Prezident İlham Əliyevin Almaniya səfəri:

 

Berlin əməkdaşlıqda maraqlıdır

 

Dövlət başçısı İlham Əliyevin Almaniyaya səfəri çox uğurlu olub. Berlində aparılan müzakirələr həm ikitərəfli əlaqələrin perspektivlərindən, həm də Azərbaycanın müstəqil dövlət kimi nüfuzundan xəbər verir. A.Merkellə Azərbaycan rəhbəri çox müxtəlif məsələləri müzakirə edib. Buraya iqtisadi, ticari, enerji, nəqliyyat sahələri ilə yanaşı, insan hüquqları və geosiyasi məsələlər də daxildir.

 

Tərəflər Cənubi Qafqazın təhlükəsizliyinə maneələr haqqında fikir mübadiləsi aparıblar. Danışıqlar zamanı yalnız həmin regionla kifayətlənilməyib, ümumiyyətlə, Avropada təhlükəsizliyin təmin edilməsinə toxunulub. Bu kontekstdə enerji təhlükəsizliyi məsələsi daha çox diqqət mərkəzində olub. Görünür, artıq Almaniyada Azərbaycanın müstəqil xarici siyasətini daha həssaslıqla qiymətləndirməyə başlayıblar. Bu, təbii ki, ilk növbədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin bəhrəsidir.

 

Dinamik inkişaf: Merkelin etirafı

 

Ölkə rəhbəri İlham Əliyevin Almaniyaya səfəri, gözlənildiyi kimi, çox uğurlu oldu. Həm müzakirə edilən məsələlərin məzmunu, həm də onların geniş əhatəliliyi diqqəti çəkdi. Dövlət başçısı İlham Əliyev və Almaniyanın kansleri xanım Angela Merkel danışıqlardan sonra keçirdikləri mətbuat konfransında qarşılıqlı əlaqələrin vacib məqamlarını vurğuladılar. Verilən bəyanatlarda hər iki ölkənin buya digər məsələlərdə tutduğu mövqe açıq ifadə edildi. Burada üzərində dayanılmalı olan bir sıra faktorlar mövcuddur.

Hər şeydən əvvəl onu vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti müstəqil bir dövlətin başçısı kimi qəbul edildi. Yəni Almaniya rəhbərliyi Cənubi Qafqazın uğurlu bir ölkəsinin lideri ilə danışıqlar apardığını aydın dərk edirdi. Kansler A.Merkel verdiyi bəyanatın məzmununda bunu konkret faktlarla göstərdi. O, 5 il bundan əvvəl görüşdüyü Prezident İlham Əliyevi yenidən Berlində qarşılamaqdan məmnunluğunu ifadə etdi. Ancaq bunlar adi sözlər deyildi. Çünki dərhal onun izahı verilirdi. A.Merkel etiraf etdi ki, “...Azərbaycanın iqtisadiyyatı dinamik şəkildə inkişaf edir, buna görə bu ölkə bizim üçün əhəmiyyəti artan tərəfdaşdır”.

Almaniya rəhbərinin bu məqamı dilə gətirməsi Qərbin bir sıra siyasi dairələri üçün də yaxşı mesajdır. Çünki son vaxtlar onlar ölkəmizə və onun rəhbərliyinə qarşı həqiqətdən uzaq olan ittihamlar irəli sürür, burada müxtəlif problemlərin olduğunu deyirlər. Təbii ki, dünyanın elə bir dövləti yoxdur ki, hansısa çətinliyi olmasın. Lakin bundan sui-istifadə edib, öz məqsədinə uyğun davranmaq doğru deyil. Əgər A.Merkel Azərbaycanı Almaniya üçün əhəmiyyəti artmaqda olan tərəfdaş hesab edirsə, deməli, o, dolayısı ilə yuxarıda vurğuladığımız iddiaları qəbul etmədiyini bildirir.

