halının yaxşılaşmasına müsbət təsir göstərir. Dövlət başçısı İlham Əliyev müşavirədə bir daha qeyd etdi ki, bütün sosial proqramlar 2015-ci ildə tam həcmdə icra ediləcək. Ünvanlı sosial yardım, əhalinin pul gəlirlərinin artırılması, məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması, evlərin tikilməsi- bütün bu proqramlar təmin olunacaq.

Təbii ki, atılan addımlarda məqsəd əhalinin sosial müdafiəsini daha da gücləndirməkdir. Ölkəmizdə iqtisadi islahatların güclü sosial siyasətlə tamamlanması beynəlxalq səviyyədə təqdir olunur.

 

Azərbaycan öz inkişaf modelini ortaya qoyub

 

Müşavirədə qarşıda duran vəzifələrdən geniş bəhs edən dövlət başçısı İlham Əliyev bu reallığı bir daha qeyd etdi ki, Azərbaycan öz inkişaf modelini ortya qoyub: “Bu, hər kəs üçün açıq olan modelidir. İqtisadi model- bu gün biz bu barədə danışmışıq. Yəni, bu, nadir bir iqtisadi inkişaf modelidir. Siyasi islahatlar modeli- məncə, Azərbaycan nümunə ola bilər. Çünki iqtisadi islahatları aparmaqla, eyni zamanda, siyasi islahatlara da böyük önəm veririk.” Bütün demokratik təsisatların yaradıldığını qeyd edən dövlət başçısı İlham Əliyev ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərin də Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynadığını qeyd etdi. İnkişafın Azərbaycan modelinin mövcudluğu beynəlxalq səviyyədə qəbul olunur və öyrənilməsinin vacibliyi bildirilir. Azərbaycanın 20 illik müstəqillik tarixində qazandığı uğurların fonunda hazırlanan və dövlət başçısı İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkəmizin qarşıdakı illərdə müəyyənləşdirdiyi əsas hədəfləri özündə birləşdirir. Uğurlu siyasət, sosial-iqtisadi islahatlar məqsədlərə çatmaq üçün geniş imkanlar açır. Bir neçə il bundan öncə dünyanı bürümüz iqtisadi və maliyyə böhranının Azərbaycanın uğurlu inkişafına təsir göstərmədiyini önə çəkən dövlət başçısı İlham Əliyev bunu ölkədə ictimai-siyasi vəziyyətin sabit olması, xalqla iqtidar arasında birliyin möhkəmliyi, hər sahə üzrə proqramların uğurlu icrası ilə əsaslandırmışdır: “Azərbaycanın apardığı xaricidaxili siyasət xalq tərəfindən dəstəklənir və əminəm ki, bu il də görüləcək işlər nəticəsində Azərbaycan daha da güclənəcək.” Bu fakt da xüsusi olaraq qeyd edilmişdir ki, Azərbaycanın sabitliyinə, gələcəyinə inamın ən böyük göstəricilərindən biri iqtisadiyyata 27 milyard dollar həcmində investisiyanın qoyulmasıdır. Ölkəmiz xarici sərmayələrin həcminə görə uzun illərdir bölgədə liderliyini qoruyur. Dövlət başçısı İlham Əliyev müşavirədə bu inamı da qeyd etmişdir: “Yəni, biz dünya iqtisadiyyatının bir parçasıyıq. Buna baxmayaraq, düşünülmüş siyasət nəticəsində və iqtisadiyyatımızı qorumaq əzmində olmağımız əlbəttə ki, bu nadir vəziyyətin yaranmasına gətirib çıxarmışdır. Biz bunu qorumalyıq. 2015-ci ilbu istiqamətdə önəmli il olacaqdır.”

 

Yeganə Əliyeva

 

İki sahil.- 2015.- 13 yanvar.- S.3.