Yaxşı təhsil,
inamlı gələcək
Gəncliyin
qarşısında bu gün çox məqsədlər
dayanır. Ona görə yox ki, biz sadəcə gəncik, ona
görə ki, biz gənc olmaqla yanaşı həm də bu vətənin
gələcəyi, inkişaf etməkdə olan bir ölkənin
sabahıyıq. Və kimlərsə öz ümidlərini gənclərə
bağlayacaq. Bunların içində həkimlər, müəllimlər,
vəkillər və s. də var. Bəzən bu qədər məsuliyyət
insanı qorxudur. Amma əsas sual budur: “Biz ümidləri necə
doğruldacağıq?”.
... Danılmaz olan budur ki,
istənilən insan üçün
özünü inkişaf
etdirmənin ən yaxşı üsulu təhsildir.
Bu günün
sabahı ola bilmək üçün,
davamlı inkişafda olmaq
üçün, eyni
zamanda möhkəm və hər şeyə
tab gətirən bir sütun olmaq üçün ilk
növbədə beynimizi inkişaf
etdirməliyik. Həqiqətən də bu
gün dünyada gedən
proseslər onu göstərir ki, artıq qılınc və qalxan
dövrü geridə qalıb. İnsanlar artıq silahları ilə deyil, beyinləri ilə müharibə
aparırlar. Müharibənin getdiyi yerlər
səngərlər deyil, yaxşı
universitetlər, bir-birini geridə qoymaq üçün daima mübarizə aparan kitabxanalar, eləcə də insanların iradəsi
və möhkəmliyidir. Məhz buna
görə də bu günün
insanı daima inkişafda
olmaq və zamanla ayaqlaşmaq üçün
ilk növbədə öz
təhsilini inkişaf etdirir.
Düzdür, son zamanlar gənclər kompyuter
qarşısında daha çox
vaxt keçirirlər, nəinki kitabxanalarda. Amma bunun da ayrıca səbəbləri
var. Elm və
texnikanın inkişafı bəzən heç
də yaxşı hallarla nəticələnmir...
Son zamanlar azərbaycanlı
gənclər yaxşı təhsil almaq üçün Avropanı, Amerikanı, ya da Rusiyanı seçirlər.
Sözsüz ki, dünyanın ən yaxşı
universitetləri siyahısında bu
bölgələrdə yerləşən təhsil
ocaqları özlərinin istər şəraiti, yüksək
standartlara cavab verməsi,
istər dərslərin keçirilməsi, istərsə də
tələbələrdə yaradılan keyfiyyətlər
baxımından özlərini təsdiq etmiş
universitetlərdir. Hətta illərdən bəri
“dünyanın ən yaxşı universiteti”
adını daşıyan təhsil ocaqları var
ki, əksər ölkələrin gəncləri
məhz perspektivli gələcək və
karyera üçün
həmin təhsil ocaqlarını seçirlər. Həmin universiteti bitirən gənclər artıq həqiqətən
də istər özlərinə iş tapmaq, istərsə də dünya
çapında öz ideyalarını
gerçəkləşdirmək gücünə malik olurlar. Eyni zamanda bu universitetləri
bitirən gənclər gələcək karyeralarını qurmaq baxımından ciddi
şəkildə problem yaşamırlar. Çünki sözügedən təhsil
ocaqlarının verdiyi diplomlar
artıq həmin tələbələrin nəyə qadir olduğunu sübut edir.
Hər il demək olar ki, dünyanın ən yaxşı universitetlərinin
siyahısı açıqlanır. Bu siyahılar-
da yer alan universitetlər bir-biri ilə ciddi rəqabət aparırlar. Çünki
hər il
milyonlarla insan öz təhsili üçün, gələcək
arzularını reallaşdıra
biləcək universiteti
seçir. Bu seçim zamanı isə həmin siyahıdan istifadə edir. 2000-ci ildən
bəri siyahıda adı gedən universitetlər çox
nadir hallarda yer dəyişdirirlər. Məsələn, 2000-ci ildə Beynəlxalq Akademik Perspektivlər İnstitutu dünyanın
ən yaxşı universitetlərinin siyahısını
açıqladı. ABŞ-ın “Harvard” Universiteti siyahıya başçılıq
edirdi. Onu da qeyd etmək lazımdır ki, ən yaxşı
2000 universitetdən 459-u məhz
ABŞ-da yerləşir.