Bununla yanaşı, kansler Azərbaycanın böyük potensiala malik, xüsusilə də enerji daşıyıcıları ilə zəngin olan məkan olduğunu ayrıca vurğulayıb. Bu da səbəbsiz deyil - A.Merkel bu fikri Avropanın enerji təhlükəsizliyinin təmini kontekstində vurğulayıb, “Cənub qaz dəhlizi”ni də məhz həmin bağlılıqda xatırladıb. Deməli, Almaniya Azərbaycanın bütün Avropanın enerji ilə təchiz edilməsində aktiv iştirakını tam dəstəkləyir. Üstəlik, bu istiqamətdə Bakı ilə hərtərəfli əməkdaşlığa hazır olduğunu da ifadə edir.

Belə olan halda hansı əsasla Qərbdə Azərbaycanı özlərinin uydurduqları buya digər məsələlərdə günahlandırmağa çalışırlar? Bunu başa düşmək çox çətindir. Enerji ehtiyatları ilə zəngin, dinamik inkişaf edən və beynəlxalq təşkilatlarda aktivlik göstərən müstəqil bir ölkəyə qarşı ədalətli davranmaq gərəkdir - A.Merkelin məntiqindən bu nəticə hasil olur. Onun Azərbaycan rəhbəri ilə yalnız iqtisadi deyil, geosiyasi vəziyyəti və insan hüquqları məsələlərini də geniş müzakirə etməsi həmin aspektdə çox düşündürücüdür.

Bu sırada Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini də ehtiva edən regional təhlükəsizliyin təmini məsələsi daha çox aktuallıq kəsb edir. Bu bəndlə bağlı A.Merkel, digər Qərb siyasətçiləri kimi, bir qədər üstüörtülü danışıb. “Almaniya vasitəçi olmaq istəyir”, “Avropa İttifaqı da fəal mövqe tuta bilər”, “Avropa Şurasının imkanlarından istifadə etmək lazımdır” və s. bu kimi tezisləri biz dəfələrlə eşitmişik. Lakin reallıqda Dağlıq Qarabağla bağlı heç nə dəyişmir.

 

Siyasət və iqtisadiyyat:

səmimiliyə olan ehtiyac

 

Almaniya kansleri özübildirir ki, ATƏT-in Minsk qrupunun üzvüdürlər. Eyni zamanda, həmsədr dövlətlərin ABŞ, FransaRusiya olduğunu vurğulayır. Ardınca da, atəşkəsin pozulmasında Moskvanı günahlandırır. A.Merkel bununla bağlı deyir: “Təbii ki, atəşkəsin tez-tez pozulması xoşagəlməz haldır. Mən düşünürəm ki, Rusiya bu məqamda müəyyən rol oynayır. Mən sadəcə olaraq bunu qeyd etmək istərdim. Düşünürəm ki, Rusiya və Ermənistan bu münaqişə ilə əlaqədar müəyyən amilləri birgə həyata keçirirlər”.

Ola bilsin ki, vəziyyət məhz bu cürdür. Lakin Avropanın qüdrətli dövlətlərindən biri kimi Almaniya hansı addımları atıb? Müqayisə üçün deyək ki, Berlin Ukraynanı aktiv şəkildə müdafiə edir. A.Merkel bununla bağlı tez-tez V.Putinlə müzakirələr aparır. Almaniya bütün vasitələrdən istifadə edərək Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Hətta ABŞ belə Berlinin bu cür fəallığından müəyyən məqamlarda narahatdır.

Almaniyanın Krımla əlaqədar tutduğu prinsipial mövqedünyaya məlumdur. Almaniya Ukrayna məsələsi ilə bağlı qəbul edilən hər bir qərarın yerinə yetirilməsi istiqamətində səylər göstərir. Bunlar təbii ki, yaxşı əlamətlərdir. Ancaq nəyə görə eyni qətiyyəti Berlin Dağlıq Qarabağ məsələsində nümayiş etdirmir? Vəziyyətin bu tərəfinə, təəssüf ki, heç bir Qərb siyasətçisi aydınlıq gətirmir.

Xanım Merkel də fürsətdən istifadə edib ABŞ, Fransa və xüsusilə də, Rusiyanı günahlandırır. Hazırda Ukrayna hadisələrinə görə Moskva ilə münasibətlər gərgin olduğundan, burada başa düşülməyən məqam yoxdur. Lakin bu da Ermənistanın Azərbaycana təcavüzünün üstündən sükutla keçməyə əsas vermir.

