İnsan amili: Dövlət siyasətinin əsası

 

Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə Tarif Şurasının

qərarını dəyişməsi bunun bir daha təsdiqidir

 

Ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu fikri böyük inam və qətiyyətlə ifadə etmişdir ki, 2015-ci il də Azərbaycanın tarixinə uğurlu il kimi yazılacaq. Təbii ki, bu inamı şərtləndirən amil əvvəlki illərin uğurları və qarşıdakı illər üçün düzgün müəyyənləşdirilən prioritetlərdir: “Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir. Bunu əhali, xalqımız görür, gözəlləşən ölkəmiz bunun bariz sübutudur...

 

Əlbəttə, güclü iqtisadiyyat, düşünülmüş siyasət imkan verir ki, sosial sahəyə də diqqət göstərilsin. Bu sahə daim prioritetdir, bu il prioritet olaraq qalacaq. Sosial obyektlərin inşası uğurla təmin edilmişdir, 60-dan çox tibb mərkəzi, 50-dən artıq məktəb tikilib istifadəyə verilmişdir. Əməkhaqqı, pensiya artmışdır. Azərbaycanda orta aylıq əməkhaqqı artıq 600 dollara yaxınlaşır. Biz çalışacağıq ki, bu templər ildən-ilə daha sürətlə təmin edilsin. 400 min insana ünvanlı sosial yardım verilir, 90 mindən çox ailə dövlətdən ünvanlı sosial yardım alır. Dövlət tərəfindən hər ailəyə orta hesabla 155 manat, yəni, 200 dollara yaxın vəsait verilir. Əlbəttə, bu, bizim vəzifəmizdir. Biz bunu edəcəyik. Ancaq əminəm ki, insanların rifah halı yaxşılaşdıqca ünvanlı sosial yardıma ehtiyacı olanların da sayı azalacaq.” Bu fikirlər qarşıdakı planlara işıq salmaqla yanaşı, uğurların davamlılığının təmin edilməsində səylərin birləşdirilməsinin vacib amil olduğunu da təsdiqləyir. Hazırda bütün bölgələr arasında sağlam rəqabət gedir. Quruculuq, adadlıq işləri geniş vüsət alıb. Görülən işlər bir daha bu reallığı ortaya qoyur ki, dövlətin həyata keçirdiyi siyasətin önündə vətəndaş amili dayanır. İnsanların rahat, əmin-amanlıq şəraitində, təhlükəsiz yaşaması əsas məsələlərdəndir. Müşavirədə Azərbaycan xalqının 2014-cü ildə təhlükəsizlik şəraitində yaşadığını vurğulayan dövlət başçısı İlham Əliyev diqqəti bir neçə il bundan əvvəl dünyanı bürümüş iqtisadi maliyyə böhranına yönəldərək bildirmişdir ki, böhran, eyni zamanda bölgədə baş verən xoşagəlməz hadisələr, toqquşmalar Azərbaycanın uğurlu inkişafına təsir etməmişdir: “Bunun başlıca səbəbi Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olmasıdır, xalqla iqtidar arasındakı birlikdir bizim bütün proqramlarımızın uğurla icrasıdır. Azərbaycanın apardığı xarici daxili siyasət xalq tərəfindən dəstəklənir əminəm ki, bu il görüləcək işlər nəticəsində Azərbaycan daha da güclənəcək.”

Məhz neft gəlirlərindən səmərəli istifadə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsinə stimul verir. Atılan hər bir addımda məqsəd ölkə əhalisinin rifah halını daha da yaxşılaşdırmaqdır. Bir sözlə, iqtisadi tərəqqi, yüksək rifah quruculuq dövlət siyasətinin əsasını təşkil edir. Ulu öndər Heydər Əliyevinİqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdirtezisi bu gün öz aktuallığını qorumaqdadır. Dövlət başçısı İlham Əliyev bildirir ki, bəşəriyyətin üzləşdiyi qlobal problemlər ənənəvi iqtisadi sosial inkişaf modelinə yenidən baxmağı tələb edir. Gələcək nəsillərin inkişaf rifah içində yaşaması bugünkü çağırışlara düzgün cavabların tapılmasından çox asılıdır. Hazırkı dövrün əsas çağırışlarından birinin yoxsulluqla mübarizə olduğu önə çəkilərək Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar təqdir edilir. Bu gün ölkəmizdə yoxsulluq həddinin 5 faiz səviyyəsində olması Dövlət Proqramlarının uğurlu icrasının nəticəsidir. Məlum olduğu kimi, “Yoxsulluğun azaldılması iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)”nın ardıncaAzərbaycan Respublikasının Məşğulluq Strategiyası” (2006-2015-ci illər), “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması davamlı inkişaf Dövlət Proqramıicra olunur.

Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə bu fikir hər zaman qeyd olunur ki, bu günün əsas problemi yoxsulluqla mübarizədir. Birgə səylərin göstərilməsi, təcrübə mübadiləsi sayəsində məqsədə nail olmaq mümkündür. Azərbaycanın yoxsulluqla mübarizə sahəsində atdığı addımlar, əldə etdiyi təcrübə təqdir olunur. İnkişaf etmiş ölkələrdə sosial ödəmələrin azaldığını, yerlərinin bağlandığını qeyd edən Prezident İlham Əliyev bildirir ki, bunun əksi olaraq ölkəmizdə yeni yerləri yaradılır, əmək haqları pensiyalar artırılır, sosial proqramlar uğurla icra edilir. Ötən il 123 min yeni yeri açılıb ki, bunun 100 mini daimi yeridir. Sənaye iliçərçivəsində 230-dan çox sənaye müəssisəsi yaradılıb. Yeni müəssisələrin yaradılması yeni yeri deməkdir.