2014-cü ildə adı çəkilən
siyahının yeni forması təqdim olundu. Amma siyahıdakı universitetlər
sıralaması elə
də dəyişmədi.
Yenə də liderliyi ABŞ universitetləri əldə
saxlayırdı. Maraqlı hal
burasındadır ki,
XVII əsrdən fəaliyyət
göstərən və
dünyanın ən məşhur ziyalılarını
yetişdirən bu universitet illərdir ki, öz liderliyini
qoruyub saxlamaqda davam edir. Təsadüfi deyil ki, ABŞ-ın 7 prezidenti (C.Adams,C.K.Adams, Teodor və Franklin Ruzvelt, Con Kennedi, kiçik C. Buş, Rusterford Heys), eyni zamanda “Microsoft” şirkətinin yaradıcısı
Bill Qeyts və İtaliyanın keçmiş
baş naziri Romani Prodi də bu
universitetin məzunları
olmuşlar. Dünyanın ən yaxşı
universitetlərindən biri
də XII əsrdən
bəri fəaliyyət
göstərən Oksford
Universitetidir. Bu artıq
danılmaz faktdır ki, Oksfordda təhsil
alan aspirantların
sayı xaricdən gələn tələbələr
hesabına çoxalır
və onların əksəriyyəti artıq
Master dərəcəsi və
daha yüksək dərəcələr üçün
çalışırlar. Bu
da bir daha
sübut edir ki, bu təhsil
ocağı bəşəriyyəti
elmlə təmin edən ən qədim ingilisdilli universitetdir.
Əksər
gənclərin İngiltərədə
üz tutduğu ikinci universitet isə Kembricdir. Bu universitet Britaniyanın
yaranma tarixinə görə Oksforddan sonra ikinci, dünyada
isə dördüncü
universitetdir. Son zamanlar statistik araşdırmalar da onu göstərir ki, bu universitet
həm də azərbaycanlı gənclərin
təhsil üçün
seçdikləri universitetlər
arasında birincidir.
2014-cü ildə dünyanın ən reytinqli universitetlərinin
siyahısı təzələnsə
də yuxarıda adını çəkdiyim
təhsil ocaqları öz yerlərini bir pillə də olsun itirməyiblər.
Amma maraqlananlar üçün
onu deyə bilərəm ki, təbii ki, dünyada ən yaxşı universitetlər
siyahısı yalnız
bu deyil. Yaxşı təhsil üçün siz eyni zamanda siyahıda
adları çəkilən
ABŞ, Böyük Britaniyadan
başqa həm də İsveçrə,
Tokio, Kanada, Almaniya, Sinqapur, Çin, Hollandiya kimi ölkələrin universitetlərini də seçə bilərsiniz.
Bizim üçün bu siyahının ən maraqlısı isə o oldu ki, ən
son reytinq cədvəlində
Azərbaycan universitetinin
adı da çəkildi. Belə
ki, 2014-cü il dünyanın ən yaxşı universitetləri siyahısında
ölkəmizin ən
böyük təhsil
ocağı Bakı Dövlət Universiteti
2000 universitet arasında
1951-ci yeri tutdu.
Bununla
yanaşı azərbaycanlı
gənclərin dünyanın
prestijli universitetlərində
oxuyub, özlərini inkişaf etdirmələri
həm ölkəmiz,
həm də xalqımız üçün
önəmlidir. Dövlətimiz də bu sahəyə
xüsusi diqqət yetirir. Məhz bunun göstəricisidir
ki, “2007-2015 Azərbaycanlı
gənclərin xaricdə
təhsil proqramı” çərçivəsində minlərlə gənc bu gün dünyanın
ən yaxşı universitetlərində təhsillərini
davam etdirirlər.
Bir amili unutmaq olmaz
ki, bu günün
təhsilli gənci öz sözünü deməyi bacaran, vətənini, xalqını,
dövlətini dünya
dövlətləri arasında
təmsil edən, dünya çapında ideya formalaşdıran və bütün bunlarla yanaşı dünyanın diqqətini
Azərbaycana yönəldəndir.
Ona görə də bacardığımız qədər
təhsilimizi inkişaf
etdirməli, zamanla ayaqlaşmağı bacarmalıyıq.
Şəfiqə Dadaşova
İki sahil.-2015.- 24 yanvar.- S.22.