Bunların fonunda A.Merkelin Azərbaycanın “Şərq tərəfdaşlığı” proqramında iştirakı haqqında daha konkret danışması da diqqəti çəkir. O ümid edir ki, Bakı bu layihəyə öz töhfəsini verəcək. Eyni fikri, yəni Almaniyanın Dağlıq Qarabağ probleminin ədalətli həlli üçün çalışacağını deyə bilərikmi? Təəssüf ki, hələlik buna əmin olmaq çətindir. Digər böyük dövlətlərin təkrar-təkrar dedikləri kimi, “münaqişə yalnız sülh yolu ilə həll edilməlidir”, “tərəflər səylərini gücləndirməlidirlər” və s. bu kimi ifadələrlə həmin mürəkkəb problemi həll etmək mümkün deyil.

Belə çıxır ki, Almaniya kansleri iqtisadi, ticarienerji sahələrində Azərbaycanla əməkdaşlığa böyük ehtiyaclarının olduğunu etiraf etsə də, insan haqları və Dağlıq Qarabağ məsələsində onun mövqeyi qərbli həmkarlarının mövqeyindən elə də fərqlənmir. Bu isə müsbət hal kimi qəbul edilə bilməz. Hansı mərhələdəsə münasibətlərdə çətinliklər yarana bilər. Bunu rəsmi Berlinin nəzərə alması, bizcə, düzgün addım olardı.

Əslində, Prezident İlham Əliyev tutarlı, lakonik və dərin məzmunlu fikirləri ilə bütün məqamlara aydınlıq gətirib. Dövlət başçısı konkret faktlarla Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri sadalayıb. Bu sırada cənab Prezident TANAP-a 2012-ci ildə, TAP-a isə 2013-cü ildə start verildiyini vurğulayıb. Bu layihələr 2018 2019-cu illərdə işə düşməlidir. Bunlardan başqa, “Cənub qaz dəhlizi”nin 2014-cü ilin sonunda təməlqoyma mərasimi keçirilib. Ölkə rəhbəri xüsusi qeyd edib ki, “Bütün bu layihələrin təşəbbüskarı Azərbaycandır. Eyni zamanda, Azərbaycan bu layihələrin icrası üçün böyük maliyyə yükünü öz üzərinə götürür əminəm ki, bütün işlər vaxtında icra ediləcək”.

Bu fikirlər onu göstərir ki, Azərbaycan sözdə deyil, reallıqda vədlərinə əməl edir. Dövlət başçısı digər məsələlərdə Azərbaycanın praktiki addımlar atdığını ifadə edib. Bunun fonunda isə beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar qəbul etdikləri sənədləri həyata keçirmir. Almaniya kanslerinin bu sözləri bir daha eşitməsi, təbii ki, onun əsl vəziyyəti bir daha dərk etməsi üçün çox vacib idi. Həm Avropa dövlətlərinin tutduqları qeyri-müəyyən mövqenin fonunda Azərbaycanın öz sözünə sahib çıxması bir çox məqamlardan xəbər verir.

Bütün bunlar Prezident İlham Əliyevin Almaniya səfərinin xüsusi əhəmiyyət kəsb etdiyini göstərir. Ölkə rəhbərinin milli maraqları böyük inamla müdafiə etdiyi aydın görünür. Berlindəki görüş Azərbaycanın Avropada müstəqil güclü dövlət kimi qəbul edildiyinin əyani sübutu oldu. Almaniya rəhbərliyi Cənubi Qafqazın lider ölkəsinin başçısı ilə müzakirələr apardığını nümayiş etdirdi. Hiss olunur ki, Avropa ölkələri Azərbaycanla əməkdaşlığa getdikcə daha çox ehtiyac duyurlar. Xüsusilə enerji ilə təminat məsələsi onları çox narahat edir. Ancaq Avropa da anlamalıdır ki, səmimilik birtərəfli olmur, onlar da Azərbaycanın haqqını tanımalıdırlar.

 

İki sahil.- 2015.- 28 yanvar.- S.7.