Dövrümüzün aktual probleminə çevrilən yeni iqtisadi və sosial çağırışlara dair fikir mübadiləsi aparmaq məqsədilə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər hər bir ölkənin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. İnkişafın Azərbaycan modelinin mövcudluğu beynəlxalq səviyyədə dəstəklənirsə, bu dövlətimizin uğurlu sosial-iqtisadi siyasətinin nəticəsidir. Düşünülmüş və planlı şəkildə aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanı dinamik inkişaf edən güclü, qüdrətli bir dövlətə çevirmiş, nüfuzlu və etibarlı tərəfdaş kimi dünyada tanıtmışdır. Ölkə Prezidenti bu reallığı da qeyd edir ki, əvvəlki dövrlərdə Azərbaycan haqqında məlumat vermək, təqdimatlar etmək üçün müxtəlif ölkələrə nümayəndələr göndərilirdisə, bu gün respublikamızın beynəlxalq tədbirlərin keçirilməsi üçün önəmli məkana çevrilməsi həqiqətlərimizin təbliğinə geniş imkanlar yaradır. Keçirilən beynəlxalq tədbirlərdə dövlətimizin siyasətində insan amilinə verilən dəyər xüsusi önə çəkilir və bildirilir ki, xalqın Prezidentinə inamının, etimadının böyük olduğu ölkədə gələcəyə baxış da yüksək olacaq.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Tarif Şurasının 2015-ci il yanvarın 12-də keçirilmiş iclasında neft məhsullarının tariflərinə baxılmış və müvafiq qərar qəbul olunmuşdur. Qərara əsasən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilmişdir. Dövlət başçısı İlham Əliyev humanist addım ataraq neft məhsullarının pərakəndə satış qiymətlərinin vətəndaşların mənafeyi nəzərə alınmaqla tənzimlənməsi barədə Tarif şurasına tapşırıq verib. Tapşırığa uyğun olaraq yanvarın 14-də Tarif Şurasının növbədənkənar iclası keçirilib və neft məhsullarının qiymətlərinə yenidən baxılaraq tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib. Ölkə Prezidentinin bu addım ictimaiyyət tərəfindən böyük rəğbət hissi ilə qarşılanır. Bu addım bir daha vətəndaş amilinə verilən önəmi, dəyəri təsdiqləyir.

Qeyd edək ki, 2009-cu ildə keçirilən referendum əsasında Konstitusiyanın 29 maddəsinə edilən 40-dan artıq əlavə və dəyişikliklər arasında xüsusi diqqət çəkən məhz “Dövlətin ali məqsədi” maddəsinə edilən əlavə olmuşdur. Həmin əlavəyə əsasən dövlətin ali məqsədi insan hüquq və azadlıqlarını qorumaqla yanaşı layiqli həyat səviyyəsini təmin etməkdir. Neft gəlirlərinin idarə olunmasında şəffaflığın və ədalət prinsipinin yüksək səviyyədə qorunması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılmasını şərtləndirir. Bu gün böyük əminliklə qeyd edirik ki, digər neftlə zəngin ölkələrdən fərqli olaraq Azərbaycanda iqtisadi strategiyanın düzgün müəyyənləşdirilməsi əhali arasında təbəqələşmə prosesinin getməməsini təmin edir. Dövlət başçısı İlham Əliyev hər çıxışında insan amilinə diqqət yönəldərək bildirir ki, iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Dövlət başçısı İlham Əliyev müşavirədə bildirmişdir: “Görürük ki, dünyanın müxtəlif yerlərində böhran - iqtisadi böhran, maliyyə böhranı, siyasi böhran yaşanır. Belə olan halda nəinki investisiyalar qoyulmur, hətta maaşlar, pensiyalar kəsilir, iş yerləri ixtisar edilir. Ancaq buna baxmayaraq, biz Azərbaycanda bunun tam əksini görürük. Nəzərə alsaq ki, Azərbaycan dünya iqtisadiyyatına çoxdan inteqrasiya edib, biz dünya iqtisadiyyatının bir parçasıyıq, belə uğurlu mənzərəni təmin etmək üçün, əlbəttə, böyük səylər göstərilməli, uzunmüddətli, düşünülmüş siyasət aparılmalı idi. Biz buna planlı, əsaslı şəkildə nail ola bilmişik. Bu nəticələr deməyə əsas verir ki, Azərbaycan bundan sonrakı illərdə də uğurla inkişaf edəcək. Dünyada neftin qiyməti kəskin şəkildə, 2 dəfədən çox aşağı düşmüşdür. Əlbəttə ki, bu, bizim gəlirlərimizə mənfi təsir edəcək. Ancaq buna baxmayaraq, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində görülən və bundan sonra görüləcək işlər, institusional islahatlar və daha da səmərəli idarəetmə üsullarının tətbiq edilməsi nəticəsində əminəm ki, Azərbaycan bu vəziyyətdən də şərəflə çıxacaq, manatın məzənnəsi sabit olaraq qalacaq, iqtisadi inkişaf təmin ediləcəkdir.”

 

Yeganə Əliyeva

 

İki sahil.- 2015.- 16 yanvar.- S.6.